“Nevrologiya”



Yüklə 344,5 Kb.
səhifə2/5
tarix23.09.2018
ölçüsü344,5 Kb.
#70337
növüMühazirə
1   2   3   4   5

Dİaqnostİk Radİologİya

Peşə bilikləri:

    1. Sinir sistemi patologiyasının KT, MRT müayinə üsullarının ümümi prinsipləri;

    2. KT, MRTmüayinə üsularının aparılması üçün dəqiq göstəriş və əks-göstərişləri;

    3. Nevrologiyada nüvə metodlarının klinik istifadəsi və məhdudiyyətləri;

    4. Sinir sisteminin angioqrafiyası, göstəriş və əks-göstərişlər:

    5. Ultrasəs müayinəsinin aparılması, nevrologiyada USM-nin tətbiqi xüsusiyyətləri;

    6. Radiasion fizika və radiasion təhlükəsizlik prinsiplərinə yiyələnmək;

    7. Nevroloji xəstəliklərdə diaqnostik və terapevtik radiologiyanın məntiqli, faydalı və ekonomik istifadəsini bilməlidir.

Peşə bacarıqları:

    1. Radiasion müayinələrin interpretasiyası (normal şəkili və patologiya);

Həkim-nevroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    1. Sinir sisteminin KT və MRT müayinələri 50 (As/İ)

    2. Mərkəzi sinir sisteminin angioqrafiyası 10 (As/İ)

    3. USM. Neyrosonoqrafiya 25 (As/İ)

  1. neyrooftalmologİya

Peşə bilikləri:

    1. Sinir sistemi patologiyası zamanı neyrooftalmoloji sindromlar;

    2. Oftalmoloji üsullardan istifadə etməklə görmə siniri, gözün hərəki sinirlərinin funksiyalarının öyrənilməsi və patoloji dəyişikliklərin aşkar edilməsi;

    3. Neyrooftalmoloji patologiyalar zamanı erkən diaqnostika, müalicə və reabilitasiya üsullarının mənimsənilməsi;

Peşə bacarıqları:

    1. Göz dibinin, görmə sahəsinin, görmə itiliyinin, rəng duyğusunun müayinəsi və interpretasiya (norma və patologiyada);

    2. Vizual törədilmiş potensiallar üsulunun nevroloji praktikada tətbiqi və nəticələrin dəyərləndirilməsi;

Həkim-nevroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    1. Göz dibinin müayinəsi 50 (As/İ)

    2. Görmə itiliyinin, görmə sahəsinin, rəng duyğusunun müayinəsi 50 (As/İ)

    3. Vizual törədilmiş potensiallar üsulu və nəticələrin interpretasiyası 25 (As/İ)

  1. Otonevrologİya

Peşə biliklərı:

    1. Otonevroloji müayinə üsulları (kamerton, kalorik sınaqlar, Barani masası, audioqramma), onların praktikada istifadəsi prinsipləri;

    2. Vestibulyar disfunksiyanın əsas əlamətləri. Vestibulyar analizatorun müayinə üsulları. Elektronistaqmoqrafiya. Nistaqm və onun differensiasiyası;

    3. Vestibulyar disfunksiyanın müalicə və profilaktikası prinsipləri;

    4. Eşitmə törədilmiş potensiallar üsulunun nevroloji praktikada tətbiqi və nəticələrin dəyərləndirilməsi

Peşə bacarıqları:

    1. Otonevroloji müayinə üsulların klinik tətbiqi və nəticələrin interpretasiyası;

    2. Eşitmə və vestibulyar disfunksiyasının müalicə və profilaktikası yolları.

Həkim-nevroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    1. Eşitmə törədilmiş potensiallar üsulu və nəticələrin interpretasiyası 10 (As/İ)

  1. Təhsİlİn məzmununa və səvİyyəsİnə qoyulan mİnİmum tələblər

    1. Peşə fəaliyyətinin xarakteristikası

Həkim - nevroloq dərin fundamental və kliniki peşə hazırlığı tələb edən müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə etməklə əhaliyə ixtisaslaşmış nevroloji yardımın göstərilməsinə hazır olmalıdır.

      1. Həkim-nevroloqun peşə fəaliyyətinin əsas istiqamətləri:

  • praktiki tibbi;

  • elmi-tədqiqat;

  • təşkilati-inzibatçılıq;

  • elmi-pedaqoji sahə üzrə.

      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:

        1. praktik tibb sahəsi üzrə: (ÜFR-01. və PFR-01 — PFR-15. bəndlər aiddir)

        2. elmi-tədqiqat sahəsi üzrə:

  • nevroloji xəstəliklərin inkişafında tibbi-sosial amillərin rolunu qiymətləndirmə üsullarını bilməlidir;

  • elmi-tədqiqat işlərini planlaşdırmalıdır;

  • tədqiqat mövzusunun seçilməsini bacarmalıdır;

  • elmi-tədqiqat işini aparılmalıdır;

  • elmi-tədqiqat işinin nəticələrinin təhlil etməlidir;

  • alınmış nəticələrin praktik əhəmiyyətini və onun tətbiqi imkanlarını müəyyənləşdirməli, nəşr materiallarının hazırlanmasında iştirak etməlidir.

        1. təşkilati-inzibatçılıq sahəsi üzrə:

  • səhiyyə sistemində qəbul edilmiş normativ sənədlərdən (Azərbaycan Respublikasının qanunlarını, texniki reqlamentləri, beynəlxalq və milli standartları, əmrləri, tövsiyələri, beynəlxalq vahidlər sistemini, fəaliyyətdə olan beynəlxalq təsnifatları) istifadə etməyi, həmçinin tibbi müəssisələrin işinin keyfiyyətini və effektivliyini qiymətləndirmək üçün aparılmış sənədləşmələrdən istifadə etməyi bacarmalıdır.

  • nevrologiya sahəsinin təşkilati quruluşunu, tibbi yardım göstərən müxtəlif tibbi müəssisələrin idarəçilik fəaliyyətini bilməli, müəssisələrin struktur bölmələrinin (ixtisas profilinə görə) iş göstəricilərini təhlil etməli, xəstələrə (nevrologiya ixtisası profilinə görə) tibbi xidmətin göstərilməsində müasir tibbi-təşkilati və sosial-iqtisadi texnologiyaların səmərəsini qiymətləndirməyi bacarmalıdır.

  • peşə səriştəsinin formalaşması üçün professional biliklər, bacarıqlar, vərdişlər sisteminə yiyələnməlidir.

        1. elmi-pedaqoji sahə üzrə:

  • orta tibbi ixtisas təhsil müəssisələrində və baza ali tibbi təhsilin səviyyəsində ixtisasa uyğun olaraq tədris edə bilər (mühazirə oxumağı, seminar aparmağı, laboratoriya işləri və s.)

    1. 060914 - «Nevrologiya» ixtisası üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları (Əlavə 2-də illər üzrə açıqlanır).



Fənn bölümünün kodu

Fənn bölümünün (tematik rotasiyasının) adı (bilik, bacarılıq və vərdişlər baxımından)

Kreditlərin sayı

Qazanılması nəzərdə tutulan kompetensiyaların kodları

Ümumi hazırlığı fənnləri:

5




ÜFR-01

Baza təhsili

2

ÜFR-01.01—ÜFR-01.08

ÜFR-02

Klinik biokimya

3

ÜFR-02.01—ÜFR-02.03

Peşə fənnləri və rotasiyaları:

210




PFR-01

Sinir xəstəliklərinin propedevtikası

35

PFR-01.01—PFR-01.15

PFR-02

Klinik nevrologiya

47

PFR-02.01—PFR-02.29

PFR-03

Ambulator nevrologiya

12

PFR-03.01—PFR-03.06

PFR-04

Təxirəsalınmaz nevrologiya

11

PFR-04.01—PFR-04.16

PFR-05

Pediatrik nevrologiya

16

PFR-05.01—PFR-05.09

PFR-06

Elektroensefaloqrafiya (EEQ)

14

PFR-06.01—PFR-06.08

PFR-07

Elektromioqrafiya (EMQ) və digər müayinə üsulları

10

PFR-07.01—PFR-07.07

PFR-08

Daxili xəstəliklər

10

PFR-08.01—PFR-08.16

PFR-09

Psixiatriya

15

PFR-09.01—PFR-09.13

PFR-10

Neyrocərrahiyyə və neyrotravmatologiya

10

PFR-10.01—PFR-10.13

PFR-11

İntensiv terapiya və reanimasiya

10

PFR-11.01—PFR-11.26

PFR-12

Diaqnostik radiologiya

5

PFR-12.01—PFR-12.11

PFR-13

Neyrooftalmologiya

10

PFR-13.01—PFR-13.08

PFR-14

Otonevrologiya

5

PFR-14.01—PFR-14.07

Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü

10




Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi)

10




Dövrü və yekun attestasiya

5




Cəmi

240




    1. 060916 – “Nevrologiya” iхtisası üzrə rezident hazırlığını təmin edən auditoriyada olan təhsil prоqramının strukturu və əsas hazırlıq mövzuları, dörd il ərzində saatlarla (Əlavə 1-də illər üzrə açıqlanır).

      Əsas tədris fənnləri/mövzuları

      MH

      SM

      TM

      ÜHM

      Ümumi hazırlığı mövzuları:










      ÜHM – B 01

      Səhiyyə sisteminin təşkilinin əsasları

      2

      2

      2

      ÜHM – B 02

      Tibbi statistika və informatika

      2

      2

      4

      ÜHM – B 03

      Klinik biokimya

      4

      4

      4

      PHM

      Peşə hazırlığı mövzuları:










      PHM – B 03

      Sinir sisteminin anatomiya, fiziologiya və patologiyası

      8

      8

      8

      PHM – B 04

      Nevrologiyada müayinə üsulları: EEQ, EMQ

      10

      8

      8

      PHM – B 05

      Lümbal punksiya və digər müayinə üsulları

      4

      6

      6

      PHM – B 06

      Sinir xəstəliklərinin propedevtikası

      28

      24

      24

      PHM – B 07

      Təxirəsalınmaznevrologiya

      10

      10

      10

      PHM – B 08

      Ambulator nevrologiya

      8

      8

      8

      PHM – B 09

      Sinir sisteminin damar xəstəlikləri

      30

      30

      24

      PHM – B 10

      Sinir sisteminin iltihabi xəstəlikləri (meningit, ensefalit, ensefalomielit, neyrosifilis, QİÇS və s.)

      20

      16

      16

      PHM - B 11

      Periferik sinir sisteminin xəstəlikləri

      16

      16

      16

      PHM - B 12

      Vegetativ sinir sisteminin xəstəlikləri

      14

      14

      14

      PHM - B 13

      Neyrocərrahiyyə və neyrotravmatologiya

      10

      10

      10

      PHM - B 14

      Nevrologiyada klinik farmakologiya

      8

      6

      6

      PHM - B 15

      Epilepsiya

      28

      28

      24

      PHM - B 16

      Sinir sisteminin somatogen zədələnmələri

      8

      8

      8

      PHM - B 17

      Sinir sisteminin degenerativ xəstəlikləri, prion xəstəliklər

      8

      8

      8

      PHM - B 18

      Sinir sisteminin demielinləşmə xəstəlikləri

      12

      12

      8

      PHM - B 19

      Sinir-əzələ sisteminin xəstəlikləri

      12

      12

      8

      PHM – B 20

      Piramid və ekstrapiramid sistemin xəstəlikləri

      12

      14

      8

      PHM – B 21

      Tibbi genetika

      10

      10

      8

      PHM – B 22

      Uşaq sinir xəstəlikləri

      20

      20

      10

      PHM – B 23

      Daxili xəstəliklər

      6

      8

      6

      PHM – B 24

      Psixiatriya

      8

      8

      10

      PHM – B 25

      İntensiv terapiya və reanimasiya

      10

      10

      10

      PHM – B 26

      Neyrooftalmologiya və otonevrologiya

      10

      8

      6

      PHM – B 27

      Diaqnostik radiologiya

      8

      8

      4

      Cəmi




      326

      318

      276

    2. 060914 – “Nevrologiya”ixtisası üzrə həkim-rezidentin təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Ümumi həftələrin sayı – 209 həftə

- əmək məzuniyyəti – 16 həftə

- təlim həftələrinin sayı – 193 həftə

o cümlədən:

- kliniki təlim (praktiki və kliniki iş) – 164 həftə

- nəzəri təlim –20 həftə

- təcrübələr (elmi-tədqiqat ) –4 həftə

- attestasiyalar – 5 həftə

- növbətçilik - ayda 4 dəfədən az olmayaraq

3.4.1. Hazırlığın son ilində həkim-rezident ixtisas üzrə 3 aylıq müddətinə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş respublikanın tibb müəssisələrinin birində sərbəst stajorluq keçməlidir.



  1. Maddİ-texnİkİ, tədrİs bazası və kadr potensİalı

    1. 060914 - «Nevrologiya» ixtisası üzrə təhsil proqramına müvafiq tərtib edilmiş tədris planında nəzərdə tutulan həkim–nevroloqun hazırlanması üçün Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil və elmi tibb müəssisələri, habelə aparıcı klinikalar nevroloji xəstələrin diaqnostikasının, müalicə və profilaktikasının aparılmasını təmin edə biləcək yüksək səviyyəli maddi-texniki bazaya malik olmalıdır.

    2. Nevrologiya üzrə Təhsil Proqramı Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil, elm müəssisələri və aparıcı klinikalarda aparıcı mütəxəssislər (rəhbər-kuratorlar) tərəfindən əyani formada aparılır.

    3. Həkim- nevroloqun hazırlığına rəhbərlik edən kuratorlara qoyulan tələbər:

      1. Peşə vərdişlərinə yiyələnməsini təmin etmək üçün praktiki təcrübəsi 5 ildən çox olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılır.

      2. Tədris olunan nəzəri mövzularıali təhsil müəssisəsinin elmi dərəcəsi və (və ya) elmi adı olan professor-müəllim heyəti tədris edir.

      3. Rezidentin elmi-tədqiqat işinə qarşılıqlı razılığı əsasında ali təhsil və ya elmi-tədqiqat müəssisəsinin heyəti rəhbərlik edə bilər.

    4. Rezidentin rotasiyalar keçdiyi müəssisələrin maddi-texniki bazalarına qoyulan tələblər:

      1. İntensiv terapiya və reanimasiya rotasiyası.Ekspres-laborator avadanlığı, defibrillyator “demand” rejimi ilə, monitor elektrokardioskopiya, EKQ, müvəqqəti daxili və xarici peysmeyker, süni tənəffüs apparatı və zəruri vasitələr, Valdman apparatı.

      2. Təxirəsalınmaz nevrologiya rotasiyası.Ekspres-laborator avadanlıq. Proqramlaşdırılmış defibrillyator “demand” rejimi ilə, mərkəzləzmiş monitor elektrokardioskopiya, EKQ, müvəqqəti daxili və xarici peysmeyker, süni tənəffüs apparatı və zəruri vasitələr, Valdman apparatı, Exo-KQ, EEQ.

      3. İnstrumental rotasiyalar

        1. Elektroensefaloqrafiya.EEQ, Video-EEQ-monitor, funksional sınaqlar zamanı EEQ; müayinənin aparılması üçün zəruri avadanlıq.

        2. Exoensefaloskopiya . Exoensefaloskopiya. Braxiosefal, qara ciyər, böyrək və digər damarları müayinə etmək üçün zəruri avadanlıq.

        3. Elektromioqrafiya. Qlobal, stimulyasion, iynəli EMQ üçün zəruri avadanlıq.

        4. Ultrasəs doppleroqrafiyası. USDQüçün müasir avadanlıq (ekstrakranial və transkranial damarların dupleks-müayinə rejimi daxil olmaqla).

        5. Diaqnostik radiologiya üzrə rotasiya.Rəqəmsal rentgen-avadanlıq,16 və artıq kəsikdə KT müayinəsini aparmaq üçün zəruri avadanlıq və nevroloji proqram təminatı. 1,5 və artıq Teslalı MRT avadanlıq və nevroloji proqram təminatı. PET müayinəsini aparmağa imkanı olarsa onun üçün zəruri avadanlıq olmalıdır. Angiografik müayinələri aparmaq üçün zəruri avadanlıq, beyin damarlarının angioqrafiyası üçün lazımi proqram təminatı.

      4. Neyrocərrahiyyə və neyrotravmatologiya üzrə rotasiya.Lümbal və oksipital punksiyalar, sinir sistemi xəstəlikləri üzrə cərrahi müdaxilələr üçün otaq, mədəciklərin şuntlanması, sonrakı intensiv terapiya üçün avadanlıq.

      5. Yüklə 344,5 Kb.

        Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə