10
Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqı-
na qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni za-
manda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə
bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bö-
lünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. An-
caq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycan-
lılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.”
Bütövlükdə Hacı Nərimanoğlunun “Əyyub Abasov. Zən-
gəzur faciəsini yaşayan və yaşadan ədib” kitabı həm tarix,
həm də ədəbiyyat baxımından əhəmiyyətli olan mühüm bir
əsərdir. Bu, yazıçı Əyyub Abasovu və onun məşhur “Zən-
gəzur” romanını yeni tarixi mərhələdə diqqət mərkəzinə
çəkən, həmin dövrün qanlı hadisələrindən ibrət dərsi almağa
çağıran dəyərli araşdırmadır. Əyyub Abasov kimi
ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında böyük
xidmətləri olmuş vətəndaş bir yaradıcı ziyalını yada salmaq,
onun haqqında ilk dəfə geniş materialı ictimaiyyətə çatdır-
maq əhəmiyyətli bir xidmətdir. Təqdim olunan kitab gələ-
cəkdə Əyyub Abasova həsr ediləcək daha geniş həcmə ma-
lik əsərlərin meydana çıxmasına təkan verən qiymətli bir
mənbədir.
İsa HƏBİBBƏYLİ,
akademik
11
HƏYATI
İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, əməkdar
incəsənət xadimi Əyyub Cəbrayıl oğlu Abasov 1905-ci ildə
tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklə-
rinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzası-
nın Şəki kəndində (indiki Ermənistanın Sisiyan rayonu)
anadan olub. Tarix boyu həmişə aclıqdan, soyuqdan, qonşu
ermənilərin fitnə-fəsadlarından əziyyət çəkən dağlıq Zəngə-
zur camaatının əsas dolanışıq yerlərindən biri aşağı Zəngə-
zurun Bərgüşad, Həkəri çaylarının kənarlarındakı barlı-
bərəkətli çəltik sahələri, bostanları, Gəyən və Yazı düzünün
taxıl zəmiləri idi. Əyyub da əli çomaq tutanda Qubadlıya
gəlib varlıların təsərrüfatında muzdurluq edib, naxır otarıb,
ailəsinin dolanışığına yardımçı olub.
Atası Cəbrayıl kişi kənddəki ağır güzəranını bir az yaxşı-
laşdırmaq üçün ömrünün son illərində bir dəstə həmkəndlisi
ilə Bakıya gəlib neft mədənlərində fəhləlik edib, ancaq çox
qala bilməyib və 1917-ci ilin sonlarında Sisiyana ailəsinin
yanına geri qayıdıb.
Burda isə onu və ailəsini qanlı qırğınlar, faciələr gözləyirdi.
Birinci Dünya savaşında ABŞ, İngiltərə, Rusiya və Fran-
sa ermənilərə verdikləri “dənizdən dənizə Ermənistan” təh-
rikçi, yalançı vədlərini Anadoluda yerinə yetirə bilməyəndə
əvəzini Qafqazda, Azərbaycanda çıxdılar və erməniləri si-
lahlandırıb, şirnikləndirib günahsız müsəlman türk və kürd-
lərin üzərinə yönəltdilər.
Andronikin başçılıq etdiyi vəhşiləşmiş, hər cür insanlıq-
dan kənar rəzillik törədən quldur dəstələri Zəngəzurda daşı
daş üstə qoymadılar. Yaşlı, qadın, körpə demədən hamını
qırdılar, bu qətliamlarda yalnız qaçıb canını qurtaranlar son-
rakı dərdli-qəmli ömürlərinə davam etdilər.
12
Əyyubun ata-anası ilə birlikdə iki qardaşı da erməni
qaniçənləri tərəfindən qətlə yetirildi. Zəngəzur qırğınından
ailədən Əyyub özü, bir də ondan böyük bacısı Həmidə sağ
qaldılar. Həmin vaxt onlar bir-birini itirir, Əyyub Naxçı-
vana, Həmidə isə 3 həmkəndlisinin ailəsi ilə birlikdə Qu-
badlıya – bu kitabın müəllifinin doğulub boya-başa çatdığı
35 evlik Saray kəndinə gəlib çıxır. Və onlar ancaq 30 il
ayrılıqdan sonra arayıb-axtarıb bir-birinə qovuşmuşlar.
Ədibimizin Zəngəzurda keçən uşaqlığı beləcə faciəli son-
luqla bitir, bu ağrı-acı onu ömrünün sonuna kimi tərk etmir.
Əyyub Abasov çətinliklə Naxçıvana gəlib dayısı, tanın-
mış müəllim Əbdüləzim Rüstəmovun ailəsində yaşayıb,
oxuyub, burda ilk əmək və yaradıcı fəaliyyətinə başlayır,
həyatının Naxçıvan, Bakı dövrü başlayıb. Birinci dərəcəli
məktəbi və Pedaqoji Texnikumu bitirib, 1928-ci ildə Bakıda
Pedaqoji İnstituta daxil olub. Komsomolçu, kommunist
partiyasının üzvü olub. 1931-ci ildə institutu qurtaran Ə.
Abasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə
müdiri, 1932-33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri
vəzifələrində işləyib. 0, 1933-34-cü illərdə «Kommunist»
qəzeti redaksiyasında çalışıb. Ə.Abasov 1934-37-ci illərdə
Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxuyub.
O, 1937-39-cu illərdə "Azərnəşr"də şöbə müdiri olub, 1939-
41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncə-
sənət İşləri üzrə Komitədə çalışıb, İkinci Dünya müharibə-
sində faşistlərə qarşı vuruşub, 1943-47-ci illərdə Azərbay-
can KP MK-da təlimatçı, 1947-48-ci illərdə Bakı Teatr
Məktəbinin direktoru, 1949-57-ci illərdə isə "Uşaqgənc-
nəşr"də şöbə müdiri vəzifələrində işləmişdir.
1932-ci ildə ilk kitabı nəşr edilmiş, məhsuldar ədəbi yara-
dıcılığı, yeni kitabları ilə təzə yaranmaqda olan Azərbaycan
sovet ədəbiyyatının məzmun və formaca zənginləşməsinə
sanballı töhfələr vermişdir.
Acı təəssüflər olsun ki, Əyyub Abasov 1957-ci ilin 18
dekabrında 52 yaşında istedad və yaradıcılığının püxtələş-