Öd daşi xəSTƏliyi



Yüklə 174,25 Kb.
səhifə2/3
tarix20.09.2017
ölçüsü174,25 Kb.
#1066
1   2   3
***
Sərxoş olmağın qarşısını almaq üçün də üsul var .İçməzdən qabaq mərsini çay kimi dəmləyin və ondan 1 stəkan qəbul edin. Bu sizi sərxoş olmaqdan xilas edəcəkdir.
***

Keflənməyin qarşısını alan vasitələrdən biridə kələmdir. Kələmi qaynadıb suyundan bir stəkan için əgər bu, imkan daxilində deyilsə, onda toxumundan bir qədər çeynəyin. Bundan sonra için , əsla keflənməzsiniz.


***

Bəzən elə olur ki, peşəkar xanəndə sifariş üzrə toyda və ya başqa mərasimlərdə çıxış etməli olur Lakin axşam səsi batır və ya kallaşır.Bu əlbətdə xanəndə üçün xoşagəlməz haldır. Belə halda onlar cəmi bir gün ərzinda səslərini türkəçarə üsulla bərpa edirlər. Emallı qazana 1 stəkan su tökmək, üstünə yarım stəkan zirə toxumu əlavə edib 15 dəqiqə qaynatmaq lazımdır. Sonra toxumu çıxarıb qazana stəkanın , dörddə biri qədər bal və bir xörək qaşığı konyak töküb bir qədər də qaynatmaq gərəkdir. Hər yarım saatdan bir ondan bir xörək qaşığı ondan içmək lazımdır. Rus türkəçarəsinin bu üsulu səsin açılması üçün təsirlidir.


<<<
QOCALIQ

ENERGİYA

İnsan bədәnindә enerji balansı pozul-duqda xәstәlik әmәlә gәlir. Mәsәlәn: insan bəd xassәli şişә (xәrçәnk xәstәliyinә) tutulduqda onun psixiki vәziyyәti zәiflәyir, һalsızlaşır vә iş qabiliyyәti olduqca aşağı düşür, һәtta iş qabiliyyәtini itirir.

Günәş vannası qәbul etdikdә dәri mәsaməlәri vasitәsilә günәş şuaları bәdәnә daxil olaraq enerjini artırır.

Vә ya evdә kresloda oturub gözünüzü yumaraq burunla dәrindәn nәfәs alıb verin. Bu zaman diqqәt yetirin, siz һiss edәcәksiniz ki, bәdәnә daxil olan oksigen beyinә, ürәyә, ağ ciyәrlәrә vә digәr orqanlara yayılır. Nәticәdә enerji һasil olur.

Gücünüzü, enerjinizi artırmaq üçün yuxarıdakılarla yanaşı günaşırı 3 üzüm tumunu xırda çeynәyәrәk udun. 2 ay davam etdirmәklә istәdiyinizә nail ola bilәrsiniz (enerjiniz artacaq).

YUXUSUZLUQ

Yuxunun yaxşılaşması üçün 2 çay qaşığı bal vә 1 limonun şirəsini qarışdırıb yuxudan әvvәl içmәk mәslәһәt görülür.

Әn sadә üsul: corabı suda isladıb o suya bir qәdөr sirkә qatmaq şərtilә, sonra corabı yaxşıca sıxaraq ayağınıza geyin. Üstündәn dә bir quru corab geyin. Bu zaman bәdәnin yuxarı һissәsindәn qan aşağıya doğru һәrәkәt edәcәk. Әgәr һәrarәt olarsa aşağı düşәcәk. Bu proseduranı һər gün yatmazdan әvvәl vә sәһәr yuxudan ayılandan sonra tәkrar etmәk mәsləһәt görülür.

Xәstәlik. Beyinlә һüceyrəlәr arasında əlaqә pozul-duqda xәstәlik әmәlә gәlir. Bu һal insanda naraһatlıq yaradır. Һәr kim sağlam һәyat sürmәk istәyirsә kalbasa vә onun mәmulatlarından, konservdәn, tortdan vә digәr bu qәbildәn olan qidalardan imtina etmәlidir. Ulu Tanrı insanlara qidalanmaq mәqsәdilә saysız һesabsız meyvәlәr, tәrәvәzlәr, göyәrtilәr bəxş etmişdir, tәkcә әt yox. Әtin tәrkibindә zәһәrli maddәlәr çoxdur. Һәmin maddәlәr qaraciyәrdәn keçәrәk onu zәһәrlәyir vә һepatit (qara-ciyәrin iltiһabı) xәstәliyi әmәlә gәlir. Belә xәstәlәr çox әsәbi olurlar, qorxu һissi onları müşayiyәt edir.

Veqetarianlarda isә qocalıq lәngiyir, onlarda xәstәlik nadir һallarda tәsadüf edilir. Tanrının verdiyi ömrü sağlam keçirmәk istәyirsinizsә kalium vә kalsium tәrkibli qidalardan çox istifadә edin. Bunlar әn böyük sağlamlıq mәnbәidir.

Bir kәrәviz ün kökünü götürüb 0,5 litr suda bişirәrәk onun üstünә 1 limonun şirәsini sıxıb һәr gün belә һazırlayıb içmәk lazımdır.

һәr gün sәһәr bir limonun şirәsini 1/3 stakan suya әlavә edib yemәkdәn 30 dәqiqә qabaq içmәk (şәkәrsiz) faydalıdır.

GƏNCLİK


Gəncliyi qorumaq һәr kәsin öz әlindədir.

Xalq şәfavericilәrinin fikrincә 1 çay qaşığı limon şirәsi, 1 çay qaşığı ilıq bal vә 1 xörәk qaşığı bitҝi yağını qarışdırıb һәr gün sәһәr ac qarına qәbul etmәk cavanlığın uzun ömürlü olmasına dәlalәt edir.

Resept: 24 limonun şirәsini götürüb, 400 qr sarımsağı әt maşınından keçirərәk bir ağzı geniş şüşә qaba yerlәşdirmәk lazımdır. Balonun ağzına parça ilә bağlayaraq qaranlıq yerdә (otaq temperaturasında) 24 gün saxladıqdan sonra gündә 1 çay qaşığı 0,5 stakan suda qarışdırıb yuxudan әvvәl içmәk lazımdır. Bu qarışığı 2 һәftә qәbul etdikdәn sonra yorğunluq aradan götürülür vә yuxu yaxşılaşır.

Viruslar. Limon tәbii mәһsul olub, virusları öldürüçü xassәyә malikdir. Tәbiәtdә 500-dәn artıq virus növü var. Bunlardan 40-ı insanlar arasında xәstәliklәr әmәlə gәtirir. Limonla çuğundurun şirәlərinin qarışığı virusları mәһv etmәkdә birinci vasitədir.

Su. Suda olan enerji orqanizmə ağız vasitәsilә daxil olur. Suyu aramla qurtum-qurtum içmәk lazımdır. Orqanizm lazımı miqdarda suyu qәbul edәrsә, bu insan üçün sağlamlıq demәkdir. Orqanizmdә su çatışmamazlı-ğından insanların çoxu cürbәcür xәstәliklәrә tutulurlar.

İnsanlar suyu normal qəbul etsәlәr bәzi xroniki xәstәliklәrә tutulan xәstəlәrin 9/10 һissәsi sağala bilәr. Alimlәrin fikrincә һәr bir insan gündә 2 litr (12 stakan) maye qәbul etmәlidir. Һәmişә yanınızda su gəzdirib, arabir 1-2 qurtum için. Yatmağa gedәndә 1 stakan suya bir dilim limon qarışdırıb içmәk lazımdır. Belә içki yuxu zamanı orğanizmi tәmizlәyir, sәһәr isә zәrәrli maddәlәr sidiklә xaric olur. Sәһәr yemәyindәn 30 dәqiqә qabaq I stakan isti suya I limon qarışdırıb içmәk lazımdır.

UZUNÖMÜRLÜLÜK

Uzunömürlülük: Uzunömürlülüyün әsas meyarı düz-gün qidalanmaq vә һərәkәt etmәkdir. Qocalığın da әmәlә gәlmәsinin әsas sәbәbi bәdәn-dә toplanan şlaklardır (zәһәrli maddәlər). Şlakların bәdәndә xaric edilmәsi qocalmanın qarşısını alır. Alim Paulo sübut etmişdir ki, requlyar olaraq aclığa riayәt edilәrsә insan uzunömürlü vә sağlam olar. O mәslәһәt görür ki, һәr ayın 1-2-3-ü, һәr üç ayda bir dәfә bir һәftә, һәr altı ayda bir dәfә isә 2 һәftә ac qalmaq lazımdır. Ac qalan müddәtdә ancaq qaynanmış su vә ya bulaq suyu içmәk mәslәһәt görülür.

Әlbәtdә aclıq müalicәsilә tanış olmayan adama üç gündәn artıq ac qalmasını mәslәһәt görmәk olmaz. Yalnız tәcrübәli mütәxәssis һәkimin nәzarәti altında һәftәylә ac qala bilәrsiniz. Aclıqla müalicә edilәn adamlara stresә qarşı aşağıdakı resepti mәslәһәt görmәk olar. İnsanın һәr 1 kq çәkisinә 0,01 qida limon duzu, 0,01 Nanә cövһәri, 2 qr bal vә 2 ml su götürüb qarışdıraraq bir dәfәyә içmәk lazımdır.

Әgәr sәnin çәkin 80 qr-dırsa üç gün ac qaldıqdan sonra 0,4 qr limon turşusu, 0,4 qr nanә cövһәri, 80 qr bal vә 80 ml su götürüb qarışdıraraq üç yerә bölüb һәr gün bir һissәsini içmәk mәslәһәt görülür. Sonra müxtәlif meyvә şirәlәri, göyәrti vә tәrәvәzlәr yedikdәn sonra tədricәn adi qidalara keçmәk olar.

Fizikloji olaraq yuxarıdakı qarışığın orqanizmdәki roluna gәldikdә limon şirәsi vә onun turşusu qanda qәlәvi müһit yaradaraq unikal tәsirә malikdir. Bundan başqa qidaların һәzm olunmasında böyük rol oynayır.

QOCALIQ


Qocalıq: Minimum yüz il yaşamaq üçün tәqaüdә çı-xarkənİ ruһdan düşmәk lazım deyil. Tәqaüdә çıxandan sonra da aktiv һәyat fәaliyyәtini davam etdirmәk üçün nә iş olursa da olsun onunla mәşqul olmaq lazımdır. Çox insanlar әksinә, vaxtından qabaq tәqaüdә çıxmağa can atır ki, başqa yeni bir işlә fәaliyyәtә başlasın. Belә olduqda elә insanlar belә güman edirlәr ki, һәtta ilk dəfә әmәk fәaliyyәtinә başlayırlar. Cavanlıq eşqilә işә girişirlәr. Bu çox gözәl һaldır. yaşlı adamları çox vaxt dәri qaşınmaları vә әtraflarda (xüsusilә baldır vә bud әzәlәlәrindә olur) әmәlә gәlәn qıc olmalar naraһat edir. Dәri qaşınmaları vә qıc olmalar adәtәn gecәlәr baş verir. Bunların һәr ikisinin qarşısın almaq üçün çox asan bir metoddan istifadö etmәk mәslәһәt görülür. Limonu nazik kәsәrәk һәmin qaşınan vә ya qıc olan naһiyәyә qoyaraq barmaqla möһkəm ağrı olana kimi basmaq lazımdır. Bir qәdәr saxladıqdan sonra һәmin әlamәtlәr ötüb keçәcәk.

Profilaktika mәqsәdilә (yәni әvvәlcәdәn) yatağa uzanan kimi һәmin yerlәri yaxşıca massaj etmәk lazımdır. Ümumiyyәtlә onların müalicәsi üçün limon şirәsini ayaqlar altına sürtәrәk (axşam vә sәһәr) quruyana qәdәr gözləyib, sonra corabları geymәk lazımdır.


YORĞUNLUQ

Yorğunluq insan fәallığının passivlәşmәsi, qanda enerjinin zәif һәrәkәti demәkdir. Demәk fәallıq azaldığı üçün qanda enerji dә intensiv һәrəkәt edә bilmir.

İnsan özünü gümraһ һiss etdikdә әһval-ruһiyyәsi dә yaxşılaşır və işlәmәk istәyir. Xroniki yorğunluq һәr-һansı bir xәstәliyin әmәlә gәlmәsinә şәrait yaradır. Bunun qarşısını almaq üçün xalq tәbabәti bizim һara-yımıza çatır. Bu mәqsәdlә һәr gecә yatmazdan əvvәl 1 çay qaşığı bal götürüb üzәrinә 1 dilim limonun şirәsini çıxaraq 1/2 stakan suya qarışdırıb içmәk lazımdır.

Yuxudan qabaq sabunla yuyunmaq olmaz. Çünki sabun qәlәvi tәrkibә malik olduğu üçün o dәrilә qana sorularaq yorğunluq yaradır, dәri quruyur vә qaşınır. Әgәr çimmәk zәruridirsә, mütlәq lazımsa, onda çimәndәn sonra sirkәli su ilә (limon şirәsi vә ya alma sirkәsi qatmaq) bәdәni yaxalamaq lazımdır. Zәifliyi aradan götürmәk üçün digәr bar üsuldan da istifadә etmәk olar. Bu mәqsәd üçün 20-30 ml limon, qreypfrut vә ya portağal şirәsini götürüb 1 stakan isti suya әlavә edәrәk üzәrinә 2 çay qaşığı bal da qatıb içmәk lazımdır.

Bu qarışığn üzәrinә bir qədәr xırdalanmış tәzә qoz lәpәsi dә qatmaq yaxşı olar.
LIMON YAĞININ RESEPTI

Qripin yayildığı zaman qabaqcadan hazırlanmış limon yağı köməyinizə gələ bilər. Yağın resepti aşağıdakıdır: limonu bir dəqiqə isti suda saxlayıb ət maşınından keçirirlər. Sonra 100 q kərə yağı və 1-2 xörək qaşığ bal ilə qanşdırırlar. Bu maddəni adi kərə yağı kimi saxlayırlar.

Başqa bir üsul: qabıqla birlikdə limonu xırda-xırda doğrayırlar və bitki yağıyla qarışdırırlar. Qriplə xostələnəndə gün ərzində bir neçə dəfə burnun ııcuna və yeməkdən qabaq və sonra diş ətinə bu yağdan sürtürlər. Yatmazdan əvvəl isə qulağ seyvanlarına və ayağların altına sürtürlər.

Burun axması zaman burunun içini suda yayılmış limon şirəsiylə tez-tez yumaq məsləhət edilir.

Əgər limonun bir dilimini yanağın dalına qoyub və tüpürcəyin ifrazatın kəsilməsinə qədər bir tərəfdən o biri tərəfə çabaladsanız, qriplə xəstə olan şəxslə qorxmadan ünsiyyətdə ola bilərsiniz. Limonu 20 dəqiqe aşağı odda bişirin, sonra ortadan kəsib, şirəsini çıxardın. Şirəyə 1qaşıq qliserin və həmən miqdarda bal əlavə edin Nəticədə 1 stakan qarışıq alınmalıdır. Qəbuldan qaba qarışığı silkələmək lazımdır. Gün ərzində 1 çay qaşığı qəbul edin.

Eyni miqdarda götürülmüş ağ tıırp, mərcan, çuğundur soğan, limon, aloye şirələrindən, baldan və 96% spirtdən həlim hazırlayırlar. Həlimi soyuducuda saxlamaq lazımdır.

Qəbul üsulu: yeməkdən 30 dəq. qabaq gündə üç dəfə 2 xörək qaşığı. Bu həlim xəstəliklərin kəskinləşmə ehtimalın qabağını alır və nəfəs orqanların funksional vəziyyətini yaxşılaşdırır.

ƏHVALİ RUHİYYƏ

Bala bir qədər zəncəfil əlavə edib möhkəm qarışdırır və qoz boyda həblər hazırlayırlar.Ondan gündə 2-3 dəfə yeməkdən əvvəl udurlar.Bu müalicə 2 həftəyədək davam etdirilir. Nəticədə adamın əhval-ruhiyyəsi yüksəlir.
***
Andızın kökünü xırdalayıbdöyür30 qr.götürüb 1 stəkan qaynar suda dəmləyib və süzürlər. Ona 2 çay qaşığı bal qatıb və yarıya bölüb gündə 2 dəfə içirlər. Bunu uzun müddət davam etdirən adamın əhval-ruhiyyəsi yüksək olar.
***
Qızılgülün ləçəklərinin üstünə su əlavə edib ləçəklər ağarana qədər gözləyir , sonra süzürlər. Bu gül suyundan gündə 4-5 dəfə, hər dəfədə yarım stəkan içmək əhval-ruhiyyəni yaxşılaşdırır.
***
Qızılgülün ləçəklərini qurudub şüşə qabda qışa saxlamaq və eyni məqsəd üçün istifadə etmək olar. Qızılgülü Və eləcə də digər gülləri iyləmək də bu cəhətdən xeyirlidir.
***
Bədrənc (limonotu) bitkisinin çiçəklərini iyləmək mə’yusluğu , qəmginliyi dəf edir, əhval-ruhiyyəni yüksəldir. Bədrəncin yarpağını xırdalayıb 30 qr. 1 stəkan suda qaynadır və süzürlər. Bu cövhərdən gündə 2 dəfə , hər dəfədə 1 stəkan 1 çay qaşığı balla içirlər. Bu da əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün məsləhət görülür.

BUĞDA CÜCƏRTİSİ UNİVERSAL DƏRMANDIR

Uzun illərin tədqiqatı sübut etmişdir ki, buğda cücərtisi mualicəvi tə'sirə malik olan universal dərmandır. Cünki tərəvəz və meyvələrə nisbətən buğda dəninin cücərtisində digər vitaminlərlə yanaşı E vitamini daha coxdur. 100 qr. buğda dəni cücərtisində 25 milliqram E vitamini vardır. E vitamini tərəvəzlərdə 1,5—2 milliqram, paxlalılar fə-siləsiidən olan bitkilərin dənində isə 5 milliqramdır. Muəyyən edilmişdir ki, yaşlı adamın E vitamininə 1 sutkalıq tələbatı 20—30 milliqramdır. Xalq təbabəti ilə məşğul olan Ьəkimlərin bir coxu buğda dəni cücərtisində bədənin möhkəmləndirilməsi ücün istifadə edirlər. Buğda dəni cucərtisi ilə müntəzəm olaraq qidalandıqda orqanizm cavanlaşır, əsaslı sürətdə yaxşılaşır. Xroniki xarakterik vərəm, bronx qovşaqları xəstəlikləri, ekzema, mə'də xorası, daş yaranması və s. digər dava-dərmanın köməyi olmadan buğda dəni cücərtisi ilə mualicə olunur, İsveçrəli.həkim K- Şmidt uzun illərin tədqiqatından sonra belə nəticəyə gəlmişdir ki, buğda dəni cücərtiləri ilə qidalanma orqanizmin butun növundən olan hüceyrələrinin müntəzəm olaraq bərpasına, Ьəmci-nin əsəb sistem i Ьuceyrələrinin möhkəmlənməsinə olduqca müsbət tə'sir göstərir.

Buğda dəni cucərtilərinin alınması, ondan sıyıq və kisel Ьazırlanması və qəbulu qaydası; bir adam üçün 50—100 qr. buğda götürülür, (yaxşı olar ki, bu məqsəd üçün buğda elə bir başa elevatordan götürülsün) alaq otlarından, dikər zir-zibillərdək təmizlənir. Tiftikli dəsmal suda əməlli-başlı: isladılır, buğda onun arasına səpilir. Dəsmalın o biri üzü ilə dənin üstü örtülür. bir qabın içində isti, qaranlıq yerə qoyulur. Ustunə bolluca su çilənir. Bir sutkadan sonra buğdada cücərtilər əmələ gəlir. Cücərti bir millimetr olanda buğda götürülür. 2—3 dəfə yuyulur ki, tər-təmiz olsun. Sonra onu yaxşı çeynəyə-çeynəyə yemək çətin olsa buğda dənlərini saxsı və yaxud e'mallı qabda döyüb (1:1) dar su ilə və ya südlə qarışdırmaq lazımdır. Bu qayda ilə hazırlanan sıyığa, yaxud kiselə istəyə görə kərə yağı, duz, şəkər və yaxud bir çay qaşığı bal qatır və qarışdırırlar. Bişirmək olmaz, sıyıq və ya kisel Ьazır olan kimi yeyilməlidir. Kisel və ya sıyıq Ьazırlanarkən və yeyilərkən şuşə, çini, paslanmayan qablardan istifadə edilməlidir. Dəmir və aliminium qablar qəti olaraq məsləhət görülmür. Sıyıq və kisel hər səhər yeyilməlidir. Onun yüksək kalorili olmasını nəzərə alaraq gündəlik yemək balansından ağ çörəyi, un məhsullarından bişirilən xörəkləri azaltmaq lazımdır.

Yekun olaraq bu sahə ilə 20 ildən artıq məşğul olan İsvecrə Ьəkimi K. Şmidt öz üzərində apardığı təcrübədən bir parça: «Mənim 54 yaşım olanda səhər yeməyində buğda dəni yeməyə başladım. Bir neçə aydan sonra özümü əvvəllərdə olduğundan daha yaxşı hiss etməyə başladım. Çal və seyrək saçlarım sıxlaşdı, elastikləşdi, görmə qabiliyyətim yaxşılaşdı. İndi 75 yaşında mən özümü ə'la hiss edərək, heç də gənclik illərindəkindən az məhsuldarlıqla çalışmıram».

METALLARLA MÜALİCƏ

Ulularımız hələ qədim dövrlərdə bir sıra xəstəliklərin müalicəsində metalların e’cazkar qüvvəsindən məharətlə istifadə etmişlər. Bu barədə qədim Yunan filosoflarının əsərlərində xeyli məsləhətlər və tövsiyyələr vardır. Hələ eramızdan 2500 il əvvəl Misirin xalq təbabətçiləri metalların köməyi ilə bə’zi xarici və daxili xəstəlikləri sağaltmışlar. Keçmişin təcrübəsindən indi də xalq təbabətində və elmi təbabətdə istifadə edilir.

Gümüş suyu mikroorqanizmlərdən təmizləyir , buna görə də gümüş qablarda saxlanan su uzun müddət xarab olmur. Zərərli bakteriyalardan suyu təmizləmək üçün onun gümüş qabda az müddət saxlanması kifayətdir. Əgər qrafinə kiçik gümüş parçası və ya sikkə atsanız kifayət edər. Üstünüzdə gümüş gəzdirsəniz , əsəb sisteminiz sakitləşər. Gümüş həzm prosesinin yaxşılaşmasına kömək edir. Buna görə də qədimdə gümüş qab-qacaqdan istifadə etməyə üstünlük verirmişlər. Dəri xəstəliklərinin , gec sağalan yaraların müzlicəsində gümüş lövhələrdən və ya gümüş sikkələrdən istifadə ediblər. Onu yara üzərinə qoyub bağlayırlar. Tərkibində gümüş olan sudan istifadə edənlər əsasən mə’də-bağırsaq xəstəliklərinə tutulmurlar.

***
Dəmir də öz xassəsinə görə müalicə əhəmiyyətli metallar sırasına daxildir. Xalq həkimləri dəmiri kürədə möhkəm qızdırıb (ona dağlama da deyirdilər) sonra soyuq suya salırlar. Bu su potensiyanı xeyli qüvvətləndirir. Ondan müalicə vasitəsi kimi istifadə edirlər. Məsələn, ondan dalaq xəstəliyində (xüsusilə dalaq böyüdükdə) , xroniki ishal zamanı , sidikqaçırma hallarında istifadə edirlər.
***
Qurğuşun , sağalması uzun çəkən yaraların müalicəsində ən əlverişli vasitələrdən biridir. Nazik qurğuşun təbəqəsini yaranın üstünə qoyub tənziflə sarımaq lazımdır . Bazedov xəstəliyində və qalxanabənzər vəzin xəstəliyində həmin nahiyələrə qurğuşun təbəqə qoyub tənziflə bağlayırlar
QİYMӘTLİ DAŞ QAŞLA MÜALİCӘ

Qədim dövrdən qiymәtli daş-qaş bəşәriyyətә var-dövlәt vә bəzәk әşyası kimi tanınmışdır. Qadınlarımız daş-qaşdan çox müxtәlif bәr-bәzәk әşyaları düzәltdirmiş, özlәrini bәzәmiş, ondan zәvq almışdır. Daş-qaş mәnşәtimizә əsasәn sərvәt, bәzək, şan-şöһrәt kimi daxil edilmişdir. Buna görə dә onun digәr xüsusiyyәtlәri diqqәti az cәlb etmişdir. Lakin yazılı mәnbәlәrdәn mәlumdur ki, һәlә qәdim dövrlәrin mütəfәkkirləri İbn Sina, Әbu Reyһan Biruni, Nәsrəddin Tusi, Zәkәriyyә Qәzvini vә başqaları daş-qaşın müalicәvi xassәlәrindən bәһs edәn әsərlәr yazmışlar. Zaman keçdikcә xalq tәbabәtinin bilicilәrn zinәt daşlarından müalicә mәqsәdilə istifadə etmәyә baş-lamışlar. Mәsәlən, müsәlman alәmindә daһa çox mәş-һur olan firuzә insanlara qәlәbә, xoş әһval-ruһiyyə bәxş edәn gözәl görkәmli bir daş kimi şöһrət tap-mışdı. Xalq tәbibləri belә һesab edirlәr ki, firüzәyә baxanda göz işıqlanır. Bu cәһәti nәzәrә alaraq göz dәrmanları һazırlanarkәn firuzәdən istifadə etmişlәr. Deyilәnә görә, üstündә firuzә gәzdirәn qalib әһval-ruһiyyәsindә olar.

***

Mirvarini əzib toz һalına salırlar vә onu isti suda һәll edirlər, ondan şərbətә, müxtәlif mәcunlara qatır1ar. Ondan gündә 3—4 dәfәyә һər dәfәdә 15- 20 qr. Qəbul edirlәr ki, bu da ürək tutmalarına vә sı-xıntılarına kömәk edir, һabelә ürәyi qüvvәtlәndirir.


DӘRMANSIZ MÜALİCӘ ÜSULLLARI

Bәzәn elə olur ki, adam qәflәtәn stres vəziyyәtinə düşür, başı vә dişi ağrıyır, astma tutması keçirir vә s, Belә һallarda dava-dәrmana vә һәkimә әli çat-mayanlar dәrmansız müalicə üsullarından bәzilәrini bilsәlәr, özlәrini әzab-әziyyәtdən xilas edә bilәrlәr. Masələn, astmatik tutmalar zamanı oturmaq, әllәri ya-na salmaq, əzәlәləri boşaltmaq lazımdır. Raһat, sa-kit, üzdәn nəfәs almağa çalışın. yüngül nәfәs alma-dan sonra nәfәsi 10—15 saniyә lәngitmәk gәrәkdir. Nə-fəs almanın tәdricәn 20—25 saniyə ləngidilmәsi astma tutmasının yüngül.keçmәsinə kömәk edir.
***
Әgər stresə mәruz qalsanız belә bir tәdbiri һә-yata keçirməyә çalışın. Әtrafa nәzәr salın və oldu-ğunuz otağı diqqətlә nәzәrdәn keçirin. Әn kiçik xırda-lıqlara belә (onları yaxşı. bilsәniz dә) diqqәt yetirin. Aһәstә-aһəstə, tәlәsmәdәn xəyalən bütün əşyaları bir-birinin ardınca «götür-qoy» edin: xәyalәn özünüzә deyin: cәһrayı yazı stolu, ağ pәrdәlәr, qırmızı gül dolçası vә s. Hәr bir ayrıca әşya üzәrindә fikri-nizi cəmlәşdirmәklә siz daxili stres gәrginliyindәn ayrıla bilәrsiniz.
***
Әgər imkan varsa, kәskin stres yaranan otağı (ye-ri) tәrk edin, Heç kәsin olmadığı başqa bir otağa keçin vә ya küçəyә çıxın. Fikrәn һәmin otağı xırdalıqlarına qәdәr saf-çürük edin. Әgər küçәyә çıxmısınızsa әtraf şəraiti, evləri, tәbiәti qiymәtlәndirin.
***
Stres zamanı belə etsәniz xeyriki görәrsiniz. Yavaş-yavaş burnunuzla dәrindən nәfәs alın. Nәfәsal-ıanın ziriәsimd? nәf&sinizi bir anlıq saxlayın. Bundan sonra burnunuzdan bacardıqca yavaş-yavaş nәfәsinizi buraxın. Buna stresin sakitlәşdirici tәnәffüsü deyilir.
***
һәr sәһәr yuxudan duranda acqarına qaynadılmış soyuq su ilә ağzınızı doldurun. 3 dəqiqə saxlayın. Sonra onu yavaş-yavaş udun. Bunu 3 dәfә.edin. Bu proses dişlәrin möһkәmlәndirilmәsinә, ağız suyu ayrıl-masına kömәk edir, daxili һərarәti azaldır, mәdәni tәmizləyir. Bunu nә qәdәr müntәzәm etsәniz, tәsiri dә bir o qәdәr çox olacaqdır.
***
Әgər başınız ağrıyırsa, barmağınızı iki qaşın arasına (burunun başlanğıçına) qoyub intensiv sürәtdә sıxın. Təxminәn 1 dәqiqәdən sonra әlinizi bu şübһәsiz yüngüllük һiss edәcәksiniz.
***
Yüngül yun parça götürün, onu qaşınızın üstündәn başınıza bağlayın, düyün vurub bir qәdәr sıxın. Bu bütün xalqlara məlum olan baş ağrısını mualicә edәn әn qədim üsullardan biri sayılır.

NƏFƏS ORQANLARININ XƏSTƏLIKLƏRI

BRONXIT

Bronxların silikli qişasında əmələ gələn iltihablanma prosesinə bronxit deyilir. Bu xəstəlik adətən öskürək ilə müşayiət olunur.

Xəstəlik başlananda, Öskürək quru və hürücüdür. Xəstəliyin sonunda isə yaşlı və balğamlı olur. Bronxit 2 cürə olur - xroniki və kəskin. Xroniki bronxit bir neçə səbəb üzündən əmələ gələ bilər. Məsələn, o ətraf mühitin pis ekoloji vəziyyəti ilə bağlı ola bilər. tstehsalatda bronxlara daimi zəhərli qazların təsirindən ya da tutün çəkmeyin üzündən də bu bronxitlə xəstələnmək olar. '

İnfeksiya ilə bağlı və orqanizmin həddindən artıq soyutmasından əmələ gələn bronxitə kəskin bronxit deyirlər. Xalq təbabətinə məlum və bu xəstəliyin hər iki formasını müalicə edən bəzi vasitələri bunlardır.

1. İki baş sarımsaq və 5 limonu sürtgəcdə sürtürlər

üstünü 1 l qaynadılmış su ilə atırlar. Sonra 5 gün ərzində

bağlı qabda sərin və işıqsız yerdə saxlayıb, süzürlər

sıxırlar.

Qəbul üsulu: yeməkdən 20 dəq. qabaq, 1 xörək qaşığı miqdarında, gündə 2 dəfə

2. Qabığı ilə birlikdə 5 limonu sürtgəcdə sürtüb sıyıq hala salırlar və 4 baş sarımsağdan düzəldilmiş sıyıqla qarışdırırlar. Qarışığı 1 l qaynadılmış və ilıq suda yayırlar beş gün ərzində sərin və işıqsız yerdə bağlı qabda mütəmadi olaraq sirkələyərək saxlayırlar. Sonra həlimi süzürlər. Bu vasıtə yaxşı çəkmə qabiliyyətinə malikdir

Qəbul üsulu: gündə yeməkdən 20 dəq. qabaq 1 xörək

qaşığı miqdarında 3 dəfə.

ASTMA

Bronxial astmadan əzab çəkənlərə belə müalicəvi vasitə məsləhət görülür. 3 limonun şirəsini 100 q sürtülmüş qıtığ otunun kökü ilə qanşdırırlar. Bu dərmanı qəbul edəndən sonra yarım saat nə yemək, nə içmək olar



Qəbul üsulu: gündə 2 dəfə (səhər və günortadan sonra 1 çay qaşığı miqdannda.

QRIP


Qripin profilaktikası üçün aşağıdakı qarışığdan istifadə edirlər: 2 limonu və 2 sarımsaq dişini sürtgəcdə sürtürlər. Alınan maddəni qarışdırıb 1l qaynanmış və soyudulmuş suda yayırlar. Alınmış məhlulu qaranlıq yerdə otaq temperaturunda 3 gün saxlayıb, süzürlər.

Qəbul üslubu: ac qarnına gündə 1 xorək qaşığı. Məhlulu soyuducuda saxlamağı unutmayın.

Qriplə xəstələnəndə öz vəziyyətinizi aşağıdakı üsulla yüngülləşdirə bilərsiniz. Bunun üçün qaynayan suya limoıı şirəsi, bir az duz, evkalipt yarpaqları ya evkalipt yağı atırlar. Stəkana töküb, qarışığı çənənizin səviyyəsindən bir az aşağı tutaraq və burun deşikləri növbə ilə tutub-dəyişərək dərin nəfəs alın. Əgər burun deşiyi bağ-lıdır, ona uyğun olan böyrünüzə uzanın. Çox keçmədən deşik açılacaq.

Yatmazdan əvvəl isə bir çay qaşığı bal və limon şirəsindən için.

HEPATIT

Hepatit xəstəliyini və həmçinin ciyər sirrozunu və xolesistiti müalicə edən tanınmış üsullarından birisi belədir. 2 qabığı soyulmuş və iki qabığlı limonu ət maşınından keçirdirlər. Alınan maddəni 1 kq bal və 200 ml zeytun yağı ilə qarışdırırlar.

Qəbul etmə üsulu: yeməkdən 30-40 dəqiqə qabaq 1 xörək qaşığı, gündə üç dəfə.

Maddeni soyuducuda və bağlı qabda saxlamaq lazır dır.

BÖYRƏK XƏSTƏLIKLƏRI

Limon şirəsi ilə müalicə xəstəyə tez və aşkar təsir göstərir. Xüsüsilə, bu, pəhrizlə müşayiət olunan hallarda özünü birüzə verir.

Artıq bir neçə gündən sonra böyrəklərin fəaliyyəti güclənir, sidik tündləşir, onun xüsusi çəkisi gözə çarpan dərəcədə artır, və onun daha uzunmüddətli durması zaman sidikdə kərpic rəngli və əsasən sidikturşu duzlardan ibarət olan çöküntülər müşahidə olunmağa başlayır.

Bütün bunlar müalicənin müsbət istiqamətdə hərəkət etdiyini göstərir. Əvvəlcə çökiintülərin miqdarı çox böyük olur və ancaq müalicə kursunun sonunda kifayət qədər azalır. Sidikdə fosfatların artması maddələr mübadiləsi prosesinin güclənməsini göstərir. Müalicənin sonrakı zamanlarında bu çöküntülər də azalır, vaxtaşırı qaib olıır, və axırda tam itir. Sidik kəhraba rəngli və hətta 1 saat ərzində tamamilə şəffaf qalır. Bu da bədənin daxilində artıq sidik turşusunun olmadığını sübut edir. Limonla müalicənin bir əsas və olduqca vacib kömək edici vasitəsi kimi mütəmadi və yärğunluq dərəcəsinə çatmamaq şərti ilə açıq havada piyada gəzintiİər lazımlıdır. Bu halda maddələr mübadiləsi güclənir və sürətlənir.Çünki əzələlərin yığılması bədənin butün toxumalarına masaj kimi təsir göstərir və onları daha intensiv fəaliyyətə vadar edir.Və beləliklə , limon şirəsinin tərkibində olan və sidik turşusunu zərərsizləşdirən kimyavi maddələrin orqanizm tərəfindən daha effektiv həzminə gətirir.


Yüklə 174,25 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə