Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə6/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   2   3   4   5   6   7   8   9   ...   130

Mənası akademik V.V.Bartolda məlum olmayan tat sözünün ya-
ranması  isə  belədir.  Məlumdur  ki,  lap  qədimdən  Hind-Avropa  dil 
qrupuna  daxil  olan  İran  və  hind  dil  qrupunda  danışanlar  özlərini 
“arilər” adlandırırdılar. Onların ulu babaları – “arya”, “aryana” ümumi 
adı  ilə  tanınırdılar.  Hindistanın  görkəmli  siyasi  və  dövlət  xadimi 
C.Nehru göstərmişdir ki, “arya” sözünün mənası “yer şumlamaq” de-
məkdir.  Ona  görə  də,  əkinçilər  ariyalılar  adlanmışdılar  (21,  6).  Türk-
lərdə  “tat”  sözü  ümumiyyətlə,  məcazi  mənada  “türk  olmayan”  mə-
nasında  işlədilsə  də,  mənası  elə  “əkinçi,  kəndli”  deməkdir  (22,  265). 
Ona görə də Azərbaycan türkləri “tat” dedikdə əsasən farsdilli xalqları 
nəzərdə  tuturlar.  “Kitabi-Dədə  Qorqud”  dastanında  “tat  əri”  dedikdə 
etnik farsdilli  nəzərdə  tutulmuşdur və  bu söz deyimin  mənası  əslində 
“iranlı, fars kişisi” deməkdir.  
“Kitabi-Dədə Qorqud” abidəsində adı  çəkilən “saqqalı uzun tat 
əri”nin haqqında danışdığımız Səlman Farsinin olduğuna heç bir şüb-
hə  yoxdur.  Dastandakı  “saqqalı  uzun  tat  əri”nin  xarici  görünüşcə  də 
Səlman  Farsinin  mənbələrdə  təsviri  ilə  düz  gəlir.  Belə  ki,  dini  mən-
bələr Səlman Farsinin də uzun saqqalı, sıx saçlı, uzun boylu və gözəl 
cöhrəli bir şəxs olduğunu bildirirlər. 
Beləliklə,  oğuz  türkləri  arasında  islamı  yayanın  Səlman  Farsi 
olması haqqındakı oğuznamələrdəki məlumatlar “Kitabi-Dədə Qorqud” 
dastanındakı məlumatla öz təsdiqini tapır ki, bu da VII əsrin ortalarına 
yaxın dövrü əhatə edir. Bu, həm abidənin, həm başqa yazılı mənbələrin 
Dədə  Qorqudun  tarixi  şəxsiyyət  kimi  Məhəmməd  peyğəmbərin  (s.ə.s) 
müasiri olduğu haqqındakı məlumatları da təsdiqləyir. 
Yenidən  qayıdaq  dastanda  “tat  əri”nin  adının  çəkildiyi  hissəyə. 
Onun adı dastanda aşagıdakı hissədə çəkilir: 
 
Sərin-sərin səhər yelləri əsdikdə
Saqqallı bozumtul torağay ötdükdə
Saqqalı uzun tat kişi azan çəkdikdə
Bədəvi atlar sahibini görüb kişnədikdə
“Ağlı”, “qaralı” seçilən çağda, 
Köksü gözəl uca dağlara gün dəyəndə,  
İgid bəylər, pəhləvanlar bir-birilə qarışan çağda.  
(1, 85; 2, 24; 3, 30; 4, 35). 
 
Abidənin demək olar ki, bütün tədqiqatçıları “Saqalı uzun tat əri 
baňladıqda” misrasını “Saqqalı uzun tat kişi azan çəkdikdə” kimi tər-
cümə  etmişlər.  Doğrudan  da  dastandan  gətirdiyimiz  nümunədə  səhər 


namazı qılmaq üçün azan çağırışından söhbət getdiyini söyləmək olar 
(24, 21). 
Abidədə  həmin  nəzm  parçasında  səhər  namazına  çağırışdan 
söhbət  getdiyinin  təsdiqi  kimi  belə  bir  hissə  verilmişdir:  “Dirsə  xan 
sübh  tezdən  qalxıb,  yerindən  ayağa  durdu;  qırx  igidini  yanına  salıb 
Bayandır xanın söhbətinə qulaq asmağa gəldi” (2, 176). Burada sanki, 
Dirsə xanın azandakı “Namaz yuxudan xeyirlidir” çağırışına  əməl  et-
diyinə işarə vardır. 
Amma  abidədə  ərəb  dilindəki  “azan”  sözü  deyil,  qədim  türk 
sözü olan “baň” işlədilmişdir. Dastanda başqa üç yerdə də bu söz yenə 
həmin  mənada  işlədilmişdir.  Belə  ki,  dastanın  Müqəddiməsində  – 
“Minarədə  baňlayanda  fəqih  görkli  –  Minarədə  azan  verəndə  azançı 
gözəldir”  (1,  75;  2,  22;  3,  22;  4,  32),  III  –  “Baybürənin  oğlu  Bamsı 
Beyrək boyun”da “Kafirüň kəlisəsin  yıqdılar, yerinə məscid  yapdılar. 
Keşişlərin öldürdülər. Baň baňlatdılar. Əziz Tanrı adına qudbə oqıtdı-
lar  –  Kafirin  kilsəsini  uçurdular,  yerində  məscid  tikdilər.  Keşişlərini 
öldürdülər. Azan verdirdilər. Əziz tanrı adına xütbə oxutdurdular” (1, 
152; 2, 77; 3, 88-89; 4, 94) və XI – “Salur Qazanın dustaq olduğu və 
oğlu  Uruzun  onu  xilas  etdiyi  boy”da  Salur  Qazanın  dilindən  “(Kafi-
rüň) kəlisəsin yıqıb, yerinə məscid yapdım, baň baňlatdum – (Kafirin) 
kilsəsini  uçurdub,  yerində  məscid  tikdim,  azan  verdirdim”  (1,  237; 
2,157;  3,  178;  4,  181)  deyimində  “baň  baňlatmaq”  birləşməsi  “azan 
oxutmaq, azan verdirmək” mənasında işlədilmişdir (25, 37). 
Məlumdur  ki,  hər  gün  beş  dəfə  minarələrdən  yüksələn  “azan” 
sözünün lüğəti mənası “eşitdirmək, bildirmək” deməkdir. Qədim türk 
dilində olan “baňlamaq” sözünün mənasını Seyid Əhməd Cəmaləddin 
İbn  Mühənna  özünün  “Hilyətül-insan  və  həlbətül-lisan”  adlı  məşhur 
lüğətində “ucadan səsləmək, bağırmaq” kimi vermişdir (26, 74). Əsi-
rəddin Əbu Həyyan Əl-Əndəlusi isə özünün “Kitab əl-idrak li-lisan əl-
ətrək”  adlı  lüğətində  isə  “banlamaq”  sözünün  “ozan  oxudu”  mənası 
olduğu bildirilir (27, 28). 
Abidənin  türkiyəli  naşiri  Mustafa  S.Kaçalin  qədimdən  türk  di-
lində  işlənən  bu  sözün  fars  dilində  mənası  “səs,  səda,  avaz;  haray” 
olan “bang” sözündən (28, 30) olduğunu bildirir (29, 309). Əlbəttə, bu 
məsələnin  araşdırılması  dilçi  alimlərin  işidir  və  ayrıca  tədqiqat  tələb 
edir. Bununla belə, Əl-Əndəlusinin göstərdiyi kimi “baňlamaq//banla-
maq” sözü hələ islamdan əvvəl qədim türk dilində “ozan oxudu” mə-
nasında işlənmişdir. “Azan”a çağırışın da ozanın oxuduğu kimi avazla 
olduğundan  İslamın  türklər  arasında  yayıldığı  ilk  illərdə  bu  söz  həm 
də “azan” mənasında işlədilmişdir. Ona görə də sonrakı dövrlərdə tər-


tib  edilən  lüğətlərdə  “baňla//banla”  sözü  “azan  oxumaq”  mənasında 
verilmişdir (30, 23). Fikrimizcə, lüğət tərtibçiləri sözün “Kitabi-Dədə 
Qorqud”  dastanındakı  daşıdığı  mənasından  çıxış  edərək,  həmin  sözü 
bu cür mənalandırmışlar.  
Beləliklə, “Kitabi-Dədə Qorqud” abidəsində “Saqalı uzun tat əri 
baňladıqda” misrası “Saqqalı uzun tat kişisi azan çəkdikdə” kimi tər-
cümə olunmalıdır. Burada adı çəkilən “saqqalı uzun tat əri”nin isə Səl-
man  Farsi  (Səlmani-Farsi,  Səlman  əl-Farsi)  olduğu  yuxarıda  göstər-
diyimiz  kimi  abidənin  özü,  başqa  oğuznamələr  və  tarixi  mənbələr 
əsasında təsdiq olunur. 
  
ƏDƏBİYYAT 
 
1.
 
Dede  Korkut  Kitabı.  İki  ciltde.  I  c.  Giriş-Metin-Faksimile.  Hazırlayan: 
Muharrem Ergin. Ankara: Yükserögretim Kurulu Matbaası, 1994. 
2.
 
Kitabi-Dədə Qorqud (Əsil və sadələşdirilmiş mətnlər). Tərtib edəni: Samət 
Əlizadə,  nəşrə  hazırlayanı  və  redaktoru  Tofiq  Hacıyevdir.  Bakı:  “Öndər 
nəşriyyat”, 2004. 
3.
 
Dеdеm  Kоrkudun  Kitabı.  Kitab-ı  Dеdеm  Kоrkut  ala  Lisan-ı  Taife-i  Oğu-
zan. Hazırlayan: Orhan Şaik Gökyay. İstanbul: Kabalcı Yayınеvi, 2007.  
4.
 
Dede  Korkut  Oğuznameleri.  Hazırlayanlar:  Semih  Tezcan  –  Hendrik 
Boeschoten. İstanbul: Yapı Kredi Yayınları, 2012. 
5.
 
Yazıçızade  Ali.  Tevarih-i  Al-i  Selçuk  (Selçuklu  Tarihi).  Hazırlayan:  Ab-
dullah Bakir. İstanbul: Çamlıca Basım Yayın, 2009. 
6.
 
Rəşidəddin.  Oğuznamə.  Anadolu  türkcəsindən  Azərbaycan  dilinə  çevirən, 
ön  söz  və  göstəricilərin  müəllifi  və  biblioqrafiyanın  tərtibçisi  İ.M.Osman-
lıdır. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Bir-
liyi, 2003. 
7.
 
Əbülqazi  Bahadır  xan.  Şəcərei  tərakimə  (Türkmənlərin  soy  kitabı).  Rus 
dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın 
tərtibçisi  İ.M.Osmanlıdır.  Bakı:  “Azərbaycan  Milli  Ensiklopediyası”  Nəş-
riyyat-Poliqrafiya Birliyi, 2002. 
8.
 
Bayati  Həsən  Mahmud  oğlu.  Cami-Cəm  ayin.  Azərbaycan  türkcəsinə 
uyğunlaşdıran, nəşrə hazırlayan, ön sözün və göstəricilərin müəllifi İsmixan 
Osmanlı. Bakı: “Mütərcim”, 2011. 
9.
 
Bünyadov Z. Dinlər, təriqətlər, məzhəblər. Bakı: “Şərq-Qərb”, 2007. 
10.
 
Большаков  О.Г.  История  халифата.  Ислам  и  Аравия  (570-633).  М.: 
Восточная литература, 2002.  
11.
 
Ebu  Cafer  Muhammed  bin  Cerir  üt-Taberi.  Tarih-i  Taberi.  Tercüme 
M.Faruk Gürtunca. III cild. İstanbul: Sağlam Yayınevi, Tarihsiz. 
12.
 
http://canim.az/forum/index.php?act=post&id=57725
  
13.
 
Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov, V.M.Məm-
mədəliyev. Bakı: “Cıraq” nəşriyyatı, 2010. 
14.
 
http://www.muselman.ws
 
15.
 
Асадов  Ф.М.  Арабские  источники  о  тюрках  в  ранее  средневековье. 
Баку: “Элм”, 1993. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə