N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə8/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   4   5   6   7   8   9   10   11   ...   80

Hesab edirik ki, bəşəriyyət bu geosiyasi kursun vurduğu ziyanı
Birinci və İkinci dünya müharibəsi vasitəsi ilə ödəməli oldu. Özünü
hərbi cəhətdən qüdrətli sayan dövlətlər hesab edirdilər ki, dünyaya
ağalıq etməyə haqları vardır. Lakin İkinci Dünya müharibəsində
SSRİ sübut etdi ki, hərbi silahdan daha güclü amillər də mövcuddur.
Bütün bunların fonunda İkinci Dünya müharibəsindən sonra geo-
siyasi nəzəriyyələrin məzmununda ciddi təftişlərin olacağını, fərqli
geosiyasi strategiya təklif edən yanaşmaların meydana çıxacağını
gözləmək məntiqli idi. İkinci Dünya müharibəsindən dərhal sonra
yeni geosiyasət (geoiqtisadiyyat) deyilən konsepsiya sürətlə inkişaf
etməyə başladı. Bu konsepsiya, əsasən, ABŞ-da formalaşırdı, lakin
Avropa dövlət lərində də həmin proses gedirdi (bax: 1.2.12). Konsepsiya
kimi geoiqtisadiyyat S.Kohenin, S.Hantinqtonun, N.Spaykmenin,
C.Kifferin, C.K.Helbreytin, P.F.Drakerin, L.K.Turounun, M.Qoldmanın,
F.Fukuyamanın, F.Brodelin, J.Attalinin və başqalarının əsərlərində
inkişaf etdirilib. Geoiqtisadiyyat qısaca olaraq, əsasən iqtisadi
yolla dünya və ya regional gücə sahib olmağı nəzərdə tutan
dövlət strategiyası kimi xarakterizə edilir (1.2.12, s.5-6). Bu kon-
tekstdə geoiqtisadiyyat müasir geosiyasi yanaşma modelini kəsb
edir. Geoiqtisadiyyat dünya dövlətlərinin vahid iqtisadi sistemdə in-
teqrasiyasını daha məqbul hesab edir. Bu zaman təsərrüfatçılığın rə-
qabətədavamlı regional şəraitinin yaradılması əhəmiyyətli hesab
edilir. Bu cür yanaşma özlüyündə uzunmüddətli iqtisadi proqramların
hazırlanmasını tələb edir ki, onun vasitəsi ilə də siyasi məqsədlərə
çatmaq üçün imkan yaranır. Bütövlükdə yeni geosiyasi model kimi
geoiqtisadiyyat hərbi qüdrəti iqtisadi güclə əvəz etdi. Ənənəvi geo-
siyasətdə təbii-coğrafi amillər siyasi məqsədi müəyyənləşdirməyin
təməl sahəsi idisə, İkinci Dünya müharibəsindən sonra geosiyasətdə
“qurğuşun çörəklə” əvəz olundu. İqtisadi gücə sahib olmaq hərbi
qüdrət sahibi olmaqdan məqsəd baxımından fərq lənmirdi. Öncəki
dövrdə olduğu kimi, yeni geosiyasətdə də qarşıya konkret dövlətlərin
və ya regionun başqaları üzərində hegemonluğunu təmin etmək
məqsədi qoyulmuşdu. Sadəcə, iqtisadi güc insan öldürməyi nəzərdə
tutan hərbi gücdən “daha mədəni” və rəqibləri qıcıqlandırmayan,
30


onları şir nik ləndirən amil kimi görünür. Bu mənada ideya olaraq
yeni geosiyasət bəşəriyyətin bir qədər “yumşaq” təsir metodlarına
keçidində hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər. Lakin
proseslər göstərdi ki, nəzəriyyədə sivillik təsiri bağışlayan
ideyaların praktikada tətbiqi bir sıra hallarda sərtlik tələb edir.
Geoiqtisadiyyat da güclü döv lət  lərin başqalarına qarşı iqtisadi
ekspansiyasına imkan verdi. Transmilli şirkətlərin inkişafı bu
aspektdə daha böyük miqyasda dəyişikliklərə gətirib çıxardı.
Hələ 1970-ci illərdə ABŞ Dövlət Departamenti siyasətinin planlaş-
dırılması şurasının xarici münasibətlər üzrə əməkdaşı olmuş Meriam
Kemps deyirdi ki, “biz transmilli şirkətlərin fəaliyyətinin dünyanı
hansı duruma gətirəcəyini bilmirik” (1.2.13, s.168). Onu da deyək
ki,  M.Kemps yeni geosiyasi nəzəriyyənin “qarşılıqlı asılılıq” kon-
sepsiyasının əsas nümayəndələrindən biridir. Bunlar geoiqtisadiyyatın
qloballaşma prosesi ilə sıx bağlı olduğunu təsdiq edən faktlardır.
XX əsrin ikinci yarısında dünya dövlətləri arasında iqtisadi
əlaqələrin inkişafının qloballaşma kimi də təqdim edilməsi
təsadüfi deyil. Sual oluna bilər: qloballaşmanı kimlərinsə geosiyasi
maraqlarının təmin edilməsinə xidmət edən proses kimi təsəvvür
etmək olarmı? Əgər yuxarıda apardığımız təhlilləri, iqtibaslarda
ifadə olunan fikirləri nəzərə alsaq və İkinci Dünya müharibəsindən
sonra böyük dövlətlərin xarici siyasətinin məzmununa diqqət
yetirsək, onda bu suala müsbət cavab vermək olar. Qərbdə həmin
dövrdə formalaşmış geosiyasi konsepsiyaların məzmun və məqsədinin
təhlili də bu tezisi təsdiqləyir. Qısaca həmin konsepsiyalara diqqət
yetirək.
İkinci Dünya müharibəsindən sonra böyük siyasət meydanında
ABŞ, SSRİ, Böyük Britaniya, Fransa və Qərb Almaniya var idi.
Uzaq Şərqdə Yaponiya sürətlə inkişaf edirdi. ABŞ və Avropa iqtisadi
inkişafda aparıcı rol oynamaqda davam edirdilər. Artıq XX əsrin 50-
ci illərində Qərbdə informasiya cəmiyyətinin formalaşdığından bəhs
olunurdu. Eyni zamanda, ABŞ və SSRİ-nin hərbi potensialı dünyanı
bir neçə dəfə məhv etmək üçün yetərli idi. Ona görə də, beynəlxalq
münasibətlərdə diqqət hərbi gücdən iqtisadi amilə doğru dəyişməyə
31


başladı. Artıq qeyd etdiyimiz kimi, bu prosesdə transmilli iqtisadi
əlaqələr ciddi rol oynayırdı. Bununla da dünyanın bütün dövlətləri
bir-birindən daha çox asılı vəziyyətə düşdü. Müvafiq olaraq,
geosiyasətin və təhlükəsizliyin də yeni modellərinin işlənməsinə
böyük ehtiyac yarandı. Etiraf etmək lazımdır ki, bu çağırışa ABŞ
daha fəal reaksiya verdi. Yeni geosiyasi nəzəriyyələr məhz ABŞ-da
formalaşmağa başladı. Avropa dövlətləri də bu problemə böyük
diqqət yetirməyə başladılar və həmin məqsədlə bir neçə elmi mər -
kəzlər yaratdılar. Bununla da qlobal siyasi və sosial-iqtisadi prob -
lemlərin öyrənilməsində yeni mərhələ başladı. Həmin mərhələdə
bey nəlxalq münasibətlərin tədqiqində aşağıdakı iki cərəyan formalaşdı:
“ənənəvi” və “modernist”.
“Ənənəçilər”ə görə, dövlətlər milli maraqlarını təmin etməyə can
atırlar. Bu mübarizədə onlar hərbi-diplomatik vasitələrdən istifadə
edirlər. Milli maraqların təmin edilməsində “qüvvələr balansı” xüsusi
rol oynayır. Qüvvələr tarazlığını təmin etmək üçün hər hansı bir
amilə, məsələn, təbii-coğrafi amillərə istinad etmək yetərli deyil. Bu
müddəada “ənənəçilər” “geosiyasətçilər”dən fərqlənirdilər. Ancaq
mahiyyət etibarilə “ənənəçilər” də milli maraqların təmin edilməsində
aqressiv üsullara üstünlük verirdilər. Onların nümayəndələrindən
H.Morqentaunu, S.Hoffmanı, H.Kissinceri, R.Osqudu və b. göstərmək
olar. H.Morqentau “milli güc”ü xarakterizə edən doqquz amil göstərir.
Onlardan üçü – coğrafi mövqe, təbii ehtiyatlar və demoqrafiya –
coğrafi amillərdəndir (1.2.14., s.106-144). Göründüyü kimi, “ənənəçilər”
ənənəvi geo si ya sətdən elə də fərqli mövqedə deyillər. Onların nə -
zəriyyəsində müharibənin olması labüddür. Bu, qüvvələr balansı po-
zulduqda baş verir. Digər tərəfdən, qüvvələr balansının olması bir-
birinə qarşı duran “güc mərkəzləri”nin mövcudluğunu tələb edir.
“Güc mərkəzləri” öz nüfuzları uğrunda bir-biri ilə mübarizə aparırlar.
H.Kissincer özünün məşhur “Diplomatiya” kitabında yazır ki,
“meydana gələn yeni dünya nizamında milliyyətçiliyin sanki ikinci
nəfəsi açıldı” (1.2.15, s.11). H.Kissincerə görə, “ikinci nəfəsin”
açılması millətlərin öz maraqları uğrunda daha gərgin mübarizə
aparması deməkdir ki, bu da “millətlərin yarışı”nın “millətlərin
32


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə