MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə121/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   117   118   119   120   121   122   123   124   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

372 



Yaşıl iqtisadiyyatın tərəqqisi naminə bilik üçbucağı – Afina Milli və 

Kapodistriya Universiteti tərəfindən əlaqələndirilmişdir; 

Karbonsuzlaşdırılmış  enerji  texnologiyası  üçün  Co2-nin  tutulması 

və  məhdudlaşdırılması  üsulları  –  Bakı  Dövlət  Universiteti 

tərəfindən əlaqələndirilmişdir; 

Su 


ehtiyatlarının 

idarəsi-Belqrad 

Universiteti 

tərəfindən 

əlaqələn­dirilmişdir; 

Yeniləşdirilmiş  enerji  resurslarının  idarəsi  –  ―Ovidius‖  Konstanza 

Universiteti tərəfindən əlaqələndirilmişdir; 

Dunay,  Dunay  hövzəsi  və  Qara  dəniz  Makro  Sistemləri  üzrə 

yeniliklərin  öyrənilməsi  Mərkəzi  –  GeoEcoMar  tərəfindən 

əlaqələndirilmişdir; 

Qlobal  Təşəbbüs  Treyninqi  –  Handonq  Qlobal  Universiteti 

tərəfindən əlaqələndirilmişdir; 

Davamlı  Tərəqqi  naminə  Nano  və  Mikrotexnologiya  –  ―MİSİS‖ 

Milli 


Elm 

və 


Texnologiya 

Universiteti 

tərəfindən 

əlaqələndirilmişdir; 

BMT  ET  Gənclik  Əməkdaşlığı  Mərkəzi  –  İstanbul  Texniki 

Universiteti tərəfindən əlaqələndirilmişdir; 

Davamlı  iqtisadiyyatın  və  ya  ―Yaşıl  iqtisadiyyat‖ın  həyata 

keçirilməsi  üçün  nizamların  və  planların  əhatəsindən  çıxaraq, 

yenilik etməyi bacaran bir mühəndisə ehtiyac duyulur. Bu cür cəhdi 

yerinə  yetirmək  üçün  təhsildə  fundamental  dəyişikliklər  həyata 

keçirilməlidir  və  önəmli  qərarları  qəbul  edən  şəxslər  aşağıdakı 

məsələləri həll etməlidirlər: 

 

Dünyamızın  davamlı  inkişafı  naminə  Universitetlərin  təhsil, 



tədqiqat,  siyasət,  əhali  arasında  informasiya  mübadiləsi,  ətraf 

mühitlə bağlı məsələlərə müraciət etməsinə təşəbbüs göstərməsi

Universitetlərin  fakültələrini  ətraf  mühitlə  bağlı  maariflənmənin 

bakalavr,  magistr  və  ali  məktəb  tələbələrinə  çatdırılmasına  sövq 

etməsi; 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

373 


Universitetlərin  ətraf  mühitlə  bağlı  idarəçilik,  davamlı  iqtisadi 

inkişaf,  əhali,  sahilyanı  ərazilərin  birgə  idarəsi,  eko-yenilənmə, 

bütöv  texnika  və  bununla  bağlı  sahələrin  tədqiqi  istiqamətində 

təşəbbüslərə  dəstək  verilməsi  və  bütün  Universitet  məzunlarının 

savadlı və məsuliyyətli vətəndaşlar olmasına cəhd edilməsi. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

374 



 

Professor R.Ə.Həsənov, Bakı Dövlət Universiteti 

 

Qloballaşma və müasir biotexnologiya 

 

Mövcud  iqtisadi  təlatümdə  təkcə  davam  gətirmək  deyil,  həm  də 



irəliləmək 

üçün 


innovasiya 

elmi 


qloballaşmanın 

hansı 


üstünlüklərindən istifadə edə bilər. Bu gün diqqəti qloballaşmanın, 

çox güman ki, elmi bilik formasını almış və sosial inkişafa müsbət 

təsir göstərən tərəflərinə yönəltmək lazımdır. Texnologiya, xüsusilə 

də informasiya texnologiyaları sahəsindəki inkişaf insanın zaman və 

məkan 

daxilində 



əhatə 

imkanlarını 

dəyişdirdi. 

Müasir 


kommunikasiya  əsasında  son  30-50  il  müddətində  dünyanın 

fasiləsiz  ―sıxlaşması‖,  ―vahid  cəmiyyətin‖  yaranmasına  səbəb 

olmuşdur. Belə ki, insan və təbiət arasındakı qarşıdurma ekoloji və 

texnoloji qəzalar ilə nəticələnən , artıq bu gün böyüməkdə olan bir 

münaqişəyə  çevrilmişdir.  Ekoloji  texnologiyalar  və  ekoloji 

alternativ energetika- bunlar kreativ effekt, davamlı inkişaf və milli 

rəqabət potensialını təmin edən yenilik sahələridir. 

 

Bu  məsələyə  gələcək  10  illiklər  ərzində  biotexnologiya  və 



bioenergetika  təmayülü  nöqteyi-nəzərindən  baxaq.  İqlimin 

dəyişməsi  ətraf  mühitə  minimal  təsir  göstərən  bərpaolunan  mənbə 

əsasında  davamlı  enerji  sisteminin  yaradılmasını  labüd  edir.  Digər 

vacib  məsələlərdən  biri  də  cəmiyyətin  enerji  təminatıdır.  Yerin 

səthinə  il  ərzində  küllü  miqdarda  enerji  düşür.  Əsas  məsələ  günəş 

enerjisinin hansı sadə və effektiv yollarla istilik, elektrik və yanacaq 

kimi yararlı formaya transformasiya edilə bilməsidir. Qış mövsümü 

və gecə vaxtlarında Yerin səthinə düşən günəş enerjisi az olur. Ona 

görə  də  enerjinin  müvafiq  daşıyıcıda  toplanma  sisteminə  ehtiyac 

duyulur.  Qaz  halında  olan  hidrogen  bir  çox  digər  enerji 

daşıyıcılarından  biridir.  İstifadə  zamanı  CO2  –nın  ətraf  mühitə 

emissiya  etməməsi  onun  əsas  üstünlüyüdür.  Lakin  onu  müasir 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

375 


metodla  almaq  üçün  digər  yanacağın  yandırılması  lazımdır. 

Hidrogenin  enerji  baxımından  effektiv  və  çirkləndiricilərdən  azad 

yollarla  alınması,  onu  davamlı  və  bərpaolunan  enerji  sistemi  üçün 

maraqlı enerji daşıyıcılarından biri edəcək. 

 

Günəş  enerjisinin  təsirindən  sudan  elektronların  çıxarılması  və 



hidrogenin  ayrılması  yolu  ilə  yaşıl  bitkilərdə  gedən  fotosintez 

prossesinin  müəyyən  mərhələlərinin immitasiyasına əsaslanan  süni 

fotosintez,  dünyanın  bir  çox  ixtisaslaşmış  elmi  konsorsiumları  ilə 

intensiv araşdırılır. 

 

Nəyə  görə  hidrogen  yaxın  gələcəkdə  enerji  daşıyıcısı  ola  bilər? 



Məlumdur  ki,  Enerji  üzrə  Beynəlxalq  Agentlik  artıq  2020-ci  ildən 

hidrogenin enerji  daşıyıcısı  kimi  bazara  çıxarmağı  proqnozlaşdırır. 

Bu  ancaq  hidrogenin  ucuz  və  ətraf  mühitə  zərər  verməyən 

mənbədən alınması mümkün olduqda həyata keçirilə bilər. Beləliklə 

yaşıl  bitkiyə  oxşar  sistemdə  günəş  işığının  təsiri  ilə  hidrogenin 

sudan alınması- bu davamlı və yeniləşən enerji daşıyıcısının alınma 

yoludur. 

 

•  Kreativ  effekt.  Yuxarıda  qeyd  edildiyi  kimi,  təbii  fotosintezin 



müəyyən  mərhələlərini  immitasiya  edən  proseslər  əsasında 

alternativ yeniləşən enerji yaradılmasına yanaşma gələcəyin ekoloji 

təmiz enerji yaradılması yolunda bir yüksəlişdir. 

 

•  Davamlı  inkişaf.  Süni  fotosintezin  yaranması  məsələsinin  uğurlu 



həlli  gələcək  nəslə,  təbiətə  ziyan  vurmayan  savadlı  enerji  təminatı 

və enerji istifadəsi sistemlərini bəxş edəcək. Belə olduqda, gələcək 

nəsil AES-lərdə baş verən qəzalar və neftin ətrafa yayılması zamanı 

meydana çıxan fəlakətlərlə rastlaşmayacaq. 

 

•  Milli  rəqabət  potensialı.  Bu  incə  məqam,  bir  tərəfdən  qabaqcıl 



ölkələr tərəfindən inkişafda olan və elmi potensiala malik ölkələrə 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə