Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə11/91
tarix14.06.2018
ölçüsü3,17 Mb.
#48877
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   91

Bildirişlər


1. İslam Peyğəmbəri (s) son peyğəmbərdir.

2. Haqla batil arasındakı ziddiyyət daimi bir cərəyandır.

3. Bütün peyğəmbərlər eyni mərtəbədə deyil. (Rəsul nəbidən daha geniş təbliğə məsuldur.)

4. Peyğəmbərlərin öz məqsədləri ilə bağlı proqramları var.

5. Şeytan peyğəmbərlərə təsir göstərə bilməsə də, məqsədlərlə bağlı vəsvəsəyə əl atır.

6. Şeytanın vəsvəsələri ən üstün proqramlar üçün də təhlükə törədir.

7. Haqq-batil qarşıdurmasında Allah batili məhv edir, haqqı möhkəmləndirir.

8. Haqqın batilə qələbəsi üçün tələsməyin.

9. Allahın himayəsi olmadan haqq möhkəmlənməz.

10. Haqla batil arasındakı ziddiyyət, haqqın batilə qələbəsi Allahın hikmət və elmə əsaslanan planlarındandır.


Ayə 53:


﴿لِيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْقَاسِيَةِ قُلُوبُهُمْ وَإِنَّ الظَّالِمِينَ لَفِي شِقَاقٍ بَعِيدٍ﴾

Şeytanın təlqinləri qəlblərində xəstəlik olanlar və qəlbi daşlar üçün sınaq vasitəsi qərar verildi. Şübhəsiz, sitəmkarlar uzun və dərin bir düşmənçilikdədirlər.”



Bildirişlər


1. Şeytanın təlqinləri daş və xəstə qəlbli insanların sınağı üçün vasitədir. (Ruhi xəstəlik və daş qəlblilik şeytanın tələsinə düşmək üçün münasib zəmindir.)

2. Daş qəlblilik özü ruhi xəstəliyin bir növü olsa da, daha çox əhəmiyyət daşıdığından ayrıca zikr olunmuşdur.

3. Şeytani təlqinlərin təsiri altına düşən daş qəlbli insanlar zalımlardır.

Ayə 54:


﴿وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ وَإِنَّ اللَّهَ لَهَادِ الَّذِينَ آمَنُوا إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾

Həm də agahlar bilsinlər ki, həqiqətən o, (peyğəmbərlərin arzusu) sənin Rəbbin tərəfindən olan bir haqdır. Ona iman gətirsinlər, qəlbləri onun qarşısında müti olsun. Şübhəsiz, Allah iman gətirənləri doğru yola hidayət edər.”



Nöqtələr


●Şeytanın təlqinləri peyğəmbərlərin proqramlarına və onların Allah tərəfindən dayandırılmasına iki cür təsir edir:

1. Daş və xəstə qəlblilər üçün sınaq vasitəsidir;

2. Şeytan təlqinlərinin daşa dəyməsi qəlbin nuraniyyətinə və elm əhlinin imanına səbəb olur.

Bildirişlər


1. Elm insana haqqı batildən fərqləndirmək gücü verir.

2. Bəzən maddi və mənəvi bəhrələnmə insanların şəxsi keyfiyyətlərindən asılı olur. Şeytanın hansısa təlqini daş qəlbli insanlar üçün fitnə, elm əhli üçün mərifət açarı olur.

3. Elm insanlara verilmiş ilahi bir hədiyyədir.

4. Elm əhli daş və xəstə qəlbli olmamalıdır.

5. Elm də, haqq da, hidayət də Allahdandır.

6. Elm, iman və mütilik təkamül mərhələlərindəndir.

7. Hər kəs imanda ilk addımı atsa, Allah onu növbəti addımlarda müvəffəq edər.

Ayə 55:


﴿وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا فِي مِرْيَةٍ مِّنْهُ حَتَّى تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ﴾

Küfrə uğrayanlar daim Quran və peyğəmbərliyə münasibətdə şəkdədirlər. Nəhayət, Qiyamət onları qəfildən yaxalayar, ya da bəhrəsiz bir günün əzabı soraqlarına gələr.”



Bildirişlər


1. Əgər şəkk-şübhə araşdırma və iman üçün müqəddimə olsa, dəyər sayılar. Sonu azğınlıq və əzab olan şəkk-şübhə pisdir.

2. Hər adamdan iman intizarında olmayın. Çünki bəzilərinə heç bir dəlil təsir etmir.

3. Küfr və haqla mübarizə yolunu seçən kəs istənilən bir həqiqət qarşısında şəkk-şübhəyə düşər.

4. Ölüm və Qiyamət qəfil hadisədir. Heç vaxt qəflətdə olmayaq.

5. Qiyamət qopduqdan sonra keçmiş səhvləri düzəltmək üçün fürsət qalmır.

Ayə 56:


﴿الْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّاتِ النَّعِيمِ﴾

Qiyamət günü hakimiyyət yalnız Allaha məxsusdur. O, xalq arasında mühakimə aparar. İman gətirib saleh işlər görənlər nemət dolu bağlarda qalar.”



Bildirişlər


1. Qiyamət günü hər şey Allahın iradəsindən asılıdır, kimsədə hansısa qüdrət yoxdur.

2. Allahın mühakiməsi bizim öz əməllərimizə əsaslanır.



Ayə 57:


﴿وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا فَأُوْلَئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ﴾

Küfrə uğrayıb ayələrimizi təkzib edənlər üçün zəliledici əzab var.”



Bildirişlər


1. Qiyamətdə insanların küfr və ya imanı əsasında mühakimə aparılar.

2. Təkəbbürlə haqdan üz çevirənin cəzası zəliledici əzabdır.


Ayə 58:


﴿وَالَّذِينَ هَاجَرُوا فِي سَبِيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ مَاتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقًا حَسَنًا وَإِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقِينَ﴾

Allah yolunda hicrət edən, sonra öldürülən kəslərə, şübhəsiz, Allah yaxşı ruzi verəcək. Həqiqətən, Allah ruzi verənlərin ən üstünüdür.”


Ayə 59:


﴿لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُ وَإِنَّ اللَّهَ لَعَلِيمٌ حَلِيمٌ﴾

Şübhəsiz, Allah onları razı qalacaqları bir məhəllə daxil edər. Həqiqətən, Allah bilən və həlimdir.”



Bildirişlər


1. Məqsədli hicrət dəyərli bir işdir.

2. Allah yolunda hicrətdə ölənlər şəhid kimidirlər. (Əsas məsələ ölüm və ya şəhadət yox, Allah yolunda olmaqdır.)

3. Allah yolunda nakamlıq yoxdur. Allahın saleh bəndələri dünya ləzzətlərindən məhrum olsalar da, onları böyük axirət nemətləri gözləyir.

4. İlahi vədlərin həyata keçəcəyinə şübhə yoxdur.

5. Dünya ruzisi bəzən şirindir, bəzən də acı. Amma behişt əhli yalnız yaxşı ruzidən faydalanır.

6. Həqiqi ruzi verən Allahdır. Başqaları yalnız vasitə ola bilər.

7. Xoşagələn məskən və mənzil yaxşı ruzi nümunələrindəndir.

Ayə 60:


﴿ذَلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنصُرَنَّهُ اللَّهُ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ﴾

(Bəli, hökm) budur. Hər kəs özünə verilən sitəm həddində cəzalandırsa, yenidən zülmə düçar olduqda, şübhəsiz, Allah ona yardım edəcək. Əlbəttə, Allah əfv edib bağışlayandır.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə