NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

 
 
 
Əgər Xızr isəmü sən abi-heyvan,  
Nigara, camü lə’lin ləbləridir. 
 
Məhəmməd Mustafa qazi olan gün,  
Nəsimi dərməqami-heydəridir.  
(səh. 37) 
 
*** 
 
(məfA’ilün məfA’ilün fə’Ulün) 
 
Cəmalın sirri-qur’an mənzilidir. 
Dodağın abi-heyvan mənzilidir. 
 
Əlül-ərş istiva gördüm yüzündə  
Ki, yüzün ərşi-rəhman mənzilidir. 
 
Bihəmdüllah mənim könlümdə daim, 
Xəyali-cani-canan mənzilidir. 
 
Könüldə eylədim, cana, məqamın 
Qonarsan, qon ki, mehman mənzilidir. 
 
Saçın küfründə hər kim kafir oldu, 
Yəqin bildi ki, iman mənzilidir. 
 
Qapudan keçmə ki, xovf eylədi yel,  
Çu bildigim Süleyman mənzilidir. 
 
Gəl, ey Seyyid Nəsimi, arif ol kim,  
Cahan çün əhli-ürfan mənzilidir. (səh. 38) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Ər kişinin sorma adın, izzətindən bəllidir,  
Söhbəti-ürfan görənlər, xidmətindən bəllidir 
 
Həq təala elm içində çünki “simahum” dedi,  
Hər kişinin bax yüzünə, surətindən bəllidir. 
 
Dərvişin pirini sormaq dedilər adət degil
Arifanə yek nəzər qıl, kisvətindən bəllidir. 
 


 
 
Dedilər kim, müddəi sən necə fəhm edəsən, 
Mən dedim ki, ağzı əgrisindən bəllidir. 
 
Hər zərin qəlbi məhəkdən bilinir bəllü bəyan,  
Nətəkim bimari-eşqin illətindən bəllidir. 
 
Ey Nəsimi, cövhəri nadan əlinə vermə kim,  
Cövhəri nadan nə bilsin, qiymətindən bəllidir.   (səh. 39) 
 
 
*** 
 
(məfA’İlün məfA’İlün məfA’İlün məfa’İlün) 
 
Şəha, hüsnün təcəllasi bu təndə can edilmişdir, 
Bu tən içindəki canım şaha qurban edilmişdir. 
 
Mənim torpağım əzzəldən sənin eşqinlə yoğruldu,  
Ayrılmaz ta əbəd andan ətilə qan edilmişdir. 
 
Quruldun, qaşların yayın dolanır can, yürək titrər,  
Atar ğəmzələrin oxun məni nişan edilmişdir. 
 
Nəsimi, fürqanımızdır qaşınla, kiprigin, zülfün,  
Cəmalın, müshəfin hər dəm oxur, bəyan edilmişdir. (səh. 40) 
 
*** 
 
(məf’Ulü fA’ilAtü məfA’İlü fA’ilün) 
 
GülGün rüxün güli-səməni şərmisar edər,  
Yüzün xəyalı gözlərimi laləzar edər. 
 
Mah üzrə əbrə zülfünü dağıtma kim, məni,  
Aşüftə ruzigarü pərişanü zar edər. 
 
Əğyar əlindən ah edərəm, hər nəfəs vəli,  
Cövri həmişə aşiqi-miskinə yar edər. 
 
Zülfün nə damü, ğəmzən nə oxdur ki, gözlərin,  
Aşiqlərini daim onunla şikar edər. 
 
Zülfündə kim ki, görmədi hüsnün qiyamətin,  
Bilməz saçın hesabını, ayruğ şümar edər. 
 
Mə’nidə gərçi canıma ləbin mey içürür.  


 
 
Hüsnün şərabidir ki, məni biqərar edər. 
 
Gəlgil ki, şəm’ə
 
nari-fərağın hərarəti,  
Kar eyləməz bu rəsmə ki, canıma kar edər. 
 
Ey Çin nigari nəqşinə heyranü məst olan,  
Gəl şol nigari gör ki, nə nəqşi-nigar edər. 
 
Ey aşiqin həyativü ömrü saçı onun,  
Cansızdır ol ki, adını müşki-tatar edər. 
 
Vəsfində hər qaçan ki, Nəsimi açar ağız,  
Şəkkər dilindən axarü göhər nisar edər. (səh. 41) 
 
*** 
 
(müftə’ilün məfA’ilün müftə’ilün məf’Ailün)  
 
Qamətinə əlif deyən, gör nə uzun xəyal edər,  
Kim ki, umar vüsalini arzuyi-məhal edər. 
 
Şol ala gözdən, ey könül ki, saqın uş dedim sənə,  
Uyxuda sanma ani kim, uyxusı yoxdır, al edər. 
 
Zülfünü xaki-rəh kimi saldı ayağı altına,  
Gör necə xəlqi-aləmin ömrünü payimal edər. 
 
Yüzüni göstər, ey sənəm, xəlqi-cəhanə pərdəsiz,  
Ta görələr ki, həq necə sun’ini bərkəmal edər. 
 
Yüzünə, qaşına onun özümü bənzədim deyib,  
Gah dönər ay, bədr olur, gah özünü hilal edər. 
 
Mülk ilə malü, səltənət bir çöpə saymaz, ey sənəm,  
Kim ki, dilər vüsalıni, ya tələbi-cəmal edər. 
 
Şərhi-qəmin Nəsiminin şol gözü, qaşü zülfə sor,  
Gör necə hər biri sənə şərhü bəyani-hal edər. 
   (səh. 42) 
 
*** 
 
(müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün)  
 
Dövri qəmər məlahətin hüsnünə ixtitam edər,  
Yüzünə “vahibüssüvər” xubluğu müstədam edər. 


 
 
 
Lə’li-ləbin vüsalına canilə susadı könül,  
Fikri-məhalə gör necə düşdü, xəyali xam edər. 
 
Aşiqi-sadiqin qanın çün ləbinə həlal demiş,  
Aşiqə vəslini nədən lə’li-ləbin həram edər. 
 
Kimsə cahanda görmədi sübh ilə şam müctəme,  
Gör neçə zülfü arizin vəsləti sübhü şam edər. 
 
Fitnə gözün xumarini zahir əgər qılar isən,  
Ağzına kim alır meyi, kim dəxi fikri-cam edər. 
 
Məhr ilə Mahü Müştəri hüsnünə bəndədir, vəli,  
Sərv ilə sidrə özünü qamətinə qulam edər. 
 
Şərhi-dəhani-yarini kim ki, sorar Nəsimidən,  
Bir söz ilə hekayətin müxtəsərü təmam edər. (səh. 43) 
 
*** 
 
(müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün)  
 
Eşq yolunda kim ki, ol yarinə canfəşan gedər,  
Əhli-yəqin bilir kim, ol cənnətə bigüman gedər. 
 
Yar xəyalı dəmbədəm gözlərimin sərayına,  
Ab kimi rəvan gəlür, yaş kimi rəvan gedər. 
 
Qəddü xətün, hekayətin eşidəlidən, ey sənəm,  
Sərv gəlir xəyalıma, çöhrədən ərğəvan gedər. 
 
Yar ilə söhbət eyləmək, bir gəz, iki cahan dəgər,  
Dövlət anın ki, yar ilə söhbəti-cavidan gedər. 
 
Ey həvəs eyləyən kişi, eşqə, eşit bu nüktəyi,  
Xubların xəyalına vermə könül ki, can gedər. 
 
Kirpik oxilə yarəlu qıldı gözün Nəsimiyi,  
Anınçün bu yarədən ləhzəbələhzə qan gedər. (səh. 44) 
 
*** 
 
(müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün)  
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə