Kamil Vəli NERİMANOĞLU
59
Türk Dünyası 34. Sayı
istərsə dini işlərə aid olan bütün fikirləri haqqında kritika yazsınlar, görək bu
fikirləri qəbul edir, yaxud dəlillərlə rədd edirlər. Kəmalüddövlənin də məqsədi
budur. Lakin kritikada nəql və nəssi dəlillər qətiyyən qəbul olunmayacaq və
iltifata layiq görülməyəcəkdir”
.
“Nəss” (aşkar) və nəql (nağıl) kritikasını qəbul etməyən Mirzə Fətəli
böyük mübarizənin böyük adamı idi...
Dahi sənətkarın, böyük mütəfəkkirin, yorulmaz, maarifçi-demokratın
“ədəbi tənqidi” estetik baxışları yeni Azərbaycan ədəbiyyatının bünövrəsini
qoymaq işində misilsiz rol oynadı, eyni zamanda bu məqalələr, əsərlər milli
elmi tənqidin ilk təməl daşı oldu.
İllər keçəcək, bu təməl daşı üzərində böyük və möhtəşəm abidə ucalacaq.
Bütün Şərqə məktəb olacaq bu əzəmətli abidə bir adı öz yaddaşında əbədi
saxlayacaq və zaman-zaman bu ada qayıdacaq: Mirzə Fətəli Axundzadə.
***
XIX əsr. Şərq ağlayır, ağladıqca üzü eybəcərləşirdi. Eybəcərləşmiş üz
islamın nurunu yansıda bilmirdi. Qoca Şərqin dizləri titrəyir, beli bükülür,
nəfəsi tıncıxırdı. Qoca Şərq böyük islamı daşımaz hala gəlmişdi. Elmi
mövhumat, cəhalət, yaradıcılığı ehkamlaşdırma, sömürü boyunduruğu ilə
təpəyə dırmaşan xaçpərəsrtlər Şərqdən qoca Şərqin qanını sümürürdülər.
Dünya birləşmiş qablar kimidir: Şərq güclənəndə Qərb zəifləyir. Qərb
güclənəndə Şərq.
İndi zaman da, fürsət də Qərbin əlində idi. Mirzə Fətəli qoca Şərqi müalicə
etmək üçün çırpınırdı. O, Şərqi Şərq üsulları ilə deyil, Qərbin çarə yolları ilə
sağaltmaq, ayağa qaldırmaq istəyirdi.
Hədəf islam dini idi. Çarə Qərb fəlsəfəsi, ədəbiyyatı və texnologiyası çıxış
yolunun təməli idi. II Mahmuddan başlayan və Tənzimat fərmanı (1839) ilə
zirvələşdirilən və Sultan Əbdülməcidlə geri dönülməz yola girən Avropalaşma
sürəci. Modernləşmə yalnız Batılaşma deyil. Çox sonralar Cəmaləddin
Əfqani Şərqi islam yolu ilə sağaltmaq yolunu araşdırdı. Yenə də olmadı. Əli
bəy Hüseynzadə və onun davamçıları (Ziya Gökalp, M.Rəsulzadə...) islami
baxışla, modernləşməni və millətçiliyi bir araya alaraq daha mükəmməl
çoxtərkibli ideologiya sistemi yaratdılar. M.Rəsulzadə bu ideologiyanı qısa
müddətli olsa da dövlət sisteminə daşıdı və millət azadlığın, hüququn, öz
kökünə, dilinə, dininə bağlılığın dadmış oldu. Sonra Atatürk Osmanlı külləri
içində Türkiyə Cümhuriyyətini yaratdı və onun əbədiyyətinə imza atdı.
Şərq yeni bir ideoloji təcrübəni gerçəkləşdirdi. Atatürkün inqilablarından
biri də hərf-əlifba inqilabı oldu.
Açıq şəkildə söyləmək gərəkir ki, bu ideologiyanın təməlini yaradanlardan
biri də Mirzə Fətəli Axundzadə olmuşdur. Məncə, İslam dini ilə barışmazlıq
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
60
Mirzə Fətəlinin gücü deyil, gücsüzlüyüdür. Amma ziddiyyətləri Mirzə
Fətəlinin tarixi rolunu əsla inkar edə bilməz.
İnsanlığın fikir, düşüncə tarixi dünyaya mükəmməl şəkildə gəlmir.
İnsanlarla bərabər hər şeyi zaman da dəyişir, cilalaya-cilalaya sabahlara
daşıyır.
Sabahkı ideologiyanın nə olacağının nə olacağını mən bilmirəm.
Bildiyim odur ki, gələcəyin ideoloji barışlar sistemində Mirzə Fətəlinin də,
Ə.Hüseynzadənin də, M.Ə.Rəsulzadənin də, Atatürkün də duzu olacaqdır.
Duz yəni Şərqi Şərq edəcək əlac.
Çağdaş demokratik dünyanın bir sıra anlayışlarını Azərbaycana, Şərqə ilk
dəfə gətirən Mirzə Fətəli olmuşdur. Onun şəriət dövlətinə hüquq dövləti şüuru
Şərqin inqilablarından biridir.
Dünyəvi (sekulyar, laik) dövlət qavramı da dini dövlət anlayışı ilə əvəz
olunmuşdur ki, bu da vətəndaş cəmiyyətinin təməllərindən biri olmaqla
Şərq dünyası üçün olduqca əhəmiyyətli idi. Ümumən Şərqdə yerləşməsində,
oturuşmasında Mirzə Fətəlinin qoyduğu ilk daşlar zəmin rolunu oynamışdır.
Mirzə Fətəli ilk Avropa təfəkkürlü Şərqli, Şərq təfəkkürlü Avropalı
xarakteri olduğu üçün onun səpdiyi toxumlar beyinlərdə cücərmiş, ürəklərə
yol tapa bilmiş, ictimai-siyasi həyatı dəyişə bilmək gücündə olmuşdur.
Təkrar etməyə borcluyam ki, Şərqdə ilk teatrın, ilk yeni ruhlu mətbuatın
baniləri Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov da bilavasitə Mirzə Fətəli
şəxsiyyəti və əsərləri ilə bağlı olmuşdur. Böyük mütəfəkkirə Avropa
düşüncəsinin və təcrübəsinin təsiri inkar edilməzdir. Fəqət Mirzə Fətəlinin
tarixi rolu Şərq mühitinde ağır şərtlər və prinsiplər içində bu düşüncəni
yaratmaqdır. Yaratmaq kopiya etmək, mexaniki gətirmə də deyil. Yaratmaq
təsirləndiyini başqa şəraitdə canlandırmaq, ona yeni həyat verməkdir. Bu
mənada Mirzə Fətəli Molyerdən təsirlənmidir. Ancaq Molyer klassisizmindən
fərqli bir dünya yarada bilmişdir. Onun yaratdığı məktəbə realist və ya tənqidi
realist məktəb deyə bilərsən, onun qurğulamasında novatorluqla ənənənin
dialektikasını da aşkar edib incələyə bilərsən, dinə, Füzuliyə münasibətini
kəskin tənqid edə bilərsən, ancaq Mirzə Fətəlinin sənət təkrarsızlığını dahilik
səviyyəsində olan fitri istedadını, əldə etdiyi sənət dəyərlərini inkar edə
bilməzsən.
Hər cür sənət, fikir yeniliyi daşın üstünə qoyulmuş daşdır. Hər cür
təcrübə sıçrayışın, təkamülün qaynağı olduğunu unuda bilmərik. Dünyanın
müqəddəs kitablarından gələn bu təcrübə elmdə də, sənətdə çoxdan isbat
olunmuş təcrübədir. İlk təcrübədən böyük məktəbə gələn bu yol məşəqqət
dolu dolanbaclardan, qaranlıqlardan keçir. Nəticənin aydınlığı, sadəliyi
böyük mürəkkəbliklərdən, qarmaqarışıqlıqlardan keçə-keçə gəldiyi üçün