Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə59/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

 
121 
sorağı verir. Adi şüura elə gəlir ki, nəsnədə anlayışın söylədiklərindən başqa heç nə yoxdur, deməli, 
nəsnənin anlayışını tapanda nəsnəni tam bilmiş olursan. 
Buradan Şopenhauer maraqlı bir sonuc çıxarır: adi şüur, anlayışlarla işləyən bilinc hər şeyi çox tez 
tükənmiş sayır. Rast gəldiyi nəsnəyə çox tez marağı sönür, ona görə də təmiz seyrlə məşğul ola bilmir. 
Təbiət mənzərələrinə, bədii əsərlərə baxanda elə hesab edir ki, anlayışların sayəsində onları tükənənəcən 
mənimsəyib. Ona görə də adi adamların təbiətin qoynunda uzun-uzadı qalmağa hövsələsi çatmır. Onlar 
təbiətdə darıxırlar. 
Dahilik anlayışsız tamaşa etmə olduğu üçün hər nəsnədə sonsuzluğa dalır. Kantdan sonra bilirik ki, 
estetik ideya da bir anlayışa sığmır. Ona görə də Şopenhauer belə hesab edir ki, dahilik yalnız incəsənətdə 
olur. 
Şopenhauer gülüşün səbəbləri haqqında 
 
Bu alman filosofu dahiliyə əngəl olan anlayışlarla düşünməkdən danışırdı ki, anlayışları tənqid etsin. 
Daha sonra həmin tənqid Şopenhauerin gülüş haqqında söylədiklərindən yeni materiallar qazanır. 
Filosofun fikrincə gülüş gördüyün hadisə ilə ona aid saydığın anlayış arasında qəfil uyğunsuzluğun 
ortaya çıxmasından doğur. Sən bir olayı, nəsnəni hansı bir cəhətdənsə filan anlayışa bağlayırsan və birdən 
də görürsən ki, onlar bu anlayışa heç cürə uyğun deyillər. Doğrudan da bəzən niyə Molla Nəsrəddinin 
etdikləri bizi güldürür? Biz Mollanı «müdrik adam» anlayışında düşünürük və sonra isə gülməcədən bəlli 
olur ki, etdiklərinə görə o müdrik-filan anlayışına heç uyğun deyil. 
Gülüşü törədənlərin bir növü hazırcavablıqdır. Hazırcavab bir-birindən uzaq duran, bir-birinə dəxli 
olmayan kimi görünən iki hadisəni bir anlayışda birləşdirib eyniləşdirəndir. Örnək üçün Şopenhauerin 
özünün haradasa dediyi hazırcavab sözləri yada salaq: «Kitab da güzgüdür, eşşək ona baxanda özünü 
mələk kimi görə bilməz». 
Bu deyimdə kitabla güzgünün eyniləşdirilməsi, kitabı oxuyanla şəklinə güzgüdə baxan heyvərə adamın 
eyniləşdirilməsi deyimi hazırcavab, duzlu edir. 
Gülüşü törədənlərin başqa dürü: anlayış özünə uyğun nəsnə ilə filan cür davranmağı düzgün edir, 
məsələn, «yemək» anlayışı yeməli şeyləri yeməyi təbii bir iş kimi anladır. Sonra kimsə yanlış olaraq hansı 
bir obyektisə yeməli şey anlayışına uyğun sayıb yeməyə başlayanda və bəlli olanda ki əslində, həmin obyekt 
yeməli deyil, buradan da gülüş doğur. 
Şopenhauerə görə, bu axırıncı uyğunsuzluq həm gülüşün, həm də axmaqlığın əsasında durur, ona görə 
də çox vaxt axmaqlıq da adamları güldürür. Şopenhauer göstərir ki, axmaqlığın bir növü də işdə, əxlaqda 
pedantlıqdır. Pedant bütün etdiklərində ağılı rəhbər tutmaq istəyir. O bilmir ki, anlayışlar mücərrəd, kəskin 
çərçivəli olduqları üçün onlara aid hadisələrin bütün çalarlarını, incəliklərini, dəyişmələrini nəzərə ala 
bilmir. Ona görə də anlayışdan çıxış edən, heç bir reallığı nəzərə almayan pedantın etdiklərində dünya ilə 
anlayışların uyğunsuzluqları ortaya çıxır. Məsələn, pedant əxlaqi ideal olan «doğruçulluq» anlayışından 
çıxış edib, xəstəni aldatmır, onun bu gün-sabah öləcəyini xəbər verir. Buna görə də danlaq eşidəndə 
doğruçulluq əqidəsinə xəyanət edə bilməməsi ilə özünü təmizə çıxarır. 
 
 
Şopenhauer iradə problemindən gözəlliyə,  
ülviliyə necə çıxır? 
 
Gülüşdən sonra başqa estetik hadisələr haqqında Şopenhauerin anlatdıqlarına baxaq. O soruşur: nəyə 
görə işıq, nur güclü estetik, etik təsirlər göstərir? Doğrudan da bir çox mədəniyyətlərdə işıq gözəlliyin 
bilinməsi kimi sevilir, nur əxlaqi saflıqla anışır.  
Verdiyi sualın cavabını Şopenhauer belə açıqlayır: çünki görülən, eşidilən, dadılan, toxunulan bir çox 
şeylər duyu orqanlarında xoşnutluq və ya pis hal yaratmaqla iradəmizi fəallaşdırır, işıq isə orqanlara belə 
fizioloji təsir göstərmədiyi üçün iradədən, istəmdən arınmış təmiz bilim, idrak halını xatırladır. Bu açıqlama 


 
122 
filosofun gözəlliyi anlatmasına açar olur. Gözəl o nəsnədir ki, seyrində bizim istəmimizi, iradəmizi 
dəbərtmir, çağırmır. Gözəlliyin qavrayışı təmiz tamaşadır. 
Yadınıza salın, Kant gözəlliyin qavrayışını umacaqsız seyr adlandırırdı, Şopenhauer isə umacaqsızlığı öz 
fəlsəfəsi əsasında yeni mənada yozur. İnsanda istəyib etmə (iradə, istəm) enerjisi sönəndə umacaqsız 
qavrayış baş verir? Şopenhauer göstərir ki, ucamanlıq da insanın istəmini söndürür. Ucamanlığın 
möhtəşəm, azman görünüşü iradəni öz nəhəngliyi ilə hədələyir. İnsan bədəni ki, istəmin obyektləşməsidir, 
ucamanlığın yanında, qarşısında öz zəifliyini görür. Deməli, ucamanlıq öz gücü ilə iradəni söndürür. 
Sözsüz, estetik qavrayışda ucamanlıq təmiz tamaşanın hədəfi olur, bu isə o deməkdir ki, təmiz tamaşada 
ucamanlığın qorxuncluğu, iradəni kiçiltməsi, gerçək dağıdıcı təhlükə kimi yox, ideya kimi qavranılır. 
 
 
Şopenhauer incəsənət haqqında 
 
Bu alman filosofu sənətdə yaradılan görkləri təmiz tamaşaya çağıran başlanğıclar hesab edir. Sənətkar 
özünün tamaşa obyektini məkandakı və zaman cərəyanındakı səbəb-nəticə sıralanmasından çıxarır və 
onları dünyadakı dəstə-dəstə şeylərin, hadisələrin örnəyinə çevirir. Beləliklə, hər obraz Platonun haqqında 
danışdığı ideyalar aləminə bir pəncərə olur. Sənətkarın yaratdığı görklər ona görə ideyaya yaxın olur ki, o 
hər obrazı dünyadakı təsadüfi, önəmsiz cəhətlərdən təmizləyir. 
Görürsünüzmü, bir çox estetik öyrətilərə görə incəsənət dünyada olanları anlayıb-anlatmaqla məşğul 
olur. Şopenhauer üçünsə sənət olanlardan yuxarıda duran, əsl mahiyyətləri özünə yığmış ideyaların təmiz 
seyrinə dalmaq üçün bizləri gərəkli duruma, şəraitə salır. 
Sənət öyrənəndə də görüntülərin arxasında durmuş Dünya İstəminin necə obyektləşməsini anladır. 
Məsələn, memarlıq Şopenhauerə görə, Dünya İstəminin nəsnələşməsinin (obyektləşməsinin) ən aşağı 
pilləsini anlayıb-anlatmaqdır. Bu pillədə istəyib-etmə maddi kütlənin kar və kor, bilincsiz canatımını 
törədir. Ancaq elə bu qatda da İstəm nəsnələşəndə cisimlərdə, maddədə ikiləşir, bir-birinə qarşı duran 
tərəflərə bölünür. Memarlıq bunu maddə kütləsinin ağırlığı və çeviksizliyi ilə onların arxitektura 
formalarında çevik ritmə salınmasının ziddiyyətində göstərir. 
Faciə Dünya İstəminin özü-özü ilə ziddiyyətdə didişməsini ən yüksək pillədə, insan iradələrinin 
çarpışmasında dəhşətli ölçülərdə və tam aydınlığı ilə üzə çıxarır. 
Musiqi haqqında Şopenhauer söyləyir: bas tonuna yaxın səslər Dünya iradəsinin obyektləşməsinin aşağı 
pilləsini açır. Bu pilləni qeyri-üzvi aləm tutur. Melodi oxuyan səs İradənin obyektləşməsinin yuxarı pilləsini, 
- insanı bildirir. 
Beləliklə, Şopenhauerin estetikası ilə də tanış olandan sonra biz nəyi görürük? Onu görürük ki, sistem 
düzəldən özündən öncəki filosoflar kimi o da tapdığı başlıca metafizik ideyanı, - dünyanın İstəm və 
görüntü olmasını götürüb onu etika, estetika problemlərindən keçirir. Onun əsasında yeni etik-estetik 
nəzəriyyələr düzəldir. 
 
 
Freyd, Psixoanaliz, incəsənət< 
 
Freydin Psixoanalizi 
 
Bir nəfər yazmışdı: XX yüzilin necəliyinə üç yəhudi əl qoyub, - Marks, Freyd, Eynşteyn. Eynşteyn isə 
Freydə məktubunda onun tapdıqlarını özünün tapdıqlarından qat-qat artıq sayırdı. Bəlkə də ona görə ki, 
Eynşteynin fikrincə insanın iç dünyasına baxanda dişarı dünyanı öyrənmək xeyli asandır. 
Freyd isə, ideyalarını ortaya atanda, Avstriya (onun vətənidir) camaatının çoxu onu əxlaqsızlıq gətirən, 
pozğunluqlara baş vuran alim saymışdı. İndinin özündə də ucundan-qulağından eşitdikləri əsasında Freydi 
əxlaqsızlıqla bağlayanlar az deyil. Məntiq belədir: indi ki Qərbdə seksual devrim Freyddən də olmasa, onun 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə