“Nəyi? Necə? Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə edilməsi” Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 10,01 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix15.11.2018
ölçüsü10,01 Mb.
#79842
1   2   3   4   5   6   7   8   9   10   11

Bundan  əlavə  komandanın  hər  bir  üzvünü  əvəz  edəcək 

dublyorun olması da vacibdir (planlaşdırma zamanı 24 saatlıq iş 

rejimini və ya komandanın hər hansı bir üzvünün iş qabiliyyətini 

itirməsini nəzərə alaraq). Komandanın vacib funksiyası isə böhran 

zamanı ilkin və yeganə informasiya qaynağı olmaqdır.

Digər  önəmli  məsələ  isə  komandanın  iş  məkanının  lazımı 

avadanlıqlarla  təchiz  edilməsidir.  (kompüter,  modem,  su-

rətçıxarma  aparatı,  faks,  foto-aparat,  diktafon  və  s.)  Mətbuata 

informasiya  ötürülməzdən  əvvəl  mütləq  rəhbərlik  onunla  tanış 

olmalı, məlumatı təsdiqləməlidir. 



Böhran zamanı məlumatların ötürülməsi

İnformasiya kimə verilir?

Hədəf auditoriyasının xüsusiyyəti 

Böhran  zamanı  bütün  KİV  orqanları  eyni  informasiyanı 

almalıdırlar.  Lakin  ən  yaxşısı  budur  ki,  ictimaiyyətin  müxtəlif 

dairələrinə informasiya çatdırmaq üçün xüsusi hazırlıq görülsün. 

Heç kəsə sirr deyil ki, hədəf almadan atəş açmaq, döyüş sursatını 

boşuna  sərf  etmək  deməkdir.  İnformasiya  ötürərkən  yadda 

saxlamaq  lazımdır  ki,  qurumu  təmsil  edərək  siz  öz  maraq  və 

problemləri  olan  konkret  insanlarla  işləyirsiniz.  Onlarla  mak-

simal adekvat ünsiyyət tərzi tapmaq lazımdır. İnformasiya bütün 

ictimaiyyətə  ötürülərkən  insanlar  onu  şəxsi,  bilavasitə  öz 

ünvanlarına  qəbul  edə  bilər.  Öncəki  bölmələrdə  qeyd  etdiyim 

kimi  hədəf  qruplarının  nə  eşitmək  istədiklərini  müəy-

yənləşdirmək  lazımdır.  Maraqlı  tərəflərlə  dialoq  qurmağı  da 

unutmaq  olmaz.  Bu  sıraya  aksioner,  sərmayədar,  maliyyəçi, 

təşkilatın əməkdaşları, dövlət qurumları və s. aid etmək olar.

25



İnsan psixologiyasına xas xüsusiyyətlərdən biri də hadisələri 

oxşar hadisələrlə müqayisə edərək qəbul etməkdir. Böhranı bir 

dəfə  başqa  aktyorlar  tərəfindən  oynanılmış  tamaşa  kimi  qəbul 

edərək  çıxış  yolları  axtarmaq  insan  psixikasını  sakitləşdirir. 

Yəqin  ki,  istənilən  hər  hansı  bir  qurumda  baş  verən  anoloji 

böhran,  digər  qurumda  da  nə  vaxtsa  baş  verib  və  ondan  çıxış 

yolları tapılıb. Uğurlu paralellərin aparılması insanları heç də hər 

şeyin  bərbad  olmadığına  inandıracaq.  Məsələyə  başqa  cür  də 

yanaşa bilərik. A4 formatlı bir vərəq götürüb, onu tən ortadan iki 

hissəyə  bölürük.  Bir  hissədə  hazırda  mövcud  olan,  aktual 

problemli  vəziyyəti,  digər  hissəyə  isə  daha  çətin  problemli 

vəziyyəti yazırıq. Bu bölgünün özü baş verənləri qəbul etməyi, 

anlamağı asanlaşdıracaq.

Bundan  əlavə  ictimaiyyət  təşkilatın  problemi  aradan 

qaldırmaq  üçün  göstərdiyi  səyləri  qiymətləndirməlidir.  Bunun 

üçün isə görülən tədbirlər, çətinliklər, uğurlar barədə ictimaiyyət 

məlumatlandırılmalıdır. Qərbin böhran menecerləri hesab edir ki, 

böhran  haqda  düşünmək,  ölüm  barədə  düşünməyə  bərabərdir. 

Çünki gec-tez hər iki hadisə istənilən vaxt baş verə bilər. Hər bir 

təşkilat  rəsmisi  bilməlidir  və  rəhbərlik  etdiyi  qurumun 

əməkdaşlarına da anlatmalıdır ki, böhran haqda düşünmək zəiflik 

və qorxu hissindən irəli gəlmir, əksinə, həyatın üzünə qorxmadan 

baxmaq və problemlərlə mübarizə aparmaq istəyindən yaranır. 

Hər  şey  hər  zaman  öz  qaydasında  gedərsə  heç  vaxt  uğur  əldə 

etmək  mümkün  olmayacaq.  Böhranın  baş  verdiyinə  tam  əmin 

olmadan hay-küy qaldırmaq da lazım deyil. Təmkin və sakitlik 

vacib xüsusiyyətlərdəndir. Ən başlıca vəzifə təlaş və narahatçılıq 

şəraitində öz fikirlərinizi qaydaya salmaq və onları lazımı, düz-

gün istiqamətə yönəltməkdir. Emosiyalara sizin rəftarınızı idarə 

etməyə  icazə  vermək  olmaz.  Bu  cür  yanaşmada  güc  və  enerji 

birləşir.  Qaranlıq  fikir  və  təlaş  əhval-ruhiyyəsi  problemin 

həllindənsə  əksinə,  onun  dərinləşməsinə  gətirib  çıxara  bilər. 

Bütün gücünüzün səfərbər edilməsinə nail olmaq lazımdır. Yalnız 

bu  cür  böhranın  psixoloji  tərəfini  də  öz  xeyrinizə  yönəldə 

bilərsiniz.

Böhran psixologiyası

26



Böhran şəraitində  nüfuzun qorunması və möhkəmlənməsinə 

xüsusi diqqət ayrılmalıdır. Bəzən təşkilat rəhbərləri yanlış olaraq 

hesab edir ki, nüfuz özü-özlüyündə yaranır və onun qorunması 

üçün nə vaxt, nə də vəsait sərf etmək lazımdır. Lakin tam əmin ola 

bilərsiniz ki, məhz böhran şəraitində təşkilatın illərlə qazandığı 

etibar və nüfuz məhv ola bilər.  

   Nüfuzun qorunması problemi haqda danışarkən qeyd etmək 

lazımdır  ki,  nüfuz,  bütün  istiqamətlərdə  (rəqiblərin,  dövlət 

strukturlarının,  istehlakçıların  və  şəxsi  personalın  gözü 

qarşısında) möhkəmləndirilməlidir.

   İndi isə böhran zamanı nüfuzun möhkəmləndirilməsi üçün 

vacib olan bir sıra amilləri nəzərdən keçirək:

Ш

İstənilən  təşkilatın  informasiya  siyasəti  formalaşdırı-



larkən  bütün  rəhbər  heyətin  vahid  informasiya  siyasəti  apar-

masına nail olmaq vacibdir. Bunun üçün ilk növbədə mətbuata 

informasiya  ötürmə  qaydaları,  sözçülük  modelləri  hazırlan-

malıdır. Hər iki sənədin hazırlanmasında beynəlxalq təcrübədən 

istifadə etmək çox faydalıdır. Təcrübədə sözçülər qrupunun bir 

neşə  modellərindən  istifadə  edilir.  Bu  modellərə  “sentralizə”, 

“qismən sentralizə” və "desentralizə" modelləri aid edilir.

Ш

Sentralizə  modelinə  -  Rəhbər  heyətin  üzvləri  və 

Kommunikasiya direktoru daxildir;

Ш

Qismən  sentralizə  modelinə  -  Rəhbər  heyətin  üzvləri, 

Baş direktorlar və Kommunikasiya direktoru daxildir;

Ш

Desentralizə  modelinə  -  Rəhbər  heyətin  üzvləri,  Baş 

direktorlar, Kommunikasiya direktoru, Departament direktorları, 

həmçinin xüsusi layihə rəhbərləri daxildir.

Ш

Mətbuata  informasiya  ötürülmə  qaydalarında 

aşağıda qeyd edilən məsələlər öz əksini tapmalıdır:

Böhran zamanı nüfuzun qorunması

27



Yüklə 10,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə