368
qida madələrinin tərkibində lesitinlərin miqdarının artmasının bu
pro-sesin qarşısının alınmasında mühüm əhəmiyyəti vardır.
Məlumdur ki, lesitinlər insan və heyvan toxumalarında sintez
olunur. Lakin qida maddələrinin tərkibindən lipotrop amillərin
çıxarılması lesitinlərin toxumadaxili sintezini dayandırır. Lipo-
trop amillər – yağların qaraciyərdən digər toxumalara daşınmasını
asanlaşdıran maddələrdir. Bu maddələrdən bəziləri qida vasitəsi
ilə əldə edilir (ekzogen lipotrop amillər), bəziləri isə orqanizm
tərfindən sintez olunur (endogen lipotrop amillər). Xolin, əvəz-
edilməyən aminturşular (metionin), inozit, panqam turşusu (B
15
vitamini) və s. ekzogen lipotrop amillərə misal ola bilər. Heyvan-
lar üzərində aparılan təcrübələr göstərmişdir ki, uzun müddət
tərkibində həm lesitinlər, həm də yuxarıda göstərilən ekzogen
lipotrop amillər olmayan qida maddələrinin
qəbulu qaraciyərin piy
infiltrasiyasının meydana çıxması ilə nəticələnir. Lipotrop amillər
qaraciyərdə lesitinlərin sintezini sürətləndirməklə piy infiltrasiya-
sının qarşısını alır. Xolin və əvəzedilməyən yağ turşuları bilava-
sitə lesitinləri sintezinə sərf olunur, digər lipotrop amillər isə bu
prosesə dolayı yolla təsir edir. Məsələn, metionin xolinin endogen
sintezində metil qruplarının donoru kimi iştirak edir; südün
tərkibinə daxil olan zülali maddə - kazein metioninlə zəngin oldu-
ğuna görə, lipotrop təsir göstərir. Xolinin toxumadaxili oksidləş-
məsinin məhsulu olan betain də lipotrop təsirə malikdir. O, metio-
ninin tərkibindəki metil qrupunun ayrılması nəticəsində əmələ
gələn homosisteini metilləşdirərək, metioninə çevirir. Panqam
turşusu biokimyəvi proseslərdə metil qruplarının daşıyıcısı kimi
iştirak etməklə, xolinin sintezini sürətləndirir. İnozitin lipotrop
təsirinin mexanizmi hələlik məlum deyil.
Endogen mənşəli lipotrop amillərdən biri – mədəaltı vəzi-
nin xırda axacaqlarının divarlarının epitel hüceyrələrində hazırla-