АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №2, səh. 109-114 (2013)
109
Müxtəlif Yaşlı Heyvanlarda Qoxu Dereseptasiyasının, Üzunmüddətli İşıqlılıq və
Qaranlıq Rejimlərinin İnteroreseptiv Qlikemik Reaksiyalara Təsiri
P.Ə. Zülfüqarova, Ə.H. Əliyev
Bakı Dövlət Universiteti, Akad.Z.Xəlilov küç. 23, Bakı AZ 1148, Azərbaycan; Parvin_ 1982@mail ru.
Məqalədə müxtəlif yaşlı dovşanlarda qoxu analizatorunun dereseptasiyasından, onları işıqlı və
qaranlıq şəraitlərdə 10 sutka daimi saxladıqdan sonra və interomexanoreseptiv stimulyasiyası (80-100
mm c.s. təzyiqlə düz bağırsağın mexanoreseptorlarını qıcıqlandırma) zamanı qanda şəkərin
(qlükozanın) səviyyəsində dəyişikliklərin öyrənilməsinə dair təcrübi dəlillər təqdim edilmişdir.
Tədqiqatın gedişində müəyyən olunmuşdur ki, qoxu sensor sisteminin funksiyasının pozulması qanda
şəkərin miqdarının azalmasına səbəb olur və bu dəyişikliyin dərəcəsi heyvanın yaşından asılıdır.
Müəyyən edilmişdir ki, uzunmüddətli işıqlılıq və ya qaranlıq rejimləri həm sensor deprevasiya, həm
də interoreseptiv stimulyasiya zamanı qanda qlikemik reaksiyaların ritmik tənziminə müəyyən
korreksiyaedici təsir göstərir.
Açar sözlər: qoxu dereseptasiyası, işıqlılıq, interoreseptiv stimulyasiya, qlikemik reaksiya, sistemlərarası
(əlaqəli) tənzimləmə
GİRİŞ
Hal-hazırda təcrübi və nəzəri fiziologiyanın
qarşısında duran mühüm məsələlərdən biri insan və
heyvanların orqanizmində mərkəzi və ucqar tən-
zimləyici sensor, sinir, neyroendokrin və hormonal
mexanizmlər ilə daxili (visseral) toxuma və üzvlər
səviyyəsində həyata keçən maddələr mübadiləsinin
(metabolizmin) ayrı-ayrı vəsilələri arasında müm-
kün olan və müəyyən funksional vəziyyətlərində
reallaşan ikitərəfli və çoxtərəfli dinamik əlaqələrin
araşdırılması və qiymətləndirilməsidir. Məlumdur
ki, orqanizmin homeostatik tipli əsas metabolik
reaksiyaları arasında qlikemik reaksiyalar – qanda
və digər toxumalarda şəkərin (qlükozanın) miqdari
dəyişilmələri çox mühüm yer tutur. Orqanizmdə bir
sıra proseslərin, xüsusən də sinir proseslərinin və
əzələ fəaliyyətinin öz enerji məsrəflərinə və
dinamikliyinə görə qlikemik reaksiyalardan mütləq
asıllıqları ona dəlalət edir ki, bu reaksiyalar toxuma
və üzvlərin, eləcə də bütöv fizioloji sistemlərin
normal və ya anormal (patoloji) formalarda
funksiyalaşmasını əks etdirə bilən indikator
xarakterli mühüm fizioloji-biokimyəvi para-
metrlərindən biridir. Onlar nəinki funksional səviy-
yələrdə və spesifik karbohidrat mübadiləsində, həm
də metabolizmin digər formalarının (aminturşu,
zülal və lipid mübadilələrinin) fəallığında əhəmiy-
yətli rola malikdirlər (Ленинджер, 1985).
Qlikemik reaksiyaların təcrübi (eksperimental)
üsulların köməyilə öyrənilməsinin tarixi XIX əsrin
axırlarına gedib çıxsa da, bu sahədə geniş funda-
mental tədqiqatlar xeyli sonralar aparılmışdır. Qeyd
edilməlidir ki, o vaxtlar qlikemik reaksiyaların eks-
perimental tədqiqi əksər hallarda daxili orqanların
mexano-, xemo-, - osmo- - və termoreseptorlarının
müxtəlif yol və vasitələr ilə qıcıqlandırılması, başqa
sözlə, vissero- sensor (interoreseptiv) qıcıq-lan-
dırmalar zamanı həyata keçirilmişdir. Bu kimi
tədqiqatların aparılmasında akademik
A.İ.Qarayevin və onun əməkdaşlarının xüsusi
xidmətləri olmuşdur. Onlar həmin təcrübi işlərin
əsasında qlikemik mübadilə refleksləri haqqında o
dövr üçün yeni olan bir sıra elmi-nəzəri müddəalar
irəli sürmüşlər (Караев, 1957; Караев и Логинов,
1960; Гасанов, 1970; Тагиев, 1976).
Belə hesab edirik ki, interoseptiv qli-kemik
reaksiyaların öyrənilməsində qaranlıq qalan və
kompleks xarakterli yeni tədqiqartların aparıl-
masını zəruri edən bəzi məsələr mövcuddur. Tam
aydın deyil ki, qlikemik reaksiyaların bu və ya
digər istiqamətdə (hipo-, və ya hiperqlikemiya
formasında) inkişafını tənzimləməkdə hansı mər-
kəzi strukturlar və mexanizmlər daha fəal iştirak
edirlər, bu reaksiyaların gedişinə xarici və daxili
sensor sistemlərin (xarici və daxili analizatorların)
spesifik və müştərək (sistemarası, əlaqəli) təsirləri,
onların neyroendokrin mexanizmlərdən asıllıqları
necədir və hansı hallarda özünü qabarıq şəkildə
təzahür etdirirlər.
Müasir fiziologiyada artıq qəbul edilmiş və
çoxsaylı tədqiqatlara əsaslanmış mühüm elmi
müdəalardan biri də ondan ibarətdir ki, əksər ho-
meostatik göstəricilər, o cümlədən molekulyar-
hüceyrə və meta-bolik səviyyələrdə həyata keçən
başlıca proses və funksiyalar, daha çox sutkalıq
(sirkad) bioritmlər üzrə
tənzim olunurlar
(Заморский и Пишак, 2003; Buijs et al., 2006;
Hastings et al., 2007; So et al., 2009). Bu tip
müntəzəm bioritmlərin təşəkkülündə bəzi sensor,
Müxtəlif Yaşlı Heyvanlarda Qoxu Dereseptasiyasının,
110
sinir və neyroendokrin mexanizmlərin xüsusi rolu
müəyyən edilmişdir. Göstərilmişdir ki, görmə sen-
sor sisteminin ətraf aləmdə işıqlıq (işıqlılığın inten-
sivliyi, davamlılığı, onun qaranlıq faza ilə növbə-
ləşməsi) haqqında impulsasiyaları qəbul və analiz
edən, bu siqnallar əsasında baş beynin əksər funksi-
yalarına və onların vasitəsilə somatik və visseral
sferlərdə gedən həyati vacib proseslərə ritmik təsir
göstərən xüsusi mərkəzi strukturlar -mərkəzi ritmin
duksiyaedici mexanizmlər mövcuddur (Алиев и
др., 1983; Гаибов и др., 1987; Yamamoto et al.,
1984; Kalsbeek et al., 2001). Onların arasında
görmə sinir traktı ilə bir başa əlaqəsi olan
suprahiazmatik sinir nüvələri, onların və retinal-
hipotalamik əlaqələrin təsirləri altında fəallaşan
hipotalamusun supraoptik nüvələri və neyrosekretor
neyron populyasiyaları, bəzi sensor və neqativ sinir
mərkəzləri ilə çoxtərəfli əlaqələr saxlayan epifiz
xüsusi yer tutur (Ром-Бугословская, 1981; Алиев
и др. 1996; Алиева, 2010; Гончарова, 2010).
Bu kimi ritminduksiya edici və bioritmlərin
ötürülməsi və yayılmasında fizioloji peysmeker ro-
lunu oynayan mərkəzi strukturların visserosensor
mexanizmlərə, və bu mexanizmlər vasitəsilə qlike-
mik və ya başqa tip metabolik reaksiyalara təsirləri
hələ kifayət qədər öyrənilməmişdir. Görmə siste-
mindən başqa digər eksterosensor sistemlərin (qo-
xu, eşitmə, vestibulyar və s.) bu proseslərdə əhə-
miyyətli rolunun olub-olmaması da hələ sual
altındadır.
Bütün bu arqumentlər bizə əsas verir ki, qli-
kemik reaksiyaları öyrənərkən onların mərkəzi
tənzimləyicilər və ritmgenarasiyaedici strukturlar
ilə əlaqəsini aydınlaşdırmağa yönəldilmiş təcrübi
işlərin aparılmasına xüsusi diqqət yetirək. Bununla
əlaqədar olaraq, biz hal-hazırkı işimizdə qoxu
analizatorunun fəaliyyəti pozulduğu hallarda işıq və
qaranlıq faktorların uzunmüddətli təsirləri və güclü
interoreseptiv (interomexanoreseptiv) stimulyasi-
yalar zamanı heyvanda, onun müxtəlif yaşlarında,
qlikemik reaksiyaların qısa müddətlərdə dinami-
kasını izləməyi qarşımıza məqsəd qoyduq.
MATERİAL VƏ METODLAR
Tədqiqat Şinşilla cins dovşanlar üzərində apa-
rılmışdır. Tədqiqat üçün 30, 90, 180 və 360-günlük
60-a yaxın dovşan seçilmişdir və onlar nəzarət və
təcrübə qrupları qismində ayrıca vivariya və xüsusi
təcrübi şəraitlərdə saxlanılmışdır. Təcrübə qrupları-
na ayrılan və yuxarıda göstərilən yaş dövrlərində
olan bütün heyvanlarda qoxu orqanının deresep-
tasiyası (qoxu reseptorlarının sıradan çıxarılması)
əməliyyatı
həyata keçirilmişdir.
Əməliyyat
А.Д.Погребкова (1972) metoduna uyğun aparıl-
mışdır. Metodun əsas mahiyyəti heyvanın burun
pərlərinin selikli epitel qişasında, qoxu reseptorları
lokalizasiya olunmuş yeri, narkoz altında xüsusi
cərrahi qoşovla qaşıyıb sıradan çıxatmaqdan
ibarətdir. Qoxu (olfaktor) dereseptasiyasına məruz
qalan təcrübi heyvanların qulaq venasından analiz
üçün qan götürülmüş və onda qlükozanın (şəkərin)
miqdari təyin edilmişdir. Dereseptasiya edilmiş
heyvanların bir qismini 10 sutka ərzində işıqlı
kamerada, digər qismini eyni vaxt ərzində qaranlıq
kamerada saxladıqdan sonra qanda şəkərin miqdarı
ölçülmüşdür.Heyvanların düzbağırsağının
mexanoreseptorlarını 80-100 mm c.s. təzyiqlə
qıcıqlandırılmış və qanda şəkərin miqdarı bir saat
ərzində, müəyyən dəqiqəlik intervallarında
öyrənilmişdir. Qanda şəkərin bütün təyinləri Bayer-
Holdinq şirkətinin (ABŞ-Kanada) istehsalı olan
qlikemetr vasitəsilə ekspress metoda əsaslanmıışdır.
Alınan təcrübi nəticələrin rəqəmsal göstəriciləri
Pentium-4 personal kompüterdə EXCEL-7 statistik
analiz proqramı üzrə işlənmişdir.
TƏDQİQATIN NƏTİCƏLƏRİ
VƏ ONLARIN MÜZAKİRƏSİ
Heyvan və insan orqanizmi, açıq bioloji sistem
kimi, öz daxili metabolik, homeostatik və
funksional sistem və mexanizmlərin fəallığını və
işini xarici mühitdə baş verən çoxsaylı dövrü və
qeyri-müntəzım dəyişikliklərə (məsələn, işıqlığın
sutkalıq və fəsillik tərəddüdlərinə, müxtəlif təbiətli
eksterosensor qıcıqlara, digər fiziki, kimyəvi,
ekoloji və sair amillərin təsirlərinə) uyğun olaraq
qurmağa və onlara adekvat cavab reaksiyaları
formalaşdırmağa məcburdurlar. Belə hallarda orqa-
nizmin müxtəlif reseptor strukturlarının (sensor sis-
temlərinin) xarici və ya daxili amillərin təsirlərini
modulyasiya etmə funksiyaları çox mühüm rol oy-
nayır. Ekstero- və interosensor mexanizmlər orqa-
nizmdə cari tənzimləməni, metabolik və homeosta-
tik tarazlıqları qoruyub saxlamaq üçün ən optimal
fizioloji və biokimyəvi imkanların realizə olunma-
sını, müxtəlif funksional sistemlər, habelə ilkin,
aralıq və son reaksiyalar arasında dinamik əlaqə-
lərin fəallığını şərtləndirən əsas mexanizmlərə aid-
dirlər. Apardığımız tədqiqat da bir daha bunu sübut
etmişdir.
Məlum olduğu kimi, qoxu resepsiyası xarici
mühitin müxtəlif tipli iyli maddələrinə (odorantlara)
və onların kimyəvi keyfiyyətlərinə “qoxu beyni” və
mərkəzi sinir sisteminin onunla sıx morfo-funksio-
nal əlaqələrində olan strukturları səviyyəsində
adekvat reaksiyaları formalaşdiran və onlara xüsusi
müntəzəmlik verən əsas sensor mexanizmdir
(Минор, 1980; Beydler, 1980; Карнап, 2005;
Алиева, 2010; Аллахвердиева и Алиев, 2011).
Qlikemik reaksiyalara onun təsirini öyrənmək üçün
Zülfüqarova və Əliyev
111
müxtəlif yaşlı heyvanlarda qoxu dereseptasiyasını
apardıq və əməliyyatın 7-ci günü qanda şəkərin
miqdarını təyin etdik. Bütün tədqiqatlarla əlaqədar
aldığımız nəticələr dioqramlar üzrə 1, 2, 3 və 4
saylı şəkillərdə göstərilmişdir. İlk təcrübədə
müəyyən edilmişdir ki, 30- və 90- günlük
dovşanlarda qanda şəkərin səviyyəsi qoxu
dereseptasiyası nəticəsində kəskin halda, 180 və
360-günlük dovşanlarda isə nisbətən mülayim
şəkildə azalır, müvafiq olaraq, 78-84 və 98-114
mq% təşkil edir, halbuki onlarda qandakı şəkərin
normal fizioloji səviyyəsi 120-155 mq% arasında
tərəddüd edir (şəkil 1).
Təcrübə heyvanları qoxu dereseptasiyasına
mq %
0
20
40
60
80
100
120
140
a b c a b c a b c a b c
30 90 180 360 günlük
Şəkil. 3. Qoxu dereseptasiya fonunda (a) işıqlığın (b) və
qaranlığın (c) müxtəlif yaşlı dovşanların
qanında qıikemik reaksiyaya təsiri
mq%
15-30 45-60 15-30 45-60 dəq
30-90 günlük 180 - 360 günlük
Şəkil. 4. Qoxu dereseptasiyası, işıqlılıq və
qaranlıq faktorlarının təsirindən sonra
interoseptiv qıcıqlandırma zamanı
müxtəlif yaşlı dovşanların qanında 1 saat
ərzində şəkərin miqdarca dəyişilməsi.
mq%
0
20
40
60
80
100
120
140
a b a b a b a b
30 90 180 360 günlük
Şəkil. 2. Uzun müddətli işıqlığın (a) və qaranlığın
(b) 30, 90, 180 və 360-günlük dovşanların
qanında şəkərin miqdarına təsir
dinamikası
mq%
a b a b a b a b
30 90 180 360 günlük
Şəkil. 1. 30, 90, 180 və 360-günlük dovşanlarda
normada (a) və qoxu dereseptasiyası (b)
zamana qanda şəkərin (qlükozanın) miqdar
dəyişiklikləri
Müxtəlif Yaşlı Heyvanlarda Qoxu Dereseptasiyasının,
112
məruz qaldığı müddətdə 10 gün daimi suni işıqlılıq
şəraitində saxladıqdan sonra qanda şəkərin
miqdarca dəyişiklikləri öyrəndikdə məlum oldu ki,
hər iki faktorun birgə təsiri zamanı bu göstərici
yalnız yaşlı heyvanlarda nisbətən aşağı normativ
hüdudlara yaxınlaşır və 100-120 mq%-ə çatır (şəkil
2). Qoxu dereseptasiyası şəraitiundə 10 gün
qaranlıqda saxlanmış eyni yaş dövrlərində olan
təcrübə heyvanlarında qandakı şəkərin miqdarı
müvafiq olaraq 60-70 və 94-114 mq% hüdudlarında
olmuşdur (şəkil 3). Buradan göründüyü kimi, az
yaşlı təcrübə heyvanlarında (30 və 90-günlük
dovşanlarda) qandakı şəkərin miqdarı qaranlıq
faktorunun təsiri zamanı daha kəskin azalır.
Qlikemik reaksiyaların müntəzəmləşməsində
interoseptiv qıcıqlanmaların mühüm rolu bir sıra
tədqiqatlarda yetərincə sübuta yetirilmişdir. Biz bu
tədqiqatda olfaktor dereseptasiyanın işıqlılıq və
qaranlıq faktorlarının təsirləri şəraitində müxtəlif
yaşlı dovşanlarda düz bağırsaq mexanoreseptor-
larını qıcıqlandırmaqla qanda şəkərin səviyyəsində
əmələ gələn dəyişiklikləri öyrəndikdə belə bir mən-
zərəni müşahidə etdik. Bir saat ərzində qanda
şəkərin təyin göstərdi ki, dereseptasiya edilmiş və
işıqlılıq şəraitində saxlanılmış 30-günlük dovşan-
larda qıcıqlandırmanın ilk dəqiqələrində (15-30-cu
dəqiqələr) qanda şəkərin miqdarı əvvəlki təc-
rübələrdə müşahidə edilən qiymətlərə nəzərən azal-
sa da, bu tendensiya sonrakı dəqiqələrdə (45-60-cı
dəqiqələr) daha da güclənir və şəkərin səviyyəsi
78mq %-dən 64-68 mq %-ə qədər aşağı enir. Daha
yaşlı heyvanlarda, əksinə, interomexanoreseptiv
qıcıqlandırma qanda şəkərin xeyli artması ilə
müşayət olunur və bu tendensiya qıcıqlandırma
aktından sonra keçən bütün müşahidə
müddətlərində özünü biruzə verir: qandakı şəkər il-
kin qiymətlərindən (78-114 mq%) daha yüksək
qiymətlərə (89-142 mq %) qədər artır (şəkil 4).
Dereseptasiya edilmiş və qaranlıq şəraitdə sax-
lanılmış heyvanlarda düz bağırsaq reseptorlarının
qıcıqlandırması qandakı şəkərin səviyyəsinə birmə-
nalı təsir göstərmir. Belə ki, 30 və 90- günlük
heyvanların qanında şəkərin miqdarı qıcıqlandırma
aktı başa çatandan sonrakı 15-45-ci dəqiqələrdə
daha yaşlı heyvanların qanında isə 15-60-cı
dəqiqələr ərzində, özü də qeyri-xətti olaraq, artır
(şəkil 4). Qeyd edilməlidir ki, ümumiyyətlə, nə
qoxu dereseptasiyası, nə də uzunmüddətli işıq və
qaranlıq fazaları qandakı şəkərin səviyyəsində hətta
bir saat ərzində müşahidə edilən ritmik dəyişilmə
dinamikasını köklü olaraq pozmur. Burada təqdim
etdiyimiz diaqramlardan bunu aydın görmək olar.
Aparılmış təcrübi işin nəticələrinə əsasən belə
mülahizə yürütmək olar ki, qoxu dereseptasiyası və
uzunmüddətli qaranlıq şərait heyvanların qanında
şəkərin miqdarı dəyişilməsində daha əyani olaraq
hipoqlikemiya, uzunmüddətli işıqlı şəait isə hi-
perqlikemiya reaksiyası üzrə dəyişilir. Təcrübə hey-
vanlarının bütün yaş qruplarında dereseptasiya,
işıqlılıq və qaranlıq rejimləri keçirdikdən sonra
interoreseptiv stimulyasiya əksər hallarda qlikemik
reaksiyanın güclənməsinə gətirib çıxarır və onun
gündəlik bioritminin kəskin neqativ istiqamətə
inkişaf etdirmir. Bir çox tədqiqatlar göstərmişdir ki,
visseral metabolizmin və funksiyaların bioritmik və
ya aritmik təzahürləri mərkəzi neyronendokrin rit-
mgenerasiya edici strukturlarının o cümlədən epi-
fizin və onunla sıx funksional əlaqələri olan hipo-
talamo-hipofizar kompleksin fəaliyyətinin hansı
səviyyədə olmasından çox asılıdır. Epifiz, sutkanın
işıqlı fazasında öz sekretor fəaliyyətini (melatonin
sintezi və ekssekpesiyası) kəskin azaltdığı halda,
qaranlıq fazasında, əksinə, kəskin surətdə artırır,
melatonin hormonu isə orqanizmdə bir sıra meta-
bolik və funksional göstəricilərə ritmik olaraq təsir-
etmə xassəsi ilə seçilir. Bizim təcrübələrimizdə işıq
və qaranlıq fazalarda qlikemik reaksiyaların gedi-
şində müşahidə edilən qısamüddətli ritmik dəyişik-
liklər qanda melatoninin artması və hipotalamo →
hipofizar → adrenokortikal neyrohormonal və
hormonal təsirlərin dinamikası ilə sıx bağlı ola
bilər. Bu əlaqələrin təcrübi yolla araşdırılması
bizim tədqiqatların əsas məqsədlərindən biridir.
ƏDƏBİYYAT
Аллахвердиева К.М., Алиев А.Г. (2011 )
Динамика изменений суточного ритма гли-
кемической реакции у щести- и двенадцати
месячных животных при физической нагрузке
в условиях эпифизэктомии и нарушение
функции
обонятельного
анализатора
в
постнатальном онтогенезе. Тр. Института
физиологии им. А.И.Караева и Общества
Физиологов Азербайджана, XXIX: 158-165.
Алиев А.Г., Гусейнов Т.А., Фархадова Л.Е.,
Алекперова И.Н. (1983) Значение эпифиза и
тонуса коры головного мозга в регуляции
гликемического
эффекта
адреналина
и
инсулина. Сб. науч. Трудов АзГУ, с. 85-94.
Алиев А.Г., Джафаров А.И., Алиева Ф.А. и
др. (1996) Изменение циркадного ритма глике-
мической реакции при нарушении функции
эпифиза и анализаторов. Первый Российский
Конгресс по патофизиологии с международ-
ным участием. Тезисы докладов, М.: с. 249.
Алиева Ф.А. (2010) Роль эпифиза в нейро-
гоморальной регуляции интероцептивного
гликемического
рефлекса
в
условиях
физической нагрузки. Мат. VIII Всероссий.
конф. «Нейроэндокринология,
Санкт-
Петербург: с. 8-9.
Гаибов Т.Д., Гусейнов Г.А., Алиев А.Г. и др.
Zülfüqarova və Əliyev
113
(1987) Влияние эпифиза на гипоталамо-гипо-
физарную
систему
при
регуляции
вегетативных функций. Мат. ХХ съезда
Всесоюз. Физиол. Общ. им. И.П.Павлова, Л.: с.
241-242.
Гасанов Г.Г. (1970) Интерорецептивные
гликемические
рефлексы,
корковая
их
локализация и механизмы нервной регуляции,
Баку, Элм, 186 с.
Гончарова Н.Д. (2010) Гипоталамо-гипофизар-
но-адреналовая система у лабораторных жи-
вотных: циркадные ритмы, стресс-реактив-
ность, старение. Мат. VIII Всероссий. конф.
«Нейроэндокринология, Санкт-Петербург: с.
52-54.
Заморский И.И., Пишак В.П. (2003) Функцио-
нальная организация фотопериодической сис-
темы головного мозга. Успехи физио-
логических наук, №4: 37-53.
Караев А.И. (1957) Интерорецепторы и обмен
веществ. Баку, АН АзССР, 365 с.
Караев А.И., Логинов А.А. (1960) Интеро-
цептивные обменные рефлексы, Баку, АН
АзССР, 230 c.
Карнап С.В. (2005) Организация центральных
нейронных
ансамблей
обонятельной
луковицы. Автореф. дис. … докт. биол. наук,
Пущино, 43 с.
Ленинджер А.Л. (1983) Основы биохимии. М.,
Мир, 2: 456-458.
Минор
А.В.
(1980)
Физиологические
механизмы работы обонятельных рецеп-
торных клеток. Сенсорные системы, №2: 3-11.
Погребкова А.Д. (1972) Дыхательные реакции
собак
при
выключении
обонятельной
рецепции. В кн: Вопросы физиологии и
интерорецепции, М., Наук», вып. 11: 14-21.
Ром-Бугословская И. (1981) Роль мелотонина в
регуляции эндокринной системы. Сб. Проб.
Эндокнинологии (М.), XXVII: 82-89.
Тагиев Ш.К. (1976) Филогенетическая и
онтогенетическая эволюция интерацептивных
влияний на гликемические реакции у
позвоночных животных. Баку, Элм, 180 с.
Beydler L.M. (1980) The chemical senses.
Qustation and Olfaction. In: Medical Physiology,
Nо 4: 586-591.
Buijs R.M., Seer E.A., Kreiser J. et al. (2006)
Organization of circadian functions. Prog. Brain
Res., 153: 341-360.
Hastings M.H., O’neil I.S., Maywood E.S. (2007)
Circadian clock: regulators of endocrine and
metabolic rhythm. J. Endocrinology, 195: 187-
198.
Kalsbeek A., Fliers E., Rominjn J.A. et al. (2004)
The suprachiazmatik nucleus generates the
diurnal changes plasma blood. Chronobiologiya,
242: 2674-2685.
So A.Y., Bernal T.M., Plisbery M.J. et al. (2009)
Glucocorticoid regulation of the circadian clock
modulates glucose homeostasis. Proc. Nat. Arad.
Sci., USA, 296: 1758-1787.
Yamamoto H., Nagoia K., Nakagawa H. (1984)
Role of suprachiasmatic nucleus in glucose
homeostasis. Biomed. Res., 5: 55-60.
Влияние на Интерорецептивные Гликемические Реакции Обонятельной Дерецептации,
Продолжительных Режимов Освещенности и Темноты у Разновозрастных Животных
П.А.Зюлфугарова, А.Г.Алиев
Бакинский Государственный Университет
В статье представлены экспериментальные данные по изучению у кроликов разных возрастов
изменения в уровне сахара (глюкозы) в крови после дерецептации у них обонятельного анализатора,
содержания их в течение 10 суток в условиях постоянной освещенности и темноты и при
интеромеханорецептивной стимуляции (раздражения механорецепторов прямой кишки давлением
80-100 мм р.с.). В ходе исследования было обнаружено, что нарушение функции обонятельной
сенсорной системы приводит к снижению содержания сахара в крови, и степень этого изменения
зависит от возраста животного. Длительные режимы освещенности и темноты вносят определенные
коррекции в ритмическую регуляцию гликемических реакции в крови как при сонорной депревации,
так и при интероцептивной стимуляции.
Ключевые слова: обонятельная дерецептация, освещенность, интерорецептивная стимуляция,
гликемическая реакция, межсистемная (сопряженная) регуляция
Müxtəlif Yaşlı Heyvanlarda Qoxu Dereseptasiyasının,
114
The effect of Olfactory Dereceptation, Long-term Illumination/Darkness Regimes on Interoreceptive
Glycemic Reactions in Animals of Different ages
P. A. Zulfugarova, A.Q.Aliyev
Baku State University
The present work examines the experimental data on the changes in glucose level in the blood of rabbits of
different ages after dereceptation of olfactory analyzer, keeping them in the constant illumination /darkness
regimes for 10 days and under interomechanoreceptive stimulation (stimulation of rectal receptors at
pressure of 80-100 mm. m.c.). In the course of the investigation it was revealed that disturbance of olfactory
function caused decreasing in the blood glucose level and the degree of the change depended on the animals’
ages. Long-term illumination or darkness regimes insert a definite correction in the rhythmic regulation of
glycemic reaction in the blood at both in sensory deprivation and in interoreceptive stimulation.
Key words: Olfactory derecptation, illumination, interoreceptive stimulation, glycemic reaction,
intersystemic (conjugated) regulation
Dostları ilə paylaş: |