MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə38/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   34   35   36   37   38   39   40   41   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

117 


Bu  ssenari  ölkənin  xarici  imicinin  yaxşılaşdırılmasına  və  əmək 

resursları  çatışmazlığının  aradan  qaldırılması  üçün  mühacirlərin 

cəlb  edilməsinə  yönəlmişdir;  beləliklə  dövlət  mühacirləri  onların 

etnokulturoloji  fərqlərini  saxlayaraq  ölkədə  yaşamağa  təşviq  edir, 

ancaq bir şərtlə ki, onlar loyal olsun və demokratik cəmiyyətin baza 

dəyərlərini, prinsiplərini qəbul etsinlər – Avstraliya modeli. Kanada, 

ABŞ, Almaniya, Avstraliya – 4 fərqli model. Bu modellərin hamısı 

60-70-ci illərdə işlənib hazırlanmışdı. Bu o zamanlar idi ki, Avropa 

liberal  düşüncəsinin  müsəlman  aləminə,  Avropadakı  müsəlman 

ekspansiyasına  qarşı  qoyacaq  bir  şey  tapması  zəruri  idi.  O  vaxt 

―ümumi  tolerantlıq  və  assimilyasiya‖  ideyası  ideal  görünürdü.  O, 

böyük  sayda  xarici  muzdlu  qüvvə  cəlb  edir,  eyni  zamanda  başqa 

əhalini  müəyyən  olunmuş  hüquq  və  azadlıqlardan  məhrum  etmir. 

Ancaq zaman keçdikdən sonra məlum oldu ki, hər şey o qədər sadə 

deyil.  Mənim  fikrimcə  dörd  ssenaridən  sonuncusu  daha  effektiv 

təsirə  malikdir.  Avstraliya  qanuni  və  qeyri-qanuni  mühacirlər 

xüsusunda öz mövqeyini kifayət qədər sərt və ardıcıl şəkildə həyata 

keçirir. ―İşləmək istəyirsiniz? – Kollektivdə işləməyi bacarırsınızsa, 

xoş  gəlmisiniz!  Yox?  –  Qayıdın  vətəninizə.  İşçiyə  ehtiyacımız 

yoxdur‖.  Avropa  və  Amerika  üçün  belə  yanaşma  bir  sıra 

səbəblərdən  yolverilməzdir:  Avropa  seçim  qarşısında  durur  –  ya 

yeni  işçi  qüvvəsinin  cəlb  edilməsi  sürətini  saxlamaq  (tələbat  ildə 

yüz  min  insandır),  ya  da  onları itirmək.  Əhalinin  sayının azalması 

nəzərə  alındıqda  sonuncu  siyasi  və  iqtisadi  deqradasiyaya  səbəb 

olur. Əgər bu problemi daha əvvəl həll etməyə təşəbbüs etsə idilər, 

onda  müsəlman  əhalinin  sayı  yerli  əhalinin  sayının  onda  birinə 

çatmazdı, ola bilsin ki, o vaxt bu problemi mövcud imkanlarla həll 

etmək mümkün idi. Ancaq bu gün, artıq on milyonlarla insan Fransa 

və Almaniyada yerləşib vətəndaşlıq aldıqdan sonra, meydana gələn 

problemi siyasi baxımdan süvari sıçrayışları ilə həll etmək mümkün 

deyil. ABŞ-da vəziyyət daha da mürəkkəbdir. Burada afroamerikalı 

əhali  qarşısında  nəhəng  milli  günah  obrazı  hökm  sürdüyündən 

affirmation  siyasəti  ağdərili  vətəndaşlara  özlərini  rahat  hiss  etmək 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

118 



imkanı verir. ABŞ-da belə bir təcrübədən qətiyyən imtina etməzlər. 

Ondan demaqoji məqsədlərlə istifadə etmək bütün siyasətçilərə sərf 

edir.  Belə  çıxır  ki,  ölkədə  nə  qədər  çox  fərqli,  unikal,  mimikriya 

etmək  arzusunda  olmayan  mədəniyyətə  malik  olan  dini  icma  və 

millətlər  varsa,  ənənəvi  demokratik  institutları  işləməyə  məcbur 

etmək  o  qədər  çətindir.  Əhalisi  gənc  olan  ölkələrlə  problem 

yaranmır.  Dövlət  maşını  tərəfindən  güc  tədbirləri  həyata 

keçirildikdə  onun  ünvanına  rasizm  və  ksenofobiya  ittihamları 

eşidilmir.  Bu  yaxınlarda  Birləşmiş  Krallıqda  baş  verən  talanları 

yada  salmaq  gərəkdir.  Federal  KİV  Britaniya  polislərini  nələrdə 

ittiham  etmədi  ki?!  Halbuki  onlar  heç  bir  xüsusi  şey  etməmiş, 

sadəcə qanunu müdafiə etmişdilər. Ancaq mühacirlərin bir çoxunun 

bu qanunun özü haqqında çox vaxt konstitusiyada yazılandan fərqli 

təsəvvürləri, görüşləri var. Rus provaslav kilsəsinin başçısı patriarx 

Kirillin sözlərini xatırlamaq olar. O, bu il iyun ayının 16-da Rusiya 

Sülh Fondunun (mən Rusiya Sülh Fonduna rəhbərlik etmək kimi bir 

şərəfə  nail  olmuşam)  əlli  illiyində  çıxış  edərkən  müasir 

multikulturalizmi  kokteyllə  müqayisə  edir:  ―Kokteyl  düzəltmək 

üçün  stəkana  müxtəlif  komponentlər  tökürlər,  ancaq  silkələmək 

mümkün  olmur,  komponentlər  var,  kokteyl  yoxdur.  Bəlkə  heç 

tökmək lazım deyildi?… Nə qədər çalışırsansa çalış, türkdən ya da 

ərəbdən anqlosaks düzəltmək olmaz‖. Əlavə olaraq demək istərdim 

ki,  multikulturalizmin  Avropa  modelinin  iflas  etmə  səbəbi  məhz  

Köhnə dünyanın qanunlarının və normalarının yumşaqlığıdır. Yeni 

sakinlərin  ənənəvi  həyat  normasına  daxil  ola  bilməmələri, 

cəzalandırılmamaları, bəzi yerlərdə hətta təşviq edilmələri modelin 

süquta uğramasına səbəb oldu. Bu vəziyyətdə də medalın arxa üzü 

var – sağ partiyaların və sağçı əhval-ruhiyyənin getdikcə yükslməsi. 

Fəaliyyətdə  olan  hakimiyyət  mühacir  axınının  öhdəsindən  gələ 

bilmirsə,  siyasi  arenada  xalqa  köməyini  vəd  edən  qüvvələr  peyda 

olur. Köhnə Dünyada seçimlər tam gücü ilə gedir və vəziyyət hər il 

daha  da  qızışır.  Hər  şey  Fransada  başladı,  Mari  le  Penin  başçılığı 

altında  ultrasağçılar  gözlənilmədən  yaxşı  nəticə  göstərdilər.  Sonra 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

119 


Finlandiya,  indilərdə  isə  Almaniya  gəlir.  Vertenberqdə  vilayət 

seçkilərində  sağçılar  5%-lik  psixoloji  həddi  aşdılar.  Məncə,  əsas 

təhlükə  təşkil  edən  hal  elə  budur.  Qeyd  edilən  hal,  baş  tutmayan 

multikulturalizmdən daha qorxulu olmaqla bərabər, müasir Avropa 

milli  ideyasının  nə  qədər  təhlükəli  olduğunu  göstərən  bu 

nəzəriyyənin  məntiqi  nəticəsidir.  Fransa,  Almaniya  və  İngiltərədə 

siyasətin  iflası  ultrasağçı  partiyaların  dəyirmanına  su  tökür.  Mənə 

elə  gəlir  ki,  bu  ölkələrin  liderlərinin  düşünmələrinin  və  meydana 

gələn problemi dərhal həll etmələrinin vaxtı gəlib çatıb, yoxsa çox 

gec ola bilər. Ümid edirəm ki, Köhnə Dünyanın dövlət başçıları bu 

günkü forması və izahı ilə multikulturalizm kimi bu cür, müəyyən 

qədər köhnəlmiş siyasi modellə silahlanmayacaqlar. 

 

  

 



Leonid Slutski, 

 Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq 

məsələlər üzrə komitəsi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə