Neft və qaz ehtiyatlarının hesablanma üsulları


Sərbəst qaz ehtiyatının hesablanma üsulları



Yüklə 131,79 Kb.
səhifə20/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   16   17   18   19   20   21   22   23   24
Neft qaz hesablama usullari imtahan suallar

43 . Sərbəst qaz ehtiyatının hesablanma üsulları.

Yer qabığında təbii qazlar müxtəlif şəkildə rast gəlir:

1) sərbəst qaz yığımları,

2) neftdə həll olmuş,

3) suda həll olmuş,

4) daşkömür laylarında doymuş.

Bu qruplardan birinci iki qruplar daha çox sənaye əhəmiyyətlidir.

Təbii qazlar sərbəst şəkildə, təmiz qaz yataqları şəklində, neftqaz və qazneft yataqlarının qaz papaqları şəklində, və eləcə də qazkondensat yataqları şəklində rast gəlir. Neft-qaz yataqlarında qaz papaqlarında sərbəst qazın həcmi neftli hissədən böyükdür, lakin qazneft yataqlarında kiçikdir.

Təmiz qaz yataqlarının, qaz papaqların və neft yataqlarının neftdə həll olmuş (səmt) qazların yatım şəraiti, işlənilməsi, onların ehtiyatlarının hesablanma metodikası müxtəlifdir və buna görə onların ehtiyatları ayrıca hesablanır və nəzərdə tutulur.

Qaz ehtiyatlarının hesablanması üçün aşağıdakı üsullar istifadə olunur. Sərbəst qaz həcm üsulu ilə və lay təzyiqinin düşməsinə görə hesablanır, neftdə həll olmuş qaz isə qaz ilə neftin doyma haqqında məlumatlara əsasən hesablanır.

Sərbəst qaz ehtiyatlarının hesablanmasının mahiyyəti, neft üçün olduğu kimi, layın məsaməli fəzasının qazla doymuş həcminin müəyyən edilməsindən ibarətdir. Lakin, neftdən fərqli olaraq, yataqda qazın miqdarı lay təzyiqi ilə düz mütənasibdir. Başqa sözlə desək, qazın yatım şəraitlərinin xüsusiyyətləri, neftdən fərqli olaraq, onun kiçik sıxlığı və yüksək hərəkət etmə qabiliiyəti ilə müəyyənləşdirilir və bu da açıq məsamələrin həcminin qazla tam doydurulma qabiliyyəti ilə şərtləndirilir.

Buna görə, sərbəst qaz ehtiyatının hesablanmasının həcm düsturu, yatağın məsaməli fəzasının ölçüləri ilə bərabər qazın tərkibi və xassələrini səciyyələndirən göstəriciləri və lay təzyiqinin qiymətini özündə cəmləşdirir. Bununla əlaqədar, mütləq CH4, C2H6, C3H8, C4H10, H2S, CO2, N2, Ar və He qazlarının faizlə həcm miqdarları gösrtərilməlidir.

Qaz və suyun laylarda birgə mövcud olma şəraitində qazın yüksək hərəkət etmə qabiliyyəti və kiçik sıxlığı onun məsaməli süxurların yuxarı hissələrində yığılmasını təmin edir. Qaz-su kontaktının səthi, bir qayda olaraq horizontal müstəvidən ibarətdir. Belәliklә, qaz yatağının sərhədi adətən yatağın uyğunlaşdığı strukturun izohipsi ilə üst-üstə düşür. Qazın yatım şəraitinin bu xüsusiyyətləri məhdud sayda qazılmış quyular üzrə yatağın sərhədlərinin və qaz-su kontaktının vəziyyətinin müəyyən edilməsini təmin edir. Qaz yatağının sərhədləri və qaz-su kontaktının vəziyyəti haqqında məlumatlar sərbəst qaz yataqlarının hesablanması zamanı qaz yatağının həcminin müəyyən edilməsini asanlaşdırır.

Qaz yatağının təzyiqi çox hallarda basqı əmələ gətirən suların təzyiqi ilə şərtləndirilir. Qaz papağı hüdudlarında yerləşən quyuda qaz təzyiqi pq və qaz-su kontaktı xaricində olan quyudakı suyun təzyiqi ps məlumdursa su quyusunda layın tavanından qaz-su kontaktına qədər olan şaquli məsafəni (h) asanlıqla aşağıdakı düstur ilə müəyyən etmək olar:



burada  s - lay suyunun xüsusi çəkisi;



ps , pq - su və qaz quyularındakı müvafiq statik təzyiqlər, at ;

h=(hs – hqs ) - su quyusunda layın tavanından qaz-su kontaktına qədər olan şaquli məsafə m.

Beləliklə, neftdən fərqli olaraq qaz üçün, onun yüngül olduğundan və hərəkət etmə qabiliyyətinə görə nisbətən az sayda müşahidələrlə sərbəst qaz ehtiyatlarının həcm üsulu ilə hesablama üsulları üçün vacib olan bir sıra göstəricinin müəyyən edilməsi mümkündür. Sərbəst qaz ehtiyatının lay təzyiqinin düşməsi üsulu ilə hesablanmasına gəldikdə isə, qeyd etmək lazımdır ki, bu üsul köməkçi və nəzarətçi üsul olaraq yalnız qaz yatağının işlənilməsi prosesində istifadə oluna bilər. Burada üsulun tətbiqi üçün müəyyən müddət ərzində çıxarılmış qazın miqdarı, həmin müddət üçün lay təzyiqləri və hesablama obyektinin işlənilmə rejimi haqqında məlumatların olması zəruridir.

Qazkondensat yataqlarında qaz ehtiyatının hesablanması, qaz yataqlarında tətbiq olunan həcm və təzyiqin düşməsi üsulları ilə aparılır. Sərbəst qaz ehtiyatlarının müəyyən edilməsindən sonra kondensat ehtiyatlarını hesablamaq olar, bu da 1m3 qazda olan onun orta miqdarının ( sm3) qiymətlərinin köməyi ilə həyata keçirilir.


Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə