[ В в е д и т е а д р е с о р г а н и з а ц и и ]
Страница 1
Aqata Kristi
Baş nazirin oğurlanması...
2011
İngiliscədən çevirəni:
Camal Zeynaloğlu
01.07.2011
Tanınmış yazıçının, başqa xarici yazarların povest və hekayələrinin Azərtbaycan dilinə
edilmiş tərcümələrdən ibarət yeni elektron rəqəmsal kitab. Yeni Yazarlar və Sənətçilər
Qurumu ilə www.kitabxana.net – Milli Virtual Kitabxananın e-nəşri N 59
4
Bakı - 2011
Az2
----------
2011
BBKC – 63
Aqata Kristi
C – 63 “Baş nazirin oğurlanması”
(Tərcümələr toplusu kitabı)
İngiliscədən çevirəni:
Camal Zeynaloğlu
Rəyçi:
Kamran Nəzirli
, filologiya elmləri namizədi
Bakı, “Yazıçı” nəşriyyatı – 2011, - 141 səh.
5
5204000101 – (450)
C ------------------------------ 04 -11 qrifli nəşr © C.Zeynaloğlu
M - 656 - 2011
Aqata Kristi
----------------------------------
/İngiltərə/
Onu "cinayətlərin kraliçası" adlandırırdılar, amma özünün başqa
-
"Ölüm hersoginyası" titulu xoşuna gəlirdi.. Ginnesin Rekordlar kitabında
onun əsərləri 103 dildə 2 milyard nüsxədə çap olunub. O, dünyada ən çox
oxunanmüəllifdir.
1890-
cı il sentyabrın 15
-
də İngiltərənin Devonşir qraflığında anadan
olan Aqata ailədə üçüncü övlad idi. Kütbeyin, astagəl olduğuna görə
valideynləri onun həyatda heç nəyə nail olmayacağını düşünür və ən
yaxşı halda uğurlu ailə həyatı quracağına inanırdılar.
Gələcək yazıçının
uşaqlıq illəri tənhalıq içində keçib
-
dostları yox idi, bacısı və qardaşı
ondan yaşca çox böyük idilər, ilk təhsilini isə evdə almışdı. Bu, bir
tərəfdən onun fantaziyasını stimullaşdırır, digər tərəfdən isə
cəsarətsizliyini artırırdı. Aqata sonrakı təhsilini İngiltərə və Fransanın özəl
təhsil ocaqlarında alır. O, musiqi ilə ciddi məşğul olur, şeir və hekayələr
yazır, onlardan bəzilərini müxtəlif jurnallara göndərsə də, heç biri nəşr
olunmur. Eyni aqibət onun ilk əsərini
-
"Səhra üzərində
qar"ı
dagözləyirdi.
Aqata "Staylsda sirli hadisə" ilk detektiv romanını böyük bacısı ilə
mərcə girərək yazıb. Bacısı iddia edirdi ki, yaxşı detektiv yazmaq çətindir.
Aqata kitab yazsa da, uzun müddət nəşr elətdirə bilmir. Romanını çap
etməyi altı nəşriyyat rədd etsə də, yeddincisi risk elədi. Yalnız 2 min