Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə10/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Əmək mühafizəsi 
16 
qaldırmaq hüququna malikdir. Əmək qanunvericiliyinə əməl 
olunmasına dövlət nəzarətini həyata keçirən orqanın (Dövlət 
Əmək Müfəttişliyi) hüquqları, vəzifələri və fəaliyyət qaydaları 
Aərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq 
edilmiş əsasnamə ilə tənzim edilir. Əmək qanunvericiliyinə 
əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın 
vəzifəli 
şəxslərinin 
qərarlarından 
və 
göstərişlərindən 
məhkəməyə şikayət verilə bilər. 
Əməyin mühafizəsi üzrə qaydalara və müvafiq normativ 
aktlara əməl edilməsinə dövlət nəzarəti Əmək məcəlləsinin 
235-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən 
əməyin mühafizəsi normalarının, qaydalarının, habalə əməyin 
mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə 
yetirilməsinə, əmək qanunvericiliyinə əməl olunmasına dövlət 
nəzarətini həyata keçirən orqan(Dövlət Əmək Müfəttişliyi) 
nəzarət edir. 
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini 
həyata keçirən orqanın və onun vəzifəsi şəxslərinin öz 
səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar hökmən icra 
olunmalıdır. 
Əmək məcəlləsinin 308-ci maddəsinə görə işə götürənlər, 
işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər 
tərəfindən əmək məcəlləsinin, eləcə də bütövlükdə əmək 
qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların 
dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin 
düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində 
prokurorluq orqanları, habelə Əmək məcəlləsinin 15-ci 
maddəsi ilə müəyyən edilmiş Dövlət Əmək Müfəttişliyi orqanı 
həyata keçirir. 
Azərbaycan Respublikası ərazisində əmək qanunvericiliyinə 
və normativ hüquqi aktların tələblərinə, norma və qaydalarına 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə