NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə17/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

Fəsil

Bu fəsildə ağamız və başçımız Əmirəl-möminin Əli əleyhis-salamın düşmənlərinə və şəhərlərin rəhbərlərinə (yazdığı) məktubları toplanıb və o Həzrətin məmurları ilə olan əhd-peymanlarının bir hissəsi, eləcə də Əhli-Beyt və dostlarına tapşırıqları (öyüd-nəsihətləri) də fəslə daxildir.



1-ci məktub
İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Təlhə, Zübeyr onların tərəfdarları ilə müharibəyə) gedərkən yoldan Kufə əhlinə göndərdiyi məktublarındandır. (O, Maul-uzəybə çatanda bu məktubu Kufə əhlinə yazdı onları Osmanın öldürülmə səbəbindən xəbərdar edərək öz köməyinə çağırdı.Məktubu Kufəyə imam Həsən Əmmar ibn Yasir ilə göndərdi.)

Allahın bəndəsi Əmirəl-möminin Əlidən alicənab yardımçı və ərəbin şərafətlilərindən olan Kufə əhlinə:



Allaha həmd və Peyğəmbərə salamdan sonra, mən sizi Osmanın işindən ( onun öldürülmə səbəbindən) elə xəbərdar edirəm ki, onu eşitmək görmək kimi olsun. (Kufə əhlindən həmin hadisədə olmayanlar orada olanlar görənlər kimi olsunlar.) Xalq (yaramaz əməllərinə görə) Osmana çirkin və nalayiq sözlər dedi. Mən (Həzrət Peyğəmbərlə Məkkədən Mədinəyə sülh asayiş üçün gəlmiş) Mühacirlərdən biri idim ki, (fitnə-fəsad qan tökülməsinə nifrət bəsləyərək ondan uzaq gəzirdim ) xalqın ondan razı olmasını çox istəyir, onu az məzəmmət edirdim. (Ona həmişə öyüd-nəsihət verir davranışını dəyişməyə çağırırdım.)(amma) Təlhə və Zübeyrin onun barəsindəki ən yüngül davranışları kəskin mövqe tutmaq, ən yavaş sövq etmələri isə (vəziyyətin kəskinləşməsini) daha da sürətləndirmək idi.1 Həmçinin Aişə fikirləşib düşünmədən, qəflətən onun barəsində qəzəbləndi.2 Sonra (Təlhə, Zübeyr Aişə camaatı onu öldürməyə sövq etdilər ) bir qrup hazırlaşaraq onu öldürdü. (Buna görə onlar Osmanın intiqamını almaq fikrinə düşməməlidirlər, bəlkə onlardan intiqam alınmalıdır.) Xalq heç bir ikrah və məcburiyyət olmadan öz meyl və istəyi ilə mənə bey’ət etdi. (Bəs görəsən Təlhə, Zübeyr onların ətrafındakıların mənə qarşı çıxmalarının fitnə çaxnaşma yaratmalarının səbəbi nədir?!)

Və bilin ki, (Təlhə, Zübeyr Aişənin fitnələri nəticəsində) hicrət diyarı (Mədinə) boşalıb və əhalisi ondan uzaqlaşıb. (Mən naçar qalıb ordan çıxdım.) Fitnə qazanın qaynaması Kimi qaynayaraq cuşa gəlib. (Hərc-mərclik səbəbindən oranın sakitlik asayişi aradan gedib.) Fitnə (dinin) qütbünə (yəni, İmam əleyhis-salama) qarşı yönəlib. Odur ki, öz əmir və imamınıza doğru tələsin (ona kömək yardım edin) və Allahın istəyi ilə düşmənlərinizlə (Təlhə, Zübeyr onların ətrafındakılarla) müharibə etməyə çalışın.


2-ci məktub
İmam Əli əleyhis-salamın Kufə əhlinə olan məktublarındandır (ki,həmin məktubda onlara) Bəsrə (müharibəsindəki) qələbəsindən sonra (minnətdarlıq edib).

Allah siz Kufə əhlinə Peyğəmbərinizin əhli-beyti tərəfindən (əvəzindən) itaətkarlarına və nemətinə şükr edənlərə verdiyi mükafatların ən gözəlindən versin ki, (bizim fərmanımızı) eşitdiniz və (ona) tabe oldunuz və (dinə yardım etməyə) çağırıldınız və qəbul etdiniz ( sonda Allah düşmənlərini məğlub edib əldən saldıq).


3-cü məktub
İmam Əli əleyhis-salamın onun tərəfindən qazı təyin edilən Şüreyh ibn Harisə yazdığı məktublardandır (ki, onda dünyaya dünya malına bel bağlamağın ziyanlarından danışıb).1 Rəvayət edilib ki, Əmirəl-möminin tərəfindən də qazı olan Şüreyh ibn Haris, o Həzrətin xilafəti zamanında səksən dinara bir ev alıbmış. Bu xəbər İmama çatanda, onu çağırtdıraraq deyib ki, mənə sənin səksən dinara ev almağın və sənəd yazaraq bir neçə nəfəri şahid tutmağın barəsində xəbər çatıb. Şüreyh cavab verir ki, ey Əmirəl-möminin, elə olub. Ravi deyir: Həzrət qəzəbli şəxsin baxışları ilə ona baxaraq belə buyurdu :

Ey Şüreyh, bil ki, tezliklə sənin yanına (yazdığın) sənədə baxmayan və şahidlərdən (bir şey) soruşmayan bir kimsə (Əzrail) gələcək, səni həmin evdən gözün baxa-baxa (heyran sərgərdan, yaxud köçəri kimi) çıxaracaq və hər şeydən ayrı, göruna tapşıracaq. Odur ki, ey Şüreyh, bax! Məbada bu evi başqasının pulu ilə almış olasan, yaxud onun pulunu halal olmayan şeylə vermiş olasan ki, əgər belə olsa dünya və axirət zərər-ziyanını qazanmış olarsan!! (Çünki əgər evi başqasının malı ya haram malla almış olsan, dünyadan lazımınca bəhrələnməyəcək, axirətdə isə əzaba düçar olacaqsan.) Bil (ki), əgər ev alanda mənim yanıma gəlsəydin, sənin üçün bu (aşağıdakı) kimi bir sənəd yazardım. Onda həmin evin çox (yəni, səksən dinar) deyil heç bir dirhəmə də alınmasına rəğbət göstərməzdin. Həmin sənəd budur:



Bu, xar və həqir bəndənin, (mütləq öləcək evindən axirət evinə) köçmək üçün çıxmış ölüdən, yox olanların yeri və məhv edilmişlərin nişanəsi olan yalan diyarda aldığı bir evdir. Bu evin dörd hasarı var: Birinci hasar xoşagəlməz və acınacaqlı hadisələrə (dağıntı, xəstəlik, çətinlik oğurluğa) gedib çıxır. İkinci hasar qəmlər amilinə (əzizlərin ölümü, arzu sərmayənin əldən getməsinə), üçüncü hasar məhv edici istək və arzulara və dördüncü hasar azdırıcı şeytana gedib çıxır.Bu evin qapısı isə dördüncü hasardandır.

İstək və arzulara uymuş bu şəxs, belə bir evi ölüm üçün çıxmış şəxsdən qənaət kəramətindən xaric olmaq və istək və xarlıq həqirliyinə daxil olmaq bahasına alıb.1 Bu alıcıya aldığı şeydə satıcı tərəfindən dəyən ( onun zamin olmasına səbəb olan, yəni, satıcının, əvəzini ödəməli olduğu) ziyan və pisliyin intiqamı padşahların canlarını məhv edən, itaətdən çıxanların canlarını alan və (İran şahları) Kəsra, (Rum şahları) Sezar, (Yəmən şahları) Tübbə, (qəbilə sahibi olan Himyər ibn Səba ibn Yəşğəb ibn rəb ibn Qəhtanın övladları) Himyər kimi fironların səltənətlərini aradan aparan və mal üstünə mal toplayaraq onu çoxaldan, (binalar) tikib ucaldıb onları bəzəyərək zinətləndirənləri, sərvət toplayan və ev, bağ və əşyalarını öz gümanları ilə övladları üçün nəzərdə tutaraq toplayanları aradan aparanın (yox edən ölüm mələyinin) öhdəsinədir. (Allah tərəfindən haqq batil,) cənnətlik və cəhənnəmliklər barəsində qəti hökm veriləndə, O, onları sorğu-sual ediləcək və mükafat veriləcək yerə göndərəcək.1 Orada, pozğun və puç işlər görənlər ziyana uğrayarlar. (Pis işlərə əmr edən nəfsin) istəklərinə tabeçilikdən azad olan və dünyaya bağlılıqdan sağlam qalan ağıl bu sənədə (onun düzlüyünə) şahiddir. (Dünyaya ürək bağlamış nəfsi istəklər əlində əsir olan kimsə isə bu sözlərə inanmaz ona görə onun düzlüyünə şəhadət verməz.)

4-cü məktub
İmam Əli əleyhis-salamın öz qoşun başçılarından bəzilərinə (İmam əleyhis-salam tərəfindən Bəsrənin hakimi olmuş sərgüzəştlərinin bir hissəsi 171-ci xütbənin şərhində deyilmiş Osman ibn Hüneyfə) məktublarındandır. (İmam ona düşmənin itaət etməyəcəyi təqdirdə onlarla vuruşmağı əmr edir.)

(Cəməl əhli «Təlhə, Zübeyr, Aişə onların tərəfdarları» Bəsrəyə çataraq müharibəyə hazırlaşdıqdan sonra Osman ibn Hüneyf İmam əleyhis-salamı onların məqsədlərindən xəbərdar etmək üçün ona məktub yazdı. O Həzrətin Osman ibn Hüneyfə cavab olaraq yazdığı məktubun bir hissəsi belədir:) Əgər itaət kölgəsinə qayıtsalar (fitnə-fəsaddan əl çəkərək asayiş bərqərar edilməsini istəsələr) bu, elə bizim sevdiyimiz (istədiyimiz) şeydir. Amma əgər işlər onları düşmənçilik və üsyankarlığa sövq etsə (müharibəyə hazırlaşsalar), sənin əmrinə tabe olanlarla, əmrinə tabe olmayanlara qarşı qalx və döyüş. Sənin dalınca gedən kimsə ilə sənə yardım etməkdən çəkinən kimsəyə möhtac olma (kömək etməyənlərə möhtac olduğunu sanma). Çünki bir işə meyli olmayan kimsənin (orada) olmaması olmasından daha yaxşıdır, oturması durmasından daha xeyirlidir. (Ona görə ki, meyli olmadan məcburiyyətlə bir işə başlayan şəxs öz sirrini aça bilər nəticədə başqaları da onun dalınca gedərək işdən qalarlar.)
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə