Yenə mən həmiŞəki yerimdə - pəncərənin yanıda oturmuŞdum, pərdə də həmiŞə
olduğu kimi bağlı idi. Bu dəfə də o yaxınlaŞdı ki, mən də öpüm, barıŞaq... Nəysə
barıŞdıq. MarŞrutdan düŞdük, mən bloka girənə qədər mənə baxdı, sonra iŞə getdi.
Ondan ayrılıb evə gələndən, ta səhər onu görənə qədər ancaq onu düŞünürdüm. Onu
necə sevirdim mən!!! Bütün varlığım qədər!!!
***
Birinci öpüŞdən sonra artıq aramızda hədsiz yaxınlıq hiss edilirdi.
Mühazirə günü idi. Səhər tez gəlmiŞdim dərsə. Sinfə təzə girmiŞdim ki, Azər içəri
girdi. Qapını əli ilə tutdu, məni qucaqladı, ikinci dəfə də onda öpdü. Hər tənəffüsdə
də, məni tək görəndə öpməyə can atırdı.
Əvvəl öpüŞündən qorxurdum, amma sevdiyim insanın öpüŞü indi həm adi hal idi,
həm də mənimçün qiymətli idi. Nə olur olsun, birinci öpüŞümə xəyanət
etməyəcəyimi bilirdim...
Ona necə xəyanət etmək olardı axı?...
***
Yenə istirahət günləri o biz tərəfdən keçib gedirdi iŞə. Hər gedəndə də soruŞurdu ki,
gəlim də sizə...
Noyabrın əvvəli idi. Mamagil qohumlarla rayona getmiŞdilər. Kiçik bacım da
günorta növbəsində oxuyurdu. Dərsdə idi. Biz dərsdən tez çıxmıŞdıq. Yenə Azərlə
gəlirdim. Yolda sözümüz tərs düŞdü, yenə mən onun xətrinə dəymiŞdim.
KüsmüŞdük. Evə çatana yaxın ona dedim:
- Gəl gedək bizə... Evdə təkəm bu gün. Onsuz da söhbətimizi qurtamamıŞıq. Mən
evə çatıram. Sonra söhbət uzanacaq. Yenə dalaŞacayıq. Gedək, bizdə danıŞarıq.
Bilmirəm nə ağılla bunu ona dedim...
Elə günahın ən böyüyü mənim özümdədi.
downloaded from KitabYurdu.org
Nəysə... Mən qabaqda getdim, qapını açdım, paltarımı dəyiŞdim, o gəldi. İkimiz də
dərsdən həm yorğun, həm də ac gəlmiŞdik. Mətbəxə keçdim, çay qoydum. Çay
qaynayana qədər Azərlə söhbətimiz uzandı. O təkidlə deyirdi:
- Bax elə həmiŞə davanı salan sənsən. Niyə sənə yad nömrədən zəng gəlməlidi?
Nə qədər çalıŞsam da onu inandıra bilmirdim. Günahım yox idi axı...
Sonra mən çay dəmləyəndə arxadan məni qucaqladı. Mən də onu qucaqladım... Hər
Şey yaddan çıxdı…
Çay tökdüm, oturduq, yenə məni öpdü. Ac olduğunu bilirdim. Evdə hazır yemək
yox idi. Kartof gətirdim. O məni qucaqlayırdı. Mən də onun üçün kartof qızardırdım.
Biz çayı ayrı-ayrı stəkanlarda içmirdik. Mənim çaŞkamda ikimiz bir içirdik. Yeməyi
də. (Bu bizim birinci bir yerdə yemək yeməyimiz idi). Eyni boŞqabda bir vilkayla
yedik. Oturdu, bir az televizora da baxdıq. Onun ürəyinin səsinə qulaq asırdım.
- Canım, sənin ürəyin kiminçün döyünür?
- İndi sənin yanındayamsa, deməli ancaq səninçün döyünür...
Ürəyinin səsinə qulaq asdıqca elə bilirdim onun ürəyi də məni sevdiyini deyəcək.
Amma heç o bir dəfə də olsun «Səni sevirəm» deməmiŞdi. Mən də özümü
inandırmıŞdım ki, əsl sevən o sözü deməyə utanar, çəkinər. Yəqin o da məni əsl
sevgi ilə sevir...
Onun yanında vaxt uçurdu. Özümü elə hiss edirdim, sanki evlənmiŞik. Eyni evdə
yaŞayırıq. Məni çoxlu öpdü, ancaq bir söz dedi ki, - Səni istəyirəm... Bilmirəm,
bəlkə də həyatımda mənə belə yaxın oğlan olmadığı üçün, bəlkə də onda uŞaq
ağlında olduğum üçün onun konkret nə istədyini baŞa düŞməmiŞdim. Elə
bilmiŞdim məni çox istədiyini, sevdiyini deyir…
***
Zaman sürətlə gedirdi. Daha da yaxınlaŞırdıq. Əsas o idi ki, mən haçan evdə tək
olurdumsa, Azər bizdə olurdu.
downloaded from KitabYurdu.org
12 noyabr idi. YağıŞlı, tutqun hava. Anam bibim qızının toyuna - rayona getmiŞdi.
2-3 gün qalmalı idi. Yenə Azər bizə gəldi. Evdə hazır dolma var idi. Qazanın
qapağını açıb soruŞdu:
- Balam, acmıŞam, yeməyə nə var?
Onunçün yeməyi qızdırdım. Yedi, çay dəmlədik. Çox vaxt çayniki ona qaynadırdım.
- Mənim iŞim var ürək, sən çayniki qoy qaynasın!
- Mən nə bilim çayniki hara qoymaq lazımdı... Gəl də.
Məni iŞimi görməyə qoymurdu gəlib hey arxadan qucaqlayırdı.
- Gəl yanımda ol, səninçün darıxıram axı...
Onun bu sözləri nə qədər ürəkdən dediyini dəqiq bilmirəm. Amma dəqiq onu bilirəm
ki, mən onun yanında olanda da, o məni öpəndə də, qucaqlayanda da onunçün çox
darıxırdım. Məntiqlə o mənim yanımdadırsa, necə darıxa bilərdim axı?! Amma mən
həqiqətən də onun yanında ola-ola onun üçün dəhŞət darıxırdım. İçimdə narahatlıq,
qorxu kimi qəribə hisslər vardı, özümə, ürəyimə yaxın buraxmaq istəməsəm də hiss
eləyirdim ayrılığı. Çünki mənim kimi bir Şəxs – lap körpəliyindən, uŞaqlığından
ürəyinində sevinc duymayan bir Şəxsə qəflətən belə sevinc qismət ola bilməzdi axı.
Bu dəfəki gəliŞi onun bizə neçənci gəliŞi idi, bilmirəm. Tamam baŞqa cür idi. Mən
ona çay gətirməyə keçdim. O da arxamca gəldi. Qucaqladı, fincanımı əlimdən alıb
stola qoydu...
Öpdü... Öpdü...
- Sən harda yatırdın?... deyib otağımın qapısını açdı. (Anam rayonda olduğundan
səhər tənbəllik edib yerimi də səliqəyə salmamıŞdım. Bu otaqda tək yatırdım.
Günümün çox hissəsi burda olurdum. Bacı balaca otaqda, anam isə digər otaqda
yatırdılar). Yorğanımı kənara çəkdi... məni qucaqlayıb yatağa atdı. Onu mən də
istəyirdim, ona heç cür yox deyə bilmirdim. Ondan çəkinmirdim də. Öpdü... Öpdü...
- Mən səni istəyirəm... bəs sən?
İirin bir yuxunun içindəydim...
downloaded from KitabYurdu.org
- Hə... amma məni incidəcəysən...
- Narahat olma, səni incitməyəcəyəm...
Allahım bu nə idi, mən elədim? Hələ mənə tam çatmırdı elədiyim. Yuxudan
oyandım sanki. Ağlamaq tutdu məni. O yenə məni qucaqlayıb gözümün yaŞını sildi.
- Narahat olma, balam, hər Şey yaxŞı olacaq…
Artıq mən onun qadını idim.
O küləkli, soyuq noyabr günləri onların münasibətlərinə dəhŞətli dərəcədə bir istilik
gətirdi. Bu istilik nəfəslərini qarsadı... Odla, adovla oynadıqlarından xəbərsiz olaraq
onlar münasibətlərin ən epogey nöqtəsinə çatdılar. Hisslərdən yaranan sevgi
ehtirasın qarŞısında tab gətirə bilmədi...
Beləcə, sevənlərin həyatında yeni dönüm baŞladı. Utancaq görüŞlərdən baŞlanan
sevgi dolu günlər intim yaxınlıq münasibətlərinə keçdi...
Soyuq noyabr günləri qızğın, atəŞlə dolu sevgi görüŞləri ilə müŞayiət olundu.
Ancaq bu alovun, atəŞin içində səhv tutulan bir yolun bumbuz soyuqluğu da
sezilirdi.
Bu soyuqluq Nərgizin bütün gələcəyini məhv edəcək, onun arzularını gözündə
qoyacaqdı...
... Hələ ki, o, bütün bunlardan xəbərsiz idi. Hələ ki, onlar görüŞməkdə idilər... Keçək
gündəliklərə.
***
«Bu, niyə belə oldu? Mən nə ağılla onun olmağa razı oldum?» Yerimin içində için-
için ağlayırdım. O təkcə məni sevsin, mənə xəyanət eləməsin, ayrılmayaq. Təkcə
qorxduğum ayrılmaq idi. İçimi bürüyən o ayrılıq narahatlıq qorxusu məni rahat
buraxmırdı. Onu itirməkdən qorxduğumçün, biz ayrılmayaq deyə gör mən nədən
keçdim. Öz gələcəyimdən. Hər Şeyimdən...
Ondan ayrılmamaq üçün oldu bu. Məni mən onu sevdiyim qədər sevsin deyə oldu
bu.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |