N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

 

 

16 



ideya və fəlsəfi konsepsiyalarını o dərəcədə təbliğ və təsdiq edirdi ki, nəhayət, özü də şərq bədii-

ictimai  fikir  tarixində  ikinci  Həllac  Mənsur  adını  qazandı:  həqiqətən  də  Nəsimi  öz  həyat  yolu, 

bədii-ictimai  fəaliyyəti  və  hətta,  ölümü  ilə  də  Həllac  Mənsurun  taleyini  yaşadı:  Nəsimi  də  öz 

kumiri (pərəstiş etdiyi) kimi qeyri-adi yolla qətlə yetirildi! 

Lakin  bir  həqiqət  var:  Nəsimini  qətlə  yetirən  çoxsaylı  geniş  cəlladlar  ordusu  (hakimiyyət 

rəhbərləri, din xadimləri, İbn Şanqaşül-Hənəfi, Şəhabəddin ibn Hilal, Maliki, Sultan Müəyyəd və 

s.  özləri  də  bilirdilər  ki,  Nəsimi  bir  Azərbaycan  türk  oğlu  kimi  öz  bədii-estetik,  fəlsəfi-ictimai 

səviyyəsi,  cəsarəti  və  mübarizliyi  ilə  zamanın,  dövrün  fövqündə  duran,  «iki  cahana  sığmayan», 

həqiqi  mənada  müqəddəs  bir  şəxsiyyətdir.  Əks  halda  onun  nəşi  islam  qanunlarına  uyğun  olaraq 

müsəlman məzarlığında, Hələb şəhəri qəbristanlığında dəfn edilməzdi. Bunları ilk dəfə öz gözləri 

ilə görən Övliya Çələbi XVII əsrdə dahi şair və ana dili mücahidi, bu qərib insanı «Şeyx Nəsimi» 

adlandırdı.  Nəsimi  ana  dili  uğrunda  müqəddəs  mübarizə  aparırdı,o  bu  müqəddəs  yolun  məhz 

şeyxi oldu. Bu mübarizə düşünülmüş, şüurlu aparılan mübarizə idi. Ana dili uğrunda aparılan belə 

bir  ardıcıl,  şüurlu  mübarizə  nəticəsində  bu  gün  bizim  əlimizdə  şairin  ana  dili  Azərbaycan  türk 

dilində on iki min misradan artıq böyük bir «Divan»ı vardır. 

XIII–XIV  əsrlərdə,  Azərbaycanda  olan  ictimai,  siyasi  durum,  ölkədə  xarici  qəsbkarların 

dağıdıcı  hücumları  və  daxili  feodal  çəkişmələr  xalqı  müflisləşdirir,  xalqda  etiraz,  üsyankarlıq 

hissini  qüvvətləndirir  tez-tez  qəsbkarlara  qarşı  çıxışlar,  üsyanlar  baş  verirdi.  Lakin  bu  çıxışlar  ilk 

dövrlərdə örtülü şəkildə, «gah mistika, gah dinə qarşı açıq müxalifət şəklində təzahür edirdi». 

XIV–XV  əsrlərdə  Azərbaycanda  feodal  zülmünə  qarşı  mübarizə  məhz  dini  mistik  pərdə 

altında gedirdi  və  bunun da  dayağı  sufizm  və  hürufilik təriqətləri  idi.  Hürufizm  sufizm  üzərində 

intişar tapsa da,  müəyyən  məqamlarda  bu  iki təriqət  birləşirdi:  bunları  birləşdirən  insana  yüksək 

qiymət  vermək  və  insana  qarşı  çevrilmiş  hər  cür  zülmə,  istibdada,  zorakılığa  kəskin  tənqidi 

münasibət idi. Hürufilik hərəkatı fəlsəfi-dini bir hərəkat olub Yaxın və Orta Şərq ölkələrini bürü-

məkdə idi. Bu təriqətin nəzəriyyəçisi və başçısı məşhur Azərbaycan alimi, şair və mütəfəkkir Şeyx 

Fəzlullah Nəimi (1339–1394) idi. Onun «Cavidannamə», «Əsrarnamə», «Növnamə», «Məhəbbətna-

mə», «Vəsiyyətnamə» əsərləri hürufizm təriqətinin nəzəri məsələlərinə həsr edilmişdir.  

Hürufi  təriqətinə  görə  allah  kainatda,  təbiətdə,  insanda,  göy  cisimlərində,  əşyada  təcəssüm 

tapır. Sufilikdə ilahi eşq fəlsəfəsinə, hürufilikdə isə ağıla üstünlük vermək, insanın varlığında ilahi 

nurun  olması,  insanın  müqəddəs  olması,  kamil  insanın  tanrı  səviyyəsinə  qaldırıla  bilməsi  kimi 

məsələlərə  üstünlük  verilirdi.  Hürufilərə  görə  bütün  bunlar  Fəzlullah  Nəiminin  varlığında 

olduğuna görə o dövrün ictimai haqsızlıqlarına, şərə, zülmə son qoymaq iqtidarına malikdir. 

Sufi təriqətinin lideri Həllac Mənsur bütün Yaxın Şərq ədəbiyyatında mərdlik, rəşadət rəmzi 

olmuş,  insanların,  xüsusən  şairlərin,  xalq  aşıqlarının  hüsn-rəğbətini  qazanmışdır.  Nəsimi  də  gənc 

yaşlarından  bu  panteist  şairi  ürəkdən  sevmiş,  onu  əfsanəvi  bir  qəhrəman,  həqiqət  aşiqi,  mərd, 

cəsur bir insan kimi öz şeirlərində böyük ehtiramla tərənnüm etmişdir [8. S.6]. 

Nəsiminin  hürufilik  cərəyanına  qoşulmasını  mütəxəssislər  təbii  və  qanunauyğun  hal  hesab 

edirlər. Bu məsələ ilə əlaqədar olaraq Mirzəağa Quluzadə qeyd edir ki, Nəsimi hürufilik təlimində 

özünün  arzu  və  əməllərinin təzahürünü  görürdü.  Orta əsrlərdə  müsəlman  Şərqində geniş  yayılan 

hürufilik  mütərəqqi  bir  hadisə olaraq, XIV  əsrin  ortalarında ölkədə gərginləşən  siyasi  vəziyyətlə 

əlaqədar  idi.  Hürufiliyin  əsas  dini  fəlsəfi  məzmunu  islam  dininin  bəzi  ehkamlarına  zidd  idi. 

İnsanların səadəti, qardaşlığı, insana məhəbbət və qayğı hürufiliyin əsas istiqamətini təşkil edirdi. 

Bununla belə, Nəsimini yalnız sufi şair kimi qələmə vermək, onun şeirlərində yalnız allaha, 

Fəzlullaha, ruhi-mütləqə  məhəbbət  görmək düzgün olmaz. Doğrudur, Nəsiminin  poeziya dilində 

də gülrüxzülfləbmüjganmeyeşqməhəbbətcaqivəslsevda və s. sözlər sufi poeziyasında 



 

 

17 



olduğu kimi rəmzi məna daşıyır,  lakin bunlar Nəsimini tam sufi şair kimi səciyyələndirə bilməz. 

Qeyd  etmək  lazımdır  ki,  XIV  əsrin  ikinci  yarısında  Azərbaycanda  sufi  ideyaları  ictimai-siyasi 

məzmun  kəsb  edərək,  xalq  kütlələrinin  zülmə,  istibdada  etiraz  vasitəsi  kimi  baxmaq  daha  doğru 

olardı. Bu səbəbdən də belə insanlar əsil xalq qəhrəmanları kimi, insan cəmiyyəti tarixində görün-

məmiş cəza tədbirləri ilə vəhşicəsinə edam olunurdu: mütərəqqi fikirli çex xalqının oğlu Yan Qus 

(1365–1415),  İmadəddin  Nəsimi  öz  fəlsəfi,  lakin  zamanı  üçün  çox  cəsarətli  fikirlərinə  görə 

dabanından  soyuldu. İtalyan  xalqının realist  mütəfəkkir oğlu Cordano Brunonu (1548–1600) diri-

diri odda yandırdılar. Bu bir daha sübut edir ki, bu insanlar öz dövrləri, öz epoxaları üçün nə dərəcədə 

«təhlükəli» və «qorxulu» olmuşlar.  

«Ənəlhəqq!» (Mənəm allah!) deyən hürufilər prinsip etibarilə islam dininə və onun ehkam-

larına  fanatik-islamçılara  qarşı  çıxdıqları  üçün  onlar  kafir  sayılır  və  belə  də  təbliğ  olunurdular. 

Bununla  belə, Nəsimi  Azərbaycan  ədəbi dilini  xalqın ən  zəngin  və ən  müqəddəs  varı  hesab  etdi, 

onun  uğrunda  ölüm-dirim  mübarizəsinə  qatıldı.  A.A.Axundov  nəsimişünas,  Azərbaycan  ədəbiy-

yatı tarixinin görkəmli tədqiqatçısı M.Quluzadənin «Nəsimi Azərbaycan dilində şeir yazmaq ənə-

nəsini möhkəmləndirən və onun tarix sahəsində mədəniyyət silahı kimi qəti qələbəsini təmin edən 

ilk  sənətkarların  ən  böyük  nümayəndəsi  və  ən  qüdrətlisidir»  fikrinə  həmrəy  olduğunu  bildirərək 

yazır  ki,  Nəsimi  Azərbaycan  ədəbi  dili  tarixində  «çox  uca  və  şərəfli  bir  mövqeyə»  malik,  öz amalı 

uğrunda  həm  şəxsi  fəaliyyəti,  həm  də  bədii  əsərləri  ilə  qızğın  məfkurəvi  mübarizə  aparan  mərd  və 

qorxmaz bir qəhrəman olmaqla yanaşı, çox incə qəlbə malik həssas bir şair olmuşdur [9. S.93–103]. 

Nəsimi  dilinin  rüşeyminin  xəlqiliklə  yoğurulduğunu  və  onun  əsas  qida  mənbəyi  olduğunu 

vurğulayan  alim  XIV  əsr  Azərbaycan  ədəbi  dilinin  leksik,  frazeoloji,  qrammatik-morfoloji, 

sintaktik  səviyyələrdə  müşahidələrindən  çıxış  edərək  göstərir  ki,  XIV  əsr  Azərbaycan  ədəbi 

dilində  millilik,  xəlqilik,  ümumiyyətlə  xalq  dilinə  bağlılıq  çox  güclü  olmuş  və  bunun  ən  gözəl 

təzahürü Nəsiminin dilidir. 

Nəsimini  «Ölməz  xəlqi  sənətkar»  adlandıran  müəllif  şairin  XIV  əsr  ədəbi  dilinin,  xəlqi-

ləşməsində böyük xidmətlər göstərməsini yüksək qiymətləndirərək onun dilini nəinki XIV əsr ədəbi 

dilinin, «ümumiyyətlə, ədəbi dilimizin tədqiqi üçün irihəcmli tədqiqat obyekti» olmağa layiq hesab 

edir,  Nəsiminin  ilk  dəfə  ana  dilində  geniş  miqyasda  şeirlər  yazmasını  xüsusi  vurğulayan 

nəsimişünas M.Quluzadə bu xidmətlərinə görə onu novator şair adlandırır. 

Nəsiminin  böyük  yaradıcılıq  rəşadəti  onun  XIV  əsrin  ikinci  yarısında  doğma  ana  dilində 

yazıb yaratmasındadır. Üç dili mükəmməl bilməyi sayəsində Nəsimi Yaxın Şərq bədii fikrinin ən 

gözəl  nailiyyətlərinə  yiyələnmiş, geniş elmi  biliyə, parlaq  istedada,  yüksək  sənətkarlıq  mədəniy-

yətinə  malik  ustad  bir  şair  kimi  Azərbaycan  şeirinə  və  türkdilli  xalqların  ədəbiyyatına  yeni 

istiqamət  vermişdir.  O,  qəzələ  yeni  siyasi  fəlsəfi  məzmun  gətirən,  onu  zənginləşdirən,  şeiri  xalq 

həyatına, ictimai problemlərə doğru yönəldən novator sənətkardı. 

Nəsimi  XIV  əsrin  ortalarından  dövrümüzə  qədər  Yaxın  və  orta  əsr  Şərq  ictimai  və  ədəbi 

mühitində əsas fikir mərkəzində olmuş, təkrarsız bədii yaradıcılığı və dahi söz sənətkarlığı ilə dili, 

üslubu,  fəlsəfi  ideyası,  dünyagörüşü  ilə,  tapındığı  hürufizim  ideologiyası  uğrunda  mübarizliyi, 

dönməzliyi  ilə seçilən, həm poetik yaradıcılığı, həm də ictimai  mövqeyi  ilə özündən sonra gələn 

şairlər  pleadasının  bədii  yaradıcılığına  dərin  nüfuz  etmişdir.  Lakin  etiraf  etmək  lazımdır  ki, 

Nəsiminin təkrarsız  şöhrətinin  ilkin  səbəbi  şairin daha çox  ana dilində  yazması, ana  dili  –  Azər-

baycan  dilində  səmimi,  ilahi  sevgi  duyğularını  tərənnüm  etməsi,  öz  ilahi  duyğularını,  eləcə  də 

tapındığı  hürufizm,  ümumilikdə  panteizm  ideyalarını  o  zamanlar  həm  də  «turki»  adlandırılan 

Azərbaycan  türk  dilində  yazması  onu  öz  dövründə  türk  xalqlarının  arasında  müqayisə  edilməz 

səviyyədə sevdirmiş, əsərlərinin ağızdan-ağıza keçərək ədəbiyyat həvəskarlarının, xüsusən savad-

lı  insanların  şəxsi  cünglərinə  köçürülərək ən  mötəbər şeir  nümunələri kimi  saxlanılmasına səbəb 

olmuşdur.  Nəsiminin  Azərbaycan,  fars,  ərəb  dillərində  yazdığı  əsərləri  haqqında  şərq  təzkirə-



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə