Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə15/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   11   12   13   14   15   16   17   18   ...   213

FARUQ SÜMƏR 

32 


 

Türk  budunu.  Abidələrdəki  türk  adı  qövmi  bir  addır  və  bu  adı  türkcə 

danışan  bütün  qövmlərin  deyil,  onlardan  yalnız  birinin  daşıdığı  məlumdur. 

Xanədan  bu  qövmə  mənsub  idi,  dövlət  də  başlıca  olaraq  bu  qövmə  əsasla-

nırdı.  


«Türk» adının «törümək» (doğmaq-törətmək, dünyaya gəlmək) felindən 

yarandığı haqda A. Vamberinin fikri bizə daha doğru görünür. Bu fikrə görə 

«türk» (əslində: törük, türük-türk) doğulan, dünyaya gələn deməkdir (yörük 

sözünün  «yörümək»  (yürümək)  kəlməsindən  yarandığı  kimi).  «Türk»  sözü 

qüvvət  (güc)  mənasında  göytürklərdən  çox-çox  sonra,  X-XIII  əsrlərə  aid 

uyğur kitabələrində müşahidə edilir, yəni türk adının meydana çıxmasından 

xeyli sonra, gec bir zamanda və yalnız türk qövmünə aid mətnlərdə rastlanır. 

Bu hal sözün güc-qüvvət mənasında qədim olduğuna şübhə yaradır. Üstəlik, 

türk sözünün uyğurlar arasında güc, qüvvət mənasında işlədilməsi göytürk-

lərin şanlı xatirələrindən, böyük şöhrətlərindən doğa bilər.  



Oğuzlar.  Onların  əsasən  Tula  boyunda  yaşadıqları  anlaşılır.  Kutluğun 

işə başladığı əsnada, çox ehtimal ki, Ötükən yörəsi də oğuzların əlində idi. 

O dövrdə oğuzların başında bir xaqan dururdu. Abidələrdə zikr edilən «Boz 

kağanın» məhz bu xaqan olduğu anlaşılır. Onların dövlət təşkilatları və ha-

kimiyyətləri altındakı torpaqlar barədə məlumatımız yoxdur. Abidələrdə on-

lardan bəzən doqquz oğuz, bəzən də sadəcə olaraq oğuz kimi bəhs olunur.  

Bilgə Tonyukuk abidəsindən görünür ki, Kutluğun fəaliyyətindən qorxu-

ya  düşən  oğuzlar  göytürklər  əleyhinə  ittifaq  bağlamaq  üçün  Kunı  Səngünü 

Çinə, Tonra Səmi xıtayların yanına göndərmişdilər

1

. Bilgə kağan zamanında 



oğuzlarla  müharibə  dolayısı  ilə  Tonranın  adı  yenidən  çəkilir

2

.  Bu  adın  hər 



iki yerdə bir oğuz boyunu ifadə etdiyi təxmin olunur. Tonra Səm tonra bo-

yundan olan Səm, Tonra Yılpağut isə tonra boyundan olan Yılpağut demək-

dir

3

. Kitabələrdə bu cür missallar var. Kunı da bir boy adı ola bilər.  



Aşağıda  görəcəyimiz  kimi,  oğuzlar  əsarət  altına  alındıqdan  sonra,  bir 

çox əsir türk qövmləri tək onlara da özlərindən və ya xanədandan bir hökm-

dar  təyin  edilməmiş,  türk  budun  kimi  birbaşa  xanlar  tərəfindən  idarə  olun-

muşlar. Kağanlar nəzdində oğuz budunun türk budunundan çox az fərqlənən 

siyasi statusa sahib olduğu müşahidə edilir. Bu səbəblə Toyukuk «Türk Bil-

                                                           

1

 Körüg sabı andağ: Tokuz oğuz budun  üzə kağan olurtı tir, Tabğaçğaru Kunı Sənünig ıd-



mış, kıtayğaru Tonra Səmig ıdmış (Şahidin sözü belə idi: doqquz oğuzun taxtına bir kağan 

oturdu, deyir. Çinlilərin yanına Kunı Səngünü göndərmiş, xıtayların yanına (isə) Tonra Sə-

mi göndərmiş(dir). ƏTY, III, s. 102.  Çinlilərin yanına gedən elçi Kunı Səngünün adındakı 

Səngün sözü titul deyilsə, kunı da bir boy adı ola bilər. 

2

 V.Tomsen.  Orxon  abidələrinin  oxunuşu.  Helsinqfors,  1896,  s.  112,  125  (bundan  sonra 



əsər Abidələr adlanacaq - tərcüməçi); ƏTY, I, s. 50, 62 və ardı. 

3

 Kitabələrdə bu qəbildən çox misallar göstərmək olar: Tabğaç On Tukuk - çinli Onq Tutuk 



(Abidələr, s. 108; ƏTY, I, s. 44); Yir Bayırku Uluğ İrkən - Yir Bayırku başbuğu Uluğ Ər-

kin (Abidələr, s. 109; ƏTY, 1, s. 44). 




OĞUZLAR (TÜRKMƏNLƏR) 

33 


 

gə kağan türk sir budunıq oğuz budunıq iyidü olurur» (Türk Bilgə xaqan va-

hid (?) türk budununu və oğuz budununu yaxşı idarə edir) deyir,

1

 Bilgə ka-



ğan isə kitabəsində bəzən türk budunu ilə birlikdə oğuz budununa və bəylə-

rinə xitab edir: «Türk, oğuz bəgləri, budun eşidin» (türk və oğuz budunu və 

bəyləri,  eşidin)

2

.  Hətta  «Tokuz  oğuz  budun  kəntü  budunım  ərti»  (doqquz 



oğuz  budunu  öz  budunum  idi)  cümləsini  də

3

 qövmi  (etnik)  bir  qohumluq 



şəklində deyil, yuxarıda oğuzlar haqqında verilən məlumatı, türk və oğuzun 

da tabğaç, qırğız, xıtay kimi budun kəlməsilə ifadə edilməsini nəzərə alaraq 

hüquqi münasibət mənasında başa düşmək lazımdır. Bilgə kağan bu söz ilə 

doqquz oğuz budunu türk budunu kimi doğrudan-doğruya mənə bağlı, mə-

nim idarəm altındakı bir qövmdür demək istəyir

4

. Bu fikri təsdiq edən digər 



qüvvətli bir dəlil də uyğur xaqanının eyni qövm, yəni doqquz oğuzlar üçün 

«budunım» (qövmüm) deməsidir.  

Oğuzların göytürk xaqanlarına heç cür ürək qızdırmamaları isə pis idarə 

edilmələrindən daha  çox ayrı bir qövmi təşəkkül olmaları və ayrı bir siyasi 

keçmişə sahib olmaları ilə bağlıdır. Aşağıda da bəhs ediləcəyi kimi, dövlətin 

yıxılması  ilə  türk  budunu  ortadan  qalxdığı  halda  oğuzlara  bir  şey  olmadı. 

Onlar uyğur dövlətində də türklərinkində olduğu kimi eyni xidmətdə oldular, 

bu  dövlətin  də  istinad  etdiyi  ikinci  ünsür  sayıldılar,  hətta  uyğur  xaqanına 

qarşı ara-sıra üsyan da etdilər.  

Tarduş.  Bu  kiçik  budunun  Ötükən  bölgəsinə  yaxın  bir  yerdə  yaşadığı 

anlaşılır. Tarduşlar göytürklərə sadiq qövmlərdən biri idi, daha sonra isə uy-

ğurlara  tabe  oldular.  Xaqanlar  bu  buduna  «yabğu»  titullu  bir  başbuğ  təyin 

edirdilər.  

Yabğunun xanədana mənsub olduğu məlumdur.  

Tölis. Abidələrdə həmişə tarduşlarla birlikdə adı çəkilən və onların qar-

daşı kimi görünən bu qövm də hər halda Ötükən bölgəsinə  yaxın yerdə  ya-

şayırdı. Göytürk xaqanları bunların  üzərinə xanədan üzvlərindən bir  «şad» 

təyin  edirdi.  Bilgə  kağan  əmisi  Kapağanın  hökmranlığı  dövründə  tölislərin 

şadı idi. Bilgə kağan zamanında isə onların 

 

şadı Kül-Çur adlı bəy idi. 



                                                           

1

 ƏTY, s. 120. 



2

 Abidələr, s 105, 115, 122; ƏTY, s 40, əlavə olaraq bax: s 22, 58. 

3

 Abidələr, s. 124, əlavə bax: s. 112: ƏTY, s. 48, əlavə bax: s. 62. 



4

 Bilgə  kağan  başqa  bir  yerdə  «Basmıl  idi-kut  uğuşım  ərti»  (Abidələr,  s.123;  ƏTY,  I,  s. 

601),  yəni  «Basmıl  idi-qut  mənim  soyumdan  (ailəmdən)  idi»  deyir.  Doğrudan  da,  basmıl 

başbuğları  göytürk  xanədanından  (A-se-na)  sayılmışlar  (Covannes.  Sənədlər,  s.  86,  qeyd 

T).  (Bundan  sonra:  Sənədlər.  -  tərcüməçi).  Ancaq  Bilgə  kağanın  «Türgiş  kağan  türkimiz 

budunım ərti» (Abidələr, s. 104; ƏTY, I, s. 38) sözləri nəyi ifadə edir? O zaman «türk» sö-

zü  türkcə  danışan  bütün  qövmlərin  adı  şəklində  geniş  bir  mənada  işlənmədiyi  üçün  bunu 

qövm  mənasında  qəbul  etmək  olar.  Abidələrdə  «türk»ün  göytürk  xanədanı  və  ya  dövləti 

mənasında işləndiyini qətiyyən sanmıram. 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə