73
yüksəkdə duranlara “yəqin əhli”
1
deyərlər. Bunların məqamı
ariflərdən yuxarı olar. Yəqin və yəqin əhli haqqında sonrakı
fəsildə söhbət açacağıq, inşəallah.
Yəqin əhli arasında bə`zilərinin mə`rifəti “müayinə” babından
olar ki, onlara “hüzur əhli” deyərlər. Üns və şadlıq bu dəstəyə
xas olar, amma mə`rifətin son pilləsi orada qurtarar ki, artıq arif
[özü də] aradan qalxar, eynən atəşdə yanıb heçə çıxmış adam
kimi.
Beşinci fəsil
Yəqin
Allah-taala yəqin haqqında buyurur: “Onların axirətə yəqinləri
olar.”
2
Hədisdə deyilir ki: “Kimə yəqin və onun bəhrəsi verilsə,
namazın və orucunun azlığı haqqında düşünməz.”
Ürfdə “yəqin” zavalı mümkün olmayan, [həqiqətlə] uyğun və
sabit olan qəti bir e`tiqad mənasındadır. Həqiqətdə, yəqin,
mə`luma və onun xilafının imkansız olmasına olan elmdən
ibarət bir tərkibdir.
Yəqinin mərtəbələri
Yəqinin mərtəbələri vardır ki, Qur`anda “elmül-yəqin”,
“eynül-yəqin” və “həqqül-yəqin” tə`birilə göstərilmişdir. Necə
ki, buyurur: “Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini)
elmül-yəqinlə bilsəydiniz (fani dünya malına uymazdınız)! (Ey
müşriklər! Qiyamət günü) siz o cəhənnəmi mütləq görəcəksiniz!
Bəli, siz (Cəhənnəmə vasil olandan sonra) onu mütləq eynül-
1
Yəqin əhli − Xacə Nəsirəddin Tusi yəqin barədə “Əxlaqi Nasiri” kitabında
belə buyurur: “Yəqin seyrü-sülukda ən yüksək məqamlardan sayılır.
Yəqin əhlinə
“müqinan” da demişlər. Bu məqam böyük filosofların, alimlərin məqamıdır.”
2
“Bəqərə”, 4.
74
yəqinlə görəcəksiniz!”
1
Başqa bir yerdə buyurur: “Və Özü də cəhənnəmə atılacaqdır.
Şübhəsiz ki, bu, həmin həqqül-yəqindir!”
2
Mə`rifət babında atəş misal olaraq göstərildiyi kimi, yəqin
babında da həmin misalı göstərmək olar. Yə`ni atəşin nuru
vasitəsilə müşahidə edilən hər şey “elmül-yəqin” misalındadır.
Görünə biləcək əşyalara nur saçan atəşin şö`ləsinin özünü
görmək “eynül-yəqin” misalındadır. Atəşin düşdüyü hər bir
şeydə, onun kimliyini məhv edəcək dərəcədə təsir qoyub, sırf
özünün qalması “həqqül-yəqin” misalındadır.
Baxmayaraq ki, cəhənnəm əzabdır, amma ora düşmək
yanmağa və məhv olmağa səbəb olduğu üçün, onu yaxından və
uzaqdan görmək və ora daxil olmaq yəqinin bu üç mərhələsi
üçün misal çəkilmişdir. روملاا قئاقحب ملعا ﷲو
Altıncı fəsil
Sükun
3
Allah-taala sükun haqqında buyurur: “O kəslər ki, Allaha iman
gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki,
qəlblər (mö`minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram
1
“Təkasur”, 5-6-7.
2
“Vaqiə”, 94-95.
3
Sükun − Ürfanda Allahın inayəti sayəsində salikin qəlbinin aram, sakit
olmasına işarədir.
75
tapar!”
1
“Sükun” iki növdür:
1. Nöqsan əhlinə məxsus sükun. Bu sükun sülukdan qabaqdır,
çünki onun sahibi mətləbdən və kamaldan xəbərsiz olar. Bu növ
sükuna “qəflət” deyərlər.
2. Kamal əhlinə məxsus olan sükun. Bu sükun sülukdan sonra,
mətləbə çatan zaman hasil olur. Bu növ sükuna “itminan”
deyərlər. Bu iki sükun arasında olan hala hərəkət və [ya] seyri-
süluk deyərlər. Hərəkət vüsaldan öncə
məhəbbətin
zərurətlərindən olar və sükun mə`rifətin zərurətlərindən olub
vüsalla yanışı olar. Buna görə də demişlər: “Əgər arif hərəkət
etsə həlak olar və əgər mühibb
2
aram dursa həlak olar. Bundan
da mübaliğəlisini demişlər, o budur ki: “Əgər arif danışsa həlak
olar, əgər mühibb sükut etsə həlak olar.”
Vüsala çatana qədər salikin əhvalı belə olar. Doğrusunu Allah
bilir.
1
“Rə`d”, 28.
2
Mühibb − Aşiq, bir kəsə və ya bir şeyə məhəbbəti olan.
76
BEŞİNCİ
BAB
Vüsal əhlinin [sülukdan sonra] başına gələn halları zikr
edər. Bu bab altı fəsildən ibarətdir:
– Birinci fəsil – təvəkkül;
– İkinci fəsil – riza;
– Üçüncü fəsil – təslim;
– Dördüncü fəsil – tövhid;
– Beşinci fəsil – ittihad;
– Altıncı fəsil – vəhdət.
77
Birinci fəsil
Təvəkkül
Allah-taala təvəkkül haqqında buyurur: “Əgər
mö`minsinizsə, Allaha təvəkkül edin!”
1
“Təvəkkül”, işi kiminsə öhdəsinə qoymaq
mə`nasındadır. Burada bəndənin [Allaha] təvəkkülü
nəzərdə tutulur. Bəndənin Allaha təvəkkül etməsi o
deməkdir ki, bəndə gördüyü bir işi və ya qarşısına çıxan
bir işi – Allahı özündən daha bilikli və bacarıqlı bildiyi
üçün – Allaha tapşırır ki, əgər Allahın təqdiri olsa
həmin işi düzəldəcək və bəndə Allahın təqdir etdiyi hər
bir şeyə qane və razı olsun: “Kim Allaha təvəkkül etsə,
(Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə
yetirəndir...”
2
Allahın təqdir etdiyi işə insanın qane və razı olması
belə hasil olur ki, insan öz əvvəlki halı barəsində
düşünsün ki, [Allah] onu əvvəl heçdən yaratdı və onun
yaradılışında neçə-neçə hikmət qərar verdi ki, insan
bütün ömrü boyu onun mində birini dərk edə bilməz,
[sonra] onu boya-başa, ərsəyə çatdırdı, həyatını davam
etdirə və nöqsandan kamala çata bilməsi üçün onu
daxildən və xaricdən təchiz etdi və bu işi təmənnasız
gördü.
Məsləhətə uyğun onu boya-başa çatdırdı ki, bilsin ki,
gələcəkdə [onun üçün lazım olacaq] hər şeyi hazır
edəcəkdir və Onun təqdirindən və iradəsindən kənarda
olmayacaqdır. Beləliklə Allaha e`timad edəcək və onda
iztirab və nigarançılıqdan əsər – əlamət qalmayacaq.
1
“Maidə”, 23.
2
“Talaq”, 3.
78
Onda yəqin hasil olacaq ki, istər iztirabı olsun, istərsə də
olmasın, Allah-taala onun görməli olduğu işi Özü əncam
verəcəkdir. Ona görə də buyurur: “Əgər bir kəs hər
şeydən üz döndərib Allaha üz tutsa, Allah-taala onun
bütün həyat ehtiyaclarını tə`min edər və ona, gümanı
gəlmədiyi yerdən ruzi yetirər.”
1
Təvəkkül o demək deyil ki, insan bütün işlərdən əl
çəksin, desin ki, Allaha tapşırdım. Təvəkkül o deməkdir
ki, [insan] Allahdan qeyri hər bir şeyin Allah tərəfindən
olduğuna yəqin əldə edəndən sonra [bilsin ki,] aləmdə
baş verin əksər işlər şərtlər və səbəblər əsasında hasil
olur, çünki Allahın qüdrət və iradəsi bə`zi işlərə aid olur,
bə`zi işlərə isə aid olmur. Qəti şəkildə [Allahın qüdrət və
iradəsi] xüsusi şərtlər və amillər əsasında bir şeyə
aiddiyyət tapır, deməli insan özünü, öz elm və qüdrətini
cümlə səbəblər və şərtlərdən bilməlidir ki, bə`zi işlərin
məxsus icadı [üçün hazır] olsun, hansı ki, insan o işləri
özünə nisbət verir.
Buna görə də bu cür işlərdə – hansı ki, insanın iradə
və qüdrəti də onun vücuda gəlməsinin şərtləri və
səbəbləri sırasındadır – çalışqan olmalıdır. Eynən o kəs
kimi ki, həmin adamın vasitəsilə onun məhbubunun
sevdiyi işlər hasil olur. Elə ki, vəziyyət belə oldu, cəbr və
qədərin
2
cəmi və ittihadı qarşıya çıxır, çünki, o işi əgər
1
“Nurus-səqəleyn”, c. 5, səh. 357.
2
Cəbr və qədər − Cəbr və ixtiyar, qəzavü-qədər, el dilində alın yazısı
da deyilir. Əzəl gündən son günə qədər mövcudatın halına şamil olan ilahi
hökm nəzərdə tutulur. Qədim fəlsəfədə qəzanı yaradılış üçün Allahın ilk
iradəsi, qədəri isə Allahın ilkin iradəsinə uyğun yaradılış bilirdilər. Qəzaya
görə bütün baş verənlər Allahın iradəsilə olur və Allaha nisbət verilir; İnsan
gördüyü işlərdə müstəqil iradə və ixtiyar sahibi deyil. Qədərə görə insanın
bütün əməlləri onun öz ixtiyarı və qüdrəti ilə olur. Qədimdən bu məsələ
filosoflar və kəlamçılar arasında uzun mübahisələrə səbəb olmuşdur. Bə`zi
firqə və məzhəblər birinci nəzəriyyəni əsas götürmüş, bə`ziləri isə ikinciyə
üstünlük vermişlər.
X
acə Nəsirəddin Tusi də bu məsələdə bir şiə alimi