Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

 
32
Kimyəvi tərkibi: 
 
CO

1,0 Rn 300 Max. vahid.M 4,7 HCO
3
 38 SO

32 Cl 33_.pH 6,3; D 259 m³/gün, T 22 Cº 
             
                                         Ca 28 (Na+K) 56 Mg 16 
 
Rusiyadakı “Pyatiqorsk” (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin 
müalicəsində suya girməklə 10-15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır. 
Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir. 
 
Qızılvəng mineral bulağı. Babək rayonu ərazisində, Qızılvəng dəmiryolu stansiyasından 2 km, Araz 
su anbarı dəryaçasından isə 300 metr aralıdadır. Orada 1963-cü ildə Araz çayı üzərində bənd tikilərkən 
mineral bulaqların əksəriyyəti su altında qalmışdır. Orta əsrlərdə həmin bulaqlara “Astaabad bulaqları” da 
deyilirdi. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,7 M 5,2 SO

80 Cl 20_________.pH 6,8; D 4,0 m³/gün, T 18 Cº 
             
         (Na+K) 35 Mg 35 Ca 30 
 
Zəif minerallaşmış su acı-şor dadlı olmaqla Rusiyanın “Pyatiqorsk” (Şimali Qafqaz) suyunun 
oxşarıdır. Daxili xəstəliklərin müalicəsində əhəmiyyətlidir. 
 
Quyuludağ mineral bulağı. Babək rayonu ərazisində Sirab kəndi yaxınlığında, Sirab mineral su 
yatağından 4 km qərbdədir. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,8 M 5,5 HCO

43 SO

27 Cl 29.pH 6,6; D 172-80 m³/gün, T 18 Cº 
             
            (Na+K) 78 Mg 15 
 
Suyun tərkibi karbonqazlı, orta dərəcədə minerallaşmışdır. Həmin sudan mədə-bağırsaq 
xəstəliklərinin müalicəsində istifadə etmək olar. Yay aylarında bulağın suyu azalaraq sutkada 80-75 
m³/gün olur. 
 
Sirab mineral bulağı. Babək rayonu ərazisində, Sirab kəndindən 3 km şimalda, okean 
səviyyəsindən 1100 m. yüksəklikdədir. 
Orada kimyəvi tərkiblərinə görə üç tipdə mineral bulaqlar vardır. Həmin su yataqları 1966-ci ildə 
elmi şəkildə öyrənilmişdir. 
 
I tip mineral bulağı.  Zəif minerallaşmış karbonqazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur. 
Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli mineral suyunun analoqudur. 
  
Kimyəvi tərkibi: 
 
CO

1,0-1,5 M 2,6-3,0 HCO

79 SO

14______.pH 6,6; D 1470 m³/gün, T 20 Cº 
             
                     (Na+K) 27 Mg 21 Ca 52 
 
II tip mineral bulağı. Orta dərəcədə minerallaşmış karbonqazlı, hidrokarbonatlı, natriumludur. 
Gürcüstandakı “Borjom” tipli suya oxşardır. 
 
Kimyəvi tərkibi: 
CO

1,2 M 5,5-6,5 HCO

72-81 Cl 11-19__.pH 6,8; D 160 m³/gün, T 26 Cº 
             
               (Na+K) 62-82 Ca 12-15 
 
III tip mineral bulağı. Yüksək dərəcədə minerallaşmış karbonqazlı, mərgümüşlü, hidrokarbonatlı-
xlorlu, natriumludur. 


 
33
Rusiyanın Saxalimdəki “Sineqorsk” və Culfadakı “Darıdağ” tipli mineral sularının oxşarıdır. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,9 As 2,1 mq/litr M 29,7 HCO

45 Cl 54.pH 6,6; D 95 m³/gün, T 29 Cº 
             
                                  (Na+K) 95 Mg 3 
 
I-II qrup mineral sulardan daxili xəstəliklərin müalicəsində (sutkada 1-2 litr)və süfrə suyu kimi 
istifadə etmək olar. 
III qrup mineral su mədə-bağırsaq, qaraciyər, qoturluq və digər xəstəliklərin müalicəsində (gündə 
0,1-0,2 litr), qurtumla içməyə yararlıdır. Həmin suyun tərkibində  mərgümüş (radiaktiv zəhərli maddə) 
olduğundan yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır. 
 
Vayxır mineral bulağı. Babək rayonu ərazisində Naxçıvan şəhərindən 18 km şimalda kəndin şimal-
qərbindəki okean səviyyəsindən 1100 m. yüksəklikdə, bir neçə sayda mineral bulaqlar çıxır. Kimyəvi 
tərkibinə görə mineral sular iki qrupa ayrılırlar. 
I tip mineral bulağı. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,3 M 6,9 HCO

49 Cl 41 SO

9___.pH 6,5; D 270 m³/gün, T 19,9 Cº 
             
         (Na+K) 65 Ca 23 Mg 12 
 
II tip mineral bulağı. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,3 M 4,5 HCO

79 Cl 13 SO

18__.pH 6,5; D 175 m³/gün, T 20,4 Cº 
             
         (Na+K) 39 Ca 44 Mg 17 
 
İkinci qrupdan olan bulağın suyu “Sirab” mineral suyu kimi zəif minerallaşmış karbonqazlı, 
hidrokarbonatlı, kalsiumlu-natriumludur. 
Vayxır mineral bulaqları 1972-ci ildə elmi şəkildə öyrənilərək, orada 1985-ci ildə Vayxır Mineral 
Su Zavodu yaradılmışdır. 
1987-ci ildən “Vayxır” mineral suları 0,5 litrlik şüşə qablarda sənaye üsulu ilə istehsalına 
başlanmışdır. 
Vayxır mineral sularından daxili xəstəliklərin müalicəsində qaraciyər (hepatiti), öd kisəsi iltihabı, 
xroniki qastiritlər, xroniki kolitlər və.s müalicəsində (sutkada 0,5 litr, 18-20 Cº) içilməsi əhəmiyyətlidir. 
Vayxır suyunun osmotik qatılığı, insandakı qan plazmasının qatılığına uyğun gəldiyindən daxili 
xəstəliklərin müalicəsində əvəzolunmaz təbii mineral sudur. 
 
Sürəməlik mineral bulağı. Əvvəllər Babək rayonu ərazisində olmuş qədim Sürəməlik kəndindən 5 
km. şimal şərqdə, okean səviyyəsindən 1400 m. yüksəklikdədir. 
Zəif minerallaşmış bulağın suyu Eosen əhəngdaşlı qumdaşları layından çıxaraq, tərkibi karbonqazlı, 
dəmirlidir. Elmi şəkildə öyrənilməmişdir. 
 
“Armudlu” mineral bulağı. Şərur rayonu ərazisində Düdəngə kəndi yaxınlığındadır. 
 
Kimyəvi tərkibi: 
 
M 1,8 HCO

86____________.pH 6,1; D 21,6 m³/gün, T 25,5 Cº 
         
(Na+K) 14 Ca 71 Mg 15 
 
Zəif minerallaşmış su hidrokarbonatlı-kalsiumlu-maqneziumludur.  İçilməsi həkim məsləhəti 
olmalıdır. 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə