1
MÖVZU 1. BITKI EKOLOGİYASININ İNKİŞAF TARİXİ. EKOLOJİ
FAKTORLARIN TƏSİRİ VƏ TƏSNİFATI.
Plan:
1.
Bitki ekologiyasının məqsəd və vəzifələri
2.
Ekologiyanın tədqiqat obyekti və predmeti
3.
Bitki ekologiyası”nın başqa elmlərlə əlaqəsi
4.
Bitki ekologiyası elminin inkişaf tarixi
5.
Ekoloji faktorlar və onların təsir qanunauyğunluqları
Bildiyimiz kimi, Botanika – biologiyanın əsas bölmələrindən biri olub, bir sıra
konkret elm sahələrinə ayrılır ki, onların da hər biri inkişafın bu və ya digər
qanunauyğunlarını, bitkilərin həyatını, quruluşunu və yaxud bitki örtüyünü öyrənir.
Bu bölmələrə: Bitki morfologiyası, Bitki fiziologiyası, Bitki bioloji kimyası,
Bitki Mikrobiologiya, Bitki sistematikası, Ekologiya, Bitki coğrafiyası və
Paleobotanika aiddir. Bu elm sahələri hamısı bitkiləri yer üzərində yayılmış bitkiləri
öyrənir və öyrədir.
Flora
(Roma mifologiyasında
çiçək və bahar ilahəsi
, lat.–
çiçək
)
– müəyyən
ərazidə tarixən formalaşan bitki növlərinin cəmi.
Məs. Qafqazın florası,
Azərbaycanın florası, Naxçıvanın florası
BİTKİ ÖRTÜYÜ, BİTKİLİK
– Yer kürəsində, yaxud onun müəyyən
hissəsində (qitədə, ölkədə, rayonda və s.) yayılmış bitki qruplaşmalarının
(fitosenozların) cəmidir (Muxtar Respublika ərazisində 16 bitkilik tipi vardır: səhra,
yarımsəhra, dаğ-кsеrоfit, meşə bitkiliyi və s.)
BITKIÇILIK –
Kənd təsərrüfatının tarlaçılıq, tərəvəzçilik, meyvəçilik,
üzümçülük, çəmənçilik, meşəçilik, gülçülük və s. kimi əsas sahələridir.
2) Az məsrəflə yüksək keyfiyyətli bol məhsul almaq üçün mədəni bitkilər və
onların becərilmə üsulları haqqında elmdir demək olar.
Tədqiqatçıların məlumatına görə respublikamızın florasında 4500 bitki növü
məlumdur, onun 370-i Azərbaycanın endem bitkilərinə aiddir.
2
Azərbaycan Respublikası ərazisində demək olar ki, bitki örtüyünün bütün
tiplərinə – qədim meşə borealı, səhra, kserofit, bozqır, Qafqaz və adventiv bitki
örtüyünə təsadüf edilir. Qədim meşə borealı florasına Talışda, Kiçik və Böyük
Qafqaz dağlarında, kserofil və Qafqaz bitki tiplərinə və sırf boreal bitki tipinə isə
respublikamızın bütün bölgələrində təsadüf edilir. Səhra bitki örtüyü əsasən Kür-
Araz ovalığı və Abşeron yarımadası üçün səciyyəvidir. Göstərilən bitki tipləri bir
çox bitki qruplaşmaları əmələ gətirir.
Azərbaycanın ayrı-ayrı coğrafi landşaft bölgələrinin flora zənginliyi
müxtəlifdir. Naxçıvan MR-in ərazisi bitki növləri ilə daha zəngindir. Buranın bitki
növləri respublika florasının 60%-ndən br az çox təşkil edir. Quba-Qusar dağ
massivinin bitki növləri floramızdakı bitki növlərinin 40%-ni, Kiçik Qafqazın
mərkəzi dağlıq hissəsi 34,5%-ni, Böyük Qafqazın şərq massivi 29,4%-ni, Talışın
dağlıq hissəsi 27%-ni təşkil edir. Kiçik Qafqazın şimal yamacında bitki növləri
nisbətən azdır. Kiçik Qafqazın dağlıq hissəsinin aşağı dağətəyi massivi, Böyük
Qafqazın dağlıq massivinin qərb hissəsi, Kür-Araz ovalığı florası orta dərəcədə (23-
26%) bitki növləri ilə zəngindir. Kür düzənliyi, Abşeron yarımadası, Qobustan,
Samur-Dəvəçi florasında bitki növləri azdır.
Azərbaycan florası müxtəlif dərman, efiryağlı, dekorativ, meyvə, texniki və
digər faydalı bitkilərlə zəngindir. Bir fikir verin bunu demək çox asan həm də
insanda bir qürur, maraq yaradan sözlər kimi səslənir. Amma bunu söyləmək,
yazmaq üçün neçə illərin tədqiqatı, neçə elmə həsr edilən tədqiqatçı alim ömrü və
çox ağır əmək sərf etmək lazım gəlmişdir. İnsan oğlu yaradılışından öyrənir, tədqiq
edir, tətbiq edir və təəssüflə qeyd etmək lazımdır ki, insanın uzunmüddətli
düşünülməz təsərrüfat fəaliyyəti nəticəsində respublikamızın bitki örtüyünün bioloji
müxtəlifliyi deqradasiyaya məruz qalmış, dəyişilmiş, kasatlaşmış, azalmış, bəzən
məhv edilmişdir.
Bir anlıq fikirləşin, bitkisiz bir dünya… Adam heç təsəvvür də etmək istəmir.
Dünyamızı gözəlləşdirən, zövqümüzü oxşayan Allahın yaradılışa bəxş etdiyi
təbiət, onun əsasını təşkil edən bitkilər möcüzəvi bir aləmdir. Çünki tanıdıqca
tanımaq, öyrəndikcə daha dərinlərə getmək, daha çox öyrənmək istəyi səni daha çox
3
cəlb edir. Bitkilərin təbiətdəki, insanların həyatındakı rolundan isə saatlarca yox
günlərlə danışmaq olar.
Amma biz bitkilərin yer üzərində yayılmasını və qanunauyğunluqlarını, yəni
yuxarıda adlarını çəkdiyimiz elm sahələrindən ən maraqlı və vacib olan Bitki
cörafiyası haqqında hər şeyi öyrənəcəyik.
(Onu da deyim ki, Yeri gəldikcə sizlərə yeni aşkar etdiyimiz növlərdən,
onların yayılma sahələrindən və faydalılğından da məlumat verəcəyəm, maraq
dairəmiz genişlənsin deyə…)
Qayıdaq dərsimizə, Belə ki, Bitki cörafiyası bitkilərin müasir dövrdə
yayılması ilə bərabər eyni zamanda onların keçmişdə müxtəlif geoloji dövrlərdə
qazıntı halında tapılan bitki qalıqlarına əsaslanaraq yayılması məsələlərini öyrənən
elmdir. Bitki növləri təbiətdə tək-tək və bitki qruplaşmaları şəklində rast gəlinir.
Buna görə də bitki cörafiyası ayrı-ayrı bitki növlərinin yayılmasını öyrənməklə
yanaşı fitosenozların da yayılmasını öyrənir.
Bu elm sahəsinin də, yəni bitki cörafiyasının floristik, ekoloji və torpaq bitki
coğrafiyası şöbələri vardır. Göstərilən hər bir şöbə ayrılıqda bir elm sahəsidir və hər
birinin öyrənilmə tarixi, tədqiqat nəticələri və bu sahələri öyrənən tədqiqatçı alimlər
vardır.
Biz keçəcəyimiz dərslərdə bitki cörafiyasının eramızdan əvvəlki tarixindən,
Rusiya alimlərinin, xarici ölkə alimlərinin bu haqda tədqiqatlarından, XIX əsrin
axırları XX əsrin əvvələri və müasir dövrümüzdə bir sıra görkəmli tədqiqatçı alimlər
və onların əldə etdikləri nəticələrdən əhatəli məlumatlar öyrənəcəyik.
Öyrənəcəyimiz əsas məsələlərdən biri də areal haqqında anlayış, areal tipləri,
arealların bölünməsi, endemizm, floranın elementləri və s. olacaq. Bunları belə
sadalamaq çox asan gəlir, amma hər biri özlüyündə elm sahsəi olaraq indiyəcən
öyrənilir və innən belə də tədqiqat obyekti olaraq öyrəniləcəkdir.
Beləliklə, demək istəyirəm ki, keçəcəyimiz dərslər maraqlı olmaqla yanaşı
biz botaniklər üçün öyrənilməsi vacib olan elm sahəsidir. Necə deyərlər gəlin
birlikdə özümüz üçün və başqalarını öyrətmək üçün öyrənək.
Dostları ilə paylaş: |