www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
398
mühitini formalaşdıraraq, siyasi kommunikasiyaların mühüm tərkib
hissəsinə çevrilir. Qlobal şəbəkə siyasi partiyalar tərəfindən əhali ilə
ünsiyyət üçün real interaktiv kanal, elektorata siyasi təsir vasitəsi
kimi şıxış edir.
Tarixən müxtəlif səviyyələrdə mövcud olan və fərqli adlarla ifadə
edilən sosial şəbəkələr İnternet mühitinə keçməklə yeni keyfiyyət
mərhələsinə yüksəldi. İnternet-texnologiyalar hesabına ayrı-ayrı
sosial qruplar virtual məkanda operativlik, çeviklik, mobillik,
informativlik kimi imkanlar əldə etməklə cəmiyyətdə mühüm
faktora çevrilməkdədirlər. Müxtəlif maraqlar ətrafında birləşən
insanların yaratdığı virtual sosial şəbəkələr cəmiyyətin ictimai-
siyasi, sosial-iqtisadi və mədəni həyatının mühüm komponenti kimi
çıxış etməkdədir.
İnternet yer kürəsini əhatə etməklə yeni-yeni şəbəkə cəmiyyətləri
meydana gətirir. Görkəmli ispan sosioloqu, İC tədqiqatçısı
M.Kastels hesab edir ki, informasiya əsrində insanları, təşkilatları
və dövlətləri bir-biri ilə birləşdirən şəbəkələr mühüm rol oynayacaq.
Onun fikrincə, informasiya cəmiyyətində iqtisadiyyat, əmək,
məşğulluq, mədəniyyət, siyasət, dövlət təsisatları, son nəticədə
zaman və məkan amilləri transformasiyaya uğrayacaq.
İnternetin sosial fəallığa təsir göstərən ən mühüm amillərindən biri
insanlar arasında informasiya mübadiləsi üçün yaratdığı şəraitdir.
Qlobal şəbəkənin köməyi ilə kompyuter kommunikasiyaları bu gün
qarşılıqlı informasiya əlaqələrinin yeni sferasını yaradır ki, bu da
ictimai münasibətlərin yeni formasının əsasını qoyur. İnternetin
inkişafının ilkin mərhələsində istifadəçilərə veb-saytlar vasitəsi ilə
birtərəfli qaydada məlumatlar verilirdi (web1.0). Lakin artıq
istifadəçilər web2.0 texnologiyası vasitəsi ilə sosial şəbəkələrdə,
digər saytlarda əks tərəflə birbaşa interaktiv əlaqəyə girə bilirlər. Bu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
399
da İnternetdə insanlararası ünsiyyətin daha çevik və maneəsiz
həyata keçirilməsinə imkan verir.
İnternet yeni ünsiyyət mərhələsidir. İnternetdə informasiya üçün heç
bir nəzarət və məhdudiyyət yoxdur. Müxtəlif qitələrdən olan
insanlar burada sərbəst ünsiyyət qururlar. İnternetdən tədqiqat
vasitəsi kimi istifadə edilməsi emprik sosialogiya (sosial tədqiqat
metodları, metodikaları, mexanizmlərindən istifadə etməklə sosial
məlumatların yığılmasına və analizinə yönələn kompleks sosial
tədqiqat sahəsi) üçün yeni imkanlar açır. Amma ənənəvi üsullarla
sosial sorğuların keçirilməsi zamanı respondentlərdən keyfiyyətli
informasiyanın yığılmasının bir çox çətinlikləri var.
İnternetdən sosioloji tədqiqatların aparılması üçün istifadəyə dair
təxminən 10 illik dünya təcrübəsi mövcuddur. Beynəlxalq
təcrübə göstərir ki, İnternet sürətli sosial proseslərin tədqiqi üçün
ilkin sosioloji informasiyanın yığılması prosesini sürətləndirir.
İnternet şəbəkəsindəki virtual mühitdə insanlar arasında informasiya
mübadiləsi üçün keyfiyyət dəyişiklikləri sosioloqlarla respondentlər
arasında ünsiyyətin yeni mərhələsinə keçməyə şərait yaradır.
İnternetin təsiri ilə həmçinin dünyada kollektiv intellektin (həm
təbii, həm də süni) formalaşması prosesi sürətlənir. Bu mülahizələr
akademik N.Moiseyevin irəli sürdüyü ―Kollektiv beyin‖
konsepsiyasında öz əksini tapıb. O, ―Kollektiv beyin‖ dedikdə,
insanları informasiya əlaqələri ilə birləşdirən sistemi nəzərdə
tuturdu. Hesab edirdi ki, İT hesabına formalaşacaq kollektiv beyin
kollektiv qərarlar çıxarmağa imkan verən, tək informasiyanı
toplamaq və ötürmək yox, eyni zamanda analiz və nəticə çıxartmaq
imkanlarına malik olan, fərdi intellektləri xüsusi bir qaydada
birləşdirən, böhranların yaxınlaşması təhlükəsini xəbər verən və
alternativ inkişaf yolları təklif edən kollektiv tənzimləyici
funksiyasını həyata keçirən bir sistem olacaq.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
400
İnternet inkişaf etdikcə, yeni xidmətlər təklif etməyə başlayır.
İnternet insanlararası kommunikasiya mühiti yaradır, insanların
informasiya tələbatını ödəyir. Son zamanlar İnternet insanların
hesablama tələbatını da ödəməyə başlayıb. ―Hesablama buludları‖
(―cloud computing‖) adlanan texnologiyanın hesabına ən müxtəlif
qurğular vasitəsi ilə proqram təminatına, verilənlər bazalarına, digər
xidmətlərə çıxış imkanı əldə edilir. Hesablama buludları bir sıra
texniki, iqtisadi maneələri aradan qaldıraraq, İT-nin imkanlarını
daha da genişləndirmək iqtidarındadır. Həmin maneələrin aradan
qaldırılması milyonlarla mütəxəssislərin İT bazarına yeni töhfələr
verməsinə,
milyardlarla
istifadəçilərin
bu
imkanlardan
bəhrələnməsinə şərait yaradacaq.
İnternet artıq səhiyyə sisteminə, tibb sahəsinə də geniş şəkildə nüfuz
etməkdədir. Səhiyyə sisteminin informasiyalaşdırılmasında, tibbi
problemlərin həliində İnternetin imkanlarından geniş istifadə
edilməsi İC quruculuğunun mühüm istiqamətlərindən biri kimi çıxış
edir. O cümlədən vətəndaşların sağlamlığı haqqında məlumat
sisteminin
yaradılması,
GİS-texnologiyaların
köməyi
ilə
xəstəliklərin coğrafiyasının müəyyənləşdirilməsi, monitorinqinin
aparılması, xəstəliklərin diaqnostikası, apteklər və dərmanlar
haqqında verilənlər bazasının yaradılması, pasiyentlərə on-layn
tibbi xidmətlərin göstərilməsi, həkimlərin fəaliyyətinin kəmiyyət və
keyfiyyət göstəriciləri haqqında statistik məlumatları, xəstəliklərin
müalicə üsulları və vasitələri haqqında informasiyanı əks etdirən
veb-portalların yaradılması və s. məsələlər formalaşmaqda olan
elektron tibbin əsas komponentləridir.
İnternetin inkişafı istiqamətində növbəti addım kompyuter
şəbəkələrindən tədricən əşyaların şəbəkəsinə (kitablardan başlamış
avtomobillərə, elektrik cihazlarından başlamış ərzaq məhsullarına
kimi) keçmək, Əşyaların İnternetini yaratmaqdır. Əşyaların
Dostları ilə paylaş: |