Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə178/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   174   175   176   177   178   179   180   181   ...   187

Əli ibn Əsakir 1130-cu illərdə Xoyda olarkən Əbu Səid Xoyinin dərslərini dinləmişdi

1852


Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  



 

Qazi Əbü’l-Qasım Nasir ibn Əhməd ibn Bəkran Xoyi 

Fəqih,  mühəddis,  filoloq,  ədib  və  şair  olan  Əbü’l-Qasım  Nasir  Xoyi  h.  466-cı  ilin 

məhərrəm  ayında  (sentyabr  1073)  anadan  olmuşdu.  Ərəb  filologiyasını  Əbu  Tahir 

Şirazidən  öyrənmiş,  şeyxülislam  Əbu  İshaq  İbrahim  Şirazinin  yanında  isə  şafi’i  fiqhi 

oxumuşdu. Əbü’l-Qasım Əli ibn Əhməd ibnü’s-Sirri, İbnü’n-Nüqəvvər əl-Asimi adı ilə 

tanımış  Əbü’l-Hüseyn  Asim  ibn  Hüseyn,  Əbu  Zeyd  Nizamülmülk  kimi 

mühəddislərdən  hədis  dinləmişdi.  Yaşadığı  dövrdə  Azərbaycanın,  mübahisəsiz,  ən 

böyük  ədəbiyyatçısı  idi.  O,  həm  də  istedadlı  şair  idi  və  özünün  divanı  var  idi. 

Atasından  sonra  Xoy şəhəri  qaziliyinə  təyin  olunmuşdu.  Əbü’l-Qasım  Nasir  Xoyi,  İbn 

Cinninin  ‚əl-Lüma‘‛

1853

  adlı  əsərinə  şərh  yazmışdı



1854

.  Alim  h.  509-cu  ilin  rəbiəlaxir 

ayında  (sentyabr  1115)  vəfat  etmişdi

1855


.  Səm’ani  Əbü’l-Vəfa  Budeyl  əl-İmli  Xoyi  (öl. 

1136-1146  illər  arasında)  haqqında  məlumat  verərkən  onun  qazi  Əbü’l-Fəth  Nasir  ibn 

Əhməd  ibn  Bəkran  Xoyi  adlı  bir  alimin  tələbəsi  olduğunu  və  ondan  hədis  dinlədiyini 

qeyd etmişdir

1856

. Göründüyü kimi bu iki şəxsin sadəcə ‚Əbü’l-Qasım‛ və ‚Əbü’l-Fəth‛ 



olaraq  künyələrində  fərq  var.  Səm’ani  və  Əbu  Tahir  əs-Süləfi  İsfəhani  baba  adını 

‚Bəkran‛,  Yaqut  əl-Həməvi  isə  burada  haqqında  daşıdığımız  şəxsin  babasını  adını 

‚Bəkr‛  olaraq  qeyd  etmişdir.  Yaşadıqları  dövrlərin  də  bir-birinə  müvafiq  olduğunu 

nəzərə alaraq bu ikisinin eyni şəxs olduğunu düşünmək olar.     



 

Şeyx Nəcibəddin Əbu Abdullah Muhəmməd ibn Məzyəd ibn Mübəşşir Xoyi 

                                                 

1852

 İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 140-141. 



1853

  Əbü’l-Fəth  Osman  ibn  Cinni  əl-Məvsilinin  (934-1002)  ‚Kitabü’l-Lüma’  fi’l-Lüğəti’l-Ərəbiyyə‛  (Ərəb  Dilinin  İşıq 

Saçan Kitabı) adlı ərəb dilinin qrammatikasına və morfologiyasına aid əsəri. 

1854


 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 396. 

1855


 YAQUT əl-HƏMƏVİ, İrşadü’l-Ərib, s. 1651. Əbu Tahir İsfəhani onun h. 507-ci ilin rəbiəlaxir ayında (sentyabr 1113) 

Xorasanda vəfat etdiyini qeyd etmişdir. Bax: Mu’cəmü’s-Səfər, s. 396. 

1856

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 141. Bax: səh. ???. 




Mühəddis  idi.  H.  593-cü  ildə  (1197)  Xoyda  anadan  olmuşdu.  Vətənində  təhsilini  başa 

vurduqdan sonra Misirə getmiş və burada hədis tədris etmişdi. H. 12 şəvval 674-cü ildə 

(30 mart 1276) Qahirədə vəfat etmişdi

1857


.  

 

Qaziü’l-quzat  Şihabəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ibn  Xəlil  ibn 

Səadə ibn Cə’fər Xoyi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Yuxarıda  haqqında  bəhs  etdiyimiz 

qaziü’l-quzat  Şəmsəddin  Əhməd  Xoyinin  oğlu  idi.  H.  14  şəvval  626-cı  ildə

1858


  (4 

sentyabr 1229) Dəməşqin Adiliyyə səmtində anadan olmuş və bu şəhərdə böyümüşdü. 

Alim  ailəsində  böyüyən  Şihabəddin  Xoyi  hələ  kiçik  yaşlarından  elmi  biliklərə 

yiyələnməyə başlamışdı. O, 11 yaşında ikən atasını itirmişdi. Atasının vəfatından sonra 

Adiliyyə  mədrəsəsində  qalmış  və  tələbəliyə  başlamışdı.  Tezliklə  o,  öz  yaşıdlarından 

daha istedadlı və çalışqan olduğunu göstərmişdi. Şihabəddin Xoyi fenomenal yaddaşa 

sahib  idi.  O,  istənilən  mövzuya  dair  bilikləri  asanlıqla  əzbərləyb  yaddaşında  saxlaya 

bilirdi. Üstün bilik, bacarıq və istedı ilə tanınmış və hələ çox gənc yaşlarında Dimağiyyə 

mədrəsəsində  dərs  verməyə  başlamışdı.  Daha  sonra  Adiliyyə  və  Qəzzaliyyə 

mədrəsələrində  də  dərs  vermişdi.  İbn  Kəsir,  Şihabəddin  Muhəmməd  Xoyinin  hədisi, 

hədis  elmlərini  və  hədis  alimlərini  sevdiyini  qeyd  etmişdir.  O,  Misir,  Şam  vilayəti, 

Bağdad,  Xorasan  və  İsfahana  səyahət  edərək  buradakı  ən  tanınmış  mühəddislərdən 

dərs  almışdı.  Onun  müəllimi  olmuş  məşhur  mühəddislərdən  İbnü’l-Lətiy,  İbnü’l-

Müqəyyir,  Səxavi,  Əbu  Abdullah  Hüseyn  ibnü’z-Zübeydi,  İbü’s-Səlahın  adını  çəkmək 

olar.  Bundan  başqa  o,  Xorasanda  Fəxrəddin  Razinin  yetişdirdiyi  alimlərdən  və  elmi 

irsinin  davamçılarından  olan  Qütbəddin  əl-Misri  və  əllamə  ət-Tavusidən  məntiq  və 

kəlam dərsləri almışdı

1859


. Mənbələr onun hədis dinlədiyi ravi və mühəddislərin sayının 

250-300  arasında  olduğunu  qeyd  edirlər.  Alim  fiqh,  fiqh  üsulu,  hədis,  təfsir, 

pedaqoqika,  riyaziyyat,  astronomiya,  fəraiz,  filologiya,  poeziya  kimi  müxtəlif  elm 

sahələrinə  aid  20-dən  çox  kitabın  və  bir  çox  risalənin  müəllifi  idi.  Bunlardan  İbnü’s-

                                                 

1857


 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VII, s. 231. 

1858


 İbn Həcər Əsqəlani onun h. 626-cı ilin rəcəb ayında (iyun 1229) anadan olduğunu qeyd etmişdir. Bax: Rəfi‘ü’l-İsr 

ən Quzat Misir, s. 144, London 1908. 

1859


 İBN HƏCƏR, Rəfi‘ü’l-İsr, s. 144. 


Səlahın  ‚Ülumü’l-Hədis‛  adlı  əsərinə  nəzm  formasında  şərh,  ‚əl-Fəsih‛,  ‚Şərhü’l-

Füsul‛, ‚əl-Müləxxəs‛, ‚Əqalimü’t-Təalim‛ və yenə nəzm formasında qələmə alınmış, 

ərəb  filologiyasına  dair,  ‚Kifayətü’l-Mütəhəffiz  fi’l-Lüğə‛  adlı  əsərlərin  adını  çəkmək 

olar.  Pedaqoqikaya  aid  ‚Əqalimü’t-Təalim‛  adlı  əsərində  alim  təfsir,  hədis,  fiqh,  tibb, 

həndəsə  və  riyaziyyat  kimi  elmlərin  tədris  metodları  haqqında  geniş  məlumat 

vermişdir

1860

. ‚Əqalimü’t-Təalim‛in nadir nüsxələrindən biri Paris milli kitabxanasında 



mühafizə edilir

1861


. Şihabəddin Muhəmməd Xoyi bir müddət Qüds qazisi olmuş, h. 657-

ci ildə (1259) bu vəzifəni icra etmək üçün Dəməşqdən Qüdsə getmişdi

1862

. Hülagü xanın 



Suriyanı  işğalı  vaxtı  (1260)  isə  Şam  diyarını  tərk  edərək  Misirə  getmişdi.  Bir  müddət 

sonra  Qahirə  qaziliyinə  təyin  olunmuşdu.  5  il  bu  vəzifəni  icra  etdikdən  sonra  qaziü’l-

quzat, yəni bütün Misirin baş qazisi olmuşdu. Dəməşq qazisi Bəhaəddin ibnü’z-Zəkinin 

ölümündən  sonra  bu  şəhərin  qaziliyi  vəzifəsi  də  ona  tapşırılmışdı.  Onun  yetişdirdiyi 

tələbələr arasından məşhur alimlər çıxmışdır. Bunlardan hafiz Yusif ibn Əbdürrəhman 

əl-Mizzi , Elməddin Qasım əl-Birzali, ən-Nəblusi, əl-Xotəni, Cəmaləddin ibnü’s-Sabuni, 

Əlaəddin  Məqdisinin  adını  çəkmək  olar.  Alim  h.  25  ramazan  693-cü  ildə  (19  avqust 

1294)  Dəməşqdə  vəfat  etmişdi.  Əl-Müzəffəri  məscidində  qılınan  cənazə  namazından 

sonra atasının qəbrinin yanıda dəfn edilmişdi

1863


.  

 

Əbü’l-Həsən Əli ibn Bəxtiyar ibn Əli Xoyi 

Ədəbiyyatçı  və  mühəddis  idi.  Şeyx  Əbu  Sə’d  Muhəmməd  ibn  Hüseyn  əl-Bəkri 

Nişapurinin  tələbəsi  olmuşdu.  Xoy  şəhərinin  mərkəzi  camesində  hədis,  tarix  və 

ədəbiyyat  dərsləri  vermişdi.  Tarixçi  alim  Əbü’l-Qasım  Əli  ibn  Əsakir  Xoyda  olarkən 

Əbü’l-Həsən Əli Xoyinin dərslərində iştirak etmişdi

1864


. Ölüm tarixi məlum deyil. XI-XII 

əsrlərdə yaşamışdır.  

 

Şeyx Nəsirəddin Əbü’l-Həqayiq Mahmud ibn Əhməd Xoyi 

                                                 

1860

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 211. 



1861

 DE SLANE, həmin əsər, s. 406. 

1862

 ANONİM, Mu’cəmü’ş-Şüyux minə’r-Rical və’n-Nisa, v. 10a-11b; ƏYNİ, İqdü’l-Cüman, s. 55. 



1863

 İBN ŞAKİR, Fəvatü’l-Vəfayat, C. II, s. 138-139; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 240-241; İBN KƏSİR, Bidayə və’n-



Nihayə, C. XIV, s.19; İBN HƏCƏR, Rəfi‘ü’l-İsr, s. 144; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 45.  

1864


 İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 181. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə