Beləliklə, “Heç bir oğlana üz verməyəcəm, heç bir sevgiyə yol vermək olmaz, yalnız
təhsil” – deyib Sumqayıta gələn qızcığaz bir də onu gördü ki, sevir…
***
İimŞək vəfasızdır. Çaxar, sönər. O bir anlıq iŞıq elə bir anlıq sevincim kimi oldu.
Mən də elə bir ŞimŞək iŞığından sevinəcəyimə aldanıb o iŞıqda Azəri gördüm. O
iŞığın arxasınca getməyə can atdım.
Axırı nə oldu?... Tək qaldım. Mən, ürəyim və tənhalığımda mənə dost olan göz
yaŞlarım...
Həmin günləri fikirləŞdikcə cavabsız suallar məni dəli eləyir. Mən sevdiyim insan
bu, ola bilməz, axı məni özünə inandıran da o ola bilməzdi... O mənə belə vəfasızlıq
eləməzdi axı... Mən indi nəyə inanım?
BaŞqalarının sevgisi də mənə qəribə gəlir. Əgər mənim öz gözümdə az qala
ilahiləŞdirdiyim sevgim belə oldusa, indi hansı sevgidən söhbət gedə bilər?
***
Bir dəfə hava çox soyuq idi, o məni gözləyirdi. Biz praktikada idik. Məktəbdən çıxıb
marŞruta minirdiksə, 2 yol var idi – məktəbin yanından, bir də ki, yolun o biri
tərəfindən gedən marŞrutlar. Biz həmiŞə yolun o biri tərəfindən gedən marŞruta
otururduq ki, yol uzun olsun. Yenə üŞüyürdüm. Əllərimi tutdu, bumbuz idim. Sonra
köynəyinin qol düyməsini açdı, əllərini keçirdi, yenə düyməni bağladı. Əllərimi
isitməyə çalıŞırdı. Bir əli ilə də məni qucaqlamıŞdı. Bilmirəm, özümdən asılı
deyildi. BaŞqası olsaydı, onu heç yanıma da qoymazdım, nəyinki, əllərimdən
tutmağa... Amma Azər əllərimdən tutanda onu sevdiyimi ürəyimdə dəfələrlə
təkrarlayırdım.
Onunla hər görüŞümüz hər xırdalığı ilə yadımdadır. Noyabrın əvvəli idi. Hava
günəŞli idi. Azərin dərsi qurtarmıŞdı, məni gözləyirdi. Dərsdən çıxanda qapıdan
yenicə aralanmıŞdıq ki, mənə dedi gəl bu gün gəzə-gəzə gedək, bayaq pulları
uŞaqlara verdim, pulum yoxdur. Mənim də yol pulum yox idi. Getdik parkda
downloaded from KitabYurdu.org
oturduq. O ki var söhbət etdik. Mənə ailəsindən danıŞdı. Bacısının oğlunu dəhŞət
çox istəyirdi. Bacısıoğlunun Şəkillərini mənə göstərdi…
Bir dəfə biz dərsdə idik, o həyətdə tək oturmuŞdu. Burak Kutun «Son bahar»
mahnısına qulaq asırdı telefonda. Ondan yadımda qalmıŞdı ki, o bu mahnını
xoŞlayır. Biz parkda oturanda da mən telefonumda həmin mahnını qoydum. Mənə
təəccüblə baxdı ki, sən hardan bilirsən ki, mən bu mahnı üçün ölürəm? Məni
qucaqladı. Heç birimiz dinmədən sakitcə bu mahnıya qulaq asdıq.
Onun yanında olmaqdan böyük xoŞbəxtlik yox idi mənim üçün. Hər gün, hər saat
zəng eləyirdi. Kontur qurtaranda yanındakı uŞaqların telefonu ilə zəng edirdi.
Həyatımın ən Şirin günləri idi. Bir gün həftənin bazar günü evdə idik. Onu
görməmiŞdim, dəhŞət darıxırdım. İŞdən çıxacağı vaxtlar olardı. Bazar günü yarım
sutka iŞləyirdi. Zəng elədi.
- Neynirsən?
- Heç bekarçılıqdı. Evdə təkəm, darıxıram...
- Mamagil hardadı ki?
- Bakıya gediblər.
Bir az fikirləŞdi... Sonra yenə dedi:
- Gəlim sizə?
İnanmadım ki, bu sözləri o deyib. Onun bizdə nə iŞi var? Yenə də soruŞdu:
- Mənim balam, nə olar gəlim də sizə!!! Gör artıq 2 gündü səni görmürəm. Qapını
açacaqsan, səni görüb gedəcəm. İçəri girməyəcəm.
Nə deyəcəyimi bilmədim. Həm onu görmək istəyirdim, həm də ona heç cür yox deyə
bilmirdim. Ona görə də razı oldum.
Gəldi. Qapını döydü, elə həyəcanlı idim ki, qapını açdım. İçəri girdi. Üzümdən öpüb
görüŞdü. Bir anlıq gözlərimə baxdı. Sonra baŞını qaldırıb evə göz gəzdirdi.
- Mənimçün maraqlıdı, sən evdə neyniyirsən? Harda oturursan, harda yatırsan?...
Güldüm. Dedim:
downloaded from KitabYurdu.org
- Ay ürəyim, gör də.
Mənə baxdı, elə qapının ağzındaca, heç ayayqqabılarını da çıxarmamıŞdı, belimdən
tutdu, sakit dinmədən məni öpməyə baŞladı. O hissləri yazmaqla izah eləmək
mümkün deyil. 19 yaŞım vardı. Həyatımın birinci öpüŞü – sevdiyim insanın məni
öpməyi... Heç cür etiraz eləyə bilmirdim. Yuxu görürdüm elə bil. Birdən özümə
gəldim.
- Neynirsən? Sən elə buna görə gəlməyə can atırdın? Sənə bu, lazım idi? İstədiyini
aldın, indi çıx get. Mən sənin üzünə necə baxacam?
Ağlamaq tutmuŞdu məni. Pis olmuŞdum. Elə bilirdim artıq mən pis qız oldum. Azər
də pis oldu. Yenə məni qucaqladı.
- Sənin baŞın xarabdı? Elə Şeyi niyə fikirləŞirsən? Mən səni istədiyim üçün sənə
yaxın olmaq istəyirəm. Səni istəməsəydim, heç bunu eləyərdim? UŞaqlıq eləmə,
Şirin balam, burda nə var ki? Qorxma.
Gözümün yaŞını silib üzümdən öpdü. Onu heç içəri oturmağa da çağırmadım. Getdi.
Bütün günü qorxu içində oldum. Elə bilirdim ki, hamı onun məni öpdüyünü bilir. O,
bütün gün ərzində mesaj yazdı, zəng elədi. Pis olduğumu görmüŞdü axı…
Səhər həftənin 1-ci günü idi. Dərsə gələn kimi həyəcanla Vəsiləni (10 günə yaxın
onların qrupunda oxumuŞdum, onunla çox yaxın rəfiqə olmuŞdum) tapdım. Ona
danıŞdım olanları...
O da feminist olduğuna görə bir az ağıl verdi.
Səhər məktəbdə də Azər könlümü almağa çalıŞdı. Dərsdə oturdum. Qapının ağzında
durub elə hey mesaj yazırdı…
***
Neçə gün sonra yenə də onunla gedəsi oldum. Yolda mən onun xətrinə dəydim, yol
boyu mənimlə danıŞmadı. Evə çatana yaxın onu öpdüm ki, gəl barıŞaq. Dedim, bir
də səninlə dalaŞmaq istəmirəm, səni çox istiyirəm axı...
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |