Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə17/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   13   14   15   16   17   18   19   20   ...   191

 

 

72 



 

          Məktub  deyəcəyini  yalnız  yazıyla  demir. 

Məktub  eynilə  kitab  kimi,  qoxulana-qoxulana, 

toxuna-toxuna,  əllənə-əllənə  də  oxunur.  Buna  görə 

də  ağlı  olanlar    deyirlər,  «oxu,  görək  məktub  nə 

deyir». Səfehlər  deyirlər, «oxu, görək nə yazırlar». 

Ustalıq  təkcə  yazını  deyil,  bütöv  məktubu 

oxumaqdadı.  Dinləyin,  görək  ġəkurə  baĢqa  nə 

deyib: 

         1.  Deyir  ki,  məktubu  gizlicə  yollasam  da, 

məktub  daşımağı  iş  və  xasiyyət  eləmiş  Esterlə 

yollamaqla elə bir gizlilik məqsədim yoxdu. 

         2.  Kağızın  gözmuncuğu  kimi  dönə-dönə 

qatlanması da gizlilik və sirr mənasına gəlir. Onun 

məktubusa açıqdı. Üstəlik yanında iri bir rəsm var. 

Məqsəd  guya budu  ki,  «amandı,  sirrimizi hamıdan 

gizlədək».  Bu  da  eşqi  rədd  eləmək  məktubundan 

çox, eşqə dəvət məktubuna oxşayır. 

        3.  Elə  məktubun  qoxusu  da  bunu  təsdiqləyir. 

Əlinə  alanın  tərəddüd  eləyəcəyi  qədər  adi  (yoxsa 

bilərəkdənmi  qoxu  sürtülüb?),  amma  laqeyd 

qalmayacağı qədər cəlbedici (bu, ətir qoxusudumu, 

yoxsa  onun  əlinin  qoxusudumu?)  olan  bu  qoxu 

məktubu  mənə  oxuyan  yazığın  ağlını  başından 

almağa yetdi. Hesab eləyirəm, Qaranın da eyni cür 

ağlını başından alacaq. 

        4. Mən oxuyub-yazmağı bacarmayan Esterəm, 

amma  xəttin  axışından,  bu  qələmin  «amandı, 

downloaded from KitabYurdu.org




 

 

73 



 

tələsirəm,  əhəmiyyət  vermədən,  diqqətsiz  yazıram» 

deməsinə  baxmayaraq,  hərflərin  hamısının  birgə 

şirin  küləyə  düşən  kimi  zərifanə  titrəyişindən  lap 

ürəkdən  tamamilə  əksini  söylədiyi  başa  düşülür. 

Orxandan  söz  açanda  «bir  az  qabaq»  deyib  indi 

yazıldığına 

eyham 

vurmasına 

baxmayaraq, 

məlumdu  ki,  arxayınlıqla  yazılıb,  çünki  hər sətirdə 

səliqə sezilir. 

         5.  Məktubla  yollanan  rəsm  mən  yəhudi 

Esterin  belə  bildiyi  əfsanədəki  gözəl  Şirinin 

yaraşıqlı Xosrovun rəsminə baxıb aşiq olmasından 

söhbət  açır.  İstanbulun  xəyalpərvər  qadınlarının 

hamısı bu hekayəyə heyran olurlar, amma ilk  dəfə 

rəsminin yollandığını görürəm. 

        Siz oxuyub-yazmağı bacaran xoĢbəxtlərin tez-

tez baĢına  gəlir:  oxuya  bilməyən  adam  yalvarır ki, 

ona gəlmiĢ məktubu oxuyasınız. Yazılanlar o qədər 

sarsıdıcı,  narahatedicidi  ki,  məktub  sahibi  öz 

məhrəmliyinə  ortaq  olmağınızdan  da  əlavə,  utana-

sıxıla məktubu bir daha oxumanızı rica eləyir. Yenə 

oxuyursunuz.  Axırda  məktub  o  qədər  oxunur  ki, 

ikiniz  də  əzbərləyirsiniz.  Bundan  sonra  məktubu  

alır, sizdən soruĢur ki, «bu söhbəti buradamı eləyir, 

bunu  buradamı  deyir»,  oradakı  hərfləri  baĢa 

düĢmədən  sizin  barmağınızın  ucuyla  göstərdiyiniz 

nöqtəyə  baxırlar.  Oxuya  bilmədikləri,  amma 

əzbərlədikləri hərflərin qıvrılmasına baxanda bəzən 

downloaded from KitabYurdu.org



 

 

74 



 

elə riqqətə gəlirəm ki, özümün də oxumaq-yazmaq 

bilmədiyimi  unuduram,  ürəyimdən  məktublara 

gözyaĢı  tökən  bu  oxumaq-yazmaq  bacarmayan 

qızları öpmək keçir.  

        Bir də bu uğursuzlar var, ehtiyatlı olun, onlara 

oxĢamaqdan  çəkinin.  Qız  məktubunu  alıb,  ona 

yenidən  toxunmaq,  harada  hansı  sözün  deyildiyini 

baĢa 

düĢmədən 



baxmaq 

istəyəndə 

ona 

«neyləyəcəksən,  oxuya  bilmirsən,  daha  nəyə 



baxacaqsan?»  deyən  o  heyvanların  bəzisi  qızın 

məktubunu  geri  belə  vermirlər.  Sanki  özlərinindi, 

onlarla dalaĢıb, məktubu geri almaq mənə – Esterə 

qalır.  Bax  mən  Ester  belə  bir  yaxĢı  arvadam,  sizi 

sevsəm, sizə də kömək elərəm. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

downloaded from KitabYurdu.org




 

 

75 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org




 

 

76 



 

9. MƏN ŞƏKURƏYƏM 

 

        Qara ağ atının belində düz qarĢımdan keçəndə 



mən niyə orada, pəncərənin qabağındaydım? Lap o 

anda  fəhmlə  niyə  pərdəni  açmıĢdım,  qarlı  nar 

budaqlarının arasından onu görəndə elə uzun-uzadı 

baxmıĢdım?  Bunları  sizə  əməlli-baĢlı  deyə 

bilmərəm.  Xeyriyyəylə  Esterə  mən  xəbər 

göndərdim;  Qaranın  oradan  keçəcəyini,  əlbəttə, 

bilirdim.  Nar  ağacına  baxan  gömmə  dolablı  otağa 

həmin  məqamda  təkcə  sandıqdakı  mələfələrə 

baxmaqdan  ötrü  çıxmıĢdım.  Pərdəni  sövq-təbii 

həmin  an  qızğın  tərzdə  bütün  gücümlə  itələyəndə 

əvvəlcə  otağa  günəĢ  doldu:  pəncərənin  qabağında 

dayanıb  günəĢdən gözlərim  qamaĢan  kimi  Qarayla 

göz-gözə gəldim; çox gözəliydi. 

        Böyüyüb,  yetkinləĢib,  gəncliyindəki  o  sarsaq 

laübalı halını üzərindən atıb, həm də yaraĢıqlı olub. 

Bax,  ġəkurə,  ürəyim  mənə  dedi,  Qara  təkcə 

yaraĢıqlı  deyil,  gözlərinin  içinə  bax,  ürəyi  uĢaq 

ürəyinə  oxĢayır,  nə  qədər  təmiz,  nə  qədər  tənhadı. 

Evlən  onunla.  Amma  mən  ona  bunun  tamamilə 

tərsini yazdığım məktubu göndərdim. 

        Məndən 

on  iki  yaĢ  böyük  olmasına 

baxmayaraq,  on  iki  yaĢımda  ondan  daha  yetkin 

olduğumu  bilirdim.  Onda  qarĢımda  kiĢi  kimi 

dimdik durub «onu eləyəcəyəm, bunu eləyəcəyəm, 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə