50
Dövrümüzdə müharibələr nəinki quruda, həm də dəniz və
havada aparılır. Bu müharibələrdən qalib çıxmaq istəyənlər
gərək hərtərəfli imkan və bacarıqlara sahib olsunlar.
“Biz savadsız ümmətik” hədisindən
1
savadsızlığın müsəlman
ümmətinin ömürlük səciyyəvi xüsusiyyəti olmağı nəticəsini
çıxaran insanlara ürəkağrısı ilə baxıram.
Bu insanlar astronomik hesablamaları, Ayın səthinə enmiş
kosmik aparatların hazırlanmasında zəruri sayılan riyazi qa-
nunauyğunluqları inkar edir, sonra da sənə baxıb lovğa-lov-
ğa deyirlər: “Sünnənimi inkar edəcəksən?”
Bəli, bu hal geridə qalmış ərəb reallığını əks etdirir. Hal-
buki Quran geridə qalmağa “yox” deyir:
“Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və
hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz
Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini
anlayıb bilən
bir tayfa üçün belə müfəssəl izah edər!” (Yu-
nus, 5).
Bu həqiqəti yalnız anlayıb bilənlər dərk edərlər! Fikir
vermişəm ki, Quranda kainat, sirləri, imkanları və ondakı
hərəkətlilik haqda danışılarkən, çox vaxt “anlayıb bilmək” feli
işlədilir.
Allahın bu kəlamına fikir verək:
“(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir
istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi
1
Hədisi İmam Buxari, İmam Müslim, Əbu Davud, Nəsai və Əhməd ibn
Hənbəl rəvayət etmişlər.
51
edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər
şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).
Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək
üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri
anlayıb bilən
bir camaat üçün bu cür ətraflı izah etdik”
(əl-Ənam, 96-97).
Dünyanın böyüklüyünə, insanın isə cılızlığına işarə olaraq
Quranda deyilir:
“Doğrudan da, göylərin və yerin yaradılışı insanların ya-
radılışından daha böyük şeydir. Lakin insanların çoxu (bu-
nu) bilməz!” (Ğafir, 57).
Araşdıran ağıl və dəqiq mühakimə əsasında tövhid inan-
cının formalaşdırılması haqda Allah təala buyurur:
“O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə ta-
van yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin
üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də
Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-
bilə şəriklər qoşmayın!” (əl-Bəqərə, 22).
Sonrakı iki ayə isə Yerdə və göylərdə Allahın nişanələ-
rini öyrənən kainat elmlərinə dair səmərəli və yəqin bilikdən
söz açır. Biz kainat elmlərindən nəsibimizi götürmədik, bu
meydandan əliboş döndük. Şair də demişkən, beynəlxalq
aləmdə başılovlu qaldıq:
52
Qərarlar verilir, “Təym” qövmü isə gözə dəymir,
Ortaya çıxdığında da kimsə onların rəyini soruşmur
∗
.
Ağılsızlar və işi-gücü olmayanların nəzərində kainat və tə-
biət elmlərinin heç bir dəyəri yoxdur.
Həmin iki ayədə Allah təala buyurur:
“(Ya Peyğəmbər!) Məgər Allahın göydən bir yağmur yağ-
dırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv mey-
vələr yetişdirdik və dağlarda müxtəlif rəngli – ağ, qırmızı, tünd
qara yollar (yaxud tünd qara qayalar) peyda etdik.
İnsanların, (yer üzündə gəzən) heyvanların və davarların
da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri
içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları
üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı
başa düşür və Ondan daha çox qorxurlar). Həqiqətən, Allah
yenilməz qüvvət sahibidir, (möminləri) bağışlayandır!” (Fatir,
27-28).
Təəccüblü deyildir ki, Quranın da bildirdiyi kimi, məhz
ağıl sahibləri nəhəng kainatın dərinliklərindən haqqı arayıb
tapar, üzə çıxararlar:
∗
Yuxarıdakı beytdə Müsəlman dünyasının vəziyyəti təsvir olunub. Birinci
misrada adı çəkilmiş “Təym” vaxtı ilə zəif və gücsüz, nüfuzsuz ərəb
qəbilələrindən biri olmuşdur. İndiki dövrdə isə bütün müsəlmanlar
həmin qəbilənin vəziyyətinə düşüblər. BMT-də İslam dünyası haqda
qərarları başqaları çıxarır, müsəlmanlar isə gözə dəymirlər. Ortaya
çıxdıqlarında isə heç kəs onların sözünü dinləmir, rəyini soruşmur –
tərcüməçinin qeydi
.
53
“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gün-
düzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-
getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini,
kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda
da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında
düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə
yaratmamışsan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm
odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 190-191).
Bütün bunlara baxmayaraq, içki sərxoşların bütün bə-
dənini əsir etdiyi kimi, “Biz savadsız ümmətik” deyimi də
müsəlmanların canına hopub. Nəticəsi göz qabağındadır: on-
lar özgə ağızlardan, yad millətlərdən elm dilənirlər. Ərəb
mentaliteti və reallığında elmin mənbələri “quraqlığ”a tuş gə-
lib.
Dini elmlə mədəni elm arasındakı fərqlərə toxunaq. Bi-
rincisinin konkret “sərhəd”ləri vardır. Dini elmlərin əsasını
onlara sarılıb, tabe olub arxasınca getmək təşkil edir. İkin-
cisi isə sərbəstdir, ixtiralarla, kəşflərlə şərtləşir. Məsələn, na-
mazı, namaz üçün təmizlənməyi bir saata öyrənmək və ya
öyrətmək mümkündür. Bunu öyrəndikdən sonra müsəlman
yerdə qalan vaxtda bildiklərini təkrarlamalıdır ki, nəfsini tər-
biyə etsin, mənəvi sakitlik tapsın. Və yaxud camaata bağlı
qalıb müəyyən məqsəd və proqram üzrə ümmətin formalaş-
masına diqqət yetirsin.
Dünyəvi elmlərə gəlincə, onlar daima yenilənir, mütərəq-
qi səciyyə kəsb edir. Yaşadığımız əsrin 50-ci illərində şahidi
olduq ki, elmi nailiyyətlər özünün pik nöqtəsinə çatıb və
Dostları ilə paylaş: |