Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
35 
edir. «İronik modus» və ya pastişin özünəməxsus xüsusiy-
yətlərində,  ilk  növbədə  postmodern  əsər  kütlə  mediası  il-
lyuzionizminə və kütləvi mədəniyyət fenomeninə qarşı yö-
nəlmiş olan neqativ pafosu ilə müəyyən edilir. Postmoder-
nizm özü medianın ictimai şüura təsiri nəticəsi kimi misti-
fikasiya  prosesini  ifşa  etməyə  çalışır,  bununla  da  reallıq 
mənzərəsinin problematikasını, kütləvi ictimaiyyətə kütlə-
vi mədəniyyəti aşılayır. 
Pastiş  –  müxtəlif  əsərlərin  elementlərinin  kombinə 
edilməsi  kim  qəbul  edilir.  Umberto  Ekonun  «Öncəki  gü-
nün  adası»  (1994)  romanı  da  pastiş  nümunəsi  kimi  qəbul 
edilir. Belə ki, U. Eko yaradıcılığında pastiş və intertekstu-
allıq kimi ünsürlərə rast gəlinir. Romanda XVII əsr müəl-
liflərinin (Covan Batist Marino, Con Don, Qaliley, Kalde-
ron,  Dekart,  Mazarini  və  digərlərinin  sitatları,  Roxasın 
«selestina»sı, Bosyunun replikaları) əsərləri  montaj  edilə-
rək oxuculara çatdırılmışdır. 
Pastiş keçmişin ehtiram üsulu və ya onlar üzərində pa-
rodiya ola bilər. Bu müxtəlif janrların kombinasiyası post-
modern  vəziyyəti  şərh  etmək  üçün  istifadə  olunur  və  ya 
unikal təhkiyə yaradır: Məsələn, Uilyam Berrouz elmi fan-
tastik, detektiv və vesternlərdən istifadə edir, Marqaret Et-
vud  -  elmi  fantastika  və  nağıllardan,  Umberto  Eko  xəfiy-
yəyə, nağıllara və elmi fantastikaya müraciət edir. 
Azərbaycan  ədəbiyyatında  pastiş  əlamətləri  Kəramət 
Böyükçölün  «Çöl»  romanının  postmodern  süjet  xəttində 
özünü  göstərir.  Əsər  dastan  süjetinin  müasir  dövrdə  mo-
delləşmiş  süjet  xəttində  verilməsi  ilə  diqqəti  cəlb  edir. 
Əsərin  qəhrəmanı  Koroğlu  «Koroğlu»  dastanındakı  kimi 
Bağdada (diktator Səddam Hüseynin rəhbərlik etdiyi Bağ-
dada) səfər edir və diktator ilə görüşür. Səddam Koroğlunu 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
36 
öz tərəfdaşı etmək üçün Koroğluya 9 neft quyusu vəd edir. 
Koroğlu  Bağdad  səfərindən  sonra  Amerikaya  səfər  edir. 
Amerikada prezident Buşla görüşür. Buş Səddamdan fərqli 
olaraq Koroğluya 15 neft quyusu vəd edir. Buşun vəd ver-
diyi hədiyyə çox olduğundan, Koroğlu Buşa İraqa hücum 
etməsinə  xeyri-dua  verib,  haydı,  qoşunu  yerit  İraqa  deyə 
razılıq bildirir. 
Postmodern romanda müxtəlif şablon və üslubların bə-
dii kodların parodik - ironik imitasiyasına geniş yer ayrılır. 
Postmodern romanda janr qarışıqlığı mübaliğə edilmiş 
parodiya (istehza), daha doğrusu ironik parodiya (istehza) 
ilə bağlıdır. O.M. Freydenberqə görə «canlı və müqəddəs» 
olanlar parodiya edilə bilər. Postmodernizmdə «xəstə» cə-
miyyətin  böhran  vəziyyətinə  reaksiya  kimi ironiya  (isteh-
za) və hər şeyə gülmək kimi amillər əsas əhəmiyyət kəsb 
edir.  Postmodernizm  müxtəlif  bədii  üslubları  və  janrları 
gülməli  təqlidlərini  müqayisə  edərək  nəzərdə  tutur.  Bura-
dan  da  postmodern  yazarların  roman-pritça  yaratmalarına 
meyl yaranır. 
Roman-pritçanın  janr  forması  roman  janr  konstruksi-
yasına pritçaya aid elementlərinin əlavə edilməsi ilə yara-
nır. Pritça adı altında adətən özündə nəsihət verən (mənəvi 
və  dini)  didaktik-alleqorik  ədəbi  janrda  olan  kiçik  ibrəta-
miz  hekayə  anlaşılır.  Pritça  əsas  ideyanın  açılmasında 
müəllifin diqqəti ilə səciyyələnir, təhkiyə dili isə təsirlə və 
kinayəliliyi  ilə  fərqlənir.  S.S. Averintsev  pritçanın  xüsu-
siyyətlərini açıqlayaraq göstərmişdir: 
1. Xüsusi mövcudluğa malik olmur və yalnız müəyyən 
kontekstdə müəyyən şərtlərlə meydana gəlir; 


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
37 
2. İnkişaf  etmiş  süjet  hərəkətini  vacib  hesab  etmir  və 
sadə  müqayisə  səviyyəsində  təcəssüm  oluna  bilər.  Lakin 
bu halda pritça öz rəmzi səciyyəsindən məhrum olmur
3. Məzmun  baxımından  pritça  dərin  «dini»  və  əxlaqi 
mövzulara meyl edir; 
4. Pritça  yüksək  kateqoriyalardan  çıxış  edir.  Bütün 
bunlar roman-pritçaya təsir göstərir. 
Pritçanın  «ibrətamizliyi»  kimi  fəlsəfi  ümumiləşdirmə-
lərin  yüksək  səviyyədə  roman-pritçaya  transformasiyası 
yazıçının fəlsəfi düşüncələrinin üstünlüyünün nəticəsi olur. 
Müəlliflərin  pritça  janr  strukturuna,  o  cümlədən  ro-
man-pritça formatına müraciət etmələri təqdim olunan im-
kanların müəlliflər üçün əlçatmaz olmasına əsaslanır 
21
. İlk 
növbədə,  bu  həyat  və  ümumbəşər  dəyərlərin  problemləri-
nə, xeyirin şərlə mübarizəsinə və s. müraciət edilməsidir. 
Məsələn,  Azərbaycan  yazıçısı  Kamal  Abdullanın 
«Sehrbazlar dərəsi» (2006) romanında sufi fəlsəfi ənənəsi-
nin müəllif ideyasına tabeliyini görürük. «Sehrbazlar dərə-
si»  –  bu  əsərdə  dünyəvi  ehtirasların  heçliyi,  bütövlükdə 
natamam cəmiyyətin və insanın mənasızlığı problemi qal-
dırılır. «Sehrbazlar dərəsi» «ümumbəşəri» və zaman xari-
cində olan mənaaltı daşıyır ki, əsər haqqında roman-pritça 
kimi  danışmağa  imkan  verir,  hətta  buna  baxmayaraq, 
müəllif əsərin adına roman-fantaziya kimi izahat verir. 
Pritçadan fərqli olaraq, roman-pritçada təhkiyə qısa de-
yil.  Roman-pritçanın  faktlarla  dolu  planı  bir  çox  detalları 
bürüyür, inkişaf etmiş və mənalı olur. Eyni zamanda, prit-
                                                 
21
 Кечерукова М.А.  Жанровая  специфика  и  проблематика  рома-
нов - притч  Уильяма  Голдинга  1950-1960-х  годов.  Автореферат 
диссертации  на  соискание  ученой  степени  кандидата 
филологических наук. Санкт-Петербург. 2009. С. 9-10. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə