Abadandakı neftayırma zavodlarında çalışan 12000 fəhlədən 9000-i qeyri-qanuni tətillərə qoşuldu.
Bu da neft istehsalının dayanmasına səbəb oldu. Abadan neftayırma zavodlarında hər gün 18 milyon
qallon (1 qallon-4,5 litr) neft istehsalı tətillər üzündən10 milyon qallona düşmüşdü. Bu rəqəm hər
keçən gün azalırdı. Abadanda tətil getdikcə artır və küçə nümayişləri fasiləsiz davam edirdi. Hətta
ara-sıra nümayişçilərlə polis arasında qarşıdurma da baş verirdi.
1917-ci ildən bəri ilk dəfə meydana gələn bu ciddi vəziyyət İran hökumətini yeni-yeni tədbirlər
görməyə sövq etdi. Baş nazir Abadandakı vəziyyətə nəzarət etmək üçün oraya qoşun göndərdi. Ancaq
qoşunun Abadana gəlməsi də vəziyyətə təsir etmədi.
İran nefti məsələsi beynəlmiləl siyasətdə təhlükəli vəziyyət yaratmışdı. Xüsusilə də bu təhlükə Orta
Şərq ölkələrində özünü daha çox göstərirdi. 1951-ci il aprelin 14-15-də Abadanın küçələrində
nümayişçilərlə polis arasında baş vermiş qarşıdurmada iki nəfər də ölmüşdür. Neftayırma
müəssisələrində çalışan 30 nəfər amerikalı mütəxəssis də Tehrandakı səfirliklərindən aldıqları təli-
mata uyğun olaraq təcili Abadanı tərk edərək Bəsrəyə getmişdilər.
İranda Razmaranın öldürüldüyü günlərdə ortada bir şəxsin adı daha çox dolaşırdı. Bu şəxsin adı
Jeacok idi. İngilislər bu şəxsin bir tudəçi lider olduğunu irəli sürdükləri halda, Fədai İslam Cəmiyyəti
isə onun bir ingilis cəsusu olduğunu söyləyirdilər. Onlar bu şəxsi İranın indiki vəziyyətə düşməsinin
səbəbkarı hesab edirdilər.
Fədai İslam Cəmiyyəti «ingilislər bu tətilləri xüsusi olaraq təşkil edirdilər ki, İranı istila entmək üçün
bəhanələri olsun» fikrini irəli sürürdülər: Buna inanmaq mümkündürmü?
Bu suala ikibaşlı cavab verilə bilər: Mümkün də ola bilər, olmaya da bilər. Ancaq, biz ingilislərin
belə bir həssas dövrdə bu işi görə biləcəklərinə, yəni İrandakı tətilləri şəxsən onların çıxara
biləcəklərinə və bu tətillərdən faydalanacaqlarına o qədər də əmin deyilik.
İngilislər «Standard Oyl»un təmsilçisi iqtisadçı Thornbourqun söylədiyi sözlərə o qədər də
əhəmiyyət vermədilər. İngilislər özlərini çox sakit aparsalar da başqa yerdə «Standard Oyl» şirkətinə
bir zərbə vurdular və dünyanın məşhur generallarından birisini, bir respublikaçını siyasətdən
kənarlaşdırmağa nail oldular.
İran hökuməti Abadana silahlı qüvvələr göndərdiyi gün Türkiyədə xarici işlər naziri professor Fuad
Köprülünün rəhbərliyi altında Türkiyənin London, Paris və Romadakı böyük elçiləri Ankarada çox
vacib bir toplantı keçirirdilər.
Türkiyə İngiltərə-İran neft ixtilafından meydana gələn bu vəziyyətdə toplantı keçirməyi vacib
saymışdır. Türkiyə Orta Şərqdə həmsərhəd olduğu bir məmləkətdə Rusiyanın törətdiyi hadisələrə
biganə qala bilməzdi. Bu səbəblə də vəziyyəti ən ciddi şəkildə izləmək və siyasətini ona görə qurmaq
məcburiyyətində idi. Türkiyə İran hadisələri ətrafında dünyanın siyasi mərkəzlərində qurulan planları
anlamaq, bilmək istəyirdi. Türkiyə İrandakı vəziyyətin çox ağır olduğunu dərk edirdi.
Ankaradakı bu toplantının keçirilməsindən bir gün sonra İranın baş naziri Hüseyn Ala İngiltərənin
xarici işlər naziri Herbert Morrisonun parlamentin aşağı palatasında verdiyi bəyanata cavab olaraq:
«İngilislər hərbi müdaxilə edərlərsə, öz mənfəətləri baxımından bu hərəkət ağır bir zərbə olar. Eyni
zamanda ingilis hökümətinə etimadım vardır. Çünki İngiltərənin beynəlxalq sülhü təhlükə altına ala
biləcək hər cür tədbiri bitərəfləşdirə biləcəyinə inanıram» fikrini söyləmişdir. Baş nazir bu bəyanatı
tam zamanında vermişdi. O, İngiltərənin zor tətbiq etməyəcəyini bilirdi.
Baş nazirin bu sözləri də, Amerikanın neft ixtilafının həlli üçün atdığı addım da İranda vəziyyəti
dəyişdirmir və gərginlik bütün hiddəti ilə davam edirdi. Bu bəyanatın tək müsbət tərəfi ingilislərin
həqiqətən də zor tətbiq etməmələri olmuşdur.
İrandakı vəziyyət yüksək nöqtəsinə çatdığı zaman Deterdinq və ya Entelijans Servis İrandakı ixtilaf
üzündən Amerikadan yüksələn tənqidi səslərə cavab verir və Uzaq Şərqdə bir başqa mühüm
hadisənin baş verməsinə səbəb olurdu. Bu hadisə sonralar Amerikanı yerindən oynadaraq prezident
Trumeni çox çətin bir vəziyyətə salacaqdır.
Koreyada Birləşmiş Millətlər Təşkilatında iki bloka ayrılmış qüvvələr, yəni kommunistlərlə azad
Qərb dövlətləri cəbhəsi qarşı-qarşıya gəlmişdi. Koreyada qorxulu bir müharibə davam edirdi. BMT-
nin ordusu adı altında kommunistlərlə müharibə edən qoşunların komandanı isə İkinci Dünya
müharibəsi iştirakçısı və Amerika ordusunun ən yüksək rütbəsi olan beşulduzlu generalı olan general
Mak Arturdu. Uzaqgörən bir hərbiçi olan bu general Koreyadakı müharibənin tezliklə başa çatmasını
istəyirdi. O, Şimali Koreya qoşunlarını təmin edən bazaların əsas hissələrinin kommunist Çinin
ərazisində və Xan çayı vadisində olduğunu aydın bilirdi. Onun fikrinə görə əgər bu təminedici
bazalar bombardıman edilərsə Koreyadakı bu müharibənin dayandırılması tezləşərdi.
General Mak Artur bu planını hər dəfə Vaşinqtona bildirsə də müsbət cavab ala bilmirdi. General bu
planın yerinə yetirilməsini təkidlə tələb etdiyi vaxtlarda Amerikada, Demokrat Partiyası hakimiyyətdə
olmaqla bərabər bu partiya «Standard Oyl» şirkətinə düşmən mövqedə idi. Onların düşmənçiliyinin
əlli illik bir tarixi vardır.
1951-ci il aprelin 11-də Amerikada bütün dünyanı heyrətləndirən bir hadisə baş verdi. Şəxsən
Trumenin imzaladığı və dərhal tətbiq etdiyi qərarla general Mak Artur vəzifəsindən azad edilir.
Trumenin bu qərarı dünyanın böyük siyasi mərkəzlərində, xüsusilə BMT-də maraqla qarşılanır. Onun
bu qərarı siyasi mərkəzlər üçün gözlənilməz olur. Bu qərardan sadəcə olaraq bir nəfər təəccüb-
lənməmişdi. Bu şəxs Deterdinq idi. Çünki Mak Arturun etmək istədiyi hərəkətin ağırlığını bilirdi və
ingilis diplomatiyasının müxtəlif vasitələri ilə bunun gələcəkdə yeni dünya müharibəsinə səbəb ola
biləcəyini prezident Trumenə çatdırmışdır. Bəlkə də generalın bu hərəkətinin arxasındakı həqiqi
səbəbin «Standard Oyl» olduğunu da söyləmişdir.
Amerika da daxil olmaqla başqa ölkələrdə də generalın «Standard Oyl»un toruna düşdüyü də açıqca
yazılmışdır. Beş ulduzlu generalın Respublikaçılar Partiyasına rəğbəti olduğu da hamıya məlum idi.
Generalın azad edildiyi vaxtlarda Uzaq Şərqdəki Koreya müharibəsi ilə əlaqədar tədqiqatlar aparan
respublikaçı senatorlardan birinin mətbuata verdiyi bəyanat çox maraqlıdır. Bu senator bəyanatında
generalın azad edilmə əmrini alarkən «Uzaq Şərqdə çox mühüm işlərim vardı. Ancaq, Vaşinqtona
dönmək məcburiyyətində idim. Üçüncü Dünya müharibəsi bu zaman Vaşinqtonda baş verdi. Orada
Trumenlə müharibə etməyə gedirəm» sözlərini demişdir. Bu senatoru Trumenə qarşı belə mövqe tut-
masının səbəbi beş ulduzlu generalın vəzifsindən azad edilməsidirmi? Xeyr. Bu müharibə qərarının
arxasında başqa səbəblər yatırdı və bu işin içində «Standard Oyl» şirkətini görməmək mümkün
deyildir.
Amerika da daxil olmaqla dünyanın çox yerində sevilən generalın vəzifəsindən azad edilməsi vətəni
Amerikada çox kəskin reaksiyalara səbəb oldu. Trumen də verdiyi qərarı geri götürə bilməzdi.
Uzaq Şərqdə respublikaçı senatorun verdiyi bəyanatdan dərhal sonra Trumen əleyhinə nümayişlər
başladı. Bunların ən mühümü Amerikanın avtomobil sənayesinin mərkəzi sayılan Detroiddə keçirildi.
Neft ilə çox sıx əlaqələri olan avtomobil sənayesində belə bir nümayiş keçirilməsi isə ayrıca
üzərində durulacaq qədər mühüm mənalar daşıyırdı. Trumenin əleyhinə hərəkət o qədər
genişlənmişdir ki, Amerikada bir-birinə rast gələn hər kəsin verdiyi sual «Amerikanı Trumenmi
yoxsa,Atleemi idarə edir? məzmunda idi.
İran hadisələrinin ən kritik bir zamanında Trumen Mak Artır ixtilafının iç-üzü bacarıldığı qədər gizli
Dostları ilə paylaş: |