Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

50 

 

20.3.1:  Əsası  qoyulmuş  əlaqələrdən  yaranan  kredit  və  likvidlik  risklərini  ölçmək,  idarə  etmək  və 



yoxlamaq üçün hansı proseslər mövcuddur?  

20.3.2:  MKQD  əlaqəli  MKQD-yə  kredit  verdikdə  həmin  əlaqəli  MKQD-yə  verilmiş  kreditin  yüksək 

səviyyəli girova  tam malik olmasını və kredit limitlərinin müvafiq olmasını   təmin edən hansı proseslər 

mövcuddur?   



Əsas mülahizə 4:  Əlaqəli MKQD-lər arasında qiymətli kağızların müvəqqəti transferləri qadağan 

olunmalıdır  və  ya  ən  azı  müvəqqəti  olaraq  transfer  edilmiş  qiymətli  kağızların  transferin 

tamamlanmasından əvvəl retransferi qadağan olunmalıdır.  

20.4.1: Həmin əlaqədə qiymətli kağızların müvəqqəti transferinə icazə verilirmi? İcazə verilidiyi təqdirdə 

hansı qaydalar müvəqqəti transferi zəruri edir və bu qiymətli kağızların ilk transferin tamamlanmasından 

əvvəl  retransferi qadağan edilirmi?   



Əsas  mülahizə 5:   Razılaşma investor MKQD-lərin iştirakçılarının  hüquqlarının  yüksək səviyyədə 

müdafiəsini təmin etdikdə investor MKQD yalnız emitent MKQD ilə əlaqə yaratmalıdır.  

20.5.1: Hər hansı əlaqə üçün investor MKQD iştirakçılarının hüquqlarının yüksək səviyyədə qorunmasını 

necə müəyyən edib? 

20.5.2: Kastodidə qiymətli kağızlara sahib olan subyektlər tərəfindən qiymətli kağız sahiblikləri arasında 

uyğunlaşdırmalar hansı tezlikdə həyata keçirilir?  

20.5.3:  İnvestor  MKQD  iştirakçılarının  hüquqlarının  yüksək  səviyyəli  müdafiəsini  (o  cümlədən 

seqreqasiya  və  əlaqələndirmə  qaydaları  və  omnibus  hesablar  üzrə  aktivlərin  qorunması  şərtlərini)  necə 

təmin edir? 



Əsas  mülahizə  6:    Emitent  MKQD  ilə  əlaqəni  idarə  etmək  üçün  vasitəçidən  istifadə edən  investor 

MKQD    vasitəçi  istifadəsindən  yaranan  əlavə  riskləri  (o  cümlədən  kastodi,  kredit,  hüquqi  və 

əməliyyat riskləri ölçməli, yoxlamalı və idarə etməlidir.  

20.6.1:  MKQD  əlaqəni  idarə  etmək  üçün  vasitəçidən  istifadə  etdikdə  o,  vasitəçini  və  ya  vasitəçiləri 

seçmək üçün hansı meyarlardan istifadə edir? Bu meyarlar risk əsaslıdırmı?  

20.6.2: İki əlaqəli MKQD və vasitəçinin müvafiq öhdəlikləri nədən ibarətdir?  

20.6.3:  Vasitəçi  istifadəsindən  yaranan  riskləri  ölçmək,  yoxlamaq  və  idarə  etmək  üçün  hansı  proseslər 

mövcuddur?  



Əsas mülahizə 7: MTM digər MTM ilə əlaqəyə daxil olmazdan əvvəl əlaqəli MTM-nin defoltundan 

yaranan potensial yayılma təsirlərini müəyyən etməli və idarə etməlidir.  

Əlaqədə  üç və ya daha artıq MTM olduqda hər bir MTM kollektiv əlaqə  razılaşmasının  risklərini 

müəyyən etməli, qiymətləndriməli və idarə etməlidir.  

Əlaqəli MTM defoltu  

20.7.1:  Hər  hansı  əlaqə  yaratmazdan  əvvəl əlaqəli  MTM defoltunun  yayılma  təsirlərini  müəyyən  etmək 

və qiymətləndirmək üçün MTM hansı təhlilləri aparmışdır?   

20.7.2: MTM əlaqəli MTM defoltunun müəyyən olunmuş hər hansı yayılma təsirlərini necə idarə edir?   



Kollektiv əlaqə razılaşmaları (üç və ya daha artıq MTM)  

20.7.3:  Hər hansı əlaqə  yaratmazdan əvvəl üç  və ya daha artıq MTM-ni əhatə edən əlaqə razılaşmasının 




51 

 

yayılma təsirlərini müəyyən etmək və qiymətləndirmək üçün MTM hansı təhlilləri aparmışdır?   



20.7.4:  Kollektiv əlaqə  razılaşmaları halında MTM-nin həmin  kollektiv əlaqə  razılaşmalarından  yaranan 

riskləri  müəyyən  etməsi,  qiymətləndirməsi  və  idarə  etməsi  üçün  hansı  proseslər  mövcuddur?  MTM-lər 

arasında  əlaqələr  halında  müxtəlif  MTM-lərin  müvafiq  hüquqları  və  öhdəlikləri  aydın  müəyyən 

olunubmu 



Əsas mülahizə 8:  MTM əlaqə razılaşmasındakı hər bir MTM ən azı gündəlik əsasda əlaqəli MTM-

yə və  ya  onun  iştirakçılarına  qarşı  cari  və  potensial  gələcək  risklərini  tam  əminliklə  və MTM-nin 

istənilən  vaxt  öz  iştirakçıları  qarşısında  öhdəliklərini  yerinə  yetirmək  qabiliyyətini  azaltmamaq 

şərtilə qarşılaya bilməlidir.  

Risklər və risklərin qarşılanması  

20.8.1:  MTM-lər  arası  risklərin  ölçülməsi,  yoxlanması  və  idarə  edilməsi  üçün  hansı  proseslər 

mövcuddur?  

20.8.2: MTM davamlı əsasda cari risklərinin tamamilə qarşılanmasını necə təmin edir?  

20.8.3:  MTM  tam  əminliklə  və  MTM-nin  istənilən  vaxt  öz  iştirakçıları  qarşısında  öhdəliklərini  yerinə 

yetirmək qabiliyyətini azaltmamaq şərtilə potensial gələcək risklərini qarşılanmasını necə təmin edir?  



Risklərin idarə edilməsi  

20.8.4:  Əlaqəli  MTM-lərin  həmin  əlaqədən  yaranan  risklərin  idarə  edilməsi  üçün  hansı  qaydaları 

mövcuddur  (məsələn,  ayrıca  defolt  fondu,  artan  marja  tələbləri  və  ya  bir-birlərinin  defolt  fonduna 

ödəmələr)?  

20.8.5:  MTM-lər bir-birlərinin defolt  fondlarına  ödəmələr etdikdə digər MTM-nin defolt  fonduna edilən 

ödəmələrin MTM-nin öz iştirakçıları qarşısında öhdəliklərini istənilən vaxt yerinə yetirmək qabiliyyətinə 

təsir etməməsini necə təmin edir? 

İştiakçılara verilən informasiya  

20.8.6: Əlaqəli MTM-lər iştirakçıların əlaqə razılaşmasından qarşılanmamış itkilərinin və qarşılanmamış 

likvidlik çatışmazlıqlarının potensial bölünməsinə qarşı risklər baradə məlumatlılığını necə təmin edir?  

Əsas mülahizə 9: TR İT və əlaqəli resursların geniş miqyaslılığını və etibarlılığını təmin etmək üçün 

əlaqələri ilə bağlı əlavə əməliyyat risklərinə ehtiyatla çıxmalıdır.  

20.9.1:  TR  digər  MBİ-na  əlaqə  ilə  bağlı  əlavə  əməliyyat  risklərini  nəzərə  almaq  üçün  İT  və  əlaqəli 

resursların  geniş  miqyaslılığını  və  etibarlılığını  necə  təmin  edir?  TR  onun  geniş  miqyaslılığının  və 

etibarlılığının müvafiqliyini hansı tezlikdə təsdiq edir? 

 

Prinsip 21: Səmərəlilik və effektivlik 

 

Əsas  mülahizə  1:  MBİ  iştirakçılarının  və  xidmət  etdiyi  bazarların  klirinq  və  hesablaşma 

qaydalarının  seçimi,  əməliyyat  strukturu,  klirinq  olunmuş,  hesablaşması  aparılmış  və  ya  qeydə 

alınmış  məhsulların  əhatə  dairəsi,  texnologiya  və  prosedurların  istifadəsi  ilə  bağlı  ehtiyaclarının 

qarşılanacağı formada yaradılmalıdır.   

21.1.1:  MBİ  onun  quruluşunun  (o  cümlədən  klirinq  və  hesablaşma  qaydaları,  əməliyyat  strukturu, 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə