Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

masının mühüm bir hissəsini itirmiş olan Rusiya da boş durmur​du.
İngiltərə və Almaniya donanmaları Aralıq dənizində qarşı-qar​şıya gəldikləri zaman ruslar bu
vəziyyətdən istifadə etmək für​sə​tini əldən vermədilər. Rusiya Osmanlı İmperiyasının Şərq vila​yətini
təhlükə altına alan böyük dövlətlərə rəsmi nota ilə etirazını bil​dirdi. Ruslar böyük neft sahələrini
əhatə edən və neft istehsalçı​larının üzünə bağlı olan imperiyanın Şərq vilayətləri üzərində on​ların da
haqqı olduğu iddiasını irəli sürməyə başladılar. Ruslar Şərqi Anadolunu da kəsib kecən və
İskəndəruna enən ayrılmış bir xət​tin şərqindəki ərazilərdə status-kvonu qoruyub saxlamağa məc​​bur
olduqlarına dair ikinci notanı da böyük dövlətlərə verdilər. Əs​lində sərt bir dildə yazılmış hər iki
notada böyük dövlətlərin bu xət​tin şərqindəki ərazilərdə hər necə olursa olsun status-kvoya riayət
etmələrini, əgər status-kvo bu dövlətlər tərəfindən pozularsa Rusiyanın da gələcəkdə bəzi tədbirlər
görəcəyi bildirilirdi.
Rusların Ermənistan planı Ərzurum da daxil olmaqla İskəndə​ru​na enən ayrıca xəttin şərq hissəsi idi.
Xəttin şərqində qalan ərazi bu gün türk neftinin istehsal edildiyi yerlərdir...Ruslar böyük döv​lətlərə
verdik​ləri notalarla etirazlarını almanların Bağdad dəmir yo​lu imtiyazını al​mış olduğuna görə
bildirirdi. Əslində Bağdad də​mir yolu tamamilə neft sahələrini əhatə edən bir keçid idi. İstər ruslar,
istərsə də ingilislər bun​dan çox narahat olmuşdular. Nəha​yət, ruslar, bu sərt notaların fay​dasını
gördülər. Almanlar ingilis​lərlə Orta Şərq neftinə görə qarşı-qar​şıya qaldıqları bir vəziyyətdə Rusiya
ilə toqquşmaq istəmədiklərindən Bağdad xəttinin keçəcəyi yeri dəyişdirdilər. Rusiyanın xarici siya​sə​-
tini yönəldənlər dövrün ən qüdrətli dövləti olan Almaniyanı güzəştə getməyə məcbur et​dik​dən sonra,
əzəli və əbədi rus xəyalı olan isti dənizlərə enmək, boğazlar üzərində haqq iddia etmək, Bismarkın
de​diyi kimi “Ara​lıq dənizinin açarlarını” əllərinə keçirmək üçün aktiv bir siyasət yürütməyə
başladılar. Rusların bu siyasətini Parisdə nəşr olunan “Petit Journal” qəzetinin İstanbul müxbiri Ojen
Osvani Peter​burq Teleqraf Agentliyinin İstanbul müxbiri Dokotovski ilə ingi​lis-alman donanmalarının
Aralıq dənizində qarşılıqlı toplaşmaları və boğazlar barədə etdiyi söhbəti mətbuata ötürür. O,
Dokotov​ski​nin ona söylədiklərini 1912-ci il yanvarın 25-də belə bildirirdi:
“Rusiya İstanbulun ətraf əraziləri də daxil olmaqla Qara dəniz boğazının əllərində qalmasını yox,
Rusiyanın əlinə keç​mə​sini istəməkdədir. Əslində mənfəətlərini qorumaq haqqında Rusiya, türklər ilə
daima dil tapa biləcəkdir. Rusiya digər hər hansı bir hərəkəti rədd edəcək və İstanbulun beynəlmiləl
bir şəhər halına gəlməsini qətiyyən qəbul etməyəcəkdir.
Ordusu və dəniz qüvvələri hər nə vəziyyətdə olursa olsun, Rusiya bu nöqteyi-nəzəri müdafiə etmək
üçün hətta lazım gələrsə müharibə etməyə də razıdır. Bu, onun üçün bir həyati məsələ idi. İqtidarda
hansı hökumət olursa olsun, Rusiyanın bu qərarı qətidir. Çünki bu məsələ bir partiyanın fikri olma​-
yaraq tamamilə milli bir arzuya istinad etməkdədir”.
Bu sözlər açıqca olaraq göstərir ki, Rusiya özünün təhlükəsiz​li​yi​ni qorumaq istəyindən başqa,
boğazlardan çıxışı təmin etmək və İran məsələsində də söz sahibi olmaq arzusundadır. Rusiyanın
İranda söz sahibi olması və Aralıq dənizinə enməsi, nef​tə müdaxilə etməsi, yəni neft mövzusunda söz
sahibi olması deməkdir. Rusiya bununla, onu İranın neft sahələrindən uzaqlaşdıran 1907-ci ildə
bağlanmış İngiltərə-Rusiya anlaşmasını da ləğv etməklə İngil​tərəni bitərəflaşdirmək niyyətində idi.
Rusiya, Dokotovskinin bu bəyanatı verməsindən qısa bir müd​​dət əvvəl, yəni 1912-ci il yanvarın 6-da
boğazlar məsələsi haq​​qında Osmanlı İmperiyasına bir nota vermişdi. “Le Temps” qə​zetinin İstanbul
müxbiri İstanbuldan nota haqqında qəzetə gön​dərdiyi teleqrafda yazırdı:
“Rusiya hökuməti, Türkiyəyə verdiyi bir notada Qara də​niz və Çanaqqala boğazlarının Rusiyanın
Qara dənizdə olan donanmasının üzünə açılmasını və eyni zamanda digər dövlət​lə​rin hərb gəmilərinin


üzünə bağlanmasını tələb etmişdir. Ru​si​yanın bu təşəbbüsünün Qars sərhədində geniş miqyasda əs​gər
toplaması şayiələri ilə əlaqədar olduğu zənn edilirdi. Lakin hər nə olursa olsun, heç bir Osmanlı
hökumətinin, Türkiyəni rus himayəsi altında bəsit bir vilayət dərəcəsinə endirən belə bir təklifi qəbul
etməsi ağlasığmaz idi”.
Bu xəbərdən anlaşıldığı kimi, Rusiya Aralıq dənizindəki ingi​lis və alman donanmaları arasında
mövcud olan düşmən mü​na​si​bətdən ürk​məkdə idi. Lakin, bu qorxusunu izhar edərkən, özünün də
Aralıq dəni​zində hərəkətini təmin edəcək boğazlara çıxış haqqı istəməkdə idi.
“Le Temps” qəzetində bu xəbər çıxdıqdan 11 gün sonra, yəni 1912-ci il yanvarın 17-də Peterburq
şəhərində nəşr olunan “Le Gazette Peterburg” qəzeti Orta Şərq məsələsinin həllində Ru​si​ya​nın da öz
mənfəətlərini nəzəri-diqqətə alacağını bildirir və Qara dəniz ilə Aralıq dənizində hərbi bazaların
qurulmasını tələb edirdi.
Rusların irəli sürdükləri Orta Şərq məsələsi nə idi? Bu məsələ Rusiyanın təhlükəsizliyi məsələsi idi
mi? Yoxsa Rusiya Aralıq dənizinin ingilis və alman donanmaları tərəfindən tu​tul​masını özü üçün
ciddi bir təhlükəmi qəbul edirdi? Bu nöqteyi-nəzər siyasət baxımından müəyyən dərəcədə doğru idi.
Lakin, əs​lində məsələnin iç-üzü ingilisləri də, almanları da birinci dərəcədə maraqlandıran Orta
Şərqdə yerləşən və ətrafında müna​qişələr cərə​yan edən xam neft sahələri idi. Bu sahələr Türkiyənin
əlində idi və dünyanın ən zəngin neft ehtiyatları hesab olunurdu. Neftin, cahan​şümul dəyə​ri​nin
dünyaya aşkar olması Osmanlı İm​pe​riyasına çox baha başa gəlmişdi.
Rusiyanın bütün siyasi manevrləri tək bu nöqtə üzərində cəm​lə​şirdi. Hətta, ruslar daha da uzaqgörən
bir düşüncə ilə Şərqi Ara​lıq dənizinə və Orta Şərqə hakim olduqları təqdirdə, ingilisləri İranın neft
sahələrindən də uzaqlaşdıra biləcəkdilər. Əsasən Rusi​yanın da, Ermənistan sərhədindən başlayaraq
İskəndəruna qədər uzanan bir xəyalı xəttin şərq tərəfini istəməsi bu istəyi güclən​dir​məkdə idi. Bu
sahə tamamən neft sahəsidir. Rusiyanın bu xəyali layihəsi hə​qiqətə çevrildiyi gün, Mosul və ətrafı
onun olacaqdır. Bu sahələr isə yalnız və yalnız neftdən ibarət idi.
Rusiya bu sahələri istəyirdi... Lakin ingilislər də, almanlar da bu sahələrə göz dikmişdilər. Bu yolda
donanmalarını, ordularını hə​rəkətə keçirməkdən belə çəkinmirdilər. Əslində Orta Şərqdəki mü​barizə
də buradan doğurdu. Hadisələrin ümumi inkişafı Ru​si​ya​nın lehinə heç nə göstərmirdi. Digər iki
dövlət, yəni İngiltərə ilə Almaniya Rusiyaya nisbətən daha şanslı idilər. İngilislər Abadan və Bəsrə
körfəzinə tama​mən hakim olmuşdular. Dolayısıyla Mo​su​la bir neçə addım məsafədə idi​lər.
Almanların isə Bağdad dəmir​yolu imtiyazı ilə bu geniş neft sa​​hələrinə qəfil girməsi də reallığa yaxın
idi. Bu vəziyyətdə Rusiya üçüncü dövlət kimi görünürdü. Türkiyədə iqtidarda olan İttihad və Tə​rəqqi
Partiyası (onlar al​man​lara xüsusi rəğbət bəsləyirdilər) alman​lara qarşı müttəfiq və qardaş dövlət
münasibəti göstərirdilər. Alman​ların məqsədlərinə çatmaq üçün belə sürətlə getmələrinə cavab
olaraq İngiltərə zaman-zaman arzuladığı bir şeyi - Osmanlı İmperiyasının ingilis himayəsinə
qatılmasını is​tə​yirdi. İngilislər Suriya və İraqa ge​oloqlarla bərabər ərazini və əha​linin milli
xüsusiyyətlərini, hətta ayrı-ayrı ərəb ləh​cələrində sərbəst danışan sosioloq və iqtisadçılar da gön​dər​​-
miş​dilər. Belə bir vəziyyətə başda Fransa olmaqla, Almaniya da, Ru​​siya da qarşı idilər. Xüsusilə,
Fransa Suriyaya əsrlərdir göstərdiyi ha​miliyini qur​ban verməyə razı olmazdı. Fransa yalnız katolik
məz​hə​binin himayəçisi deyildir. Fransa siyasətinin dini cəbhəsini yürüt​məyi XX əsrin neft siyasətinin
yanında arxa plana keçirt​mişdir. İndi onlar da başda neft olmaqla Orta Şərqin xam maddə
qaynaqlarına maraq göstərməyə başlamış və bu iqtisadi hərbə girməyə qərar ver​mişdilər. Fransanı
yalnız neft deyil, Anadolunun digər zəngin təbii ehti​yatları da maraqlandırmağa başlamışdır. Bunlar,
Diyar​bəkr ətra​fın​​dakı mis mədənləri idi. Bu iki səbəbdən, Fransa İngil​tərənin Orta Şərqdəki


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə