6
DÖVLƏT RƏHBƏRLƏRİNİN GENİŞ TƏRKİBDƏ
GÖRÜŞÜ
Prezident sarayı
20 avqust 2008-ci il
Avqustun 20-də Azərbaycan prezidenti İlham Əliyevin və
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
İ l h a m Ə l i y e v: Hörmətli cənab Baş nazir!
Hörmətli qonaqlar!
Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Xoş
gəlmisiniz! Bizim görüşlərimiz mütəmadi xarakter daşıyır və
hər dəfə görüşəndə həm ikitərəfli münasibətlər, həm də bölgədə
gedən proseslər geniş müzakirə olunur. Bu onu göstərir ki,
bizim əlaqələrimiz ən yüksək zirvədədir, bütün sahələrdə çox
fəal əməkdaşlıq, işbirliyi aparılır.
Türkiyə və Azərbaycan tərəfindən
irəli sürülən və icra edilən
bütün təşəbbüslər uğurla nəticələnir. Biz bundan çox
məmnunuq və əminəm ki, gələcək illərdə də Türkiyə–Azər-
baycan birliyi, qardaşlığı daha da inkişaf edəcək, möhkəm-
lənəcək, həm ölkələrimiz, xalqlarımız üçün müsbət nəticələr
gətirəcək, həm də bölgədə gedən proseslərə müsbət təsir
göstərəcəkdir. Bölgədə sabitliyin, təhlükəsizliyin təmin olun-
ması və bərpası gündəlikdə duran vacib məsələlərdəndir. Bu
barədə biz bu gün danışdıq.
Əminəm ki, nümayəndə heyətlərinin üzvləri də bir-biri ilə
təmasda olublar və qarşılıqlı maraq doğuran məsələlər müzakirə
olunubdur. Belə məsələlər kifayət qədər çoxdur – həm siyasi,
həm iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik məsələləri. Yəni