Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə332/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   327   328   329   330   331   332   333   334   335

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XARİCİ İQTİSADİ 

ƏLAQƏLƏRİNİN İNKİŞAFI, TƏHLÜKƏSİZLİYİ VƏ 

İXTİSASLAŞMA İSTİQAM

ƏTLƏRİ 

965 


 

Rusiyadan  buraya  gələn  tacirlər  öz  ölkələrinə  Naxçıvan  ustalarının 

hazırladıqları  nəfis  ipək  parçalar  aparırdılar.  Təsadüfi  deyildir  ki, 

Moskvadakı,  Nijni  Novqoroddakı  yarmarkalarda  Naxçıvan  və  Ordubadda 

istehsal  edilmiş  ipək  parçalara  və  müxtəlif  rənglərə  boyanmış  ipək  saplara 

təsadüf olunurdu. Naxçıvan xanlığından bir sıra xarici bazarlara qırmızı və ağ 

bez parçalar, düyü, duz, şərab və s. məhsullar aparılırdı. Bez əsasən Qarabağ 

və  İrəvan  xanlıqlarına,  düyü  və  duz  Mərənd,  Xoy  və  Təbriz  xanlıqlarına, 

pambıq parça Bayazid, Qars, Tiflis, Şuşa və digər şəhərlərə ixrac edilirdi (5, 

s. 61). 


Son  illərdə  Muxtar  respublikada  davamlı  inkişafın  təmin  edilməsi, 

sahibkarlıq  fəaliyyətinə  meylin  stimullaşdırılması  və  bu  istiqamətdə  bütün 

cəhdlərin  hərtərəfli  dəstəklənməsi  sahəsində  mühüm  tədbirlər  həyata 

keçirilmiş,  bu  sahədə  məqsədli  proqramlar  hazırlanmışdır.  “Azərbaycan 

Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-

2008-ci  illər)  təsdiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikası 

Prezidentinin  müvafiq  fərmanının  icrasını  təmin  etmək,  Naxçıvan  Muxtar 

Respublikasında təbii sərvətlərdən və yerli şəraitdən səmərəli istifadə etməklə 

kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, emal sənayesinin, xidmət 

və  digər  infrastruktur  obyektlərinin,  turizmin  inkişafını  təmin  etmək, 

məşğulluğun  səviyyəsini  yüksəltmək  və  əhalinin  güzəranını  daha  da 

yaxşılaşdırmaq  məqsədilə  09  iyun  2005-ci  il  tarixdə  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisi  Sədrinin  sərəncamı  ilə  “Naxçıvan  Muxtar 

Respublikasının  Regional  İnkişaf  Proqramı  (2005-2008-ci  illər)”  təsdiq 

olunmuş və icrası uğurla reallaşdırılmışdır. 

İqtisadi  tərəqqinin  davamlılığını  təmin  etmək,  mövcud  təbii 

ehtiyyatlardan  və  əmək  potensialından  səmərəli  istifadənin  təşkilini  həyata 

keçirmək  məqsədilə  “Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü 

illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”  “Azərbaycan  Respublikası 

regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 

Proqramı”ları  təsdiq  edilmiş  və  həm  ikinci,  həmdə  üçüncü  Dövlət 

Proqramlarında Naxçıvan Muxtar Respublikasının inkişafı ilə bağlı mühüm 

tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2015-ci ilin nəticələri və 

muxtar  respublikanın  sosial-iqtisadi  həyatında  müşahidə  olunan  dinamik 

artım bu Dövlət Proqramının da uğurla yekunlaşacağına təminat verir. Qeyd 

edək ki, bu istiqamətdə həyata keçirilən tədbirlər, yaradılan sabitlik və iqtisadi 




966 

ASƏF Q


ƏRİBOV 

 

 



inkişaf yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikamızın təbii 

resurslarından səmərəli istifadə olunmasına əlverişli şərait yaratmışdır. 

Dövlətin  apardığı  məqsədyönlü  iqtisadi  siyasətin  bir  hissəsi  olmaqla 

ticarətin,  xüsusilə  xarici  ticarətin  tənzimlənməsi,  daxili  bazarın  qorunması, 

gömrük  prosedurlarının  sadələşdirilməsi,  xarici  iqtisadi  əlaqələrin 

genişləndirilməsi, bütövlükdə, ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib 

hissəsi  olan  Naxçıvan  Muxtar  Respublikasında  da  ticarət  dövriyyəsinin 

artmasına, o cümlədən xarici ticarətin genişlənməsinə şərait yaradıb. 

Muxtar  respublikada  xarici  ticarət  dövriyyəsinin  ilbəil  artması  burada 

yeni  sənaye  müəssisələrinin,  istehsal  sahələrinin  yaradılması  nəticəsində 

mümkün  olmuşdur.  Son  20  il  ərzində  muxtar  respublikada  sənaye 

müəssisələrinin sayı 56-dan 439-a çatmış, artım 7,8 dəfə olmuşdur (9, s. 42). 

Yaradılan  yeni  sənaye  müəssisələrində  istehsal  olunan  məhsullar  daxili 

bazarın  idxaldan  asılılığını  xeyli  azaltmış,  eləcə  də  yeni  ixracyönümlü, 

rəqabətədavamlı məhsulların ixrac olunmasına rəvac vermişdir. 

Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrində 1992-1995-

ci illər idxalın həcminin artması, əsasən, gündəlik tələbat mallarının idxalı ilə 

xarakterizə  olunur.  Belə  ki,  əvvəlki  iqtisadi  əlaqələrin  kəsilməsi,  muxtar 

respublikanın blokada şəraitində olması və mövcud sənaye müəssisələrinin öz 

fəaliyyətlərini əsasən dayandırması bu dövrdə vacib yeyinti məhsullarına olan 

tələbatın idxal hesabına ödənilməsini labüd etmişdir. Eləcə də bu dövr xarici 

ticarətdə  barter  əməliyyatlarının  üstünlük  təşkil  etməsilə,  idxalın  dəyər  və 

həcminin artması ilə xarakterizə olunur. İdxalın artmasının bir səbəbi də xarici 

iş  adamlarının  ticarət  əlaqələrinin  qurulmasında  maraqların  artmasından, 

eləcə də elektrik enerjisinin idxalından ibarət olmuşdur. 

1996-2000-ci  illər  Naxçıvan  Muxtar  Respublikasında  xarici  ticarətin 

formalaşdırılması dövrü kimi səciyyələnir. 2001-ci ildən başlayaraq muxtar 

respublikada 

xarici 

ticarət 


əlaqə-lərinin  tənzimlənməsi  sahəsində 

qanunvericiliyin  yeniləşməsinə,  gömrük  orqanlarının  işinin  daha  da 

təkmilləşdirilməsinə,  bu  orqan  strukturlarının  texniki  təchizatının  tam 

yeniləşməsinə,  yerli  sahibkarların  maraqlarının  nəzərə  alınmasına,  idxalın 

istehlak  yönümlülüyünün  istehsal  xarakterli  məhsullarla  yeniləşməsinə 

başlanılmışdır. Bu dövrdə muxtar respublikanın iqtisa-diyyatı ona bilavasitə 

təsir göstərən xarici ticarət əlaqələrilə paralel surətdə inkişaf etmişdir. 



Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə