Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə16/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
İqlim dəişmələri 1-6

Atmosferi süni çirkləndirən sənaye sahələri Qara metallurgiya. çuqunun əridilməsi və ondan polad istehsalı zamanı atmosferə müxtəlif qazlar atılır. 1 ton polad istehsalı zamanı havaya 4,5 kq toz, 2,7 kq kükürd qazı, 0,1-0,6 kq marqans atılır. Domna qazlarından başqa atmosferə həm də az miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir metalların buxarları, antimon ( sürmə ) və qətranlı maddələr atılır. Marten və poladəridən sexlərin tullantıları da atmosferi xeyli çirkləndirir. Polad əriyən zaman həm də metalın buxarı, şlak və metal oksidləri və qazları ayrılır. Marten
peçlərinin tozunun əsas hissəsi dəmir – 3 oksid (67 % ), alüminium – 3 oksid ( 6,7 % ) – dən ibarət olur. 1 ton marten poladının oksigensiz əridilmə prosesində 3000- 4000 m3 qaz ayrılır, onların tərkibində tozun qatılığı orta hesabla 0,5 q/m3 təşkil edir. Metalın ərimə zonasına oksigen verildikdə isə tozəmələgəlmə dəfələrlə çoxalaraq 15 – 52 q/m3 – a çatır.

Müasir qara metallurgiya zavodlarının çoxunda kömürün kokslaşdırılması peçləri vardır. Kokskimyəvi istehsalı atmosfer havasını tozla və uçucu birləşmələrin qarışığı ilə çirkləndirir. İş rejimi pozulduqda isə atmosferə küllü miqdarda təmizlənməmiş koks qazı atılır.


Qara metallurgiya sahəsində sənaye qəzaları zamanı regionda ekoloji vəziyyət daha da kəskinləşir . Əlvan metallurgiya - Gil – torpaq alüminium – oksid , alyuminium, mis, qurğuşun, qalay, sink, nikel və digər metalların peçdə istehsalı zamanı, materialların yüklənməsi, boşaldılması zamanı quruducu aqreqatlarda , açıq anbarlarda zərərli maddələr əmələ gəlir . Əlvan metallurgiya atmosfer havasını əsasən kükürd anhidridi (75 % ), karbon qazı, ( 10,5% ) və tozla çirkləndirir.




Kimya neft - kimya sənayesi Kimya sənayesində turşuların ( sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat turşusu və s .) istehsalı zamanı, rezin – texniki işlərində, fosforit, plastik kütlələr, rənglər və yuyucu vasitələr, süni kauçuk, mineral gübrələr, həlledicilərin (toluol, aseton, fenol, benzol ) istehsalı zamanı atmosferə tullantılar atılır. Çirkləndirici maddələrin tərkibində əsasən karbon qazı (28 %), kükürd anhidridi (16,3 % ), azot oksidi (6,8 % ) olur. Tullantıların tərkibində amonyak (3,7 %), benzin ( 3,3 % ), hidrogen - sulfid, karbon - sulfid, toluol ( 1,2 % ) aseton (0,95 %), benzol (0,7 %) , ksilol ( 0,3 % ) , dixloretan (0,6 % ) , sulfat turşusu (0,3 % ) da olur
.Neft - ayırma sənaye müəsissələri atmosferi karbohidrogen ( 23 %) , kükürd qazı ( 16,6 % ) , karbon qazı (7,3 %) , azot oksidi ( 2 % ) birləşmələrilə çirkləndirir.

Respublikamızda kimya və neft – kimya müəssisələrinin çoxu Bakı və Sumqayıt şəhərlərində cəmləşmişdir. Mövcud müəssisələrin texniki təchizatı, təmizləyici qurğularının çoxunun yararsız vəziyyətdə olması, qaz-toz tutucu avadanlıqların sıradan çıxması ətraf mühitə normadan artıq tullantıların atılmasına səbəb olur. Belə vəziyyət təbii ehtiyatlardan istifadə edilərkən böyük itkilərə yol verilməsinə səbəb olur.





Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə