MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə29/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   25   26   27   28   29   30   31   32   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

90 



*  Azərbaycanın  tərəqqisinə,  əzəmətinin  və  şöhrətinin  artmasına 

töhfə  verən  müstəsna  xidmətlərinə,  o  cümlədən  ―Azərbaycanın 

geosiyasəti‖  adlı  ölkəmizdə  geosiyasət  elminin  əsasını  qoyan 

fundamental  və  unikal  tədqiqat  əsərinə  görə  Azərbaycan 

Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə koməkçisi, 

görkəmli  dövlət  xadimi,  tarix  elmləri  doktoru,  professor  Əli 

Həsənovun  Azərbaycanın  yüksək  dövlət  təltifinə-―Heydər  Əliyev‖ 

mükafatına layiq görülməsi

 

*  ―Azərbaycanın  geosiyasəti‖  əsərinin  dövlət  səviyyəsində  geniş 



təqdimatının keçirilməsi

 

*  ―Azərbaycanın  geosiyasəti‖  əsərinin  BMT-nin  rəsmi  dillərinə 



(ingilis, fransız, rus, ərəb, ispan və çin) tərcmə olunması və s. 

 

 



Elman Nəsirov 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət 

İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar 

İnstitutunun direktoru, millət vəkili,  siyasi elmlər 

doktoru, professor 

 

 



 

 

 



 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

91 


 

Multikulturalizm və dövlətçiliyin gələcək inkişaf 

modelinə aparan yollar haqqında 

 

 



    Məlumdur  ki,  etnopsixologiya  və  ya  etnik  psixologiya  adlanan 

tədqiqat  sahəsi  millətlərin  psixologiyasının  öyrənilməsi  ilə  məşğul 

olduğuna görə bu elm sahəsinə olan böyük maraq siyasi motivlərlə 

əlaqədardır.  Hətta  politologiyada  etnik  psixologiyanın  təsiri  ilə 

yaranmış  «Etnopolitologiya»  adlı  xüsusi  bölmə  mövcuddur. 

Etnopsixologiya  –  insanların  etnik  (mədəni)  mənsubiyyəti  ilə 

onların  psixologiyası  arasındakı  əlaqəni  öyrənən  psixologiya 

sahəsidir  bu  elm  sahəsi  kimə  necə  təsir  göstərmək  işini  müəyyən 

etməyə imkan verir.  

 

    Müasir  dünya  psixologiyasında  millətlərin  psixologiyasının 



öyrənilməsi  məsələsinə  iki  fərqli  yanaşma  xətti  –  modelləri 

mövcuddur:  Amerika  və  Avrasiya  modelləri.  Birinci  model  ABŞ 

psixologiyasında meydana çıxmışdır və o dövlətdə aparıcı mövqeyə 

malikdir.  İkinci  model  -Avropa,  keçmiş  SSRİ  və  Uzaq  Şərq 

ölkələrində  isə  millətlərin  psixologiyası  «etnik  psixologiya» 

çərçivəsində öyrənilir.  

    Etnik və siyasi millətçilik arasında o fərq var ki, etnik millətçilik 

xalqların inkişafının erkən çağlarında gərəkli oluduğu halda, siyasi 

millətçilik dünyanın Yeni və Ən Yeni tarixi üçün səciyyəvidir. Bu 

həm  də  xalqların  ictimai-siyasi  şüurunda  baş  verən  keyfiyyət 

dəyişikliklərindən,  rasional  seçimin  inkişaf  etməsindən  irəli  gəlir. 

Etnik  millətçilik  nisbətən  aşağı  səviyyə  hesab  edilən  primitiv 

millətçilik  hesab  edilir  və  müəyyən  zəmin  yarananda  etnik 

millətçilik öz yerini daha yüksək səviyyəli millətçiliyə verir.  

    Məlumdur  ki,  hakimiyyətin  mənbəyi  başqa  qüvvə  yox,  onun  öz 

xalqıdır  və  keçən  əsrlərdə  Avropa  məkanında,  hazırda  isə  Yaxın 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

92 



Şərq ölkələrində baş verən dəyişikliklərin mahiyyəti də elə xalqdan 

irəli  gəlir.  Vətəndaş  millətçiliyi  kimi  formalaşan  və  ya  buna  can 

atan  dövlətlərin  daha  uğurlu  inkişaf  etməsinin  səbəbi  də  elə  xalq 

qüvvələridir.  

    Siyasi  millətçilik  əsasında  təşkilatlanan  dövlətlərdə  etnik-milli 

enerjinin  əhəmiyyətli  hissəsi  ölkədaxili  münaqişələrin  həllinə  sərf 

edilir.  Hərc-mərclik  baş  alıb  gedir  və  sonda  bu  ölkə  hansı 

formadasa, digər dövlətlərdən asılı vəziyyətə düşür. Əgər bir ölkədə 

vətəndaş  identikliyi,  həmrəyliyi  imkan  verirsə  ki,  milli  və  mədəni 

müxtəlifliyin  tükənməz  enerjisi  ümumi  dövlətçilik  mənafeyinə 

xidmət  etsin,  o  qüvvəni  dövlətin  inkişafı  istiqamətinə  yönəltsin, 

həmin  dövlət  inkişaf  edəcək  və  əldə  etdiyi  müstəqilliyi  qoruyub 

saxlayacaqdır.  

    Hazırda  dünyanın  "immun  sistemi"  çox  təhlükəli  meyillərin 

birbaşa  təsiri  altına  düşmüşdür.  Beynəlxalq  təhlükəsizlik,  həm 

bütövlük keyfiyyətinə malik qlobal sistem olmaq etibarilə, həm də 

ayrı-ayrı  regionlar  və  ölkələr  bölümündə  ifrat  dərəcədə  mürəkkəb 

məzmunlu problemli situasiya ilə qarşı-qarşıyadır. Problemin fəlsəfi 

ideallaşdırılması  və  bu  prizmadan  çıxış  yollarına  baxış  birmənalı 

olaraq  "realist  məktəbin"  (D.Qobson,  K.KIauzevits,  Q.Morqentau, 

Q.Kissincer) öz mahiyyəti etibarilə artıq kifayət qədər "tüklənmiş" 

Pareto-optimumundan elə də fərqlənməyən konseptual yanaşmasına 

gətirib çıxarır. Sabit qaydaların, sabit dünya nizamının mövcudluğu 

mütləq təhlükəsizliyin qarantı kimi çıxış etmək keyfiyyətinə malik 

deyildir.  "Realist  məktəbin"  məntiqindən  çıxış  etsək,  onda  belə 

məlum olur ki, bir ölkənin "mütləq təhlükəsizliyi", digər bir ölkənin 

yaxud ölkələr qrupunun nisbi təhlükələrə məruz qalması şəraitində 

reallığa  çevrilə  bilər.  Başqa  sözlə,  qlobal  miqyasda  ölkələrarası 

qarşılıqlı asılılığın assimetrikliyi adi gözlə müşahidə olunmaqdadır. 

Nəyin  paylanması  yaxud  bölüşdürülməsindən  asılı  olmayaraq, 

qlobal  assimmetriklik  kütləvi  şəkildə  ədalətsizlik  doğurur. 

Ədalətsizliyin  qlobal  miqyaslı  təzahür  formaları,  dünya  nizamının 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə