Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə327/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   323   324   325   326   327   328   329   330   ...   335

 

ARAZBOYU Q

ƏDİM NAXÇIVAN TAYFALARININ İQTİSADİ 

H

ƏYATI (E.Ə. V-II MİNİLLİKLƏR) 



945 

 

mərhələnin keramikası həm də zəngin bəzəyi ilə fərqlənir. Naxışlar qabların 



gövdəsinə  yüksək  ustalıq  və  zövqlə  çəkilir.  Dulus  çarxından  istifadə 

Azərbaycan  ərazisində  hələ  eneolit  dövründən  məlumdur.  İ.H.Nərimanov 

Leylatəpədən  (Qarabağ)  tapılmış  qabların  bir  qrupunun  dulus  çarxında 

hazırlandığını göstərir (

Нариманов, 1987:48).  

Kür-Araz mədəniyyətinin formalaşma mərhələsində qara və boz rəngli, 

qırmızı astarlı, ilk mərhələsində boz və çəhrayı rəngli, orta mərhələsində boz, 

qara və çəhrayı rəngli keramika üstünlük təşkil etsə də, son mərhələdə qara və 

boz  rəngli  keramikanın  çoxluğu  nəzərə  çarpır.  Çəhrayı  rəngli  keramika  az 

qeydə  alınır.  Bu  dövrün  sənətkarları  gildən  küpə,  kasa,  çölmək,  müxtəlif 

məqsədlər  üçün  istifadə  olunan  qablar,  ocaq  qurğuları,  manqallar  və  s. 

nümunələr hazırlamışlar.  

Orta tunc dövründə monoxrom boyalı qablar meydana çıxır ki, bu zaman 

qırmızı  üzərindən  qara  rənglə  dalğalı  xətlərlə  naxışlanma  əsas  yer  tutur. 

Sonrakı  mərhələlərdə  yerli  sənətkarların  ustalığı  nəticəsində  həndəsi 

formalarda aşağıdan yuxarıya üfüqi xətlərlə çəkilmiş naxışlar əsas yer tutur. 

Polixrom  naxışlı  qabların  üzərində  ağ,  yaxud  sarı  anqob  üzərindən  qara  və 

qırmızı  rənglərlə  naxışlanma,  heyvan  və  quş  təsvirləri,  bir-birinin  içərisinə 

əlavə  edilmiş  qoşa,  torlu  üçbucaqlar  xüsusi  yer  tutur.  Bu  dövrdə  Naxçıvan 

ərzisində istehsal olunmuş küpə (foto 8, foto 9), kasa, çölmək, badya, vaza, 

qədəh  və  s.  tipli  qablarla  yanaşı,  çaynik  və  matra  tipli  (su  qabı)  qablar  da 

yaranır ki, çayniklər yalnız cənub bölgələri üçün xarakterikdir (foto 10).  

E.ə. II minilliyin sonlarına yaxın boyalı qablar tədricən azalır və aradan 

çıxmağa başlayır. Bu mərhələdə yeni qab formaları yaranır. Dulusçuluq sənəti 

daha rəngarəng olur. Cənubun təsiri altında silindrik lüləyi olan çölmək tipli 

qablar  meydana  gəlir.  Eyni  zamanda  Xocalı-Gədəbəy  mədəniyətinin  təsiri 

nəticəsində göbələkvari çıxıntılı qablar yaranır.  

Yuxarıda  bəhs  edilən  təsərrüfat  və  sənətkarlıq  sahələri  içərisində 

daşişləmə, sümükişləmə və toxuculuq inkişaf etməyə başlayır. 

Daşişləmə  sənəti  eneolit  və  tunc  dövrünün  bütün  mərhələlərində  əsas 

yerlərdən  birini  tutmuşdur.  İlk  tunc  dövründən  başlayaraq  ibtidai 

metallurgiyanın  meydana  çıxması  və  metal  əşyaların  əldə  edilməsi  tunc 

dövrünün  sonrakı  inkişaf  mərhələlərində  daş  alətlərə  olan  tələbatı  nisbətən 



946 

ABBAS SEYİDOV – SEVİNC İMANOVA 

 

 

azaltsa  da,  bu  sahəni  sıxışdırıb  aradan  çıxara  bilməmişdir.  Naxçıvanın 



Arazboyu  abidələrinin  hamısından (I  Kültəpə,  II  Kültəpə,  Maxta  Kültəpəsi, 

Xələc, 


Ərəbyengicə,  Şortəpə,  Sədərək,  Şahtaxtı,  Qızılburun  və  s.)  külli 

miqdarda  müxtəlif  cinsli  daşlardan  hazırlanmış  alətlər–dən  daşı,  sürtgəc, 

həvəng, dəstə, quraşdırma oraq dişləri, daş gürzlər, ox ucluqları serdolik, əqiq 

və  başqa  daş  muncuqlar  tapılmışdır.  Daşişləmənin  inkişaf  səviyyəsini 

göstərən arxeoloji materiallar arasında Maxta Kültəpəsində məbəd yerindən 

(foto  11)  və  II  Kültəpənin  ilk  tunc  dövrü  təbəqəsindən  tapılmış  daş  bütlər, 

Kolanı  nekropolunda  qəbilə  rəhbərinə  aid  edilən,  üzəri  oyma  üsulu  ilə 

işlənmiş qəbir daşları mühüm yer tutur. Tədqiqatçılar qeyd edir ki, bu dövrün 

daşişləmə sənətində yonma, pardaqlama, cilalama, oyma, deşmə, zərbetmə və 

s. kimi texniki üsullar daha da təkmilləşmişdir.  

Sümükişləməyə aid əlimizdə olan dəlillər çoxsaylı arxeoloji materiallarla 

müşayiət olunur. Sümük alətlə-biz, əyircək, qaşov, bəzək əşyaları (asmalar, 

muncuqlar),  müxtəlif  məqsədlər  üçün  işlədilən  əmək  alətləri  (bizlər) 

xırdabuynuzlu  və  iribuynuzlu  heyvan  sümüklərindən,  az  bir  hissəsi  isə 

buynuzdan hazırlanmışdır. Onların hazırlanmasında çapma, kəsmə, cilalama 

və  deşmə  üsulu  tətbiq  olunmuşdur.  Bu  alətlər  əsasən  heyvanın  lülə 

sümüyündən  düzəldilib.  Bizlərinin  işlək  ucu  çox  ustalıqla  pardaxlanaraq 

nazildilib. Bəzi bizlərin əl tutan hissəsində ikitərəfli deşik açılıb və sümüyün 

təbii vəziyyəti saxlanılıb. İribuynuzlu heyvanın lülə sümüyünün oynaq hissəsi 

iki  yerə  bölündükdə  təbii  yarımşar  forma  alır  ki,  onlardan  da  toxuculuqda 

istifadə  etmək  üçün  əyircəklər  hazırlanıb. 

Əyircəklərin  ortasından  ikitərəfli 

deşik açılıb. İribuynuzlu heyvanın lülə sümüyündən hazırlanmış qaşovlardan 

dəri və gönişləmədə istifadə edilib. Onların bir tərəfi itilənib. 

Dəriişləmə  ilə  bağlı  əlimizdə  tutarlı  faktların  az  olmasına  baxmayaraq, 

hələ  ən  qədim  zamanlardan  ibtidai  insanların  heyvan  dərisindən  müxtəlif 

geyim  vasitəsi  kimi  istifadə  etmələri  məlumdur.  Dərinin  qurudulması, 

aşılanması, şübhəsiz ki, ondan daha geniş mənada istifadə edildiyini, xurcun, 

torba,  ayaqqabı,  at  yüyəni  hazırlandığını  göstərir.  Fikrimizcə,  qoyun 

dərisindən kürk, papaq, qaramal dərisindən isə ayaq geyimləri hazırlanmışdır. 

Abidələrdən tapılmış daş, sümük, dəvəgözü və çaxmaqdaşından hazırlanmış 

qaşovlar  dərinin  alt  tərəfində  olan  leti  təmizləmək  və  ola  bilsin  ki,  dərini 

pardaxlamaq üçün istifadə edilmişdir. Etnoqrafik müşahidələrə əsasən demək 



 

ARAZBOYU Q

ƏDİM NAXÇIVAN TAYFALARININ İQTİSADİ 

H

ƏYATI (E.Ə. V-II MİNİLLİKLƏR) 



947 

 

olar  ki,  bu  gün  də  naxçıvanlıların  təsərrüfat  həyatında  gön  və  dəri  emalı 



mühüm yerlərdən birini tutur.  

Arxeoloji abidələrdən aşkar edilən toxuculuq alətlərindən görünür ki, bu 

peşə  təsərrüfatın  müəyyən  bir  sahəsini  təşkil  etmişdir.  Toxuculuğun  əsası 

neolit dövründə qoyulsa da, eneolit və tunc dövründə qoyunçuluğun daha da 

inkişaf  etməsi  bu  sənətin  təkmilləşməsinə  şərait  yaratmışdır.  Toxuculuğun 

inkişafına  dair  əlimizdə  olan  arxeoloji  materiallar  II  Kültəpə  və  Maxta 

Kültəpəsidən əldə edilmiş, üzərində toxuma izləri olan qablar, gil və sümük 

əyircəklər, iy ucluqlarından ibarətdir. Şübhəsiz ki, bu dövrdə müxtəlif texniki 

bitkilərdən  və  ya  bitki  liflərindən  də  istifalə  edilmişdir.  Fikrimizcə,  tunc 

dövrünün  son  mərhələsində  toxuculuğun  müəyyən  sahələri  ev  sənətkarlığı 

çərçivəsindən kənara çıxaraq, müstəqil istehsal sahəsi kimi formalaşmışdır. 

İqtisadiyyatın inkişafı sənətkarlığın müxtəlif sahələr üzrə ixtisaslaşmasını 

dərinləşdirmiş, 

mübadilənin 

artmasına, 

tayfalar 

arasında 

sosial 


differensasiyanın  güclənməsinə  səbəb  olmuşdur.  Orta,  son  tunc  və  erkən 

dəmir dövrlərinə aid tədqiq olunmuş qəbir abidələri zəngin avadanlığına görə 

bir-birindən  fərqlənir  ki,  bu  da  qəbilə  üzvləri  arasında  güclənən  əmlak 

bərabərsizliyi ilə bağlı olmuşdur.  

Naxçıvan  ərazisində  qədim  tayfaların  iqtisadi  həyatını  şərtləndirən 

amillərdən biri də Araz çayına yaxın məsafədə, Naxçıvan şəhərindən 12 km 

şimal-qərbdə  yerləşən  Duz  mədənləridir.  Arxeoloji  tədqiqatlar  e.ə.  V-II 

minilliklərdə Naxçıvanda dağ-mədən işinin yüksək səviyyədə inkişaf etdiyini 

göstərir. Duzdağda aşkar olunan qədim duz  mədənləri bunu bir daha sübut 

edir. 1967-ci ildə Duzdağın cənub ətəyində aparılan inşaat işləri zamanı qədim 

şaxtanın girişi aşkar olunmuşdur. Şaxtadan xeyli daş çəkic, o cümlədən 30 kq 

ağırlığında  daş  gürz  də  tapılmışdır  (foto  12).  1976-cı  ildə  tunel  tikilərkən 

burada qədim duz mədəni qeydə alınmışdır. Mədən olduqca mürəkkəb plana 

malikdir. Qədim tunelin uzunluğu 70 m, eni 6-20 m, hündürlüyü 10-15 m-dir. 

Tunel  müxtəlif  ölçülü  10  salondan  ibarətdir.  Bu  salonların  ən  böyüyündə 

duzdan  kəsilmiş  5  sütun  vardır.  Onlar  mədənin  divarları  ilə  tağ  şəklində 

birləşir.  Mədənin  divarları  ustalıqla  işlənərək  hamarlanmışdır.  Salonların 

bəzisinin  divarlarında  his  izləri,  bəzisində  isə  ocaq  qalıqları  olmuşdur.  Duz 

laylarının  arasında  yerləşən  meqrel  təbəqələrə  çalınmış  ağac  pazlar  duzun 

hansı üsulla çıxarılması haqqında məlumat almağa imkan verir. 10-cu salonda 




Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə