FARUQ SÜMƏR
46
Uyğur budunu on boydan ibarət idi. Bu xüsus Şine-Usu kitabəsində xa-
tırlanır və onlar doqquz-oğuzlardan açıq şəkildə fərqləndirilir
1
. On-uyğur
sözü Beşbalıq bölgəsində (Koçoda) tapılan manixey yazısı ilə yazılmış türk-
cə bir mətndə də vardır
2
. Bu mətn IX, yaxud X əsrə aid edilir. Deməli, doq-
quz-oğuzlar həm türk budunundan, həm də on-uyğurlardan qövmi baxımdan
tamamilə ayrı təşəkküldür. Əvvəlcə göstərdiyimiz kimi, oğuzlar ikinci göy-
türk dövründə hansı mahiyyətdə bir rol oynamışlarsa, uyğur dövründə də
həmin rolu davam etdirmişlər. Yəni bu dövlətlərin əsaslandığı ikinci ünsür
olmuşlar. Yuxarıda göründüyü kimi, onlar həmçinin həm göytürk, həm də
uyğur xaqanlıqlarına qarşı üsyanlar etmişlər, yəni onlar hər iki dövlət qarşı-
sında tarduş və tölis boyları kimi dəyişməz bir vəziyyət və davranışa sahib
idilər. Yeganə fərq odur ki, son iki budunun üsyanları barədə kitabələrdə
məlumat yoxdur.
Uyğurlar təxminən yüz il Orxon bölgəsinin hakimi oldular, bu arada ma-
nixey dinini də qəbul etdilər. Onların böyük qonşuları çinlilərin dini olan
buddizmi deyil, qərb mənşəli manixey dinini qəbul etmələri diqqəti cəlb edir.
Uyğurlardan bizə türk dilində bəzi kitabələr qalmışdır. Kitabələrdən ba-
şa düşülür ki, uyğurlar bir neçə şəhər də salmışlar. Bununla bərabər, Orxon
bölgəsində qədimdən bəri davam edən mədəniyyətin uyğurlar zamanında
daha da inkişaf etdirilməsi mümkün idi.
Qədim çağlardan Kəm (Yenisey) boyunda yaşayan və mədəni səviyyəcə
geridə qalan qırğızlar 840-cı ildə uyğurlara hücum edərək xaqanın Orxon
sahilindəki iqamətgahı Ordu Balığı dağıtdılar, xaqan isə həlak oldu. Buna
görə dövlət mərkəzinə yaxın yerlərdə yaşayan 13 uyğur boyu Çin hüdudları-
na doğru qaçdı. Onlar bir tərəfdən qırğızların, digər tərəfdən çinlilərin ardı-
arası kəsilməyən hücumlarına məruz qalaraq səfil bir həyat sürüb dağıldılar.
Uyğurların bir hissəsi Çinin hakimiyyəti altına keçdi, qalanları isə qırğızlara
əsir oldu. Uyğurların digər bir kütləsi isə qərbə tərəf qaçmışdı. Onlar karluq-
lara sığınmaq istəyirdilər. Belə anlaşılır ki, bu 15 boydan ibarət kütlə iki his-
səyə ayrılmış, biri Tibetə getmiş, digəri isə sonra Qansu bölgəsində yurd sa-
laraq kiçik bir krallıq qurmuşdur. Onlar Çin ilə həmişə dostluq münasibət-
ləri içində yaşamışlar. Bu 15 boyun daha çoxsaylı qoluna gəlincə, onlar
Tyan-Şanda yurd salaraq 848-ci ildən əvvəl Monli adlı başbuğlarını xaqan
elan etmişlər. Çin sarayı ona «Uluğ Tanrıda Qut Bulmuş Alp Külüg Bilgə»
kimi təntənəli bir ünvan verərək Tyan-Şan uyğurlarının kralı sifətilə tanıdı
(856).
Çinlilərin Pukut-siun dedikləri şəxs xaqanın xələfi oldu (onun 874-cü
ildə öldüyü təxmin edilir). Bundan sonra Çin mənbələrində uzun müddət
Tyan-Şan uyğurları haqda heç bir qeydə rastlanmır. Lakin X əsrin ortaların-
1
«...kalmış budun on-uyğur tokuz-oğuz üzə yüz olurun». ƏTY, I, s. 164.
2
Bax: Ceyms Hamilton. Tokuz-oğuz və on-uyğur, s. 39-40.
OĞUZLAR (TÜRKMƏNLƏR)
47
da (951-ci ildə) həmin uyğurlardan bir elçi gəldiyi bildirilir. Bu xüsus Tyan-
Şan uyğurlarının Qansu uyğurları kimi siyasi baxımdan nə qədər əhəmiy-
yətsiz bir vəziyyətdə olduqlarını göstərir
1
.
Uyğur hökmdarları burada «xaqan» deyil, siyasi səciyyələrinə uyğun
olaraq «idi-kut» kimi təvazökar bir ünvan daşıyırdılar. Uyğurlar təzə yurdda
oturaq həyata keçərək daha mədəni bir qövm oldular. X əsrin ikinci yarısın-
dan etibarən əksəriyyəti buddizmi qəbul etdi. Onlar həm Orxon, həm də
Beşbalıq bölgələrində özlərindən uyğur adı ilə bəhs etmişlər
2
. Açıqca görü-
nür ki, doqquz-oğuz onlardan tamamən fərqli bir qövm idi. Bu belə olduğu
halda islam coğrafiyaşünaslarının uyğurlardan «toğuz-ğuzz» (doqquz-oğuz)
kimi bəhs etmələrini necə başa düşməli?
İslam coğrafiyaşünasları «toğuz-ğuzz» adı ilə həm Orxon, həm də Beş-
balıq uyğurlarını nəzərdə tutmuşlar. Ehtimal ki, onlar 840-cı il fəlakətindən
xəbərdar olmamış, ona görə də X əsrdə uyğurları qədimdəki kimi türk
qövmlərinin ən qüvvətlisi olaraq mədh etmişlər. Halbuki, yuxarıda göstər-
diyimiz kimi, bu uyğurlar siyasi baxımdan o qədər əhəmiyyətsiz idilər ki,
adları Çin mənbələrində nadir hallarda çəkilirdi.
İslam müəlliflərinin uyğurları toğuz-ğuzz kimi qeyd etmələrinin səbəbi
haqda hamını razı salacaq bir izahat vermək bəlkə də çətindir. Zənnimizcə,
islam müəllifləri hər iki adı eyni, yəni bir sanmışlar. Hər iki qövmün bir xa-
nədanın idarəsi altında olması və adlarının bir-birinə bənzəməsi (uyğur-ğuz-
oğuz-ğuzz) buna səbəb ola bilər. Çinlilər uyğurları doqquz boydan ibarət bir
qövm kimi tanımış, hətta bu boyların adlarını da göstərmişlər
3
.
İslam müəlliflərinin hər iki adı eyni hesab etmələrində bəlkə bu da bir
amil olmuşdur. Hər halda onlar bu iki eli eyni qövm sanmışlar. Diqqətəşa-
yandır ki, XIV əsrdə uyğurlar Orxon və Selenqa bölgəsindəki yurdlarını,
orada özlərinin on-uyğur adı altında doqquz-oğuzlarla birlikdə yaşadıqlarını
unutmamışdılar
4
.
Bəs doqquz-oğuzların aqibəti necə olmuşdur? Ağla gələn ilk cavab bu-
dur ki, onlar Orxon bölgəsindən qərbə doğru köçmüş və Sır-Dərya sahillə-
rində sadəcə oğuz adı ilə üzə çıxmışlar. Həqiqətən, oğuzların türk ölkəsinin
ən uzaq bölgəsindən Mavəraünnəhrə abbasi xəlifəsi Mehdinin hakimiyyəti
dövründə (775-785) gəldiklərinə dair məlumat vardır
5
. Bundan başqa, Təbə-
1
Bu barədə bax: Ceyms Hamilton. Çin sənədləri üzrə uyğurlar beş sülalə dövründə. Paris,
1955, s. 6-17, 142.
2
Qara Balasağun kitabəsində «(B)u Tənrikən(in) Tənridə k(u)t bulmuş al(p) Bilgə Tən(ri)
Uyğur ka(ğanın bitigi)» (ƏTY, I, s. 85). «Uyğur yirintə Yağlakar Kan Ata kəl(tim) kırkız
oğlı mən Boyla Kutluğ Yarğan» (Süci kitabəsi, ƏTY, I, s. 156).
3
Ceyms Hamilton. Həmən əsər, s. 3-4, qeyd; yenə onun: Tokuz-oğuz və on-uyğur, s.41-44.
4
Rəşidəddin. Cami ət-təvarix. Berezin nəşri. Peterburq, 1858, s. 125. Mətndə «tuğuz-
uyğuz»dur. Bunun «doqquz oğuz (uğuz)» olacağı aşkardır.
5
İbn ül-Əsir, XI, s. 117, Qahirə, 1301, XI. s. 80.