332
ola bilməz. Əqidə mövzuları üçün dəlil rolunu oynayacaq
hədislər deyilməsi və mənası qəti hədislərdir”
1
.
İmam Şatibi “əl-Müvafəqat” kitabında qeyd edir ki, hə-
dislər (Sünnə) bir şeyin vacib və ya haram olduğunu
isbatlamaqda kafi deyildir. Çünki hədislərin işi Quranın
ümumi ayələrini (və ya göstərişlərini) xüsusiləşdirməkdən
(
təxsis), “mütləq” (ümumi mənalı) hökmlərini çərçivəyə sal-
maqdan (
təqyid), bütövü (
mücməl) təfsilata ayırmaqdan (
təf-
sil
) ibarətdir
∗
. Bu işi isə təkcə “mütəvatir” hədislər görə bi-
lər, “ahad” hədislər deyil”.
Buxarinin “Səhih” kitabındakı bir hədis də bu deyi-
lənləri təsdiqləyir. Belə ki, Təlhə ibn Müsərrif deyib: “İbn
əbu Övfadan soruşdum: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
vəsiyyət etdimi?” Dedi: “Xeyr, etmədi.” Dedim: “İnsan-
lara bir vəsiyyət yazmadımı, onlara nə isə bir vəsiyyəti əmr
etmədimi?” Dedi: “Allahın kitabını vəsiyyət etdi”
2
.
Hədisin izahında İbn Həcər yazır:
“Yəni, ona sarılıb, ondakı göstərişlərə əməl etməyi vəsiyyət
etdi. Yəqin ki, o (İbn əbu Övfa), Peyğəmbərin
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
bu sözünə işarə edib: “Sizlərə sarılacağınız təq-
dirdə zəlalətə düşməyəcəyiniz şeyi qoyub gedirəm. Bu, Alla-
hın kitabıdır”.
1
Şeyx Şəltutun bu haqda dediklərini yuxarıda tam iqtibasla dərc etmiş-
dik.
∗
Yəni, Sünnə Quranı izah və bəyan edir; ondakı bütövü hissələrə ayı-
rır, qapalı mənaları aydınladır, ümumini xüsusiləşdirir, çərçivəyə salır –
tərcüməçinin qeydi.
2
Buxari. Came
əs-Səhih, “Qəzvələr” fəsli, 444.