Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   18   19   20   21   22   23   24   25   ...   83

 
verib d
ərs oxumağa iqtidarı yox idi. Zira bu məktəbdə nə mü-
əllim haqqı, nə də uşaqlara təhmil olunacaq ağır məsarif yox 
idi» [201, s.331]. 
1896-ci ild
ə M.T.Sidqi Naxçıvana gələrək «Məktəbi-tərbi-
y
ə»  adlı  yeni  üsullu  məktəb  açır  və  pedaqoji fəaliyyətini  da-
vam  etdirir.  Naxçıvan  camaatı  məktəb üçün öz xərcinə  yeni 
bina tikdirir. M
əktəbin açılışı münasibətilə təşkil olunan cəşn 
m
əclisində  söylədiyi nitqində  Sidqi bu cür məktəblərin  əhə-
miyy
ətindən bəhs edərək deyir: «Qafqazda sakin olan müsəl-
manlara t
əğazayi-əsrə  görə  lazımdır  ki,  hər  şəhərdə  və  bəlkə 
h
ər qəryədə  «Məktəbi-ədəb»  namında,  yəni təhsili-ədəbiyyat 
üçün, t
əlimi-qəvaid üçün müntəzəm surətdə  üsuli-cədid üzrə 
m
əktəblər bina olunsun. O məktəblər türk və fars, ərəb və rus 
dill
ərinin təhsil və  təliminə  davam olunur. Hər yüz evin
q
əryənin yenə  bu cür məktəblərin təsisi lüzum görüləcəkdir» 
[223]. 
M
əktəbə Sidqidən başqa üç nəfər də müəllim dəvət olunur. 
Bu
rada başlıca olaraq ana dili, fars dili, hesab, coğrafiya, tarix, 
ərəb dilinin sərf-nəhfi və  gündə  bir saat rus dili öyrədilirdi. 
D
ərslər Azərbaycan və fars dillərində keçirilirdi. Bu məktəbdə 
d
ə  yoxsul şagirdlər dərs haqqından  azad idilər. Sidqi özünün 
«Nümuneyi-
əxlaq»  adlı  dərsliyində  məktəbin  əhəmiyyətini 
qiym
ətləndirərək yazır: «Elm və ədəb bir xəzinəyə bənzər ki, 
onun kilidi m
əktəbdir. Bizləri  nadanlıq  zülmətindən  qurtarıb 
nuri-m
ərifətə  yetirən məktəbdir. Çünki insanın qədrü qiyməti 
elm il
ə bilinir, yəni elmi və mərifəti nə dərəcədə olsa, habelə 
d
əyəri və qiyməti o qədərdir. Bəs insanın əsl qiyməti bildiyi və 
öyr
əndiyi şeylərdən ibarət imiş ki, o da məktəb ilə hasil olur» 
[225, s.16]. 
M.T.Sidqinin  Qurban
əli  Şərifova ünvanlanan məktubun-
dan  aydın  olur  ki,  Hacı  Zeynalabdin  Tağıyev  1896-cı  ildə 
«M
əktəbi-tərbiyə»yə  1000 manat məbləğində  maddi yardım 
et
mişdir [140, s.90]. 
 
M.T.Sidqi Qafqazın qabaqcıl və  gözüaçıq şəxsiyyətlərin-
 
67 


 
d
ən biri olmuşdur. Çar üsuli-idarəsinin nəticəsi olaraq, bütün 
Qafqazda, o cüml
ədən Ordubadda gerilik hökmfərma olan za-
man İrandan, Türkiyədən, Baxçasaraydan və s. yerlərdən fars-
ca, türkc
ə aldığı qəzet və məcmuələri diqqət ilə oxuyardı. O, 
Sultanm
əcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Əlisgəndər 
C
əfərov və  Nəriman Nərimanovla  əlaqə  saxlayırdı.  Qafqazın 
görk
əmli və  ziyalı  adamları 
 
M
əşədi Qurbanəli  Şərifov, 
Mirz
ə  Nəsrulla  Əmirov,  Baxşəli  ağa  Şahtaxtinski,  Kərbəlayi 
N
əsrulla  Şeyxov,  Cəlil Məmmədquluzadə, Məhəmməd  ağa 
Şahtaxtinski,  Şahbaz  ağa  Kəngərlinski və  başqaları  Sidqinin 
ən yaxın dostları idi. Məhz bu dostlarla təşkil edilən məclislər-
d
ə dünyanın müxtəlif yerlərindən gələn qəzetlər oxunar, ədəbi 
v
ə siyasi olaylar təhlil edilərdi. 
Görk
əmli maarifpərvər M.T. Sidqi «Şərqi-Rus», «Həblül-
m
ətin» qəzetlərində məqalələrlə çıxış edirdi. Kəlküttədə çıxan 
«H
əblülmətin» qəzeti din xadimləri arasında geniş yayılmışdı. 
Bu q
əzetdə dərc olunan məqalələri din nümayəndələri məscid-
l
ərdə oxuyurdular. Sidqinin «Həblülmətin»də çıxan məqalələ-
rind
ən biri «İran vətənpərvərlərindən və İranın şahlar üsul-ida-
r
əsindən  azad  olması  yolunda  çalışan,  İrandan  sürgün  edilən 
v
ə Misirdə «Pərvəriş» adında fars dilində bir məcmuə buraxan 
v
ə  məcmuəsi  İran  hökümətinin  əli ilə  qapadıldıqdan  sonra 
Fransaya gedib Parisd
ə vəfat edən Mirzə Əliməhəmməd xanın 
v
əfatı  münasibətilə  fars  dilində  yazılmış  məqalədir»  [224]. 
M.T.Sidqi  Misird
ə  Zeydan  qardaşlarının  nəşriyyatı  olan  və 
ərəb dilində  nəşr  edilən  «Əlhilal»  məcmuəsinə  abunəçi idi. 
H
ətta həmin məcmuənin redaksiyası Sidqiyə məktub göndərib 
Naxçıvandan  müxbir  olmağı  ondan  xahiş  etmişdi.  M.Ə.Sidqi 
xatiratında yazır ki, «atam Sidqi Hindistan, İran, Türkiyə, Ru-
siya  v
ə  qeyri yerlərdə  olan tərəqqipərvər  ziiyalılar  ilə  daim 
m
əktub ilə əlaqə saxlayıb və onlardan dəxi bir çox məktub al-
mışdır.  1902-ci və  ya 1903-cü ildə  qış  fəsli bir cümə  günü 
atam buxarıda bir çox məktub yandırıb külünü damda qar al-
tına  tökdüyü  mənim yaxşı  yadımdadır.  Mən o zaman 14-15 
 
68 


 
ya
şında  idim.  Bu  məktubları  nə  üçün  yandırdığını  başa  düş-
mürdüm. Sonralar m
ənə aydın oldu ki, atamın hər gün uzaq öl-
k
ələrdən bir çox məktub alması yerli çar hökuməti məmurları 
arasında şübhəyə səbəb olub və evimiz axtarılarsa, bu məktub-
lardan  bir  nişanə  və  iz  qalmasın  deyə  onları  tələf  etmişdir. 
(Hayıf o məktublardan)» [224]. 
Ə.Qədimov məktub  janrının  əhəmiyyətini  vurğulayaraq 
çox haqlı olaraq yazır: «Yaşadıqları ictimai mühitin ziddiyyət-
l
əri,
 
hakim dair
ələrin özbaşınalığı,
 
nadan,
 
cahil v
ə yaltaq adam-
ların dövlət orqanlarına  soxulub xalqı ağır işgəncələrə məruz 
qoymaları, iqtisadi güzəranın ağırlığı, elm və sənət adamlarına 
q
ədir-qiymət qoyulmaması, sənətkar taleyinin acınacaqlı duru-
mu v
ə s. bu kimi problemlər epistolyar məktub janrının vasitə-
sil
ə müxtəlif ədəbi mühitlərin ab-havasında şairlərin mübadilə 
obyektin
ə çevrilmişdi. Ordubad ədəbi mühitinin Fəqir, Qüdsi, 
Sidqi kimi nümay
əndələri öz müasirlərinə yazdıqları mənzum 
m
əktublarında şeir və sənət adamlarının acı taleyindən, iqtisa-
di güz
əranın ağırlığından, zəmanə qəmindən və ictimai vətən-
daşlıq kədərindən söz açırdılar» [140, s.42]. 
N
əzərə  çatdırılmalıdır  ki,  M.T.Sidqinin  şəxsi arxivində 
müxt
əlif  şəxslərə  göndərdiyi və  ona  ünvanlanan məktubları 
görk
əmli maarifçinin həyat və fəaliyyətinin müəyyən məqam-
la
rını işıqlandırmaqla yanaşı dövrün ümumi mənzərəsini can-
landırmaq  baxımından  dəyərli mənbələrdir.  Tanınmış  şəxsiy-
y
ətlərdən H.Cavid, N.Nərimanov, S.M.Qənizadə, Q.Şərifzadə, 
M.T.Müct
əhidzadə,  Ş.Kəngərli, B.Vəzirov və  digərlərindən 
g
ələn məktublar M.T.Sidqi ilə  əlaqədar bir çox mətləblərin 
açılmasına yardım edir.  
«Əncüməni-şüəra»  ədəbi məclisinin fəal  iştirakçılarından 
olan M.T.Sidqi Az
ərbaycan və  fars  dillərində  yazdığı  poetik 
əsərləri ilə məclisdə çıxış etmişdir. Sidqinin şeirə, ədəbiyyata 
olan m
əhəbbətini ən yaxın dostu Əsəd ağa Kəngərlinski xati-
r
ələrində belə ifadə etmişdir: Sidqi «bir neçə müddət Ordubad-
da, b
əladi-Qafqazda və İranda qüvveyi-bazusilə, yəni fəhləlik-
 
69 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə