Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə19/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   15   16   17   18   19   20   21   22   ...   190

 

 

82 



 

         Orxan  ayağını  yerə  vurub  sevindisə,  ġövkət 

heç  səsini  çıxarmadı.  Pilləkənlərlə  yuxarı  qalxan 

vaxt  ikisi  də  qıĢqıra-qıĢqıra  arxamdan  çatıb 

qəhqəhəli  nəĢəylə  yanımdan  keçəndə  mən  də 

qəhqəhə çəkə-çəkə: «YavaĢ, yavaĢ, – dedim, – kor 

olmuĢlar». Bir-bir zərif kürəklərinə ləzzətli yumruq 

endirdim. 

         «AxĢamüstü  evdə  uĢaqlarla  olmaq  nə  qədər 

gözəldi!»    Atam  dinməzcə  fikrini  kitabına 

yönəltmiĢdi. 

         «Qonağınız  getdi»,  –  dedim.  «Ümidvaram, 

sizi yormayıb».  

         «Yox,  –  dedi,  –  məni  əyləndirdi.  HəmiĢə 

olduğu kimi əniĢtəsinə hörməti var». 

         «Çox gözəl». 

         «Amma həm də ehtiyatlı və sərhesabdı». 

         Bunu mənim etirazımı ölçməkdən çox, Qaranı 

alçaldan  tərzdə  mövzuya  son  qoymaq  üçün 

demiĢdi.  BaĢqa  vaxt  olsaydı,  iti  dilimlə  cavab 

verərdim. Bu dəfə hələ atının belində getdiyini hiss 

elədiyim o adam barədə fikirləĢib titrədim. 

        Sonra  dolablı  otaqda  necə  oldu,  bilmirəm, 

gördük  ki,  Orxanla  bir-birimizi  qucaqlamıĢıq. 

ġövkət  də  cumdu,  bir  anlığa  aralarında  itələĢdilər. 

DalaĢdıqlarını  güman  elədiyim  vaxt  bir  də  baxdıq 

ki,  döĢəməyə  yuvarlanmıĢıq.  Onları  it  küçükləri 

kimi  əzizlədim,  baĢlarının  arxasından,  saçlarından 




 

 

83 



 

öpdüm,  sinəmə  basdım,  ağırlıqlarını  döĢlərimin 

üstündə hiss elədim.  

        «Hınnn»,  –  dedim.  «Saçlarınız  iy  verir,  sabah 

Xeyriyyəylə hamama gedərsiniz». 

        «Mən  artıq  Xeyriyyəylə  hamama  getmək 

istəmirəm», – ġövkət dilləndi. 

        «Çoxmu böyüyübsən», – dedim. 

        «Ana,  niyə  bu  gözəl  bənövĢəyi  köynəyini 

geydin?» – ġövkət soruĢdu. 

        Ġçəri  otağa  getdim,  bənövĢəyi  köynəyi 

soyundum.  HəmiĢə  geydiyim  solğun  yaĢıl  rəngli 

köynəyi  əynimə  keçirdim.  Geyinəndə  üĢüdüm, 

titrədim,  amma  bədənimin  od  kimi  olduğunu, 

üstəlik  gövdəmin  canlılığını, diriliyini  hiss  elədim. 

Yanaqlarımda  bir  parça  allıq  vardı,  uĢaqlarla 

itələĢib-öpüĢəndə  silinib  dağılmıĢdı,  amma  onu  da 

tüpürüb,  ovcumun  içiylə  əməlli-baĢlı  yaydım. 

Bilirsinizmi, 

yaxın 


qohumlar, 

hamamda 


rastlaĢdığım  qadınlar  məni  görən  kimi  deyir  ki, 

iyirmi  dörd  yaĢında  ikiuĢaqlı,  vaxtı  ötmüĢ  qadın 

yox,  on  altı  yaĢlı  gənc  qıza  oxĢayıram.  Ġstəyirəm 

onlara  inanasınız.  Siz  də  inanasınız,  baĢa 

düĢdünüzmü? Yoxsa heç nə  danıĢmayacağam.  

         Sizinlə 

söhbətimizi  yaddan  çıxarmayın. 

Atamın  kitablarındakı  rəsmlərə  neçə  illərdi  baxır, 

aralarında  ancaq  qadınları,  gözəlləri  axtarıram. 

Seyrək də olsa, belələri var: həyalı, utancaq, adətən, 




 

 

84 



 

qabaqlarına, ən çox üzr diləyən sayaq bir-birilərinə 

baxırlar.  KiĢilər,  savaĢçılar  və  padĢahlar  kimi 

baĢlarını  qaldırıb  dimdik  dünyaya  baxdıqlarını  heç 

görməzsən.  Amma  tələsik  naxıĢlanmıĢ  ucuz 

kitablarda  rəssamın  diqqətsizliyi  üzündən  bəzi 

qadınların gözləri yerə, hətta rəsmin içindəki baĢqa 

bir Ģeyə, deyək ki, qədəhə, sevgiliyə də baxmır, düz 

oxucuya  baxır.  Hey  baxdıqları  o  oxucunun  kim 

olduğunu fikirləĢirəm. 

         Lap  Teymur  zamanından  qalma  ikiyüzillik 

kitablarla,  həvəskar  gavurların  qızılları  verib  düz 

məmləkətlərinəcən  aparıb  çıxardıqları  cildləri 

yadıma  düĢəndə  titrəyirəm:  bəlkə  mənim  bu 

hekayəmi  elə  o  uzaqlardakı  adam  bir  gün 

dinləyəcək.  Kitablara  köçmək  istəyi  bu  deyilmi, 

bütün  padĢahlar,  vəzirlər  özlərindən  danıĢan, 

özlərindən  bəhs  eləyən  kitabları  yazanlara  kisələr 

dolu qızılı bu titrəyiĢ üçün vermirlərmi? Bu titrəyiĢi 

öz içimdə duyanda mən də eynilə bir gözü kitabın 

içindəki həyata, bir gözü də kitabın eĢiyinə baxan o 

gözəl  qadınlar  kimi  mənə,  kim  bilir,  daha  hansı 

yerdən  və  zamandan  tamaĢa  eləyən  sizlərlə  də 

söhbət  eləmək  istərdim.  Mən  gözələm,  ağıllıyam, 

mənə tamaĢa eləməyiniz də xoĢuma gəlir. Aradabir 

bir-iki  yalan  söyləsəm  də,  bu,  mənim  haqqımda 

səhv fikrə düĢməməyinizə görədir. 



 

 

85 



 

         Bəlkə  sezmisiniz,  atam  məni  çox  sevir. 

Məndən  əvvəl  üç  oğlu  olub,  amma  Allah  onların 

canını  bircə-bircə  alıb,  mən  qıza  da  toxunmayıb. 

Atam  üstümdə  əsirdi,  amma  mən  onun  seçdiyi 

adamla  evlənmədim,  özüm  görüb,  bəyəndiyim 

sipahiyə getdim. Atama qalsa, məni verəcəyi adam 

həm ən böyük alim olacaq, həm nəqĢdən, sənətdən 

baĢ  çıxaracaq,  həm  güc,  iqtidar  sahibi,  həm  də 

Harun  kimi  varlı  olacaqdı  ki,  bu  cür  adamın  onun 

kitablarında  belə  olmayacağına  görə  mən  illərlə 

evdə  oturub  gözləyəcəkdim.  Ərimin  yar-yaraĢığı 

dillərdə  dastan  idi,  özünü  də  vasitəçilərlə  xəbər 

göndərib,  fürsət  tapıb,  hamamdan  qayıdanbaĢ 

qarĢıma çıxanda gördüm; gözlərindən od tökülürdü, 

dərhal  aĢiq  oldum.  Əsmərdi,  dümağ  dərili, 

yaĢılgözlü  gözəldi,  güclü  qolları  vardı,  amma, 

əslində, yatıb qalmıĢ uĢaq kimi çox məsum və sakit 

idi. Bəlkə də bütün gücünü savaĢlarda adam öldürə-

öldürə,  qənimət  toplaya-toplaya  tükətdiyindən 

mənə  elə  gəlirdi  ki,  o,  açıq-aĢkar  qan  qoxuyur. 

Amma  evdə  xanım  təki  yumĢaq  və  sakit  dururdu. 

Atamın  «yoxsul  savaĢçıdı»  deyə  əvvəl  istəmədiyi, 

məni  «özümü  öldürəcəyəm»  dediyimə  görə 

verməyə  razı  olduğu  həmin  adam  savaĢdan  savaĢa 

qəhrəmancasına  gedib,  ən  böyük  igidlikləri 

göstərib,  on  iki  min  ağcalıq  mülk  sahibi 

olduğundan hamı bizi qısqanırdı. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə