Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

33 

 

iqtidarında  deyildi.  1991-ci  ilin  sentyabr-1992-ci  ilin  yanvar  ayları  ərzində  bəzi 



qurumlar, o cümlədən, Müdafiə Şurası, Müdafiə Nazirliyi, Baş Qərargah yaradıldı. 

Sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması vacib hadisə idi, lakin bu qurum 

hələ  xeyli müddət mövcud tələblərə uyğun fəaliyyət göstərə bilmədi. Bir neçə ay 

ərzində  Müdafiə  Nazirliyinə  tabe  olan  yalnız  bir  tabur  yaratmaq  mümkün  oldu, 

onun  da  şəxsi  heyəti  150  nəfərdən  ibarət  idi.  AXC  öz  fəalları  hesabına  bir  neçə 

tabur  formalaşdırıb  cəbhə  bölgələrinə  göndərdi.  Müdafiə  Nazirliyi  bölgələrdə 

özünümüdafiə dəstələrinin yaradılmasına başladı. 

Ermonistan  hərbi  hazırlıq,  silah-sursat  təchizatı,  ordunun  qurulması 

cəhətdən  Azərbaycanı  ən  azından  3  il  qabaqlayırdı.  Ermənistanda  və  Dağlıq 

Qarabağda  ermənilərin  hərbi  qüvvələrinin  sayı  30  min  nəfərə  çatırdı.  Bütün 

bunlara  baxmayaraq,  o  vaxta  qədər  ermənilərin  tərəfindən  hərbi  əməliyyatlarda 

iştirak  edən  Sovet  qoşunlarının  xeyli  hissəsinin  regiondan  çıxarılması 

Azərbaycanın  imkanlarını  bir  qədər  artırmışdı.  1991-ci  il  dekabrın  30-31-də 

Azərbaycanın  silahlı  dəstələri  əks-hücuma  keçərək  Xankəndi  yaxınlığıdakı 

Kərkicahan  yaşayış  məntəqəsini  yenidən  nəzarətə  götürdülər.  Bu  dövrdə 

Azərbaycan  tərəfi  döyüşlərdə  "Katyuşa",  Qrad"  qurğularından,  tank  əleyhinə 

"Rapira" toplarından istifadə edirdi. Eyni vaxtda Ağdam şəhərində ilk böyük ordu 

qruplaşma    yaradıldı,  bu  qruplaşmaya  daxili  qoşunların  bəzi  hissələri, 

özünümüdafiə  dəstələri,  AXC  könüllüləri  daxil  idilər.  Lakin  hər  qruplaşma  şəxsi 

heyət  və  silah-sursatla  tam  təmin  olunmamışdı,  ona  görə  də  ciddi  əməliyyatlar 

keçirə bilmirdi. Ağdam qruplaşması 1992-ci   ilin  yanvar-fevral   aylarında   yalnız   

bir      neçə      məhdud  əməliyyatla  kifayətlənməli  oldu.  Yanvarın  25-26-da  birinci 

kəşfiyyat  taburunun  Şuşa  yaxınlığında  Daşaltı  kəndi  istiqamətində  əməliyyat 

keçirmək cəhdi də uğursuzluqla nəticələndi, 70 nəfərə yaxın ölən və yaralananlarla 

itgi    verildi,  30  nəfərdən  artıq  adam  itgin  düşdü.  Yanvar  ayının  sonunda  erməni 

birləşmələri  Dağlıq  Qarabağdakı  yaşayış    məntəqələrini    də    zəbt    etməyə  

başladılar.      Onlar    Sovet  imperiyasının  süqutundan  sonra  Rusiyanın  tabeçiliyinə 

keçmiş hərbi  hissələrin, o cümlədən 23-cü  motoatıcı  diviziyanın 366-cı  motoatıcı 

alayı,  42-ci      sərhəd      dəstəsi,      Xankəndi  qarnizonunun  əlahiddə  taburunun 

xidmətlərindən  geniş  şəkildə  istifadə  edirdilər.  Yanvarın  15-də  Kərkicahan, 

fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu. Fevralın 17-də Xocavənd 

rayonunun Qaradağlı kəndi işğal edildi. İşğal zamanı kəndin 92 nəfər müdafiəçisi 

və  54  nəfər  sakini  öldürüldü.  Ermənilər  117  nəfər  dinc  sakini  girov  götürdülər, 

onlardan  77  nəfərini  qətlə  yetirdilər.  Ermənilər  kəndin  yaxınlığındakı  fermada  6 

nəfəri diri-diri yandırdılar. 

Fevralın  birinci   yarısınadək  ermənilər  Şuşa-Xocalı  yolu   və  Şuşanın 

ətrafındakı  yaşayış  mətəqələrini  ələ  keçirdilər.  Xocalı  şəhəri  tam  mühasirəyə 

alındı,  həmçinin  hava  nəqliyyatı  vasitəsi  ilə  əlaqələr  də  kəsildi.  Düşmənin  zenit-




34 

 

raket  kompleksləri  və  zenit  artilleriyası  vertolyotların  Xocalıya  uçuşlar  etməsinə 



imkan  vermirdi.  1992-ci  ilin  fevralın  25-dən  26-a  keçən  gecə  erməni  silahlı 

dəstələri 366-ci motoatıcı alayla   birlikdə  hücuma   keçərək   Xocalı   şəhərini   və 

yaxınlıqda yerləşən aeroportu zəbt etdilər. Erməni silahlı dəstələri Rusiyanın 366-

cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətdilər. 

Xocalı Dağlıq Qarabağda Azərbaycan türklərinin yaşadığı qəsəbələrdən biri idi. Bu 

qəsəbə  Ağdam-Şuşa,  Xankəndi-Əsgəran  yolu    üzərində      strateji      əhəmiyyətli   

mövqeyə  malik  idi.  Xocalının  əhalisi  1991-ci  ildə  7  min  nəfər  idi,  burada 

Ermənistandan,    Xankəndindən   və    Dağlıq    Qarabağın    digər yerlərindən 

qovulmuş Azərbaycan türkləri, həmçinin Özbəkistandan yerləşmiş məhsəti türkləri 

də  məskulaşmışdılar.  Ermənilər  Xocalıya  hücum  zamanı  "yandırılmış  torpaq" 

taktikasını  yeritdilər.  Hücumdan  əvvəl  bir    neçə  saat  ərzində  qəsəbə  toplar  və 

zirehli  texnikadan  fasiləsiz  atəşə  tutuldu  və  xarabalığa  çevrildi.  Həmin  dövrdə 

L.Ter-Petrosyan  erməni  ordusuna  müraciətlə  deyirdi:  "Siz,  Ermənilər düşməni 

öldürərkən  ürəyi  yumşaqlıq   göstərməməlisiniz. Dağlıq  Qarabağda  azərbaycanlı 

deyilənləri  qırıb  qurtarana  və  orada  öz  sivilizasiyamızı    bərqərar    edənə    qədər  

sizin    düşmənə    yazığınız  gəlməməlidir".  Sonralar  əsir  götürülmüş  ermənilərin 

dedikləri  bu  vəhşi    xəttin    həyata    keçirildiyini    təsdiq    edir.      Mixail    Qazaryan 

(Hadrut  rayonunun  sakini)  bildirirdi  ki, "Əlbəttə,  mən  müharibəyə  getdiyimi  başa 

düşürdüm,  ancaq  uşaqlara  atəş  açacağımı  və  hətta  öldürəcəyimi  ağlıma  da 

gətirməzdim".  Aşot  Barxudaryan  (Mehri  rayonunun  sakini)  isə  göstərirdi  ki, 

"adamlar  qışqırır,  ağlayırdılar,  bizim  yaralıları    çıxarırdılar,    azərbaycanlılar  isə 

yolun  ortasında  qalmışdılar,  tanklar,  zirehli  texnika,  yük  maşınları  onların 

üzərindən  keçib  gedirdilər".  Rantik  Mirzoyan  (İrəvan  şəhərinin  sakini)  isə  belə 

xatırlayırdı: "Və burada mən bizimkilərin törətdikləri vəhşilikləri gördüm. Mən heç 

vaxt  belə  şey  görməmişdim.  Meyidlərin  iyi  hər  yanı        bürümüşdü.    Hər    yerdə    

meyidlər    tökülüb    qalmışdı". Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə 

ermənilərin  həqiqi  simasını  açaraq  xarici  jurnalistlərə  müsahibəsində  bildirirdi: 

"Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar 

fıkirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi dağıtdıq. 

Məhz bu baş verdi". Xocalının sağ qalmış sakinləri isə hadisələri xatırlamaqdan da 

dəhşətə gəlirlər. Sənubər Ələkbərova danışır ki, "meyidlərdən böyük bir dağ əmələ 

gəlmişdi, anamı güllələdilər, qızlarını Sevinc və Hicranı yaraladılar, güllə mənə də 

dəydi,  gənc  qadınlar və  uşaqlar qarın üstündə  ölürdülər". Cəmil Məmmədov belə 

xatırlayır  ki,  "mən  5  yaşlı  nəvəmi  və  14  min  manat  pulu  götürərək  meşəyə  tərəf 

qaçdım,  səhər  başa  düşdüm  ki,  uşaq  soyuğa    dözməyəcək,      ona      görə   

yaxınlıqdakı      Naxçivanik  kəndinə  getdim,  orada  ermənilər  bizi  əsir  götürdülər, 

orada  mənim  dırnaqlarımı  çıxardılar,  təpiklə  sifətimə  zərbələr  endirdilər,  nəvəmi 

əlimdən  aldılar,  bu  günə  qədər  onun  taleyi  haqda  heç  bir  məlumatım  yoxdur".  




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə