Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

 

42 


M.  Ə.  Rəsulzadə  milli  mədəniyyətə  böyük  əhəmiyyət  verirdi.  Hətta 

məqalələrinin  birində  milli  mədəniyyətlə  millət  anlayışları  arasında  bərabərlik 

işarəsi qoymuşdur. Şübhəsiz ki, bu milli mədəniyyətə verilən yüksək qiymət idi. O, 

―Milli dirilik‖  silsilə  məqalələrində  mədəniyyət  məsələlərini  ətraflı  şəkildə  tədqiq 

etmişdir.  O,  milli  mədəniyyətə,  bayaq  dediyimiz  kimi,  dünya  mədəniyyətinin 

tərkib hissəsi  kimi baxırdı. Bir millətin ölməsi və  yaxud ölgün fikirlərlə  yaşaması 

yalnız  həmin  millətin  bədbəxtliyi  deyil,  həm  də  bəşəriyyətin  böyük  nöqsanıdır. 

―Bəncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. 

Hər  millət öz iqtidar və  öz istiqlalı sayəsində,  yəni öz diriliyi ilə o  yekuna xüsusi 

olduğu  qədər  də  qiymətli  bəzi  şeylər  əlavə  edir  ki,  bir  millətin  ölməsi  və  yaxud 

ölkün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini deyil, bəşəriyyətin də böyük 

bir nöqsanını təşkil edir‖ (―Dirilik‖  məcmuəsi,  1914, № 1). 

O,  dinin  mədəniyyətə  güclü  təsir  etdiyini  göstərmişdir.  Bu  baxımdan 

islam  dininə  etiqad  edən  xalqlar  mədəniyyətcə  bir-birinə  yaxınlaşırlar.  Lakin 

müsəlmanlar  tərəqqiyə  yad  nəzərlərlə  baxdıqlarına  görə  hazırda  dərin  böhran 

keçirirlər.  Ona  görə  də  başqalarının  mədəniyyətinə  əsir  düşürlər,  başqalarının 

tərəqqisindən  faydalanırlar.  ―Biz,  yəni  islam  aləmi  və  islam  millətləri  dinimizin 

sağlam  əmrlərindən  çox  uzaqlaşaraq  dünya  diriliyinə  qərib  bir  nəzərlə  baxmağa 

başladığımız zamandan bəri başqalarının rizəxarı və onlardakı tərəqqi və ümranın 

əsir və dəstgiri olduq‖ (yenə orada). 

M.  Ə.  Rəsulzadə  mədəniyyətdəki  böhranı  dini  nöqteyi-nəzərdən  izah 

etməyə  çalışmışdır.  Görünür  o,  dinimizin  qeyri-sağlam  əmrləri  olduğunu  nəzərdə 

tutub  dinimizin-  sağlam  əmrlərindən  yazmışdır.  Bu  da  hər  şeydən  əvvəl  islam 

dininin milli dili boğmasından irəli gəlirdi. M. Ə. Rəsulzadəni ilk növbədə dünyəvi 

həyat  maraqlandırırdı.  İslam  dinindən  fərqli  olaraq  o,  fəal  insana,  axirət  dünyası 

üçün deyil, bu gün üçün, millət üçün yaşayan insana üstünlük verirdi. Bununla belə 

dini böyük mədəni qüvvə hesab edirdi. ―Dini də bir amili-mədəni ədd elədiyimiz, 

ehtimal  ki,  bəzilərinə  bir  az  qərib  gələcəkdir,  çünki  məşhur  olan  bir  nəzəriyyəyə 

görə din ilə milliyyət fikri yekdigərinə nəqizdir‖ (―Dirilik‖ məcmuəsi, 1914, № 7). 

O, din və milliyyət arasındakı ziddiyyətə başqa cəhətdən yanaşmağı təklif 

etmişdir.  O  zaman  ziddiyyət  aradan  götürülür,  ―dinlərin  bir  beynəlmiləliyyət  və 

dillərin  isə  bir  milliyyət  vücuda  gətirdikləri‖  aydınlaşır.  Demək,  biz  din  və 

milliyyət  problemini  həll  etməkdəı  ötrü  beynəlmiləliyyət  və  milliyyət  anlayışla-

rından çıxış etməliyik. Bu anlayışları dialektik vəhdətdə götürməliyik. Daha birini 

digərindən ayırmamalıyıq. Hər birinin öz yeri   və öz vəzifəsi vardır. 

M. Ə. Rəsulzadə  dili dindən üstün tutmuşdur. Lakin dil dindən nə  qədər 

üstün olsa da, müəyyən şərait daxilində din xüsusi qüvvə kəsb edə bilər. Bu zaman 

onun  təsiri  millətin  həyatında  nəzərəçarpacaq  dərəcədə  artar.  Bu  təsirlər  özünü 

əsasən  mədəniyyətdə  göstərir.  Ona  görə  də  islam  dininə  etiqad  edən  millətlərin 

mədəniyyətində ümumi cəhətlər mövcuddur. M. Ə. Rəsulzadə yazmışdır: ―Din hər 

nə  qədər  dildən  sonra  gələn  bir  amil  isə  də,  bəzi  şərait  daxilində  ondan  daha 



 

43 


müəssir bir qüvvə  şəklini də ala  bilər, ümumi bir dil nə  qədər dil  əhlində  ümumi 

bəzi xislətlər və ideallar tövlid edirsə, ümum bir dinə malik olmaq dəxi o dərəcədə 

böyük bir təsir icra edə bilər‖ (yenə orada). 

Lakin  o,  dinə  kor-koranə  surətdə  tabe  olmağın  əleyhinə  çıxmışdır,  bunu 

avamlıq  adlandırmışdır.  Hər  şeyə  dini  müqəddəsliklə  yanaşmaq,  hər  şeyi  dini 

nöqteyi-nəzərdən  qiymətləndirmək  xürafata  və  cəhalətə  yol  açmaqdır.  Rəsulzadə 

bunu qəti şəkildə tənqid etmişdir. ―Millətin bir avamlıq dövrü vardı ki, o zaman hər 

şeyə  ancaq  dini  bir  qüdsiyyət  nöqteyi-nəzərindən  əhəmiyyət  verər‖  (―Dirilik‖ 

məcmuəsi, 1914, № 7). 

Qurani-kərimin  ana  dilinə  tərcümə  olunmaması,  dini  ayinlərin  ərəbcə 

oxunması  üzündən  yerli  dil  zərər  çəkmişdir.  İslam  dini  yerli  dili  boğmuşdur, 

inkişafını  buxovlamışdır,  irəli  getməyinə  mane  olmuşdur.  Lakin  bununla  yanaşı 

olaraq  dini  təəssüb  milləti  daha  xətərli  hallardan  qorumuş,  bir  sıra  təhlükələrdən 

sovuşdurmuşdur.  Odur  ki,  dinin  xeyiri  ziyanından  daha  çox  olmuşdur.  ―İslam 

təəssübü,  yuxarıda  deyildiyi  kimi,  vücudumuzu  daha  məhlik  xətərlərdən  saxlamış 

olduğundan  əlavə  milli  ədəbiyyatımızın  vücuda  gəlməsinə  də  səbəb  olmuşdur‖ 

(―Dirilik‖ məcmuəsi, 1914, № 7). 

Din  hətta  yerli  ədəbiyyatın  yaranmasına  belə  kömək  etmişdir.  Rəsulzadə 

bunu onunla izah edir ki, zadəganlar ərəbcəyə və farscaya nə qədər təmsil olunsalar 

da, adi zəhmətkeşlər, kəndlilər türk oğlu türk olaraq qalmışdır. Böyük türk kütləsi 

eyni  zamanda  da  islam  dininə  etiqad  etmişdir.  Bu  kütlə  nə  qədər  avam  olsa  da, 

―dini  bir  qəzai-ruhaniyyə‖  tələb  edirdi.  Bunun  sayəsində  də  yerli  dini  ədəbiyyat 

vücuda gəlmişdir. 

Yuxarıda  deyildiyi  kimi,  M.  Ə.  Rəsulzadə  dini  islaha  tərəfdar  çıxmışdır. 

O,  milliliyi  boğmayan,  islah  olunan  dini  böyük  mədəni  qüvvə  saymışdır.  Bu  cür 

din ancaq tərəqqiyə xidmət edə bilər. ―İslah olunmuş, həqiqi və ilahi əsaslara irca 

olunmuş, həşv və zəvaiddən qurtarıb ictimai və milli əsaslara mümanəət etməyəcək 

fəlsəfi  bir  hala  qaytarılmış  islam  dini  o  vəqt  qüvvətli  bir  amili-tərəqqi,  eyni 

zamanda  da  islam  millətlərinin  milliyyət  və  mədəniyyətlərinə  xadim  mühüm  bir 

mühərrik  olacaqdır‖  (―Dirilik‖  məcmuəsi,  1914,  №  7).  M.  Ə.  Rəsulzadə 

mədəniyyət  məfhumunu  araşdırarkən  dilə,  tarixi  ənənəyə  və  dinə  mühüm  yer 

vermişdir.  Onun  mədəniyyət  anlayışının  əsasını  milli  mədəniyyət  təşkil  edirsə, 

milli  mədəniyyətlərin  cəmi  bəşər  mədəniyyətini  yaradır.  Bəşər  mədəniyyətinin 

inkişafı  milli  mədəniyyətlərin inkişafını tələb edir. O, ―Gürcü  məsləkdaşlarımızla   

bəhsimiz‖  məqaləsində  yazmışdır:  ―Açıq  söz‖  mədəniyyəti-bəşəriyyəni  milli 

mədəniyyətlərin  yekunu  təsvir  edir.  Mədəniyyəti-bəşəriyyə  namına  milli 

mədəniyyətlərin  hər  bir  təcavüz  və  təərrüzdən  saxlanmasını  tələb  edir.  Milli 

mədəniyyətlərin kökünü dildə, tarixi ənənədə görür. Fəqət dinə dəxi mədəni bir rol 

vermək  istər.  Din  mütədəyyinləri  arasında  mədəni  bir  beynəlmiləliyyət  vücuda 

gətirir‖ (―Açıq söz‖ qəzeti 1916, № 99). 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə