Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   12

Xəstəxananın yanında qaçqınların qaldığı evlər var. Orda 2 mərtəbəli evlərin birinin 

blokunda oturdum ki, görən olmasın.  

Allahıma yalvardım:  

- Allahım, sən özün günahımı bağıŞla, bezmiŞəm. Heç kimin üzünə baxa bilmirəm. 

Mənə ölüm ver.  

İçdim. FikirləŞdim ki, axıradək içməliyəm ki, təsiri olsun. Öyümə tuturdu, ancaq 

dözürdüm. İçdim, halsızlaŞdım. Bu vaxt İəhla zəng elədi. Nə qədər oturdum orda, 

sonra zəngə cavab verdim. Artıq səsim çıxmırdı. Sanki səs tellərim yanmıŞdı. İəhla 

qorxdu.  Harda  olduğumu  soruŞdu.  Bir  təhər  dedim,  gəldi..  DanıŞa  bilmirdim,  su 

istəyirdim.  Yıxıldım.  Sonra  baŞ  verənlərdən  xəbərim  olmadı.  İəhla  oradakı 

adamlardan xahiŞ edərək məni xəstəxanaya aparıb. Orada adımı, telefon nömrəmi 

yazıb mədəmi yuyublar. Sonra ayıldım. Məni evə gətirdilər. Anam İəhlanı yanımda 

görüb Şübhələndi. Özüm isə hələ də halsız idim. İəhla dedi ki:  

- Xala, nə olub bilmirəm, amma Nərgiz uksusu içib, özünü öldürmək istəyib.  

Anamın o baxıŞı yadımdan çıxmaz.  

- Nərgiz, sən özünü öldürürdün? Niyə? Səni bu yaŞa kimi bunun üçün böyütmüŞəm? 

Niyə ölmək istədin axı?  

Cavab  verə  bilmirdim.  Anam  həyəcanla  nənəmə  zəng  elədi.  Sonra  məni  Bakıya 

apardılar. Ağzımın içi yanmıŞdı.  

Xalagilə həkim gəldi. Sistem qoŞdular. Xalaqızı da o qədər danıŞdı, danladı ki. Qan 

qusurdum. Anam gözlərimi tuturdu ki, baxma.  

Hər  dəfə  ayağa  durmaq  istəyirdim.  Dura  bilmirdim.  Ağlayırdım.  Özümün  özümə 

yazığı  gəlirdi.  Deyirdim,  bircə  özüm  sərbəst  o  biri  otağa  keçə  biləydim.  Yenə 

oynayıb,  danıŞıb,  gülə  biləydim...  Bacarmırdım.  Anam  da  qorxurdu,  elə  hey 

ağlayırdı. Dayı gəldi. Oturdu yanımda.  

- Qızım niyə belə elədin? Sən nəsə istəsən, mən heç yox deyərəm sənə?  

Pis idim. Ona heç nə deyə bilmədim.  

downloaded from KitabYurdu.org




***  

Mən uksusu içəndə adımı, nömrəmi yazmıŞdılar. 3-4 gün, bəlkə də çox olardı, keçdi. 

Zəng gəldi. Polis  Şöbəsinə  çağırırdılar, gedib  ifadə  verməli  idim.  Uksus  içməyim 

cinayət  sayılırdı.  Ayağa  qalxmağa  halım  olmadığı  halda  anamla  birtəhər  getdik, 

ifadə  yazdım.  Polis  pul  istədi,  dedi  ki,  yoxsa  məhkəməyə  getməlidi.  Anam 

ağlamsındı:  

- Vallah, pensiyadan qalan cəmi 15 manat puldur. Gələn pensiyaya qədər budur.  

O da 10 manatı aldı.  

Allahım mən görəsən, daha nələrə dözəcəm?  

Tətilim ancaq yaŞadıqlarımın əzabını çəkməklə keçir. Azər bu qədər vaxt ərzində 

məni  axtarmır.  Amma  dostları  Muradla  Əli  məni  unutmurdular.  Yerimdən  qalxa 

bilmədiyim  günlərdə  onlar  ikisi  də  mənə  kontur  göndərirdilər  ki,  bilirik  danıŞa 

bilmirsən.  Mesaj  yaz.  Məni  güldürməyə  çalıŞırdılar.  Onları  necə  çox  istəməyə 

bilərəm?  

Sabir...  Sabir  canımı  Pərvizin  əlindən  qurtardı.  O  anda  ona  «Sənə  nifrət  edirəm 

dedim», amma onun yaxŞılığını mən yadımdan çıxara bilmərəm. Anam pensiyanı 

alanda  ona  zəng  elədi,  görüŞdü  ki, pulunu  qaytarsın.  O  almadı.  Üstəlik  mənə  aid 

onda  nə  varsa,  qaytardı.  İəkillərim,  qolbağım.  Mənə  əsgərlikdə  olanda  kitab 

yazacağını deyirdi. Mənə aid olanları kserekopiya eləyib anama vermiŞdi. Oxudum, 

dəli  oldum.  Mən  ona,  onun  sevgisinə  layiq  deyiləm.  Anam  onları  hara  qoydu, 

bilmədim. Onsuz da mən ona ərə gedə də bilməzdim. Mən Azərin olmuŞam. Artıq 

mənim qismətim deyildi ağ gəlinlik donu.  

***  

Sevimli günlüyüm bu gün sentyabrın 6-dır, Azərin ad günüdür.  



Dözə bilərdim? Yox. Səhərdən fikirləŞirdim ki, onu yığım, ya yox.  

Zəng elədim.  

- Alo  

downloaded from KitabYurdu.org




- Balam, necəsən?  

- Çox sağ ol, sən necəsən, neynirsən?  

- Heç... evdəyəm. Sən neynirsən? Niyə axtarmırdın məni?  

- Səndən zəng gözləyirdim, ona görə...  

- Mən də sənin zəngini gözləyirdim.  

-  Bu  gün  sənin  ad  günündü.  Hə?  Təbrik  eləyirəm.  Böyük  oğlan  olasan.  XoŞbəxt 

olasan. Nə alım sənin üçün hədiyyə?  

- Çox sağ ol. Heç nə istəmirəm. Nə yaxŞı yadında qalıb. Elə bildim artıq məni tamam 

yaddan çıxarmısan...  

- Mən sən deyiləm!  

- Mənim balam, yaxŞı da. Mən səni çox istəyirəm. Əgər bilmək istəyirsənsə, mən 

artıq təkəm. İndi də ad günündə təkəm.  

Onun nə demək istədiyini baŞa düŞmədim. Tahirə ilə ayrıla bilməz. Yox! Bəs nə 

demək istəyirdi?  

Yenə  fikri  nə  idi?  Dedi  ki,  məktəb  açılsın,  Əli  ilə  səni  görməyə  gələcəm.  Çox 

darıxmıŞam.  

Mən  də  darıxırdım.  Amma  guya  ona  bildirmək  istəmirdim.  Onun  mənə 

çəkdirdiklərindən sonra... Bütün bunlardan sonra onu hələ də sevirdim. Dəlicəsinə 

sevirdim.  

Hətta mən bir Şeyi indiyəcən deməmiŞdim. O məni atanda və Tahirə ilə seviŞəndə 

Tahirə  kimlərdənsə  eŞitmiŞdi ki, Azər  mənimlə  yaxın olub. Bunu  eŞitcək  Azərin 

üzünə olmazın sözlər söyləmiŞ və ondan ayrılmıŞdı... Onda Azər gəlib məni məcbur 

etdi  ki,  get  Tahirəyə  de  ki,  bəs  bu  sözləri,  guya  mən  özüm  uydururam.  Azəri 

sevdiyimçün, guya sizin aranızı vururam.  

Mənə hədə-qorxu gəldi ki, Tahirəyə onu da de ki, aramızda heç vaxt heç nə olmayıb. 

Və  mən  də  gedib  Tahirəyə  yalvar-yaxar  etdim  ki,  Azər  təmizdir,  səni  sevir,  bu 

söhbəti isə aranızı vurmaq üçün mən çıxarmıŞam...  

downloaded from KitabYurdu.org




Əlbəttə, heç kəs bunu etməzdi. Heç kəs belə alçalmazdı. Ancaq mən buna da getdim. 

Zəif, aciz, miskincəsinə buna da getdim. Azəri sevirdim, bütün varlığımla sevirdim. 

Mənə yaŞatdığı acılar belə bu sevgimə kölgə sala bilmirdi...  

Bəzən  birinin  həyatından  gedirsən.  Bəlkə  də  qovulursan.  Qayıtmayacağının 

zəruriliyini  bilə-bilə,  içində  səni  aldadıb  əskildən  o  Şəxsə  olan  sevginin  son 

iŞartılarını məhv edə-edə, “onsuz daha xoŞbəxt olacam” təsəllisi ilə özünü aldada-

aldada.  Yuxusuz  gecələr  keçirir,  əzab  içində  qovrulursan.  Göz  yaŞları  ilə, onunla 

bağlı xatirələrin acısı ilə ürəyini yaralaya-yaralaya onlu günləri unutmağa çalıŞırsan. 

Ancaq bircə təsadüfi zəngi, yaxud küçədə üz-üzə gəlməyiniz hər Şeyi alt-üst edir. 

Ayrılıq dolu günlərdə çəkdiyin bütün əzabları unudub yenidən onun olmağa razılıq 

verirsən... Və yenidən aldanırsan....  

Gündəliklərə qayıdaq.  

***  

Yox, Azər cavab vermir, məndən gizlənirdi. UŞağı da saxlamaq get-gedə daha riskli 



olurdu. Təcili, dərhal nəsə etmək lazım idi. BölüŞməyə bir adamın da yox idi. Afətə 

deməyə  ürək  eləmirdim.  İndi  onun  çətin  günləri  idi.  Nənəsi  xəstəxanada  ağır 

vəziyyətdə yatırdı. Afət də onunla qalırdı.  

Ümidim bircə Gülərə idi..., həm də onun bacısı tibb iŞçisi idi axı, aptekdə iŞləyirdi.  

Gülərə zəng elədim.  

O  da  dedi  ki,  test  al,  yoxla,  dəqiq  bil.  Ürəyim  gəlmədi.  Mən  bilirəm  də  dəqiq, 

hamiləyəm.  Orda  “+  “  cavabını  gözümlə  görsəm,  sonra  nə  olur  olsun,  uŞağı 

saxlayardım. Məni öldürsəydilər də... Dərman istədim. Tapdı, «Saytotek»di məncə. 

BaŞa  salıb  ki, neynəsəm  uŞaq  düŞəcək. Dərmanı  dilmin  altına  qoyanda,  Allahım 

bilir hansı hissləri keçirdim. İndi yazdıqca o anları təzədən yaŞamaq çox çətin olur. 

Ən böyük xəyalımı, arzumu özüm yox eləməliyəm. Bir də heç vaxt Azərlə bizim 

uŞağımız olmayacaq. Onunla evlənməyəcəyik. Bunu bilirəm. Allah, özün görürsən 

mənim  bu  vəziyyətimi.  Ən  böyük  arzum,  xəyalım  olan  uŞaq  niyə  gözləmədiyim 

downloaded from KitabYurdu.org




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə