180
Zatın itirənin getdiyi yolda
Yaxın yoldaĢıdır Dosta xəyanət.
Vəzifə nəməri aldığı halda
Görmədim onlarda zərrə ləyaqət.
Dədələr dedilər: ac ol, kiĢi ol!
Ġmperya tulası ol demədilər;
EĢĢək axurutək yeməyi gen-bol
YaĢanan bir ömrə yol demədilər.
Ey ağıldan seyrək, üzdən qəĢənglər,
Sizin gözünüzlə bizə gülürəm:
BaĢlara tuĢlanır bütün tüfənglər,
Həyat ağıllını sevmir,-- bilirəm!!
Tarixə nə qədər vursan da yamaq,
Hər kəs necə varsa qalacaq yadda.
Siz cəmi bir Ģeyi satdınız ancaq,
Onlarsa hamını satdı həyatda.
PS: Bu əsər 1989-cu ilin martı yazılıb, 2004-cü
ilin apreliində tamamlanıb.
Ġlk dəfə müəllifin
―Vahidiyəm Azərbaycanımın‖(2014. Bakı) kitabın-
da iĢıq üzü görüb.
ġAH ABBAS və
VƏZĠR ALLAHVERDĠ XAN
Aldın el gücünə düĢməndən yurdu:
VƏTƏN bölünmüĢdü--bir TAM eylədin.
Elə ki, baĢında qızıl tac durdu--
Xalqın Qızıl BaĢın edam eylədin.
181
Sən həm ġah Abbassan, həm ―cənnətməkan‖?!
Bu xalqa həm düĢmən, həm də oğulsan??.
Səni daĢ məzara gömsə də, zaman
Hələ ürəklərdə qorxu-nağılsan.
Ehtiram etmədin elin dilinə--
Farsları bağrının baĢına qoydun...
Qotur Ġsfahanın bircə telinə
Təbrizin minlərcə gözünü ovdun.
Tikdin karvan-saray, məhbəs və məscid...
Cəsus Ģəbəkəsi qurdun ölkədə.
Bu vətən, bu millət, bu dünya – Ģahid:
Müsbət bir tərəfin yoxdur heç nədə.
Baxıb nadanlarda Ģahsevənliyə
Bığaltı özünçün güldün, ha güldün...
Qanlı qılıncını,-Mənəm Ģah!!--deyə
Güllü ətəyinə sildin, ha sildin...
Nə qədər tac altda alçalır vüqar,
Vətən nadanlara əsir olacaq.
Nə qədər Ģahlıq var, Ģahsevənlik var--
Hayes ALLAHVERDĠ--vəzir olacaq!!
FĠL və AZADLIQ
(Bakı. 20 Yanvar 1990-cı il.)
Filin ayağını doğulan günü
Hindli nazik iplə bağlayır tirə.
Dartınıb, çırpınıb o filin geni,
Nəhayət, itaət saxlayır tirə.
182
Bir baĢ çatısıdır müstəbid Xalqa:
Bir qul əsarəti çıxarmaz baĢdan...
Ġradə aparır insanı Haqqa,
Azadlığın yolu keçir savaĢdan!!
Sən də tirə bağlı o Fil kimisən--
Hər zülmə, zalıma boyun əyirkən.
BaĢında oturmuĢ istibdadı sən
Salıb ayaq alta: əz, qurtar, Vətən!
XOVF (XÖVF)
(Bu Ģeir beĢ yaĢında olan qızım Aynurun imzası ilə 19 mart
1991-ci ildə ―Ġlnam‖ qəzetində, N-10/18. dərc edilib. Həmin
gün Naxçıvandan Seyid ocağından--ana nənəsinin yanından
uzun müddət sonra Bakıya dönən qızım evimizdə ilk dəfə kiçik
NAMAZ xalçasını-- canamazını yerə sərdi. Bu vaxt kiçik bacısının
onunla səcdəgah üzərində zarafat etməsini xoĢ qarĢılamayıb
sərt hədələdi. Mən böyük qızıma ona bu hədəyə görə cəza
verəcəyimdən qorxmağı söylədim. Qızım: mən bu dünyada
Allahdan baĢqa heç kəsdən qorxmuram,--dedi. O gündən mən
tərbiyə üsulumu dəyiĢdim. Bu Ģeir həmin gün həmin hadisənin
təəssüratı ilə yazıldı.)
Xovfdur bu cahan büsbütün:
Çölümüz, içimiz xovfdur.
Xovfdur cəmi aĢkarımız,
Cikimiz, bikimiz xovfdur.
Xovfdur bütün bu istibdad,
Ġmanımız, dinimiz xovfdur.
Xovfdur bu sürülməz gecələr,
Ömrümüz, günümüz xovfdur.
183
Xovfdur hər gün yediyimiz,
Hər gün gördüyümüz xovfdur.
Xovfdur Vətəndən aldığımız,
Vətənə verdiyimiz xovfdur.
Xovfdur baĢımız üstündə;
Qəlbimizdə hər nə var xovfdur.
Xovfdur hər gün ölənlər,
Hər gün doğulanlar xovfdur.
Xovfdur qaldırdığımız bayraqlar,
Uğrunda öldüyümüz xovfdur.
Xovfdur üstündə ağladığımız.
Üzünə güldüyümüz xovfdur.
Xovfdur hər gün yazdığımız,
Hər gün oxuduğumuz xovfdur.
Xovfdur əlindən qaçdığımız,
Sözünə uyduğumuz xovfdur.
Xovfdur hər zülmü yaĢadan,
Insanı qul edən xovfdur.
Xovfdur vicdanı susduran.
Namusu pul edən xovfdur.
Cahanda ən güclü QÜVVƏ:
Rüstəm Zal, Qırxquldur, Gavə--
Nə güllə, nə tüfəng-topdur.
Xovfdur! Xovfdur! Xovfdur!
184
SONUN ƏVVƏLĠ
(Diktator Səddam Hüseyn edam edilən gün
yazılıb)
Vaxtdır, hazırlaĢın, gəlib çatıbsız:
Daha boynunuza kəndiri seçin.
Uca kürsülərdə xeyli yatıbsız--
Durmağa bir xeyli hüdürü seçin!
Boğub ədaləti, tapdayıb haqqı,
Fırlayıb geriyə fələyi, çarxı...
Dözümsüz görəndə dözümlü xalqı
Allah səbrlidir, səbiri seçin!
Torpaq əvəzinə BaĢa turp əkib,
Vətənə, millətə, haqqa dağ çəkib.
Daim dəbdəbəli imarət tikib,
Ġndi də ən kiçik qəbiri seçin!
Siz az vurmadınız Tarixə zərbə.
Üç badam--bir qozdur bu Neft müharibə.
Yolunuz bağlıdır ġərq ilə Qərbə:
YaĢamaq istəsəz Sibiri seçin!..
ÇƏTĠN YOL
Daim çətin olub əyri yollardan
Ġnsana həyatda düz yolu getmək.
Nə var: qayda pozub gəldisə hardan--
Gah sağı yerimək, gah solu getmək...
Düz yolun önündə neçə maniə,
Neçə təhlükə var, duman var, çən var...
Dostları ilə paylaş: |