Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə25/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   21   22   23   24   25   26   27   28   ...   190

 

 

107 



 

Çoxu  məhəlləsində  baqqalın  kim  olduğunu, 

qonĢunun  göyərtisatanla  niyə  dava  elədiyini, 

çörəyin  çəkisinin  nə  qədər  gəldiyini  bilməyən  bu 

adamların  Təbrizdə,  Qəzvində,  ġiraz  və  Bağdadda 

kimin  necə  naxıĢ  vurduğundan,  xanların,  Ģahların, 

padĢahların,  Ģahzadələrin  kitab  üçün  pul  tökmələri 

barədə  xəbər  tutduqlarından,  ən  azı,  həmin 

çevrələrdə  vəba  kimi  sürətlə  yayılan  ən  son  dedi-

qodu və Ģayiələri artıqlamasıyla eĢitdiklərindən heç 

bir Ģübhəm yox idi, amma yenə də danıĢdım. Çünki 

mən  oradan,  Doğudan,  orduların  savaĢdığı, 

Ģahzadələrin  bir-birilərini  boğazlayıb,  Ģəhərləri 

talayıb  yandırdığı,  savaĢ  və  barıĢ  barədə  hər  gün 

danıĢıldığı,  aradabir  ən  yaxĢı  Ģeirlərin  yazılıb, 

nəqĢin  və  rəsmin  çəkildiyi  Əcəm  ölkəsindən 

gəlmiĢdim.  

«Əlli iki il idi ki, taxtda oturan ġah Təhmasib 

ömrünün son illərində, bildiyiniz kimi, kitab, naxıĢ, 

rəsm  eĢqini  unudub, Ģairlərə,  nəqqaĢlara, xəttatlara 

arxasını  çevirib,  özünü  ibadətə  həsr  eləyib  ölmüĢ, 

yerinə  oğlu  Ġsmayıl  oturmuĢdu»,  –  dedim.  «Səfeh 

və dalaĢqan olduğunu bildiyinə görə atasının iyirmi 

il  həbsdə  saxladığı  yeni  Ģah  taxta  çıxar-çıxmaz 

qudurub  qardaĢlarını  boğazlatdırdı,  kimisinin  də 

gözünü  çıxarıb  baĢından  elədi.  Amma  düĢmənləri 

axırda girəvə tapdılar, zəhərləyib ondan qurtuldular, 

taxta  da  yarımağıllı  böyük  qardaĢı  Məhəmməd 




 

 

108 



 

Xudabəndəni  çıxartdılar.  Onun  zamanında  bütün 

Ģahzadələr,  qardaĢlar,  valilər,  özbəklər  –  hamısı 

ayağa  qalxdı,  bir-biriləriylə,  həm  də  bizim  Sərhat 

paĢamızla  elə  bir  savaĢa  girdilər  ki,  Əcəm  ölkəsi 

toz-duman  içində  qaldı,  tar-mar  oldu.  Parasız, 

pulsuz,  ağılsız  və  yarıkor  indiki  Ģah  nə  kitab 

yazdıracaq,  nə  də  rəsm  etdirəcək  haldadı.  Beləcə, 

Qəzvin  və  Heratın  o  əfsanəvi  nəqqaĢları,  ġah 

Təhmasibin  nəqqaĢxanasında  möcüzələr  yaradan 

bütün  o  yaĢlı  ustalar  və  Ģəyirdləri,  fırçaları  atları 

dördnala  çapdıran,  kəpənəkləri  səhifədən  çıxarıb 

uçuran rəssamlar, rəngbazlar, bütün o usta cildçilər, 

xəttatlar  hamısı  iĢsiz-gücsüz,  parasız-pulsuz,  hətta 

yersiz-yurdsuz  qaldılar.  Kimi  quzeyə,  ġeybanilər 

arasına, kimi Hindistana, kimi bura – Ġstanbula köç 

elədi.  Kimi  baĢqa  iĢlərə  girdi,  orada  özünü  və 

Ģərəfini  tükətdi.  Kimi  də  bir-birinə  düĢmən 

Ģahzadələrin, valilərin yanına girib, ən çoxu üç-beĢ 

səhifə  rəsmi  olan,  ovuc  içi  qədər  kitablar  üçün 

iĢləməyə  baĢladılar.  Sıravi  əsgərlərin,  təcrübəsiz 

paĢaların,  hər  Ģeyə  burnunu  soxan  Ģahzadələrin 

zövqü  üçün  necə  gəldi  yazılıb,  baĢdansovdu 

naxıĢlanmıĢ ucuz kitablar hər yeri basdı». 

«Neçəyə gedir?» – Ustad Osman soruĢdu. 

«Nəhəng  Sadiqi  bəyin  bir  özbək  sipahisi 

üçün  yalnız  elə  qırx  qızıla  «Əcaib-ül  Məxluqat» 

rəsm  elədiyini  söyləyirlər.  Doğu  səfərindən 




 

 

109 



 

Ərzuruma  geri  qayıdan  təcrübəsiz  bir  paĢanın 

çadırında aralarında ustad SiyavuĢun əlindən çıxmıĢ 

rəsmlər də olan açıq-saçıq rəsmlərlə dolu bir sandıq 

gördüm. Rəsm çəkməkdən imtina eləməyən böyük 

ustalar  bir  kitabın,  bir  hekayənin  parçası  olmayan 

ayrı-ayrı  rəsmlər  çəkib  satırlar.  O  tək  rəsmə 

baxanda heç «bu hansı hekayənin hansı məclisidir» 

demirsən  də,  yalnız  rəsmin  özü  üçün,  zövq  almaq 

üçün baxıb, məsələn, «lap ata oxĢayır, nə gözəldir» 

deyir,  rəssama  pulu  buna  görə  verirsən.  SavaĢ 

rəsmləri  də,  ayıb  rəsmləri  də  çox  tələb  olunur. 

Kütləvi  savaĢ  rəsmi  üç  yüz  ağcaya  qədər  düĢüb, 

sifariĢ  verən,  demək  olar,  yoxdu.  Bəziləri  ucuz 

olsun,  alıcı  çıxsın  deyə  kələ-kötür,  cilasız  kağızda 

boya belə sürtmədən ağ-qara rəsmlər çəkirlər. 

«XoĢbəxtdən  xoĢbəxt,  bacarıqlıdan  bacarıqlı 

bir müzəhhibim vardı»,  – dedi Ustad Osman. «Elə 

zərifliklə  iĢ  görürdü  ki,  biz  ona  Zərif  əfəndi 

deyirdik. Amma o da bizi atıb getdi. Altı gün olar, 

ortalıqda yoxdu. Sirrə döndü». 

«Adam  bu  nəqqaĢxananı,  bu  xoĢbəxt  ata 

evini necə atıb gedə bilər», – dedim. 

«ġəyirdliklərindən  bəri  yetiĢdirdiyim  mənim 

dörd  gənc  ustadım:  Kəpənək,  Zeytun,  Leylək  və 

Zərif  uca  PadĢahımızın  iradəsiylə  artıq  evlərində 

nəqĢ eləyirlər», – Ustad Osman dedi. 



 

 

110 



 

Bu,  üzdə  bütün  nəqqaĢxananın  bağlı  olduğu 

«Surnamə»  üçün  daha  yaxĢı  iĢləyə  bilmələrindən 

ötrüydü.  Sultan  bu  səfər  usta  nəqqaĢlarına  xüsusi 

bir  kitab  üçün  saray  həyətində  ayrı  hücrə 

açdırmamıĢ, 

onların 

evlərində 

iĢləmələrini 

buyurmuĢdu.  Bu  buyruğun  əniĢtəmin  kitabı  üçün 

verilə  biləcəyi  ağlıma  gələndə  susdum.  Ustad 

Osman nə qədər eyhamla danıĢırdı?  

«Nuri  əfəndi,  –  donqar  və  solğun  nəqqaĢı 

səslədi, – Qara Çələbiyə bir vəziyyət ver». 

«Vəziyyət»  nəqqaĢxanada  baĢ  verənləri  çox 

yaxından 

izlədiyi 

həyəcanlı 

zamanlarda 

PadĢahımızın  iki  aydan  bir  nəqqaĢxana  binasını 

ziyarət  elədikləri  vaxt  keçirilən  mərasimdir. 

XəzinədarbaĢı  Hazım,  ĢahnaməçibaĢı  Loğman  və 

baĢ nəqqaĢ Ustad Osmanın iĢtirakıyla PadĢahımıza 

nəqqaĢxananın  ustadlarının  hansı  kitabların  hansı 

səhifələri  üzərində  çalıĢdığı,  kimin  hansı  təzhibi 

yerinə  yetirdiyi,  kimin  hansı  rəsmə  rəng  vurduğu, 

rəngbazların, 

cədvəlkeĢlərin, 

müzəhhiblərin, 

əllərindən  hər  iĢ  gələn,  on  barmağında  on  mərifət 

olan  usta  nəqqaĢların  bir-bir  hansı  iĢlər  üzərində 

olduqları danıĢılırdı.  

NəqĢ  edilən  kitabların  çoxunun  müəllifi 

ĢahnaməçibaĢı  əldən-ayaqdan  düĢüb  evindən  çıxa 

bilmədiyinə,  baĢ  nəqqaĢ  Osmanın  elə  hey  sarsıntı 

və  qəzəb  dumanları  içində  itdiyinə,  qondarma 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə