3
MÜNDƏRİCAT
Giriş …………………………………………………………………………… 5
I fəsil. Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində ümummilli
liderimiz Heydər
Əliyevin rolu....………...........…………………….............................................. 9-27
1.1.
Heydər Əliyevin 01.01.1979-cu il sərəncamı ilə “Azərbaycan
KPMK-nin xüsusi qərarı”.
1.2.
Heydər Əliyevin 1981-ci il yeni sərəncamı.
II fəsil. İran ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi və
tədqiqi……………………...........................................… ..................................28-47
2.1. İran ədəbiyyatşünaslığında Nizamiyə maraq.
2.2. V.Dəstgerdi. “Gəncineye Nezami”.
2.3. S.Nəfisi. Nizami Gəncəvi.
III fəsil. İran ədəbiyyatşünaslığında Nizami haqqında yazılmış elmi əsərlərin bəzi
tərcümələri………..............................................................................................48-140
3.1. Ə.Zərrinkub. “Gəncə piri”.
3.2. M.Sərvət. “Azərbaycan Atabəylərinin şəcərəsi”.
3.3. K.Əhmədnejad. “Nizami Gəncəvi əsərlərinin təhlili”.
Nəticə …………………………………………………………………………..141-146
İstifadə olunan ədəbiyyat………………………………………………………147-152
1.1
Heydər Əliyevin 01.01.1979-cu il sərəncamı ilə “Azərbaycan KPMK-nın xüsusi
qərarı”.
1.2
Heydər Əliyevin 1981-ci il yeni sərəncamı.
2.1
İran ədəbiyyatşünaslığında Nizamiyə maraq.
2.2
V.Dəstgerdi. “Gəncineye Nezami”.
2.3
S.Nəfisi. Nizami Nəncəvi
3.1
Ə.Zərrinkub. “Gəncə piri”.
3.2
M.Sərvət. “Azərbaycan Atabəylərinin şəcərəsi”.
3.3
K.Əhmədnejat. “Nizami Gəncəvi əsərlərinin təhlili”.
4
I FƏSİL
NİZAMİ GƏNCƏVİ İRSİNİN ÖYRƏNİLMƏSİ VƏ TƏBLİĞİNDƏ
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ROLU.
Böyük iftixar hissi ilə deyə bilərik ki, Nizami Gəncəvi qədər Azərbaycan xalqını
dünyada tanıdan ikinci bir şəxsiyyətə rast gəlmədik. Nizaminin təxminən bütün dünya
xalqlarının dillərinə tərcümə olunması və sevilə-sevilə oxunması buna ən gözəl
göstəricidir. Digər tərəfdən Nizami elə böyük sənətkarlardandır ki, o, təkcə poeziyanın
zirvəsini
kəşf etməklə deyil, elm sahələrinin əksəriyyəti haqqında məlumat verməsi və
öz ölməz “Xəmsə”si vasitəsilə bunu əks etdirmişdir. Azərbaycanda ayrı-ayrı alimlər
Nizaminin dil, ədəbiyyat, riyaziyyat, fizika, astronomiya, təbabət, nəbatat, kənd
təsərrüfatı, rəssamlıq, heykəltaraşlıq, fəlsəfə, tarix və s. elmlərə bələd olduğunu və
“Xəmsə”sindən məlum olur ki, onlardan konkret misallar gətirməklə ustalıqla
istifadə
etmişdir. XII əsrdə bu, ancaq dərin zəkanın və şəxsi geniş mütaliənin sayəsində ola
bilərdi. (96-5)
Əlbətdə, Nizami türk, fars və ərəb dillərini mükəmməl bildiyi üçün böyük poliqlot
kimi bu xalqların ədəbiyyatı, tarixi ilə yaxından tanış idi. Nizamiyə qədərki şairlər ancaq
Şərqdən yazmış və ondan kənara çıxmamışlar. İlk dəfə məhz Nizami bu tilsimi
sındıraraq Qərbə çıxmışdır.
Bunun nəticəsi olaraq o, Makedoniyalı İskəndərdən söhbət
açmışdır. Elmi araşdırmalar onu göstərir ki, klassik yunan fəlsəfə və tarixini bilmədən
bu haqda danışmaq mümkün deyildi. Nizami demək olar ki, Çin, Rusiya, Gürcüstan,
Ərəb
ölkələri, İran, Azərbaycan və Rumdan bəhs edib bu ölkələrin adət-ənənələri və
məşğuliyyətlərindən danışırsa, bir daha biz bu mütəfəkkir insanın nə qədər yüksək bilik
potensialı və fövqəladə zəka sahibi olduğunu görürük. Elə bunun nəticəsidir ki,
Nizaminin “Xəmsə”sindəki hər bir poemasından bütün dünya şairlərinin ən yüksək
məqamında dayananların on nəfəri çıxar. Dünya təcrübəsi göstərir ki,
böyük dahilər hər
5
100-200 ildə bir yetişirlər. Çox qəribədir ki, onlar da zamanın təpikləri altında
tapdalandıqdan sonra yetişirlər. Ancaq Nizami bu sahədə öz zəkası hesabına elə öz
zəmanəsində qiymətləndirilmişdir. O, saraya gedib mədh yazmasa da, bütün hökmdarlar
tərifdən o zamanın yüksək maaşı ilə təmin edilmişdir. Hətta, Nizami aldığı axçadan
kasıblara əl uzatmışdır. Poemalarını yazıb bitirdikdən sonra isə hökmdarlar tərəfindən
mükafatlandırılmışdır. Bunların təsdiqi kimi yenə ölməz şairin öz yazdıqlarına nəzər
salaq:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç
kəsə üstünlük eyləyə bilməz. (87-28)
Yuxarıda
qeyd etdik ki, nadir dahilər hər bir xalqın həyatında hər əsrdə yetişməyə
də bilər. Azərbaycan xalqının payına XX əsrdə daha bir dahi insan bəxş edilmişdir. Bu,
əlbətdə, hörmətli el ağsaqqalımız 35 il respublikamıza rəhbərlik etmiş, dünya siyasət
arenasında özünə layiqincə yer almış, fenomenal bilik potensialına malik olan, ölməz
prezidentimiz, xalqımızın elm, mədəniyyət, musiqi, ədəbiyyat, dil dostu, Azərbaycan
xalqının müstəqilliyini özünə qaytaran, onu dünyada tanıdan
möhtərəm Heydər Əliyev
cənablarıdır. Heydə Əliyev həmin şəxsdir ki, Azərbaycana rəhbərlik etmək missiyasını
öz çiyinləri üzərinə götürməsəydi, ölkəmizdə baş verən hərc-mərcliyi tez bir zamanda
ləğv etməsəydi, bəlkə də, indi Azərbaycan adlı bir məmləkət də yox idi.
Bütün bu
işlərinə görə biz Heydər Əliyevə borcluyuq. Bizi maraqlandıran cəhət odur ki, o,
klassiklərin dostu, gənclərin hamısı olmuşdur.
Konkret olaraq Nizami Gəncəvi və Heydər Əliyev arasındakı bağlılığı açmaqla bu
iki böyük şəxsiyyətin əməlləri qarşısında borcumuzdan qismən də olsa çıxmağa çalışaq.
Heydər Əliyev cənabları ömrünün çox hissəsini dövlət işlərinə sərf etmişdir. Ancaq o,
ömrünün sonuna kimi ədəbiyyat, dil, incəsənətin vurğunu olmuşdur. Azərbaycanın
böyük sənətkarlarının iştirakı ilə konsertlərdə, yubileylərdə və beynəlxalq tədbirlərdə
böyük qürur hissi ilə çıxış edər, sənət adamlarına maddi və mənəvi dayaq olardı. Hətta,
vaxtının məhdud olmasına baxmayaraq səhnə arxasına keçib onların çıxışlarını,
gördükləri işləri dəstəkləyər və problemləri ilə maraqlanıb, elə yerindəcə həll etməyə