Neft və qaz ehtiyatlarının hesablanma üsulları



Yüklə 131,79 Kb.
səhifə3/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   2   3   4   5   6   7   8   9   ...   24
Neft qaz hesablama usullari imtahan suallar

neftli, yalnız neft və neftdə həll olmuş qazdan ibarətdir;

  • qazneftli (yaxud neftqazlı) – yatağın aşağı hissəsində həll olmuş qaz ilə neft, neftin üzərində sərbəst qaz (qaz papağı); qaz papağı həcminə görə yatağın az hissəsini təşkil edirsə, onda yataq qazneftli hesab olunur; həcmləri tərs mütənasib təsvir etsək – yataq neftqaz adlanır; neftqaz yataqlarına o qaz yataqları da aid edilir ki, onların qeyri sənaye əhəmiyyətli neft qurşağı mövcud olur;

  • qazlı, yalnız sərbəst qazı özündə cəmləşdirir;

  • qazkondensat – tərkibi qazda həll olmuş sənaye əhəmiyyətli kondensatdan ibarətdir;

  • qazkondensatneftli və neftqazkondensatlı – üç növ karbohidrogenləri (neft,qaz və kondensat) müxtəlif müqayisə oluna bilən miqdarlarda birləşdirir.

    Yataqların yuxarıda qeyd olunan müxtəlif ayrılma təsnifatı kəşfiyyat və işlənilmə zamanı və geoloji xüsusiyyətlərin və geoloji-mədən parametrlərin öyrənilməsi prosesində böyük təcrübi əhəmiyyət kəsb edir.

    1. .Ehtiyatların miqdarına görə yataqların təsnifatı. *

    Neft vә qaz yataqları çıxarılabilәn neft eһtiyatların vә balans qaz eһtiyatlarına görә aşağıdakı kimi bölünürlәr:

    1. Unikal – 300mln.t neft yaxud 500 mlrd.m3 çox qaz;

    2. İri – 30-300 mln.t neft yaxud 30-500 mlrd.m3 qaz;

    3. Orta – 10-30 mln.t neft yaxud 10-30 mlrd.m3 qaz;

    4. Xırda – 10 mln.t az neft yaxud 10 mlrd.m3 az qaz.


    4.Təbii rezervuarların geoloji quruluşunun mürəkkəbliyinə görə yataqların təsnifatı. *

    Geoloji quruluşun mürəkkəbliyinə görə yataqlar bölünür:

    - sadə quruluşlu yataqlar. Bura pozulması olmayan yaxud zəif pozulmaya məruz qalan strukturlara uyğunlaşan yataqlar aid edilir, onların məhsuldar laylarının qalınlıqları və kollektor xüsusiyyətləri sahə və kəsiliş boyu ardıcıllıq ilə səciyyələnirlər;

    - mürəkkəb quruluşlu yataqlar. Onlar, məhsuldar laylarının qalınlıqları və kollektor xassələrinin sahə və kəsiliş boyu qeyri ardıcıllığı ilə və yaxud litoloji tutulmalar və vahid yatağı ayrı-ayrı bloklara bölən tektonik pozulmalar ilə fərqlənirlər;

    - çox mürəkkəb quruluşlu yataqlar. Onlar litoloji tutulmalar və yatağı ayrıca bloklara bölən tektonik pozulmaların mövcudluğu, və eləcə də həmin blokların hüdudlarında məhsuldar layların qalınlıqlar və kollektor xüsusiyyətlərinin qeyri ardıcıllığı ilə səcityyələnirlər.

    Yatağın ölçüsü və onun geoloji quruluşunun mürəkkəbliyi kəşfiyyat işlərinin metodikasını, onun həcmlərini, kəşfiyyat və işlənilmənin iqtisadi göstəricilərini şərtləndirir.



    5.Neftlərin kimyəvi tərkibi. *

    Neft kimyəvi tərkibinə görə karbohidrogen qarışıqlarından ibarət olub, burada parafin və nаftеn sıralı qarışıqlar üstünlük təşkil edir. Neftlər öz tərkibindən (karbohidrogen qrupunun çoxluq təşkil etməsinə görə) asılı olaraq üç sıraya, yəni, 1) metan sıralı, 2) naften sıralı və 3) aromatik sıralı neftlərə bölünür. Neftlərin çoxunun tərkibində müəyyən qədər həll olmuş qaz vardır. Yuxarıda göstərilənlərdən əlavə neftlərin tərkibində olan kükürdün, parafinin, qətranın və benzinin miqdarına görə onların sənaye təsnifatı da mövcuddur.



    6.Kükürdün miqdarına görə çıxarılan neftlər hansı qruplara ayrılır. *

    Tərkibində olan kükürdün miqdarına görə çıxarılan neftlər üç qrupa ayrılır:



    1. kükürdün miqdarı 0,5% - dən az olan neftlər (az kükürdlü );

    2. kükürdün miqdarı 0,51- 2,0% olan neftlər (orta kükürdlü );

    3. kükürdün miqdarı 2,0% - dən çox olan (yüksək kükürdlü ) neftlər.



    1. Qətranın miqdarına görə neftlər hansı qruplara bölünür. *

    Tərkibindəki qətranın miqdarına görə də neftlər 3 qrupa bölünür:

    1. 18% - dən az olan (az qətranlı) neftlər;

    2. 18-35% olan (orta qətranlı) neftlər;

    3. 35% - dən çox olan (çox qətranlı) neftlər.




    1. .Parafinin miqdarına görə hansı qruplara ayrılır. *

    Neftlər tərkibində olan parafinin miqdarına görə də üç qrupa ayrılır:



    1. 1,5%-dən çox olmayan (az parafinli) neftlər;

    2. 1,5-6,0% qədər olan (orta parafinli) neftlər;

    3. 6,0%-dən çox olan (yüksək parafinli) neftlər.



    1. .Benzinin miqdarına görə neftlər hansı qruplara ayrılır **

    Benzinin miqdarına və keyfiyyətinə görə neftlər aşağıdakı qruplara ayrılır:

    1. yüksək oktanlı (oktan ədədi 72-dən artıq olan) benzinli neftlər;

    2. orta oktanlı (oktan ədədi 67-71 arasında dəyişir);

    3. aşağı oktanlı (oktan ədədi 67-dən aşağı olan) benzinli neftlər.



    10.Neftin sıxlığı və molekulyar çəkisi. **

    Neftin sıxlığı onun əsas xassələrindən biridir. Ölçü vahidi q/sm3-dır.



    -0,750-1.00- dir, bəzən çox və az ola bilər (asfalt və Suraxanı neftləri).

    Sıxlığı 0,900 q/sm3-dən az olan neftlər yüngül, çox olanlar isə ağır neftlərə aiddir.



    Neftin molekulyar çəkisi - onun tərkibində olan elementlərin nisbi atom kütlələrindən asılı olaraq hesablanır

    11.Neftin özlülüyü. **

    Neftin özlülüyü - mayeni təşkil edən hissəciklərin müxtəlif təbəqələri arasında mövcud olan qüvvələrin təsiri nəticəsində bir-birinə nisbətən yerdəyişməsinə göstərdiyi müqavimətə deyilir. Maye içərisində sahələri 1 sm2, aralarındakı məsafə 1 sm olan və bir-birinə nisbətən 1 sm/san sürətlə hərəkət edən iki hissəciklər arasında əmələ gələn müqavimət qüvvəsinə mütləq özlülük deyilir. Mütləq özlülüyün vahidi puaz və santipuazdır (1 santipuaz=0,01 puaz). 1sp=0,001Pa*c=1mPa*c,

    1 puaz=0,1 Pa*c. Мütləq özlülüyün mayenin sıxlığına оlan nisbətinə kinematik özlülük deyilir.

    Neftlərin özlülüyü onların kimyəvi tərkibindən və yatım şəraitindən asılı olaraq böyük hüdudda dəyişir. Neftin molekul çəkisi artdıqca onun özlülüyü də artır, temperaturu artdıqca özlülüyü azalır. Özlülüyə əks olan kəmiyyət axıcılıq adlanır.



    1. Qazlarının sıxlığı. **

    Qazın sıxlığı (ρq) aşağıdakı kimi hesablanır:

    ρq=M/Vm 22,41

    burada, Vm standart şəraitdə 1 mol qazın həcmidir.

    Ümumiyyətlə, qazların sıxlığı (ρq) - 0,73 – 1,0 kq/m3 hüdudlarında dəyişilir.

    Qazların sıxılma əmsalının qiyməti daha etibarlı laydan götürülmüş qaz nümunələri əsasında laboratoriya tədqiqatları nəticəsində müəyyən oluna bilər. Belə tədqiqatlar olmadıqda isə sıxılma əmsalının qiyməti Q.Braun qrafikinə əsasən tapılır. Qrafikdən istifadə etmək üçün gətirilmiş psevdokritik təzyiq və psevdokritik temperaturanı bilmək lazımdır.

    Qazların sıxılma əmsalından qaz ehtiyatlarının hesablanmasında istifadə edirlər:

    α=




    1. .Təbii qazların nəmliktutumu. **

    Təbii qazların nəmliktutumu. Təbii qaz və qazkondensat qarışıqları müxtəlif formalarda lay suları ilə əlaqədə olurlar ki, onun nəticəsində həmin qazlar və qarışıqlar layda müəyyən miqdarda su buxarı təşkil edirlər. Qazda su buxarının həllolması təzyiq, temperatur və onun tərkibindən asılıdır. Verilmiş şəraitdə qazda olan su buxarının miqdarının nisbəti, həmin şəraitdə su buxarının maksimum mümkün olan tərkibinə qazın nisbi nəmliliyi adlanır. Bu, su buxarı ilə qazın doyumluq dərəcəsini xarakterizə edir. Nisbi nəmlilik vahidin hissəsi yaxud faizlə ifadə olunur. Vahid həcmdə və yaxud qazın kütləsində olan su buxarının miqdarı mütləq nəmlilik adlanır. Mütləq nəmlilik q/m3 yaxud q/kq ölçülülür.

    14. Karbohidrogen qazların kimyəvi tərkibi. **

    Qazların kimyəvi tərkibi. Təbii karbohidrogen qazlarının ümumi kimyəvi formulası CnH2n+2 formasındadır. Qazların əsas komponenti metandır (CH4) ki, onun tərkibi təbii qazlarda bəzən 98% çatır. Təbii qazların tərkibinə metanla birlikdə digər ağır karbohidrogen qazları da daxildir. Bundan əlavə, qazların tərkibində N, CO2, H2S və Ar kimi komponentlər də iştirak edir.


    Yüklə 131,79 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   24




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə