Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə3/91
tarix14.06.2018
ölçüsü3,17 Mb.
#48877
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   91

Nöqtələr


●“Vəfat” kökündən olan “yutəvəffa” sözü insan vücudundan ruhun tam çıxarılması və ölümdən sonra ruhun əbədiliyi mənalarını bildirir.

●“Bəhcət” kökündən olan “bəhic” sözü şadlıq mənasını bildirir. Yaşıllığın seyri insanda ruh yüksəkliyi və şadlıq yaradır.

●Ayədə qocalıq insan ömrünün ən rəzil çağı sayılsa da, bu rəzilliyi doğuran əsas səbəb yalnız qocalara aid deyil. Həyatının istənilən bir dövründə, hətta cavanlıq dövründə ağıl qüvvəsi zəifləyən insan öz ömrünün rəzil çağını yaşayır.

Bildirişlər


1. Şəkkin qaynağı Allahın qüdrətindən xəbərsizlikdir.

2. Kafirlərlə dəlillər əsasında, məntiqi və anlaşılan şəkildə danışaq.

3. Hisslər vasitəsi ilə həqiqətlərlə tanış olmaq mümkündür.

4. Məad həm cismani, həm də ruhanidir.

5. İnsanın mənşəyi, ilkin maddəsi torpaqdandır.

6. İnsan ölümdən öncə yeddi mərhələ keçir (torpaq, nütfə, laxta qan, formalaşmamış ət, körpəlik, yetkinlik, qocalıq).

7. “Muzğə” (ana bətnində laxtalanımış ət) dövrü insanın formalaşma dövrüdür.

8. Dünyada cansız torpaqdan insan yaradan kəs Qiyamətdə də bu işi görə bilər.

9. Həyat yüksəliş və enişdən ibarətdir; torpaqdan yüksəliş və həyatın rəzil çağına eniş!

10. Yaranışın bütün mərhələləri, nütfənin möhkəmlənməsindən doğuşadək ötən pillələr Allahın əlindədir.

11. Təbii gedişatların zamana ehtiyacı var.

12. Nütfənin möhkəmlənməsi və ya vaxtsız düşməsi Allahın istəyindən asılıdır.

13. Hamiləlik dövrü Allah tərəfindən müəyyənləşdirilmişdir.

14. İnsanın dünyaya gəlişi Allahın iradəsindən asılıdır.

15. İnsanlar öncə eyni olur, sonra qidalanma və tərbiyə nəticəsində hərə özünəməxsus əxlaq və rəftarlara yiyələnir.

16. Ölüm təkcə qocalara aid deyil.

17. İnsan ölümlə məhv olmur.

18. İnsan və insan həyatının dəyəri onun elm, agahlıq və ağlından asılıdır. (Quran, biliklərin unudulmasını ömrün ən rəzil çağı üçün dəlil göstərir.)

19. Bitkilər arasında da zövciyyət, erkək-dişi bölgüsü var.

Ayə 6:


﴿ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَى وَأَنَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

Bunun (insan və bitkilərin mərhələli yaranışının) səbəbi Allahın haqq olması, ölüləri diriltməsi və hər işə qadirliyidir.”


Ayə 7:


﴿وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَن فِي الْقُبُورِ﴾

(İnsanın torpaqdan yaranışı, bitkilərin torpaqdan cücərməsi göstərir ki,) həqiqətən, Qiyamət gələsidir və bunda şübhə yoxdur. Allah qəbirdə uyuyan bütün insanları dirildəcək.”



Bildirişlər


1. İnsan və bitki aləminin yaranışı Allahın haqlılıq nişanəsidir.

2. Allah heç vaxt yaranışı ölümlə başa çatdırmaz. Çünki haqq olan varlığın mənasız, batil iş görməsi mümkünsüzdür. O öz yaratdıqlarını son məqsədə çatdırmalıdır və ölümdən sonra növbəti mərhələnin mövcudluğu labüddür.

3. Bir dəfə yaradan ikinci dəfə də yarada bilər.

4. Həm heçdən yaradan, həm də yaratdıqlarını hökmü altında saxlayan şəxs mütləq qeyd-şərtsiz qüdrət sahibidir.

5. Məad–ölümdən sonrakı həyat cismanidir.

Ayə 8:


﴿وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ﴾

Xalq arasında eləsi var ki, heç bir biliyi, göstərişi və aşkar kitabı olmadan Allah haqqında mübahisə aparır.”



Bildirişlər


1. Hamını qınamamağa çalışaq.

2. Elmə əsaslanan mübahisə pis deyil.

3. İnsanı müxtəlif yollarla tanımaq olar. Ola bilsin ki, bəzən düşüncə və təhsil yolu səmərə verdiyindən ayədə “heç bir elmi olmadan” təbiri işlədilmişdir. Bəzən də insanın tanınmasında qəlbə verilən ilham son söz deyir. Bu səbəbdən də “heç bir göstərişsiz” təbiri işlədilə bilər. Bəzən də tanışlıq səmavi kitab, vəhy və nübuvvət yolu ilə əldə edilir.

Ayə 9:


﴿ثَانِيَ عِطْفِهِ لِيُضِلَّ عَن سَبِيلِ اللَّهِ لَهُ فِي الدُّنْيَا خِزْيٌ وَنُذِيقُهُ يَوْمَ الْقِيَامَةِ عَذَابَ الْحَرِيقِ﴾

Təkəbbür və təşəxxüslə xalqı Allahın yolundan azdırmaq istəyir. Onun üçün dünyada rüsvayçılıq var. Qiyamətdə də ona yandırıcı əzab daddırarıq.”



Nöqtələr


●“Sani” dedikdə “burmaq”, “itf” dedikdə “çiyin” mənaları anlaşılır. “Saniyə itfihi” təbiri təkəbbür və təşəxxüsə işarədir.

Bildirişlər


1. Cahil insanları mübahisəyə sövq edən onlardakı qürur və təkəbbürdür.

2. Günah cəzaya uyğun olur. Təkəbbürlünün cəzası xarlıq, zəlillikdir.

3. Təkəbbürlü insan elə bu dünyada bədbəxt olur.

Ayə 10:


﴿ذَلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ﴾

(Qiyamətdə ona deyilər: Bu yandırıcı əzab) öz əllərinlə öncədən göndərdiklərinə görədir. Yoxsa Allah, bəndələrinə heç vaxt zülm etməz.”


Ayə 11:


﴿وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَى وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ﴾

Xalq arasında eləsi var ki, Allaha yalnız dili ilə pərəstiş edir. (Onun imanı küfrə yaxındır və kiçik bir hadisədən lərzəyə gəlir,) bir xeyir gördükdə Ona (Allaha) əmin olur, müsibətə düşüb sınağa çəkildikdə isə özünü itirir (küfrə doğru gedir. Belə birisi) dünya və axirətdə ziyankardır və bu, həmin aşkar ziyandır.”



Nöqtələr


●Ədalətli Allah üçün kiçik bir zülm də böyük sayılar. “Zəllam” sözü bu məqsədlə işlədilə bilər.

Bildirişlər


1. Allah adildir. Onda qəzəb və ya mərhəmət doğuran bizim öz əməllərimizdir.

2. Günaha yol verdikdə başqalarını ittiham etməyək. Hər şey özümüzdən asılıdır.

3. Bəzilərinin imanı mövsümi, səthi olur. Kiçik bir acı və ya şirin hadisə onların imanına təsir göstərir.

4. Məntiqi əsası olan əqidə və əməl maddi eniş-yoxuşlarla dəyişən əqidə və əməldən fərqlidir. (Dini çörəyə xatir istəməyək.)

5. İnsan acı və şirin hadisələrin hədəfindədir.

6. Yoxsulluq və acı hadisələr sınaq vasitələridir.

7. Allahın yolundan çıxmaq İlahinin şiddətli qəzəbi və cəhənnəm əzabı ilə sonuclanır.

Ayə 12:


﴿يَدْعُو مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنفَعُهُ ذَلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ﴾

O, Allahdan qeyri birini, ona ziyan və xeyir verə bilməyən bir kəsi çağırır. Budur həmin böyük azğınlıq.”



Ayə 13:


﴿يَدْعُو لَمَن ضَرُّهُ أَقْرَبُ مِن نَّفْعِهِ لَبِئْسَ الْمَوْلَى وَلَبِئْسَ الْعَشِيرُ﴾

Bəlkə də, çağırdığı kəsin zərəri faydasından çoxdur. O necə pis mövla, necə çirkin yoldaşdır!”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə